ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə10/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   6   7   8   9   10   11   12   13   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



22 

meydandır.  Hər  gələn  qonaq  və  yolçu  burada  istirahət  edir.  Oş  camaatının 

qəribə bir adəti var: əgər bir adam burada yatıb qalsa, o çaydan su alıb üstü-

nə tökürlər. 

[Teymur bəyin oğlu] Ömər Şeyx Mirzənin son zamanlarında bu dağda 

qırmızı və ağ dalğalı bir daş tapılmışdı. Bıçaq sapı, kəmər toqqası və digər 

bəzi şeylərin emalı üçün istifadə olunan çox gözəl bir daşdır. Fərqanə vila-

yətində Oş qədər səfalı və havalı bir şəhər yoxdur.  

M  ə  r  g  i  n  a  n  Əndicanın  qərbində  və  ondan  yeddi  ağac  məsafədə 

gözəl bir şəhərdir. Neməti çox, narı və əriyi fövqəladə gözəldir. Danəkəlan 

dedikləri bir növ narı vardır ki, şirinlikdə və meyxoşluqda Səmnan narlarına 

(3  b)  tərcih  edilə  bilər.  Çəkirdəyini  çıxardıqdan  sonra  içinə  badam  qoyub 

qurutduqları və sübhani dedikləri bir əriyi də çox ləzzətlidir. 

Ovu və quşu çoxdur; civarında ağ geyiklər olur. Əhalisi sartdır

1

. Bun-



lar  yumruq  yarışında mahir və davakar insanlardır. Yumruq  yarışı Mavəra-

ünnəhrdə çox bilinən bir adətdir. Səmərqənd və Buxarada bu sahədə şöhrət 

qazananların  çoxu  mərginanlıdır.  Hidayə  adlı  əsərin  müəllifi  Şeyx  Bürha-

nəddin Əli Mərginanın Rəşdan kəndindəndir.  

İ s f ə r a dağ ətəyində salınmış, axar suları və şaftalı bağları olan bir 

şəhərdır. Mərginanın cənub-qərbində və ondan doqquz ağac uzaqlıqda yer-

ləşir. Meyvə ağacları hədsiz çoxdur; lakin bağlarında badam ağacı üstünlük 

təşkil edir. Əhalisi tamamən sart və dağlıdır. 

Cənubundakı təpələrin arasında daş-ayna dedikləri bir daş parçası var, 

uzunluğu  təxminən  on  karidir

2

.  Yüksəkliyi  bəzi  yerlərində  insan  boyu  qə-



dərdir, alçaq qismi isə bəzi yerlərində insan belinə çatır. Ayna kimi hər şeyi 

əks etdirir. 

İsfəra vilayəti İsfəra, Varux, Sux və Huşyar olmaq üzrə dörd dağ ətə-

yindən  ibarətdir.  Məhəmməd  Şeybani  xan  [Baburun  dayıları]  Sultan  Mah-

mud  xan  ilə  Alaca  xanı  məğlub  edərək  Daşkənd  və  Şahruxiyyəni  alanda 

mən də bu Sux (4 a) və Huşyar dağlarının ətəklərinə gəlmiş və sıxıntı içində 

orada bir ilə yaxın qaldıqdan sonra Kabilə getmişdim. 

X o c ə n d Əndicandan qərbə doğru iyirmi beş ağac məsafədə bir şə-

hərdir.  Xocənd  ilə  Səmərqəndin  arası  da  iyirmi  beş  ağacdır.  Qədim  şəhər-

lərdəndir. Şeyx Məsləhət (Müslihəddin) və Xoca Kamal xocəndlidir. 

Meyvəsi bol və çox gözəl olur. Narı xüsusilə məşhurdur; sibi-Səmər-

qənd  (Səmərqənd  alması)  və  ənari-Xocənd  (Xocənd  narı)  adla  deyilir.  An-

caq indilərdə Mərginanın narı daha yaxşıdır.  

                                                           

1

 Sart:  türklər  və  moğollar  tərəfindən  bəzi  gövmlərin  ortaq adı  olaraq  işlədilən  termin. 



Sart  adı  Türküstanda  moğol  hakimiyyəti  zamanı  türk  olmayan  qövmlər  üçün  işlənmişdir. 

Buxara  və  Xokandda  şəhərli  və  əkinçi  xalqın  dışındaki  köçəri  qırğızlara  da  sart  deyilirdi. 

Qazaxlar  isə  türkcə  və  ya  farsca  danışmalarına  baxmadan  oturaq  əhaliyə  sart  deyirdilər. 

Rəsmi yazı dilində taciklər dışındakı türkləşmiş xalq bu adla anılırdı. 

2

 Kari: 6 tutam uzunluğunda, yəni 144 arpa boyunda bir uzunluq ölçüsü.  




BABURNAMƏ 

 

23 



Kurqanı yüksək bir yerdədir. Seyhun çayı cənubdan axır və kurqandan 

təxminən bir ox atımı məsafədən keçir. Kurqan ilə çayın şimalındakı Mutu-

gil adlı dağda firuzə mədənləri və digər yataqlar var. Bu dağda ilan yaman 

çoxdur. 


Xocəndin ovlaq və quşlaqları çox yaxşıdır. Ağ geyik, geyik, qırqovul 

və dovşanı çoxdur. Havası sağlamlıq üçün çox zərərlidir və payızda qızdır-

maya tutulan çox olur. Rəvayətə görə, burada sərçəni də qızdırma tuturmuş. 

Havasının pisliyinə şimaldakı bağların səbəb olduğu söylənir. 

Xocəndə tabe olan K ə n d i – B a d a m bir şəhər olmasa da, kiçık və 

gözəl  bir  şəhərcikdir.  Badamı  yaxşı  olduğundan  (4  b)  bu  ad  verilmişdir. 

Hürmüzə və Hindistana oranın badamı gedir. Xocənddən beş-altı ağac şərq-

dədir. 


Xocənd ilə Kəndi-Badam  arasında Ha-Dərviş adlı bir çöl  var. Bu çöl 

daim küləklidir, orada tez-tez qasırğalar olur. Çölün şərqində yerləşən Mər-

ginanla qərbində olan Xocəndə buradan sürəkli küləklər əsir. Rəvayətə görə, 

bir  neçə  dərviş  bu  çöldə  qasırğaya  tutulmuş  və  bir-birlərini  tapa  bilmədən 

«ha, dərviş, ha, dərviş!» deyərək ölmüşlər. O zamandan bəri bu çölə Ha-Də-

rviş deyirlər. 

A x s i  Seyhun çayının şimal tərəfindəki şəhərlərdən biridir. Kitablarda 

Axsi-kət deyə yazılır. Şair Əsirəddinə də Əsirəddin Axsikəti deyirlər. Fərqa-

nədə Əndicandan sonra  ondan böyük şəhər  yoxdur. Əndicanın  qərbində  və 

doqquz ağac məsafədədir. Ömər Şeyx Mirzə buranı paytaxt eləmişdi. 

Seyhun çayı kurqanın altından axır. Kurqan yüksək bir uçurumun üzə-

rindədir  və  xəndək  yerinə  bu  dərin  uçurum  vardır.  Buranı  mərkəz  edən 

Ömər  Şeyx  Mirzə  bir-iki  qədəmə  kənardan  təkrar  çuxurlar  qazdırmışdır. 

Fərqanədə onun qədər möhkəm başqa bir kurqan yoxdur (5 a). Şəhərin mə-

həllələri  isə  kurqandan  bir  şeri

1

 uzaqdadır.  «Deh  koca  və  dərəxtan  koca»



2

  

məsəlini, deyəsən, Axsi üçün söyləmişlər. 

Qovunu yaxşı olur. Mir-teymuri dedikləri bir qovun növü var ki, belə 

qovun bütün dünyada yoxdur. Buxara qovunu da məşhurdur. Səmərqənd alı-

nan zaman Axsidən və Buxaradan qovun gətirdib bir məclisdə kəsdirmişdim. 

Lakin  Axsi  qovunu  ilə  heç  müqayisəyə  gələ  bilməz.  Ov  heyvanı  və  quşu 

çoxdur. Seyhun çayının Axsi tərəfi çöldür. Buralarda ağ geyik olduqca çox-

dur. Əndican tərəfi isə meşəlikdir. Geyiyi, qırqovulu və dovşanı bol və çox 

kök olur.  

K a s a n  Axsinin şimalında yerləşir və olduqca kiçık bir şəhərdir. Ən-

dican çayı Oşdan axdığı kimi, Axsi çayı da Kasandan axır. Gözəl və havalı 

bir yerdir. Səfalı bağları var və bunların hamısı dərə kənarında olduğu üçün 

buraya «quzu dərisindən kürk» deyirlər. Oşun və Kasanın əhalisi səfa və ha-

                                                           

1

 Seri: təxminən 2 milə uyğun gələn bir uzunluq ölçüsü. Bax: Qeydlər və izahlar. 



2

 Kənd harada, ağaclar harada. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə