ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə21/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   17   18   19   20   21   22   23   24   ...   194

BABURNAMƏ 

 

45 



Dördüncü  oğlu  Sultan  Hüseyn  Mirzənin  anası  Mir  Büzürgün  nəvəsi 

Xanzadə bəyim idi. O, on üç yaşında, atası həyatda ikən Allahın rəhmətinə 

qovuşdu. 

Sultan Veys Mirzənin anası Yunus xanın qızı və mənim anamın kiçık 

bacısı olan Sultan Nigar xanımdı. 

Bu dörd mirzənin vəqayeləri bu kitabda müvafiq illərin olayları içində 

nəql ediləcək. 

Üç qızı Baysunqur Mirzənin doğma bacısı idi və bunların ən böyüyü 

Sultan  Mahmud  Mirzənin  əmisi  Mənuçöhr  Mirzənin  oğlu  Məlik  Məhəm-

məd Mirzəyə ərə verilmişdi. 

Digər beş qızı Mir Büzürgün [Termizi] nəvəsi Xanzadə bəyimdən idi. 

Böyüyünü Sultan Mahmud Mirzənin ölümündən sonra Əba Bəkr Kaşğariyə 



(27 b) verdilər. 

İkinci qızı Bikə bəyim idi. Sultan Hüseyn [Bayqara] Mirzə Hisarı mü-

hasirə edəndə bu qızı Sultan Əbu Səid Mirzənin qızı Payəndə Sultan bəyim-

dən olan Heydər Mirzə adlı oğluna almış və sülh bağlayaraq Hisardan çəkil-

mişdi. 

Üçüncü qızı Ağ bəyim idi. 



Dördüncü qızı Ay bəyim idi; Sultan Hüseyn [Bayqara] Mirzə Qunduz 

üzərinə  gəldiyi  və  Ömər  Şeyx  Mirzənin  də  kömək  üçün  Əndican  əsgərilə 

birlikdə  oğlu  [Baburun  kiçık  qardaşı]  Cahangir  Mirzəni  göndərdiyi  zaman 

Cahangir Mirzə ilə nişanlanmışdı. [Xosrov şahın kiçık qardaşı] Baqi Çağan-

yani  910-cu  ildə  [1504/5]  Amu-Dərya  sahilində  gəlib  mənə  qoşulanda  bu 

bəyimlər də anaları ilə birlikdə Termizdə idilər və onlar da Baqi Çağanyani-

nin  köçü  ilə  gəldilər.  Biz  Gahmərdə  çatanda  da  Ay  bəyim  Cahangir  Mirzə 

ilə ailə qurdu və ondan yalnızca bir qızı oldu. İndi nənəsi Xanzadə bəyimlə 

birlikdə Bədəxşan vilayətində yaşayırlar. 

Beşinci  qızı  Zeynəb  Sultan  bəyim  idi.  Kabili  aldığım  zaman  anam 

Qutlu  Nigar  xanımın  israrı  ilə  onunla  evlənmişdim,  yaxşı  keçinə  bilmədik, 

iki-üç il sonra çiçək xəstəliyindən vəfat etdi. 

Qızlarından biri də Məxdumə (Məxdum) Sultan bəyimdir, Sultan Əli 

Mirzənin doğma böyük bacısıdır, hazırda Bədəxşan vilayətində olur. 

Cariyələrindən  də  iki  qızı  olmuşdu.  Birinin  (28  a)  adı  Rəcəb  Sultan, 

digərinin adı Mühib Sultan xanımdır. 



Qadınları:  böyük  arvadı  Mir  Büzürg  Termizinin  qızı  olan  Xanzadə 

bəyim idi. Mirzə onu dəlicəsinə sevirdi. Sultan Məsud Mirzənin anasıydı. O 

öləndə Mirzə çox matəm tutdu. 

Bundan sonra Mir Büzürgün nəvəsi və Xanzadə bəyimin əmisi qızını 

aldı. Ona da Xanzadə bəyim deyirdilər. Beş qızının və bir oğlunun anasıydı. 

[Digər arvadı olan] Pəşşə bəyim qaraqoyunlunun baharlı oymağı türk-

mən bəylərindən Əli Şir (Şükür) bəyin qızıydı. Əvvəlcə baranlı qaraqoyun-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



46 

lularından Cahan Şah Mirzənin oğlu Məhəmməd (Məhəmmədi) Mirzəyə ərə 

getmişdi. Ağqoyunlu Uzun Həsən Azərbaycanı və İraqı Cahan Şah oğulla-

rının  əlindən alanda Əli  Şir (Şükür) bəyin  oğulları da beş-altı  min qaraqo-

yunlu  türkmən  ailəsi  ilə  birlikdə  gəlib  Sultan  Əbu  Səid  Mirzəyə  bağlan-

mışdılar. Sultan Əbu Səid Mirzənin məğlub olmasından sonra bir müddət də 

bu vilayətlərdə qaldılar, sonra Sultan Mahmud Mirzə Səmərqənddən Hisara 

gələndə gedib onun xidmətinə girdilər. Sultan Mahmud Mirzə Pəşşə bəyimi 

elə o vaxt almışdı, Bu qadın onun bir oğlunun və üç qızının anasıydı. 

Digər  arvadı  olan  Sultan  Nigar  xanımın  nəsəbi  xanlar  sırasında  açıq-

lanmış və ondan bəhs edilmişdir. 

Xeyli məşuqəsi (28 b) və cariyəsi də vardı. Ancaq ən mötəbəri özbək-

lərdən Zöhrə Bikə ağa idi və onu Sultan Əbu Səid Mirzə həyatda ikən gənc-

liyində almışdı. Bir oğlunun və bir qızının anasıydı. 

Digər cariyələri də  çoxdu. Onların ikisindən,  yuxarıda adı  çəkilən iki 

qızı olmuşdu. 



Əmirləri: Xosrov Ģah türküstanlı qıpçaqlardandı. Gəncliyində tarxan 

bəylərinə yaxın xidmətlərdə olmuşdu. Bəlkə də çöhrə idi. Sonra Məzid bəy 

Arğunun xidmətinə girdi, o da ümumən ona iltifat göstərmişdi. İraq məğlu-

biyyətində  Sultan  Mahmud  Mirzəyə  qoşulub  yolda  gələrkən  şücaət  göstər-

diyi  üçün  Sultan  Mahmud  Mirzə  də  ona  iltifat  etmişdi.  Sonralar  fövqəladə 

böyümüş və Sultan Mahmud Mirzə həyatda ikən əsgəri hardasa beş-altı mi-

nə  çatmışdı.  Bədəxşanı  çıxmaqla,  Amu-Dəryadan  Hindıquş  dağına  qədər 

olan vilayətlər bütünlüklə ona aid idi. 

Ziyafətləri və cömərdliyi yaxşı idi. Əlində olanı yeməkdən çəkinməz-

di. Mala qiymət verib onu əldə etməyi bacardığı kimi bol-bol da sərf edirdi. 

Sultan  Mahmud  Mirzədən  sonra,  onun  oğullarının  zamanında  da  çox  yük-

səlmiş və əsgəri iyirmi minə yaxınlaşmışdı. 

Namaz qılması və haram yeməməsi ilə birlikdə batil və fasiq, axmaq, 

anlayışsız (29 a) və nankor bir adamdı. Beş günlük fani dünya üçün özünün 

böyütdüyü, vəlinemətinin oğullarından birini kor elədi, digərini isə öldürdü. 

Allah nəzdində asi və xalqın gözündə rədd edilmiş oldu, qiyamətə qədər lə-

nətlənməyə və nifrətə layiq biri oldu. Bu müvəqqəti dünya üçün belə pis iş-

lər gördü. 

Bu  qədər  abad  vilayətə,  bu  qədər  çox  və  silahlı  əsgərə  sahib  olduğu 

halda bir toyuğa qarşı belə müharibə eləmədi. Bu kitabda yeri gəldikcə on-

dan təkrar bəhs ediləcəkdir. 

Başqa  bir  əmiri  Məhəmməd  Elçi-Buğa:  koçindi.  Sultan  Əbu  Səid 

Mirzənin bir davası zamanı, Bəlx qapısında həzarə müharibəsində, qovğaya 

qarışmış və yumruq atmışdı. Cəsur bir adamdı. Mirzəyə hər zaman xidmət 

edirdi  və  Mirzə  də  onun  fikrinə  görə  hərəkət  edirdi.  Sultan  Hüseyn  [Bay-

qara]  Mirzə  Qunduzu  mühasirə  edəndə,  Xosrov  şaha  paxıllığı  üzündən  az 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə