Zəhirəddin Məhəmməd BABUR
76
lıqdan çox sıxıntı çəkməyə başladıqları zaman Büst valisi kurqanı təslim et-
di və Büstdəki mövcud ərzala Xorasana qayıda bildi.
Sultan Hüseyn Mirzə kimi böyük bir padşah, bu qədər sursat və təm-
təraqla Qunduz, Hisar və Qəndəhar üzərinə bir neçə dəfə qoşun çəkdiyi hal-
da zəbt edə bilmədən geri döndüyü üçün oğulları və bəyləri bundan cəsarət
alaraq düşmənçilik yaratmağa və fitnə çıxarmağa başladılar.
O yaz Sultan Hüseyn Mirzə Əstərabada müsəllət olaraq şər işlərlə məşğul
olan oğlu Məhəmməd Hüseyn Mirzənin dəf edilməsi üçün Məhəmməd Vəli
komandanlığı altında bəzi bəyləri xeyli əsgərlə birlikdə axınçı olaraq göndərmiş
və özü də Nişin çayırında qalmışdı. Bədiüzzaman Mirzə ilə Zünnunun [bəy
Arğun] oğlu Şah İŞüca] bəy (58 a) qəfildən qoşun çəkərək Sultan Hüseyn
Mirzənin üzərinə gəldilər. Bu arada Sultan Məsud Mirzə də Hisarı müdafiə edə
bilməyərək təslim etmək məcburiyyətində qalmışdı və Sultan Hüseyn Mirzənin
yanına gəlirdi, xoş bir təsadüf əsəri olaraq, tam o gün yetişdi. Eyni zamanda
Əstərabada gedən əsgər də gəlib eyni gün Mirzəyə qoşuldu. Qarşı-qarşıya
gələndə Bədiüzzaman Mirzə ilə Şah bəy savaşmadan qaçıb getdilər.
Sultan Hüseyn Mirzə Sultan Məsud Mirzəni yaxşı qəbul etdi, onu özü-
nə kürəkən edərək inayət və şəfqət göstərdi. Bu arada Xosrov şahın kiçık
qardaşı Baqi Çağanyani də bu hadisədən bir az öncə gəlib Sultan Hüseyn
Mirzənin xidmətinə girmişdi. Onun fitnələri üzündən Sultan Məsud Mirzə
Xorasanda durmadı, Sultan Hüseyn Mirzədən izin belə almadan bir bəhanə
ilə Xosrov şahın yanına getdi.
Xosrov şah Baysunqur Mirzəni də Hisardan çağırıb gətirdi. Bu əsnada
Miranşah Mirzə də atası Uluğ bəy Mirzə ilə düşmən olub Həzarəyə girmiş,
lakin pis hərəkətləri üzündən orada qala bilməmiş və o da Xosrov şahın ya-
nına gəlmişdi.
Bəzi dargörüşlülər bu şahzadələrin hər üçünü də öldürərək Xosrov şah
adına xütbə oxutmaq fikrində idi. Lakin Xosrov şah bunu uyğun görmədi. Bu
səfil və nankor adam kiçıkliyindən bəri böyüdüb bəy-atəkəsi olduğu Sultan
Məsud (58 b) Mirzəni tutub bu beş günlük dünya üçün -ki, ona vəfa qılmadığı
kimi, heç kimə də vəfası olmayacaqdır- gözlərinə mil çəkərək kor elədi.
Bir neçə südqardaşı, arxadaşı və sınanmış adamı Sultan Məsud Mir-
zəni alıb Səmərqəndə, Sultan Əli Mirzənin yanına götürmək niyyətilə Keşə
getdilər. Amma oradakıların da pis niyyətdə olduqlarını gördülər, Keşdən
qaçaraq Çarcu keçidindən aşıb Sultan Hüseyn Mirzənin yanına gəldilər.
Belə çirkin hərəkət edənlərə və bu cür işlərlə uğraşanlara qiyamətə qədər
yüz min dəfə lənət olsun. Xosrov şahın bu hərəkətindən xəbərdar olanlar ona
lənət oxusunlar və bunu duyub da lənət oxumayanlar da lənətə tuş olsunlar.
Xosrov şah bu çirkin hərəkətindən sonra Baysunqur Mirzəni padşah
edib Hisara getməsinə izin verdi. Seyid Kamili Miranşah Mirzəyə köməkçi
qoşub onu da Bamyan tərəfinə göndərdi.
BABURNAMƏ
77
FƏRQANƏ - 904 (19 AVQUST 1498 – 8 AVQUST 1499)
DOQQUZ YÜZ DÖRDÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ
Səmərqəndə və Əndicana dəfələrlə yürüş etsək də, bundan heç bir nə-
ticə hasil olmadı. Təkrar Xocəndə qayıtdıq. Xocənd kiçık bir yerdir, yüz-iki
yüz əsgəri olan bir adamın vaxtı burada sıxıntı (59 a) içində keçər. Lakin id-
diası olan bir adam necə sakit dura bilər?
BABURUN XOCƏNDDƏN PƏġAĞARA GETMƏSĠ
Məhəmməd Hüseyn Gürgan Duğlat Ura-Təpədə idi. Səmərqənd üzə-
rinə yürümək niyyətilə onun yanına adamlar göndərib sözləşdik. Yar-yaylaq
kəndlərindən olan Pəşağarı bu qışı orada qalmaq və Səmərqənd vilayətinə
mümkün olduğu qədər hücum edə bilmək üçün müvəqqəti olaraq bizə ver-
məsini Məhəmməd Hüseyndən istədik. Bu kənd Xoca həzrətlərinə aid olan
kəndlərdən idi, amma bu qarışıqlıqda ona keçmişdi. Məhəmməd Hüseyn
Duğlat buna razı oldu.
Xocənddən Pəşağara hərəkət etdim. Zaminə yaxınlaşanda qızdırmaya
tutuldum. Buna baxmayaraq Zamindən hərəkət edib sürətlə dağ yolundan
Ribati-Xoca üzərinə gəldim. Niyyətim qəfil basqın edərək nərdivanlarla
çıxıb Şavdar tüməninin mərkəzi olan Ribati-Xoca kurqanını ələ keçirmək idi.
Sübh çağı oraya gəldik. Lakin əhalisi xəbərdar oldu, biz də təkrar dönüb heç
bir yerdə dayanmadan birbaş Pəşağara gəldik. Qızdırmalı olduğum halda on
üç-on dörd ağac yolu güclə və məşəqqətlə qət etdim.
Bir neçə gün sonra Yar-yaylaq kurqanlarını sözlə və ya zorla ələ ke-
çirmək üçün bir neçə içki bəyləri və igidlərlə birlikdə İbrahim Saru, Veys
Lağari və Şirim Tağayini axınçı təyin etdik. O zamanlarda (59 b) Yar-yay-
laq Seyid Yusif bəydə idi. Mən Səmərqənddən çıxdığım zaman o orada
qalmış və Sultan Əli Mirzə də ona inayət etmiş, nəticədə Seyid Yusif bəy
[Oğlaqçı] Yar-yaylaq kurqanlarının ələ keçirilib idarə edilməsi üçün kiçık
qardaşını və oğlunu göndərmişdi. Biz yenidən hərəkətə keçəndə Siyal-qutun
Zəhirəddin Məhəmməd BABUR
78
idarəsini əlində tutan Əhməd Yusif də o kurqanlarda idi. Bizim bəylər və
igidlər də gedib bütün qış uğraşaraq bəzi kurqanları sülh yolu ilə, bəzilərini
də savaşaraq zəbt etdilər, bəzilərini isə hiylə və bicliklə ələ keçirdilər. O vi-
layətlərdə moğollar və özbəklər üzündən kurqanı olmayan heç bir kənd yox-
dur. O əsnada [Sultan Əli Mirzə] bizim üzümüzdən Seyid Yusif bəy ilə ki-
çık qardaşından və oğlundan şübhələnərək onların Xorasana getmələrinə
izin verdi.
Qış belə təlaş və mücadilə ilə keçdi. Yaz gəlincə barışmaq üçün Xoca
Yəhyanı göndərdilər. Özləri isə [Sultan Əli Mirzə] əsgərin təşviqiylə Şiraz
və Kabüd civarına gəldi. Bizim mövcud sipahimiz iki yüzdən artıq, üç
yüzdən azdı və hər tərəfdə qüvvətli düşmənlər vardı. Əndican üzərinə səfər-
lərimizdə də tale bizə yar olmadı və Səmərqəndə əl uzatmaqdan da heç bir
nəticə çıxmadı. Məcburən sülhə bənzər bir şey bağlandı və Pəşağardan (60
a) geri qayıtdıq.
Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl ya-
rımdır adamlarımız və ailələrimizlə oradaydıq. Bu müddət ərzində oradakı
müsəlmanlar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər.
Oraya təkrar nə üzlə getmək olar və oraya gedən insan nə edə bilərdi?
Varmağa nə məskən müyəssər,
Durmağa nə dövlət müqərrər.
Axırda belə tərəddüdlər içində Ura-Təpənin cənubundakı yaylalara
getdik. Öz halımıza şaşmış bir vəziyyətdə gedəcək və qalacaq bir yer bil-
mədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim ki-
mi vətənindən sürülərək şaşqın bir halda olan Xoca Əbülməkarim məni gör-
məyə gəldi. Haraya gedəcəyimizi və nə edəcəyimizi soruşdurub mütəəssir
oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.
BABURUN MƏRGĠNANI YENĠDƏN ƏLƏ KEÇĠRMƏSĠ
O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı göründü.
Əli Dost Tağayinin Yulçuq adlı adamı imiş və bu xəbərlə göndərilmişdi:
«Gərçi mənim tərəfimdən çox böyük günahlar işləndi, lakin ümid etdiyim
kimi inayət edib günahlarımı bağışlayaraq (60 b) buraya gəlsə, Mərginanı
təslim edərək ona elə bir qulluq və xidmətkarlıq edəcəyəm ki, günahım
təmizlənib utancım keçsin».
Bu qədər şaşqın bir halda olduğum əsnada belə bir xəbər gəldiyinə
görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal
Mərginana doğru hərəkət etdim. Ora ilə Mərginanın arası təxminən iyirmi
dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta na-
mazına qədər heç bir yerdə durmadan yürüdük. Günorta namazı vaxtında
Xocəndin Tənük-ab adlı kəndinə endik. Atlar dincini alıb yemləndikdən
Dostları ilə paylaş: |