ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə23/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   19   20   21   22   23   24   25   26   ...   194

BABURNAMƏ 

 

49 



Müharibənin  ilk  günündə  ata-əkəm  Xudaverdi  bəyə  zəmbərək

1

 oxu 



dəyib  öldürdü.  Zirehsiz savaşdığı  üçün  bəzi  igidlər  öldü,  bir  çoxu  da  yara-

landı,  İbrahim  Sarunun  yanında  zəmbərək  atan  bir  adam  vardı,  fövqəladə 

dərəcədə yaxşı atırdı. Onun kimi yaxşı zəmbərək atan görünməmişdir. Xal-

qın çoxunu yaralayan o idi. Kurqanı alandan sonra mənim xidmətimə girdi. 

Mühasirə uzanınca üç-dörd yerdə divarlar ucaldılması, lağımlar qazıl-

ması (31 b) və qalanın alınması üçün lazımi işlərlə ciddi şəkildə məşğul ol-

mağa dair əmrlər verildi. Mühasirə qırx gün qədər sürdü. Nəhayət, İbrahim 

Saru aciz qaldı. Xoca Mövlana qazının vasitəçiliyi ilə qulluğu qəbul edərək, 

şəvval ayında [=1495 iyun] qılınc və oxdanını boynuna asaraq gəlib xidmə-

timizə girdi və kurqanı təhvil verdi. 

 

BABURUN XOCƏNDĠ GERĠ ALIB 

SULTAN MAHMUD XANLA GÖRÜġMƏSĠ 

 

Xocənd uzun müddətdən bəri Ömər Şeyx Mirzənin idarəsində idi. An-



caq bu xaos zamanı və orada iş başındakıların maymaqlığı üzündən [Ömər 

Şeyx  Mirzənin  böyük  qardaşı,  Baburun  ən  böyük  əmisi]  Sultan  Əhməd 

Mirzəyə keçmişdi. Bu qədər yaxınında olduğumuz üçün onun üstünə də yü-

rüdük. Xocənddə Mir Moğulun atası Əbdülvəhhab Şiğavul vardı. Yaxlaşan 

kimi şəhəri problemsiz təhvil verdi. 

Bu  zaman  Sultan  Mahmud  xan  Şahruxiyyəyə  gəlmişdi.  Bundan  bir 

müddət öncə Sultan Əhməd Mirzə Əndican civarına gələndə, yuxarıda bəhs 

edildiyi üzrə, xan da gəlib Axsini mühasirəyə almışdı. «Madam aradakı mə-

safə bu qədər  yaxındır, xan da atamın və böyük qardaşımın  yerindədir, ge-

dib ziyarət edərək ehtiram göstərsəm, bu surətlə həm keçmişdəki incikliklər 

ortadan qalxar, həm də uzaqda və yaxında bunu eşidən və görənlər üçün də 

yaxşı olar» deyə düşündüm. 

Beləcə  gedib  Şahruxiyyənin  kənarında  Heydər  bəyin  [Göyəldaş]  sal-

dırdığı bağda onu ziyarət etdim. Bağın ortasına qurulmuş (32  a) böyük bir 

çadırda oturmuşdu. Çadıra  girincə  üç dəfə  yükündüm.  Xan da sayğı  göstə-

rərək  yerindən  qalxdı.  Salamlaşıb  dönərək  təkrar  yükündükdən  sonra  məni 

yanına çağırdı, çox şəfqət və mehribanlıq göstərdi.  

Bir-iki gün sonra Kəndirli keçidi üzərindən Axsi və Əndican tərəfə hə-

rəkət etdim. Axsiyə gəlib atamın məzarını ziyarət etdim. Axsidən cümə na-

mazı vaxtı çıxdım və Bəndi-Salar yolu üzərindən axşam namazıyla yatsı na-

mazı arasında Əndicana gəldim. Bu Bəndi-Salar yolu doqquz ağacdır. 

Əndican vilayətinin köçərilərindən olan çuğraq çox iri, beş-altı min ai-

                                                           

1

 Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş barmaq qalınlığın-



da, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan oxdan meydana gələn atəşsiz 

silah növü. Əsgərin zirehlərini dələcək gücdədir. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



50 

ləlik bir eldir. Fərqanə ilə Kaşğar arasındakı dağlarda  yaşayırlar. At və qo-

yunları çoxdur. O dağlarda öküz yerinə kutas

1

 bəsləyirlər. Kutasları da çox-



dur. Dağları sarp və sınırda olduğu üçün vergi verməyə çox da istəkli görün-

mürlər.  Əsgərin  komandasını  Qasım  bəyə  [Koçin]  verərək  oralardan  mal 

alıb əsgərə bəzi şeylər gətirməsi üçün çuğraqların üstünə göndərdim. İyirmi 

minə yaxın qoyun, min-min beş yüz də at alıb əsgərə payladı. 

Əsgər çuğraq sərəfindən qayıdan kimi Ura-Təpə üzərinə yürüdük. (32 

b)  Bura  bir  müddət  Ömər  Şeyx  Mirzənin  idarəsində  olmuş,  Mirzənin  ölə-

cəyi il əlindən çıxmışdı. İndi isə orada Baysunqur Mirzə adından onun kiçık 

qardaşı Sultan Əli Mirzə vardı. Sultan Əli Mirzə gəlişimizi xəbər alınca Pel-

qar  və  Məsiha  dağlarına  çıxmış,  Ura-Təpədə  ata-əkəsi  Şeyx  Zünnunu  [Ar-

ğun] qoymuşdu. 

Xocənddən keçib yarı yola gələndə Xəlifə [Nizaməddin Əli Barlas] el-

çi olaraq Şeyx Zünnunun yanına göndərildi. O axmaq və alçaq adam müsbət 

bir  cavab  vermək  bir  yana,  Xəlifəni  həbsə  ataraq  öldürülməsini  əmr  etdi. 

Əcəli gəlmədiyi üçün Xəlifə qurtularaq, min cür məşəqqət və əzab çəkərək 

piyada və çılpaq bir halda iki-üç gün sonra yanımıza gəldi. 

Ura-Təpə civarına çatdıq. Qış yaxınlaşdığı üçün əhali çöldəki məhsul-

larını tamam yığmışdı. Bu üzdən bir neçə gün sonra Əndicana qayıtdıq. 

Bizim geri qayıtmağımızın ardından [Sultan Mahmud] xanın adamları 

Ura-Təpənin  üstünə  yürüdülər.  Ura-Təpəlilər  müqavimət  göstərə  bilmədən 

şəhəri buraxıb çıxdılar. Xan da Ura-Təpəni [Baburun xalası oğlu] Məhəm-

məd Hüseyn Gürgana [Duğlat] verdi. Ura-Təpə o gündən etibarən 908-ci ilə 

[=1502/3] qədər Məhəmməd Hüseyn Gürganın idarəsində qaldı. 

     


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                           

1

 Kutas: bir dağ öküzü növü. 




BABURNAMƏ 

 

51 



 

 

 



 

 

 



 

 

 



FƏRQANƏ - 901 (21 SENTYABR 1495 – 9 SENTYABR 1496) 

 

DOQQUZ YÜZ BĠRĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ 

 

SULTAN HÜSEYN MĠRZƏNĠN HĠSARI 

MÜHASĠRƏ ETMƏSĠ VƏ GERĠ ÇƏKĠLMƏSĠ 

 

Sultan Hüseyn [Bayqara] Mirzə qışda Xorasandan Hisara (33 a) qoşun 



çəkərək Termiz [çayının] qarşı sahilinə gəldi. Sultan Məsud Mirzə də əsgə-

rini  toplayaraq  Termizin  digər  sahilinə  gəlib  yerləşdi.  Xosrov  şah  Qunduz 

kurqanının müdafiəsini qüvvətləndirdi və kiçık qardaşı Vəlini qoşuna başçı 

qoyaraq Sultan Məsud Mirzənin yanına göndərdi. [Hər iki ordu] qışın xeyli 

hissəsini çay kənarında keçirdi və sudan keçə bilmədi. 

Sultan  Hüseyn  Mirzə  iş  bilən  və  təcrübəli  bir  padşah  idi.  Qunduza 

doğru, çayın yuxarı tərəfinə getdi. Qarşısındakı əsgərin diqqətini yayındırıb 

Əbdüllətif  Bəxşi  komandanlığında  beş-altı  yüz  seçmə  adamını  Kilif  keçi-

dinə göndərdi. Qarşı tərəfdəki əsgərlər bu işdən hali olana qədər Əbdüllətif 

Bəxşi  adamlarıyla  birlikdə  Kilif  keçidini  keçərək  çayın  qarşı  kənarını  zəbt 

etdi. Bu barədə Sultan Məsud Mirzəyə xəbər çatanda Xosrov şahla Vəli dər-

hal onların üstünə hücum çəkməyi israrla təklif etdilər. Ancaq Sultan Məsud 

Mirzənin cəsarətsizliyindən və ya Vəlinin müxalifi olan Baqi Çağanyaninin 

fikrinə uymasından çayı keçən bu adamların üstünə getməyərək məğlub ki-

mi Hisar tərəfinə qayıtdılar. 

Sultan Hüseyn Mirzə çayı keçərək [oğulları] Bədiüzzaman Mirzə, İb-

rahim Hüseyn [Mirzə], Məhəmməd Vəli bəy və Zünnun bəy Arğunu Xosrov 

şahın  üstünə  ilqar

1

 olaraq  göndərdi,  Müzəffər  [Hüseyn]  Mirzə  (33  b)  ilə 



Məhəmməd Burunduq Barlası Xutlan üzərinə yolladı, özü isə Hisar üzərinə 

gəldi. Hisara yaxınlaşanda Hisardakılar bundan xəbərdar oldular. 

Sultan Məsud Mirzə Hisarda qalmağa imkan tapa bilmədi və Kəmrud 

çayını yuxarı tərəfindəki Siprə-Tağ yolu ilə Səmərqəndə, kiçık qardaşı Bay-

                                                           

1

 İlqar/ilgər: bu terminlə çox sürətli hərəkət edən yüngül silahlı bölük, yaxud kiçik hərbi 



dəstə və ya hissə nəzərdə tutulmuş olmalıdır. Bax: Qeydlər və izahlar. 


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə