ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə20/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   16   17   18   19   20   21   22   23   ...   194

BABURNAMƏ 

 

43 



həmməd Duldayın atası Sultan Mahmud Dulday və bir neçə kişi daha vardı, 

onlardan  bəzilərinin  Səmərqəndə  getməsinə  izin  verildi.  Eşik  ixtiyarlığı  və 

Əndicanın idarəsinin Qasım Kuçinə tapşırılması qərara alındı. 

Həsən Yaqub Səmərqənd yolunda Kəndi-Badama qədər varmışdı. Bir 

neçə gün sonra pis niyyətlərlə Axsiyə hərəkət edərək Hukan civarına gəldi. 

Bunu  xəbər  alınca  bəzi  bəylər  və  igidlər  onun  üzərinə  axınçı  olaraq  gön-

dərildi. Bu axınçı bəylər də özlərindən əvvəl bir dəstə igidi önçü olaraq gön-

dərdilər. Həsən Yaqub bunu xəbər alınca, gecə önçü olaraq göndərilmiş bu 

igidlərin  üstünə  yürüyüb  onları  ox  yağmuruna  tutdu.  Ancaq  qaranlıqda  öz 

adamlarının oxu Həsən Yaqubun kürəyinə saplandı və qaça bilmədən əməli-

nin cəzasını çəkdi. 

Çü bəd kərdi məbaş əmin zi afat 

Ki vacib şod təbiətra mükafat.  

Pislik edəndə bəladan qurtulacağını sanma, 

Çünki təbiətdə qarşılıq vacibdir.  

Bu il şübhəli yeməklərdən özümü qorumağa başladım. Bıçaqdan, qa-

şıqdan  masa  örtüsünə  qədər  hər  şeyə  qarşı  tədbirli  davranırdım.  Gecə  na-

mazlarını da daha az (25 b) buraxırdım. 

Rəbiülaxır ayında [=30 dekabr 1494-27 yanvar 1495] Sultan Mahmud 

Mirzə ağır bir xəstəliyə tutularaq altı  gün içində  vəfat etdi, qırx üç  yaşında 

idi. 

 

SULTAN MAHMUD MĠRZƏ 



 

Doğumu və nəsəbi: 857-ci ildə [=1453] doğulmuşdu. Sultan Əbu Sə-

id Mirzənin üçüncü oğlu və Sultan Əhməd Mirzənin doğma qardaşı idi. 



Xarici görkəmi: qısa boylu, seyrək saqqallı, şişman və bir az da yön-

dəmsiz bir adam idi. 



Əxlaqı  və  xasiyyəti:  əxlaqı və xasiyyəti yaxşı idi. Namazını boş ke-

çirməzdi.  İdarəsi  və  intizamı  fövqəladə  dərəcədə  yaxşı  idi.  Maliyyə  hesab-

larını çox əla bilirdi. Vilayətində onun xəbəri olmadan bir dirhəm və ya bir 

dinar  belə  sərf  edilə  bilməzdi.  Adamlarının  iaşəsi  heç  bir  zaman  əskik  ol-

mazdı.  Məclisi,  bəxşişi,  ziyafət  və  süfrəsi  fövqəladə  yaxşı  idi.  Hamısı  da 

qaydalı və nizamlı olurdu. Tərtib və düzəni o qədər gözəl təmin eləmişdi ki, 

nə əsgəri,  nə də təbəəsi buna heç bir zaman təcavüz edə bilməzdi. 

Əvvəlcə quş ovuyla çox məşğul olurmuş. Sonralar da şahınlə çox ov 

edirdi. Zülm və fəsada çox düşkün idi, durmadan şərab içir və çoxlu çöhrə 

saxlayırdı. Hökmü altındakı yerlərdə gözəl və üzü tüksüz bir oğlan olsa, ne-

cə olursa-olsun, gətirdib özünə çöhrə edirdi. Bəylərinin oğullarını və oğulla-

rının (26  a) bəylərini, hətta süd qardaşlarını özünə çöhrə eləmişdi. Bu işdə 

öz  süd  qardaşının  xidmətçisindən  də  istifadə  edirdi.  Bu  uğursuz  adət  onun 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



44 

zamanında o qədər yayılmışdı ki, çöhrəsi olmayan adam bəlkə də heç yoxdu. 

Çöhrə bəsləməyi bir hünər sayır və çöhrəsi olmayanı qınayırdılar. Bu zülm 

və fəsadın uğursuzluğundan bütün uşaqları gənc yaşda öldülər. 

Şeir söyləyir, divan tərtib edirdi, ancaq şeiri çox zəif və dadsızdı. Elə 

şeir söyləməkdənsə, söyləməmək daha yaxşıdır. 

Zəif etiqadlı bir adamdı. Xoca Übeydullah həzrətlərinə ehtiram bəslə-

mirdi. Ürəksiz və həyasız bir adamdı. Ətrafında bir neçə masqara və üzsüz 

vardı, divan başında və xalq önündə çirkin və alçaq hərəkətlər edirdilər. 

Nitqi aydın deyildi və sözünü dərhal anlamaq qeyri-mümkündü. 



Meydan  müharibələri:  hər  ikisi  Sultan  Hüseyn  [Bayqara]  Mirzə  ilə 

olmaq üzrə iki meydan müharibəsi elədi. Birincisi Əstərabadda, ikincisi Ən-

dəxud  civarında  Çikmən  deyilən  yerdə  oldu.  İkisində  də  məğlubiyyətə  uğ-

radı. İki kərə də Bədəxşanın cənubunda Kafiristana gedərək savaşdı, ona gö-

rə də  (26 b) fərmanlarının tuğrasında «Sultan Mahmud Qazi»

1

 yazırdı. 



Torpaqları:  [atası] Sultan Əbu Səid Mirzə ona Əstərabadı vermişdi. 

İraq  hadisəsində

2

 Xorasana  gəldi.  O  zaman  Hisar  hakimi  Qənbər  Əli  bəy 



Sultan  Əbu  Səid  Mirzənin  əmrilə  Hindistan  əsgərini  alaraq  Mirzənin  arxa-

sından  İraqa  getməkdə  idi  və  Xorasana  gələndə  Sultan  Mahmud  Mirzəyə 

qoşuldu.  Sultan  Hüseyn  [Bayqara]  Mirzənin  yaxınlaşdığını  eşidən  Xorasan 

əhalisi hücuma keçərək Sultan Mahmud Mirzəni Xorasandan çıxardı. Sultan 

Mahmud  Mirzə  də  bu  üzdən  Səmərqəndə  Sultan  Əhməd  Mirzənin  yanına 

getdi. 


Bir  neçə  ay  sonra  isə  Əhməd  Müştaq  komandanlığında  Seyid  Bədr, 

Xosrov şah və digər bəzi igidlər Sultan Mahmud Mirzə ilə birlikdə qaçaraq 

Qənbər Əli bəyin yanına Hisara gəldilər. O gündən sonra da Kuhqa və Kuh-

tən  dağlarının  cənubundakı  Termiz,  Çağanyan,  Hisar,  Xutlan,  Qunduz  və 

Bədəxşan kimi vilayətlər Hinduquş dağına qədər Sultan Mahmud Mirzənin 

idarəsində idi. Böyük qardaşı Sultan Əhməd Mirzə öldükdən sonra onun vi-

layəti də Mahmud Mirzənin əlinə  keçmişdi. 

UĢaqları:    Sultan  Mahmud  Mirzənin  beş  oğlu  və  on  bir  qızı  vardı. 

Oğullarının  ən  böyüyü  Sultan  Məsud  Mirzə  idi,  anası  (27  a)  Mir  Büzürg 

Termizinin qızı idi. 

İkinci oğlu Baysunqur Mirzənin anası Pəşşə bəyim di. 

Üçüncü oğlu Sultan Əli Mirzənin anası Zəhra Bikə ağa adlı özbək bir 

cariyə idi. 

                                                           

1

 O  dövrdə  müsəlman  olmayan  şəxslərin  idarə  etdiyi  torpaqlara  hərbi  səfərlərdə  və  sa-



vaşlarda iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.  

2

 Qaraqoyunlu  Cahan şahın ölümündən  sonra  Ağqoyunlu Uzun  Həsən İraqda və  Azər-



baycanda güclənmiş, Cahan şahın oğlu Hüseynəli Əbu Səiddən kömək istəmişdi. Əbu Səid 

Azərbaycana girdikdən sonra ordusuyla Qarabağda qışlarkən qıtlıq baş vermiş, Uzun Həsən 

onu yaxalayıb öldürmüşdü (rəcəb 873=1469-un əvvəli).  

  



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə