ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə25/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   21   22   23   24   25   26   27   28   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



54 

sirəyə  almağa  çalışdı.  Axırda  [oğlu]  Bədiüzzaman  Mirzənin  araya  girməsi 

ilə barışdılar. Hər iki tərəf əsir düşənləri qarşılıqlı dəyişdirərək (36 a) öz ye-

rinə-yurduna qayıtdı. 

Xosrov şahın bu qədər böyüməsinin və başından yekə işlərə girişmə-

sinin səbəbi Sultan Hüseyn Mirzənin iki dəfə gəlib Hisarı ala bilmədən geri 

qayıtması idi. 

Sultan Hüseyn Mirzə Bəlxə gələndə Mavəraünnəhr vilayətinin asayişi 

üçün Bəlxi [oğlu] Bədiüzzaman Mirzəyə, onun vilayəti Əstərabadı isə [digər 

oğlu]  Müzəffər  Hüseyn  Mirzəyə  verdi.  Hər  ikisini  də  Bəlx  və  Əstərabad 

üçün bir məclisdə yükündürdü

1

 və bu üzdən Bədiüzzaman Mirzə incidi. Ne-



çə illərdən bəri davam edən düşmənçilik və fitnələrin səbəbi bu idi. 

 

TARXANLARIN ÜSYANI 

 

Həmin ramazan ayında Səmərqənddə tarxanların üsyanı vardı. Səbəbi 



də bu idi: Baysunqur Mirzə Hisar bəyləri və sipahiləri ilə o qədər səmimi və 

bərabər olduğu halda, Səmərqənd bəyləri və sipahiləri ilə belə deyildi. Şeyx 

Abdullah Barlas böyük və ixtiyar sahibi bir bəydi, oğulları Baysunqur Mirzə 

ilə o dərəcə yaxın və səmimi arxadaş idi ki, bunlan aşiq-məşuqa bənzədirdi-

lər. Tarxan bəyləri ilə bəzi Səmərqənd bəyləri bu üzdən gücəndilər. 

Dərviş Məhəmməd Tarxan Buxaradan gəldi və [Sultan Mahmud Mir-

zənin  oğlu] Sultan Əli Mirzəni  Qarşıdan gətirdib padşah elan edərək  Baği-

Nova gəldilər. Orada [Sultan Əlinin böyük qardaşı] Baysunqur Mirzə olurdu. 

Ona  əsir  kimi  davranaraq  (36  b)  adamlarından  və  xilmətçilərindən  ayırıb 

ərkə gətirdilər. Orada hər iki Mirzəni eyni yerdə oturtdular. İkindi namazına 

doğru Baysunqur Mirzəni Göy saraya çıxarmaq fikrində idilər. 

Baysunqur Mirzə  abdəst  almaq bəhanəsi  ilə  Bostan-Sarayin  şimal  tə-

rəfindəki imarətlərdən birinə girdi. Tarxanlar qapıda gözlədilər, o, Məhəm-

mədqulu Koçin və Həsən Şərbətçi Mirzə ilə birlikdə içəri girdi. Qismətdən, 

Mirzənin abdəst üçün girdiyi evin arxa tərəfində kərpiclə hörülmüş bir qapı 

varmış və həyətdən dışarı çıxırmış. Mirzə dərhal bu qapını yıxdı, ərkin Qat-

fər tərəfində qalanın içindən su kəməri yolu ilə keçdi, qala divarından aşağı 

atılaraq Xocakə Xocanın Xoca-Kəfşirdəki evinə gəldi. Abdəstxananın qapı-

sında duranlar bir müddət sonra içəri girib Mirzənin qaçdığını gördülər. Er-

təsi sabah tarxanlar toplanıb Xocakə Xocanın qapısına gəldilər, ancaq Xoca 

burada  olmadığını  söyləyərək  Mirzəni  təhvil  vermədi.  Bunlar  da  zorla  ala 

bilmədilər. Xocaların mövqeyi o qədər yüksək idi ki, zorla almaq mümkün 

deyildi. 

                                                           

1

 Yükündürmək: Baburda hökümdarın oğullarına və  ya bəylərinə hər hansı bir rütbə və 



ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir mənası hökmdar önündə sayğı ilə 

diz çökməkdir. Bax: Qeydlər və izahlar. 




BABURNAMƏ 

 

55 



Bir-iki gün keçəndən sonra Xoca Əbülməkarim, Əhməd Hacı bəy, di-

gər  bəzi  igidlər,  sipahilər  və  bütün  şəhər  əhalisi  hamısı  birdən  tarxanların 

üzərinə hücum çəkdilər. (37 a) Baysunqur Mirzəni Xocanın evindən gətirdi-

lər və Sultan Əli Mirzə  ilə  tarxanları  ərkdə mühasirəyə  aldılar.  İçəridəkilər 

ərki bir gün belə müdafiə edə bilmədilər. Məhəmməd Məzid Tarxan Dörd-

yol qapısından çıxaraq Buxaraya getdi. Sultan Əli Mirzə ilə Dərviş Məhəm-

məd Tarxan yaxalandılar. 

Baysunqur  Mirzə  Əhməd  Hacı  bəyin  evindəydi.  Dərviş  Məhəmməd 

Tarxanı  da  oraya  gətirdilər.  Baysunqur  Mirzə  ona  bir-iki  sual  verdi,  ancaq 

Dərviş Məhəmməd Tarxan cavab verə bilmədi. Elə iş tutmamışdı ki, cavab 

verə bilsin. Edam edilməsini əmr etdi. Dərviş Məhəmməd Tarxan taqətsizli-

yindən dirəyə yapışdı. Ancaq dirəyə yapışmaqla onu buraxardılarmı? Edam 

etdilər. [Baysunqur Mirzə] Sultan Əli Mirzənin də Göy saraya çıxarılıb göz-

lərinə mil çəkilməsini əmr etdi.Teymur bəyin tikdirdiyi böyük imarətlərdən 

biri  Göy  saraydır.  Səmərqəndin  ərkindədir.  Bu  imarətin  qəribə  bir  özəlliyi 

var. Teymur bəyin övladlarından biri üsyan edərək taxta çıxsa, taxta burada 

oturur.  Taxt  qovğası  üzündən  başını  itirsə,  yenə  burada  itirir.  Hətta  «filan 

şahzadəni Göy saraya çıxardılar» ifadəsi onun öldürüldüyü mənasına gəlir. 

Sultan  Əli  Mirzəni  Göy  saraya  çıxarıb  gözlərinə  mil  çəkdilər.  Lakin 

gözlərinə  çəkilən  milin  Sultan  Əli  Mirzəyə  zərəri  toxunmadı.  Cərrah  bunu 



(37  b)  bilə-bilə  və  ya  istəməyərək  etmişdi.  Ancaq  Sultan  Əli  Mirzə  bunu 

dərhal  bəlli  etmədi  və  [Xoca  Übeydullahın  oğullarından]  Xoca  Yəhyanın 

evinə  gəldi.  İki-üç  gün  sonra  isə  qaçıb  Buxaraya  tarxanların  yanına  getdi. 

Bu  üzdən  də  Xoca  Übeydullahın  övladları  arasında  təəssübkeşlik  yarandı. 

Böyüyü  böyüyünə  yol  göstərici  olarkən  kiçiyi  də  kiçiyinə  qol-qanad  gərdi. 

Bir neçə gün sonra Xoca Yəhya da Buxaraya getdi. 

Baysunqur Mirzə Buxaraya qoşun çəkərək Sultan Əli Mirzənin üstünə 

yürüş etdi. Buxaraya yaxınlaşanda Sultan Əli Mirzə və tarxan bəyləri onun 

qarşısına çıxdılar. Yüngül bir çarpışma oldu. Üstünlük Sultan Əli Mirzə tə-

rəfində qaldı, Baysunqur Mirzə  məğlub  oldu.  Əhməd Hacı  bəy və  bir neçə 

yaxşı igid daha ələ keçirildi, çoxu öldürüldü. Əhməd Hacı bəyi Dərviş Mə-

həmməd Tarxanın qətl edilməsində ittiham edərək şərəfsizcəsinə öldürdülər. 

Sultan Əli Mirzə də Baysunqur Mirzənin arxasınca Səmərqəndə yürüdü. 

 

BABURUN SƏMƏRQƏNDĠ MÜHASĠRƏYƏ ALMASI 

 

Bu  xəbər  bizə  şəvval  ayında  [=1496  iyun-iyul]  Əndicanda  çatdı.  Hə-



min  ay  biz  də  Səmərqəndi  ələ  keçirmək  üçün  qoşuna  hərəkət  əmri  verdik. 

Sultan Hüseyn [Bayqara] Mirzə Hisardan və Qunduzdan çəkilmişdi, Sultan 

Məsud  Mirzə ilə  Xosrov şahın  ürəyi  yerinə  gəlmişdi. Bundan istifadə  edən 

Sultan (38 a) Məsud Mirzə də Səmərqəndi almaq məqsədilə Şəhrisəbz üzə-




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə