ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə27/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   23   24   25   26   27   28   29   30   ...   194

BABURNAMƏ 

 

59 



Bir dəfə də xiyabanda, Məğaq körpüsündə Əbülqasım Kuhbər toppuz 

işlətdi. Bir dəfə də xiyabanda arx civarında bir çarpışma oldu və (40 b) Mir-

şah Koçin toppuzla vuruşdu. Ona elə vurdular ki, boynu yarısına qədər kə-

sildi və yalnızca böyük şahdamarı qaldı.

 

Xan Yurdunda olduğumuz zaman kurqandakılar adam göndərdilər və 



«Gecə Gari-Aşiqanə  gəlin, kurqanı təslim edək»  deyə hiylə qurdular. Buna 

inanaraq gecə hərəkət edib Məğaq körpüsünə gəldim. Qərarlaşdırılmış olan 

yerə bir dəstə yaxşı igid və piyada göndərildi. Məsələni anladıqları vaxt içə-

ridəkilər bizim piyadalardan dörd-beşini əsir almışdılar. Bunlar çox qüvvətli 

piyadalar idi. Birinin adı Hacıydı və kiçıkliyindən bəri mənim xidmətimdə 

idi. Birinə də Mahmud Kundursəngək deyirdilər. Hamısını öldürdülər. 

Bu  yurdda  olduğumuz  zaman  Səmərqəndin  şəhər  əhalisindən  və  əs-

nafdan  o  qədər  çox  adam  dışarı  çıxmışdı  ki,  ordugah  artıq  bir  şəhər  halına 

gəlmişdi. Şəhərlərdə nə axtarsan ordugahda tapardın. 

Bu müddət ərzində Səmərqənd istisna olmaqla digər bütün kurqanların, 

dağların və ovaların hamısı bizə itaət etmişdi. Şavdar dağının ətəyindəki Ör-

kət  adlı  bir  kurqanı  bəzi  adamlar  gücləndirmişdilər.  Bu  üzdən  bu  yurddan 

qalxıb  Örkətə  yürüş etmək lazım gəldi.  Axırda bizə qarşı dayana bilməyə-

cəklərini anladıqları zaman da Xoca [Mövlana] qazını (41 a) minnətçi salıb 

itaət  etdilər.  Biz  də  onların  xətalarını  bağışlayaraq  yenidən  Səmərqəndin 

mühasirəsi ilə məşğul olduq. 



 

SULTAN HÜSEYĠN MĠRZƏ ĠLƏ 

BƏDĠÜZZAMAN MĠRZƏ ARASINDA ÇARPIġMA 

 

Bu  il  Sultan  Hüseyn  [Bayqara]  Mirzə  ilə  [oğlu]  Bədiüzzaman  Mirzə 



arasındakı anlaşmazlıqlar bunları savaşa sürüklədi. Məsələ belə idi: keçən il 

Sultan  Hüseyn  Mirzənin  Bəlxi  Bədiüzzaman  Mirzəyə,  Əstərabadı  isə  Mü-

zəffər Mirzəyə  verərək onları  yükündürdüyünü nəql  etmişdik. O zamandan 

bugünə  qədər  bir  çox  elçilər  gəlib  getdi.  Axırda  Əlişir  bəy  [Nəvai]  də  elçi 

olaraq gəldi. Nə qədər çalışsalar da Bədiüzzaman Əstərabadı kiçık qardaşına 

verməyə  razı  olmadı  və  «Mənim  oğlum  Məhəmməd  Mömin  Mirzə  sünnət 

olunanda, [babası] Sultan Hüseyn Mirzə oranı ona hədiyyə etmişdi» dedi.  

Bir  gün Əlişir bəylə Mirzə arasında bir söhbət  oldu  ki,  bu, Mirzənin  

sürətli fəhminə, Əlişir bəyin də həssasiyyətinə bir dəlildir. Əlişir bəy bir çox 

məhrəm sözü Mirzəyə pıçıltıyla söylədi və «Bu sözləri unudun» dedi. Mirzə 

də dərhal «hansı sözləri?» deyə soruşanda, Əlişir bəy çox mütəəssir oldu və 

uzun-uzun ağladı. 

Ata  ilə  oğul  arasındakı  bu  dedi-qodular  axırda  belə  nəticələndi:  atası 

oğlu,  oğlu  da  atası  üzərinə  Bəlx  və  Əstərabada  qoşun  yeritdi.  Gürzüvan 

ətəyində  yerləşən  (41  b)  Yekçıraq  çayırına  aşağıdan  Sultan  Hüseyn  Mirzə 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



60 

yuxarıdan da [oğlu] Bədiüzzaman Mirzə gəldi. Ramazan başlanğıcında çər-

şənbə axşamı günü [=3 may 1497] Sultan Hüseyn Mirzənin bir neçə bəyi və 

bir dəstə süvarisi ilə birlikdə [digər oğlu] Əbülmöhsün Mirzə irəlilədi. Ciddi 

bir  vuruşma  olmadan  Bədiüzzaman  Mirzə  məğlub  oldu.  Bir  çox  yaxşı  igid 

əsir  düşdü.  Sultan  Hüseyn  Mirzə  hamısının  başını  kəsdirdi.  Yalnız  burada 

deyil, hansı oğlu düşmən olaraq qarşısına çıxsa, məğlub etdi və əsir düşən 

adamlarının hamısının başlarını kəsdirdi. Nə eləsin, haqq onun tərəfində idi. 

Bu mirzələr zövq və səfahətə o dərəcədə düşkün idilər ki, ataları kimi 

təcrübəli və ağıllı bir padşah onlara yarım günlük məsafəyə qədər yaxınlaş-

dığı və digər tərəfdən də ramazan kimi mübarək və əziz bir aya girməyə yal-

nızca bir gecə qaldığı halda, onlar atalarından çəkinmədən, Allahdan qorx-

madan  yalnızca  şərab  içib  zövq  və  səfa  sürməklə  məşğul  idilər.  Şübhəsiz, 

belə hərəkət edən adamlar belə yenilgilərə uğrayar və belə insanların öhdə-

sindən hər kəs gələr.  

Əstərabadın  idarəsi  neçə  ildir  Bədiüzzaman  Mirzənin  əlində  idi.  Ət-

rafındakılar və igidləri fövqəladə zövqə və süsə düşkün idilər. Altın və gü-

müş qab-qaşıqları və əşyaları hədsiz dərəcədə çoxalmışdı. Süslü geydirilmiş 

igidlərinin (42 a) və cins atlarının sayı-hesabı yox idi. Orada hamısını itirdi. 

Dağ yollarından qaçarkən, qayalıqlardan və uçurumlardan böyük çətinliklər-

lə endi, amma bir çox adamı bu uçurumlarda tələf oldu. 

Sultan Hüseyn Mirzə oğlunu  yendikdən sonra Bəlxə gəldi. Bədiüzza-

man Mirzə Bəlxdə Şeyx Əli Tağayini qoymuşdu. O da çarəsiz qaldı və Sul-

tan  Hüseyn  Mirzəyə  itaət  edərək  Bəlxi  təslim  etdi.  Sultan  Hüseyn  Mirzə 

Bəlxi  [digər  oğlu]  İbrahim  Hüseyn  Mirzəyə  verib  Məhəmməd  Vəli  bəylə 

Şah Hüseyn Çöhrəni də onunla birlikdə qoydu və özü Xorasana geri qayıtdı. 

Məğlub olan, malı-mülkü yağmalanan Bədiüzzaman Mirzə ətrafındakı 

igidləri, piyada və çılpaq adamlarıyla birlikdə Qunduza, Xosrov şahın yanı-

na getdi. Xosrov şah ona yaxşı üz göstərdi. At və dəvələrlə birlikdə kiçık və 

böyük  çadırlar,  sipahilərə  gərəkən  təchizatı  verərək,  həm  Mirzənin  özünə, 

həm də başının adamlarına o qədər yaxşı rəftar və insaniyyət göstərdi ki, gö-

rənlər Mirzənin öncəki və bugünkü təchizatı arasındakı fərqin yalnızca süslü 

və yaldızlı alətlərin olmaması olduğunu söylədilər. 

 

SULTAN MƏSUD MĠRZƏ ĠLƏ 



XOSROV ġAH ARASINDAKI UYUġMAZLIQ 

 

Sultan Məsud Mirzə ilə Xosrov şah arasında birinin ölçüsüzlüyü, digə-

rinin isə özünü böyük görməsindən uyuşmazlıq yarandı. Xosrov şah Vəli və 

Baqini  [Çağanyanı]  (42  b)  Bədiüzzaman  Mirzə  ilə  birlikdə  Hisara  Sultan 

Məsud  Mirzənin  üzərinə  göndərdi.  Lakin  kurqana  yaxınlaşa  bilmədilər. 

Civardakı bölgədə hər iki tərəf bir-iki dəfə qılınc işlətdi. Bir dəfə də Mühib 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə