ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə19/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   15   16   17   18   19   20   21   22   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



40 

əvəzində (23  a) ona heç nə etmədi, hörmət  və iltifat  göstərmədi.  Həqir və 

etibarsız bir vəziyyətdə Axsi vilayətində vəfat etdi. 

Başqa bir əmiri olan Sultan Hüseyn Arğun bir neçə dəfə Qaragöl ha-

kimi olduğu üçün Sultan Hüseyn Qaragöli deyə anılırdı. Fikir və tədbiri çox 

yaxşı idi. Mənim yanımda da uzun müddət olmuşdu. 



Qul Məhəmməd Buğda koçin idi, cəsarətli bir adamdı. 

Başqa bir əmiri olan Əbdülkərim EĢrit uyğur idi. Sultan Əhməd Mir-

zənin yanında eşik ağası idi. Cömərd və cəsur bir adam idi. 

Sultan  Əhməd  Mirzənin  ölümündən  sonra  bəyləri  ittifaq  edərək  dağ 

yolundan  Sultan  Mahmud  Mirzəyə  adam  göndərdilər  və  onu  dəvət  etdilər. 

Sultan  Əbu  Səid  Mirzənin  böyük  qardaşı  Mənuçöhr  Mirzənin  oğlu  Məlik 

Məhəmməd Mirzə səltənət iddiası ilə bir neçə sərsərini başına yığıb ordudan 

ayrıldı. Səmərqəndə gəldi, ancaq heç nə əldə edə bilmədi, yalnız özünün və 

bir neçə günahsız şahzadənin ölümünə səbəb oldu. 

 

SULTAN MAHMUD MĠRZƏNĠN 



SƏMƏRQƏND TAXTINA ÇIXMASI 

 

Sultan Mahmud Mirzə bu xəbəri alan kimi dərhal Səmərqəndə gələrək 



heç bir əziyyət və zəhmət çəkmədən taxta oturdu. 

Aşağı və yüksək təbəqəyə mənsub əsgərin və xalqın çoxu elədiyi bir 

çox işdən dolayı Sultan Mahmud Mirzəyə nifrət etdilər və qaçıb dağıldılar. 

Bu işlərdən biri budur: əvvəlcə bəhs edilən Məlik Məhəmməd Mirzə (23 b) 

onun əmisinin oğlu, özünün də kürəkəni idi. Sultan Mahmud Mirzə onu di-

gər dörd mirzə ilə birlikdə Göy saraya çıxarmışdı. İkisinin həyatını bağışla-

yıb Məlik Məhəmməd Mirzə ilə digər bir mirzəni asdı. Bunların bəziləri za-

tən padşah olacaq adamlar deyildi və belə bir iddiaya da heç zaman düşmə-

mişdilər. Düzdür, Məlik Məhəmməd Mirzədə bir az qəbahət vardı, ancaq di-

gərlərinin heç bir suçu və xətası yox idi. 

Sultan Mahmud Mirzənin nizam-intizamı və idarəçiliyi çox yaxşı idi. 

Ədalətli  idi.  Siyaq  elmini  [maliyyə-hesab  işi]  bilirdi.  Ancaq  zülm  və  fisqə 

mail idi. Səmərqəndə girəndə yeni qayda və nizamlar, mükəlləfiyyət və ver-

gilər  qoymağa  başladı.  Əvvəllər  kasıblar  və  dilənçilər  Xoca  Übeydullah 

həzrətlərinin  adamlarının  himayəsinə  sığınaraq  zülm  və  təcavüzdən  qurtu-

lurdu. İndi isə sığınanlar bir yana, şəxsən onlara qarşı da təcavüz və təzyiq 

göstərməyə başladılar; hətta bu təcavüz və şiddət Xocanın öz övladlarından 

da yan keçmədi. 

Özü zalım və fasiq olduğu kimi, bəyləri və adamları da zalım və fasiq 

idi. Hisar xalqı, özəlliklə də Xosrov şaha mənsub olanlar daima içməklə və 

zina ilə məşğul olurdular. O dərəcədə ki, bir gün Xosrov şahın adamlarından 

biri bir kişinin arvadını alıb götürmüş və qadının (24 a) əri Xosrov şahın ya-




BABURNAMƏ 

 

41 



nına gəlib şikayət edərək ədalət tələb etmişdi. Xosrov şah da ona bu cavabı 

vermişdi:  «Neçə  ildir  bu  qadın  səninlə  bərabər  idi,  qoy  bir  neçə  gün  də 

onunla bərabər olsun». 

Şəhər  əhalisinin,  əsnafın  və  əsgərlərin  uşaqları  zorla  çöhrə

1

 edilmək 



qorxusu  altında  evdən  bayıra  çıxmazdı.  Səmərqənd  əhalisi  Sultan  Əhməd 

Mirzənin iyirmi-iyirmi beş il sürən səltənəti zamanında bolluq içində və ra-

hat  yaşamışdı.  İşlərin  çoxu  Xoca  [Übeydullah]  həzrətləri  tərəfindən  doğ-

ruluqla və şəriətə uyğun olaraq həll edilirdi. Bu zülm və fəsad üzündən əha-

linin canı və könlü rəncidə oldu. Böyük və kiçık, fəqir və miskin hamı lənət 

və bəddua üçün əl götürüb ağız açdı. 

Həzər kon zərdi dər onhayi-rəş

Ki rüşti dər an aqibət sər künəd.  

Bəhəm bər məzan to təvani-dili 

Ki ahi-cənahi bəhəm bər zənəd*. 

 

Yaralı könüllərin dərdindən qorx,  

Çünki könlünün yarası nəhayət zühur edər;  

Əlindən gəldiyi qədər bir könülü incitmə

Çünki bir ah bir dünyanı alt-üst edər. 

Sultan  Mahmud  Mirzə  bu  zülm  və  fəsad  üzündən  Səmərqənddə  beş-

altı aydan artıq hökm sürmədi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                           

1

 Çöhrə: əslində, "üz, gözəl üz" anlamına gələn deyim burada "oğlan" mənası daşıyır.   



* Şeir Sədi Şirazinin  Gülüstan adlı əsərindən alınmışdır. 

 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



42 

 

 



 

 

 



 

 

 



 

FƏRQANƏ - 900 (2 OKTYABR 1494 - 21 SENTYABR 1495) 

 

DOQQUZ YÜZÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Mənim yanıma [Baburun əmisi] Sultan Mahmud Mirzədən Əbdülqüd-

düs bəy adlı bir elçi gəldi. Sultan Mahmud Mirzənin böyük oğlu Sultan Mə-

sud  Mirzə  ilə  böyük  qardaşı  Sultan  Əhməd  Mirzənin  Ağ  bəyim  [Səlihə 

Sultan bəyim] adlı ikinci qızının mərasimlə keçirilən toy hədiyyəsini gətirdi. 

Altın və gümüşdən badam və fıstıqlar düzəltmişdilər. 

Bu gələn elçinin Həsən Yaqubla qohumluğu varmış və bəzi şeylər vəd 

edərək onu [Sultan Mahmud] Mirzənin tərəfinə keçirmək istəyirmiş. (24  b) 

Həsən  Yaqub  qeyri-müəyyən  cavab  verdi,  hətta  bu  işə  könlü  varmış  kimi 

görünüb elçini  yola saldı. Beş-altı ay sonra Həsən Yaqubun rəftarı dəyişdi, 

ətrafındakılara və digər adamlara qarşı pis münasibət göstərməyə başladı. İşi 

o  dərəcə  irərli  götürdü  ki,  məni  uzaqlaşdıraraq  yerimə  [Baburun  kiçık  qar-

daşı] Cahangir Mirzəni  padşah etmək istədi. Həsən Yaqubun digər əmirlər 

və sipahilərlə

1

 də arası yaxşı deyildi. Onun bu fikrini hamı başa düşmüşdü. 



Xoca [Mövlana] qazı, Qasım Koçin, Əli Dost Tağayi, Uzun Həsən və mə-

nim  tərəfimi  tutan  digər  adamlar  nənəm  İsən  Dövlət  bəyimin  yanında  top-

laşdılar və onun yaratdığı qarışıqlığa son vermək üçün Həsən Yaqubu vəzi-

fələrindən çıxarmağı qərara aldılar. 

Qadınlar arasında fikir və tədbir xüsusunda nənəm İsən Dövlət bəyim 

kimi  bir  qadın  az  tapılardı.  Fövqəladə  ağıllı  və  tədbirli  idi.  İşlərin  çoxu 

onunla məsləhətləşdikdən sonra görülürdü. 

Həsən  Yaqub  ərkdə  idi.  Anam  və  nənəm  İsən  Dövlət  bəyim  dış  kur-

qanda,  bürcdə  idi.  Qərarın  yerinə  yetirilməsi  üçün  ərkə  getdim.  Həsən  Ya-

qub quş ovuna çıxmışdı, amma vəziyyəti xəbər aldı və geri dönmədən Sə-

mərqənd (25  a) tərəfinə  getdi. Onunla birlikdə hərəkət edən bütün adamlar 

və  bəylər  yaxalandı.  Bunlar  arasında  Məhəmməd  Bakir  bəy,  Sultan  Mə-

                                                           

1

 Sipahi və sipahilik: atlı əsgər və bu hərbi qrupa mənsub olanlar və onların gördükləri 



işi ifadə etmək üçün işlənən termin.  

 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə