ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə13/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   9   10   11   12   13   14   15   16   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



28 

Yunus  xanı  Uluğ  bəy  Mirzənin  yanına  gətirdilər;  məqsədləri  ondan  kömək 

alıb moğol ulusunu təkrar ələ keçirmək idi. Amma Mirzə qəddarlıq göstərdi, 

onların  bir  qismini  əsir  etdi,  digərlərini  isə  başqa  vilayətlərə  dağıtdı.  İrzen 

iğtişaşı moğol ulusunda bir tarix olmuşdur. 

Yunus  xanı  İraq  tərəfinə  göndərdilər,  xan  oraya  gedib  bir  ildən  artıq 

Təbrizdə qaldı. O zamanlar Təbriz padşahı Qaraqoyunlu Cahan Şah Barani 

idi.  Sonra  Yunus  xan  oradan  Şiraza  keçdi.  Şirazda  Şahrux  Mirzənin  ikinci 

oğlu  İbrahim  Sultan  Mirzə  hakim  idi.  Beş-altı  ay  sonra  İbrahim  Sultan 

Mirzə vəfat edincə yerinə [oğlu] Abdullah Mirzə keçdi. Abdullah Mirzənin 

xidmətinə girən Yunus xan on yeddi-on səkkiz il Şirazda və o tərəfdəki vila-

yətlərdə qaldı. 

Uluğ bəy Mirzə və oğullarının arasındakı qovğa zamanı İsən Buğa xan 

fürsət taparaq Fərqanə vilayətinə hücum etdi, Kənd-Badama qədər gəldi və 

Əndicanı alıb əhalisini tamamən əsir etdi. Amma qovğaların ardından [Ba-

burun babası] Sultan Əbu Səid Mirzə taxta keçdikdən sonra qoşun çəkərək 

Yenginin  o  tərəfində  olan  İsfərada  və  Moğolistanda  (10  b)  İsən  Buğa  xanı 

tar-mar  etdi.  Bundan  sonra  bu  qarışıqlığı  ortadan  qaldırmaq  üçün  Sultan 

Əbu Səid Mirzə əvvəlcə Əbdüləziz Mirzə ilə evli olan [Yunus xanın] böyük 

bacısı  Xanım  ilə  evlənməsi  münasibətilə  Yunus  xanı  İraq  və  Xorasandan 

gətirtdi. Düyünlər edib dost oldular və Yunus xanı moğol ulusuna xan təyin 

edib göndərdi. 

Tam bu əsnada Sağarıçı tüməninin bəyləri İsən Buğa xandan şikayətlə 

Moğolistana  gəlmişdilər.  O  zamanlar  Sağarıçı  bəylərinin  böyüyü  Şir  Hacı 

bəy idi. Yunus xan bunların arasına getdi və Şir Hacı Bəyin qızı İsən Dövlət 

bəyimlə evləndi. Moğol adətincə Yunus xan ilə İsən Dövlət bəyimi ağ keçə 

üzərində yuxarı qaldırıb xan elan etdilər. 

Yunus xanın İsən Dövlət bəyimdən üç qızı oldu; bunların ən böyüyü 

Mehrinigar xanımdır. Sultan Əbu Səid Mirzə onu ən böyük oğlu Sultan Əh-

məd  Mirzəyə  almışdı.  Mirzədən  heç  uşağı  olmadı.  Sonra  fətrət  dövründə 

Şeybani  xanın  əlinə  düşmüşdü.  Mən  Kabilə  gəldiyim  zaman  Şah  bəyimlə 

birlikdə o da Səmərqənddən Xorasana, oradan da Kabilə gəldi. Şeybani xan 

Qəndəharda [Baburun kiçık qardaşı] Nasir Mirzəni mühasirəyə alanda mən 

də Ləmğana getdim. Xan Mirzə [Sultan Veys Mirzə] də Şah bəyim və Meh-

rinigar xanımla birlikdə Bədəxşana getdi. Mübarək şah (11 a) Xan Mirzəni 

Qaleyi-Zəfərə çağıranda Əba Bəkr Kaşğarinin axınçılarına rast gəldilər. Şah 

bəyim, Mehrinigar və  onlarla birlikdə  olanların  ailələri əsir düşərək o mər-

həmətsizin əsarətində fani dünyaya vida etdilər. 

[Yunus  xan  və  İsən  Dövlət  bəyimin]  ikinci  qızı  mənim  anam  Qutlu 

Nigar xanımdı. Qazaxlıq və fətrət zamanlarında əsasən mənimlə birlikdə idi. 

Kabili aldıqdan beş-altı ay sonra, 911-ci ildə [=1505] Allahın rəhmətinə qo-

vuşdu.  



BABURNAMƏ 

 

29 



Üçüncü qızları Xub Nigar xanımdı, onu Məhəmməd Hüseyn Gürgan 

Duğlata vermişdilər. Ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Übeyd xan 

almışdı, sonra mən Buxara və Səmərqəndi alanda o qız bir yerə gedə bilmə-

yib orada qalmışdı. Sultan Səid xanın əmisi Seyid Məhəmməd Mirzə Sultan 

Səid xan adından Səmərqəndə mənə elçi olaraq gəldiyi zaman onunla birlik-

də Kaşğara getdi və orada Sultan Səid xanla evləndi. Oğlu Heydər Mirzə idi. 

Atası özbəklər tərəfindən öldürüldükdən sonra gəlib üç-dörd il mənim xid-

mətimdə oldu. Sonra izin istəyərək Kaşğara xanın yanına getdi. 

Baz gərdəd be əsli xud həmə çiz

Zəri-safiyu nüqreyi-ərziz.  



Hər şey, istər saf altın, istər gümüş,   

istər qalay olsun, axırda öz əslinə dönər. 

Deyilənə görə, indi tövbə etmiş və yaxşı yola girmişdir. Əlindən yazı 

yazmaq, rəsm çəkmək, ox, mizraq və yay atmaq kimi hər şey gəlir. Şeir yaz-

maq qabiliyyəti (11 b) də var. Mənə bir ərizəsi gəlmişdi, inşası da pis deyil.  

[Yunus] xanın qadınlarından biri də Şah bəyimdi. Başqa qadınları olsa 

da, uşaqlarının anaları bu ikisi idi. Şah bəyim Bədəxşan şahı Şah Sultan Mə-

həmmədin qızı idi. Dediklərinə görə, bu Bədəxşan şahlarının soyları İskən-

dər Filkusa [Makedoniyalı İskəndər] çatırmış. Bu şahın digər bir qızını -ki, 

Şah bəyimin  böyük bacısıdır- Sultan Əbu Səid  Mirzə almış  və ondan Əba 

Bəkr Mirzə doğulmuşdur. 

[Yunus]  xanın  Şah  bəyimdən  iki  oğlu  və  iki  qızı  olmuşdu:  Sultan 

Mahmud xan, digər üçündən böyük və daha əvvəl haqqında danışılan [İsən 

Dövlət bəyimdən olan] üç qızdan kiçıkdir. Səmərqənd və o ətrafda ona bə-

zən Xanikə  xan deyirlər. Digər oğlu  olan və  Alaca xan adıyla şöhrət  qaza-

nan  Sultan  Əhməd  xan  isə  Sultan  Mahmud  xandan  kiçıkdir.  Alaca  adının 

verilməsinə səbəb budur: kalmık və moğol dilində qatilə alaçı deyirlər. Kal-

mıkları bir neçə dəfə məğlub edib bir çox adamlarını öldürdüyü üçün alaçı 

demişlər və çox işlənə-işlənə alaca  olmuşdur.  İrəlidə bu xanlardan sıra ilə 

təkrar bəhs ediləcək, başlarına gələnlər haqqında danışılacaq.  

[Yunus xanın Şah bəyimdən olan qızı] Sultan Nigar xanım digərlərin-

dən kiçık və bir qızından böyükdü. (12 a) Onu [Baburun əmisi] Sultan Mah-

mud Mirzəyə vermişlər və ondan Sultan Veys adlı bir oğlu olmuşdu və [bu 

Mirzədən]  yeri  gələndə  bəhs  ediləcəkdir.  Sultan  Mahmud  Mirzə  öldükdən 

sonra [Sultan Nigar xanım] oğlunu da alıb heç kimə xəbər vermədən Daş-

kəndə, böyük qardaşının yanına getmişdi. Bir neçə il sonra onu Çingiz xanın 

böyük  oğlu  Çuçinin  nəslindən  və  qazax  sultanlarından  olan  Ədik  Sultana 

verdilər. Şeybani xan xanları məğlub edib Daşkənd və Şahruxiyyəni alanda 

isə  Sultan Nigar xanım xidmətində çalışan on iki moğoluyla birlikdə  qaçıb 

Ədik Sultanın yanına getmişdi. Ədik Sultandan iki qızı oldu, birini Şeyban 

sultanlarından birinə, digərini isə Sultan Səid xanın oğlu Rəşid Sultana ver-




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə