ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə16/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   12   13   14   15   16   17   18   19   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



34 

qazı və bəylər gəlib vəziyyəti müzakirə etdilər. Kurqanın bürc və divarları-

nın gücləndirilməsiylə məşğul oldular. Mərginana və ətraf yerlərə göndəril-

miş olan Həsən Yaqub, Qasım Koçin və digər bəzi bəylər bir-iki gün sonra 

gələrək  bizə  qoşuldular.  Hamısı  birlikdə  qalanın  mühafizəsi  üçün  böyük 

qeyrət (16 b) və enerji ilə çalışdılar. 

Sultan Əhməd Mirzə Ura-Təpə, Xocənd və Mərginanı aldıqdan sonra 

Əndicandan  dörd  ağac  məsafədə  olan  Kubaya  gəldi.  Bu  zaman  Əndicanın 

məşhur  adamlarından  Dərviş  Gav  adlı  biri  münasibətsiz  sözlər  söylədiyi 

üçün öldürüldü. Bu şiddətli hərəkətdən sonra bütün əhali yatışdırıldı. 

Xoca [Mövlana] qazı və Xoca Hüseynin qardaşı Uzun Həsən elçi ola-

raq  [Sultan  Əhməd  Mirzəyə]  göndərildi.  Söyləyəcəkləri  söz  bu  idi:  «Bu 

vilayətə onsuz da onun adamlarından biri təyin ediləcək. Mən onun həm öz 

adamı,  həm  də  övladıyım.  Bu  iş  mənə  verilsə,  məsələ  daha  yaxşı  və  daha 

asan həll edilmiş olar». 

Sultan Əhməd Mirzə az danışan, sadə və həlim adam idi. Hər hansı bir 

sözü, ya da işi bəylərinin fikrini öyrənmədən həll etməzdi.  Bəyləri mənim 

bu  sözlərimi  dinləmədilər  və  qaba  bir  şəkildə  qarşılıq  verərək  üstümə  gəl-

məyə  davam  etdilər.  Tanrı  təala  öz  kamil  qüdrətilə  hər  işimi  hər  zaman, 

kimsəyə minnət etmədən və layiq olduğu şəkildə həll etdiyi üçün bu dəfə  də 

onların  önünə  bir  neçə  maneə  çıxardı.  Onlar  da  bundan  usandılar,  peşman 

olub arzularına çatmadan geri qayıtdılar. 

Bu maneələrdən biri  budur:  Kubanın  bataqlı  bir qara çayı  var və  onu 

körpü dışında başqa  yerdən keçmək mümkün deyil.  Çoxlu  əsgər (l7  a) bir 

yerə gəlib bu körpüdə  yığışdığı üçün bir çox at və dəvə bu qara çaya düşə-

rək boğuldu. Bunlar üç-dörd il əvvəl Çir çayının keçidində də belə bir məğ-

lubiyyətə uğramışdılar. Bu dəfə də o məğlubiyyəti xatırlayan əsgərlər vahi-

məyə düşdülər. Bir də o zaman elə bir at epidemiyası oldu ki, atlar ilxılarla 

qırılmağa  başladı.  Bir  də  bizim  əsgərimizi  və  xalqı  bir-birinə  çox  bağlı və 

əzmli gördülər, son nəfəslərinə və qüvvələrinə qədər mübarizə aparacaqları-

nı başa düşdülər. Axırda məcbur qalıb Əndicana bir ağac məsafədən Dərviş 

Məhəmməd Tarxanı göndərdilər. İçəridən Həsən Yaqub çıxdı, namazgah ci-

varında sülhə bənzər bir şey bağlayıb çəkildilər.  

Xocənd  çayının  şimal  tərəfindən  gələn  Sultan  Mahmud  xan  Axsini 

mühasirəyə  aldı.  [Baburun  kiçık  qardaşı]  Cahangir  Mirzə,  eşik  ağası  Şeyx 

Abdullah  və  bəylərdən  Əli  Dərviş  bəy,  Mirzəqulu  Göyəldaş,  Məhəmməd 

Bakir bəy Axsidəydi. Veys Lağari və Mir Qiyas  Tağayi də orada idi, lakin 

onlar  digər  bəylərdən  şübhələnərək  Veys  Lağarinin  vilayəti  olan  Kasana 

getdilər. Veys Lağari Nasir Mirzənin bəy-atəkəsiydi və bu buna görə də Na-

sir Mirzə Kasanda idi. [Sultan Mahmud] xan Axsi civarına gələndə bu bəy-

lər xanın tərəfinə (17 b) keçərək Kasanı təslim etdilər. Mir Qiyas xanın xid-

mətində qaldı. Veys Lağari isə Nasir Mirzəni Sultan Əhməd Mirzəyə apardı 




BABURNAMƏ 

 

35 



və Məhəmməd Məzid Tarxana təhvil verdi. 

Sultan  Mahmud  xan  Axsi  yaxınlarına  gəlib  bir  neçə  dəfə    müharibə  

etsə də, heç bir şey əldə edə bilmədi. Axsidəki bəylər və igidlər böyük cəsa-

rət göstərdilər. O əsnada Sultan Mahmud xan xəstələndi, zatən müharibədən 

də bezmişdi, odur ki, öz vilayətinə qayıtdı. 

Əba  Bəkr  Duğlat  Kaşğari  heç  kimə  boyun  əymədən  neçə  illərdi  ki 

Kaşğarın və Xotənin hakimi idi. O da vilayət almaq həvəsinə düşdü, Özgənd 

yaxınlarına  gəlib  kurqan  qurdu  və  vilayətdə  qarışıqlıq  çıxarmağa  başladı. 

Xoca [Mövlana] qazıya və bütün bəylərə Kaşğarini dəf etmək tapşırıldı. On-

lar yaxınlaşanda Kaşğari bu qoşunun qabağıda dura bilməyəcəyini başa düş-

dü və araya Xoca qazını vasitəçi kimi qoyaraq min bir hiylə ilə qurtuldu. 

Belə  böyük  hadisələr  baş  verən  zaman  Ömər  Şeyx  Mirzədən  qalan 

bəylər  və  igidlər  hər  şeyə  qatlanaraq  cəsarətlə  hərəkət  elədilər.  Ömər  Şeyx 

Mirzənin anası [Şah] Sultan bəyim, Cahangir Mirzə, hərəmdəkilər və bəylər 

Axsidən Əndicana gəldilər. Matəm mərasimini yerinə yetirərək kasıb-kusu-

ba və miskinlərə sədəqə payladılar. (18 a) 

Bu ağır və önəmli işlərdən sonra qoşunun və vilayətin qaydaya salın-

ması, idarəsi və nizamı ilə məşğul olduq. Əndicanın idarəsinə və eşik ixti-

yarlığına  Həsən  Yaqubun  təyin  edilməsi  qərara  alındı.  Oşa  Qasım  Koçin, 

Axsiyə  və  Mərginana  Uzun  Həsən  və  Əli  Dost  Tağayi  təyin  edildi.  Ömər 

Şeyx Mirzənin digər bəy və igidlərinin hər birinin mövqeyinə uyğun bir vi-

layət, yer, müçə və çərgə

1

 verildi, vəzifələri müəyyənləşdirildi. 



 

SULTAN ƏHMƏD MĠRZƏ 

 

Sultan Əhməd Mirzə geri qayıdanda iki-üç mənzildən sonra xəstələnib 



qızıl  qızdırmaya  tutuldu.  Ura-Təpə  tərəflərində,  Ağ-Suya  gəldiyi  əsnada, 

899-cu ilin şəvval ayının ortalarında (=1494 iyul) qırx dörd yaşında bu fani 

dünyaya vida etdi. 

Doğumu  və  nəsəbi:  Sultan  Əbu  Səid  Mirzənin  taxta  çıxdığı  il,  yəni 

855-ci ildə (=1451/2) doğuldu. Sultan Əbu Səid Mirzənin oğullarının ən bö-

yüyü  idi.  Anası  Orda  Buğa  Tarxanın  qızı  və  Dərviş  Məhəmməd  Tarxanın 

böyük bacısı və Mirzənin mötəbər arvadı idi. 



Xarici  görkəmi:  uzun  boylu,  qalın  saqqallı,  qırmızı  üzlü  və  kök  bir 

adamdı. Saqqalı yalnız çənəsində vardı, iki yanağı tüksüz idi. (18 b) Söhbəti 

çox  xoşdu.  Sarığını  zamanın  adətinə  görə  çar-piç  sarıyır  və  ucunu  da  bir 

azca qabağa, qaşının üstünə sallayırdı. 



Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən, təmiz etiqadlı bir adam idi. 

Beş rükət namazını qılır və içdiyi zamanlarda da namazını buraxmazdı. Xo-

ca Übeydullah həzrətlərinin müridi idi. Hər zaman, xüsusilə xocanın söhbət-

                                                           

1

 Müçə "rütbə" və çərgə "dərəcə" sözlərinin açıqlaması üçün bax: Qeydlər və izahlar. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə