ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə11/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   7   8   9   10   11   12   13   14   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



24 

va baxımından öz şəhərlərinin daha gözəl olduğunu iddia edirlər.  

Fərqanə  vilayətinin  ətrafındakı  dağlarda  gözəl  yaylalar  vardır.  Qızıl 

söyüd (tubulğu) ağacı yalnız bu dağlarda bitir, başqa yerlərdə bitmir. Tubul-

ğu qabığı qırmızı bir ağacdır. Ondan əsa, (5 b) qamçı sapı və quş qəfəsi dü-

zəldirlər, yonub ox da qayırırlar. Olduqca yaxşı bir ağacdır. Hədiyyə olaraq 

uzaq yerlərə də aparırlar. 

Bəzi  kitablarda  yəbrüh  üs-sənəmin

1

 bu  dağlarda  bitdiyi  yazılıdır.  La-



kin  bu dövrdə  belə  bir şey heç eşitmədim. Yalnız Yeddi-kəndin  dağlarında 

xalqın ayı otu dediyi və mehri-giyahın özəlliklərinə sahib bir ot olduğu mə-

lumdur. Bu ot, deyəsən, mehri-giyahdır və oranın əhalisi ona bu adı vermiş-

dir. Bu dağlarda firuzə və dəmir mədənləri də vardır. 

Adil  bir  şəkildə  idarə  edildiyi  təqdirdə  Fərqanə  vilayətinin  gəliri  ilə 

üç-dörd min əsgər bəsləmək mümkündür. 

 

ÖMƏR ġEYX MĠRZƏ 

 

[Baburun atası] Ömər Şeyx Mirzə yüksək düşüncəli və böyük iddialı 



bir  padşah  olduğu  üçün  daima  ölkəsini  genişləndirmək  barədə  fikirləşirdi. 

Dəfələrlə Səmərqəndə qoşun çəkdi. Bəzən məğlub oldu, bəzən də məqsədi-

nə çatmadan geri qayıtdı. 

Qaynatası Yunus xan Çingiz xanın ikinci oğlu Çağatay xanın nəslin-

dəndir. Mənim də babam olan Yunus xan o günlərdə Çağatay xanın yurdun-

da moğol ulusunun xanı idi. Ömər Şeyx Mirzə onu dəfələrlə xahiş-minnətlə 

dəvət edir və hər gəlişində ona vilayətlər verirdi. Ancaq işlər Ömər Şeyx (6 

a) Mirzənin istədiyi kimi olmurdu. Gah Ömər Şeyx Mirzənin pis hərəkətlə-

rindən, gah moğol ulusunun müqaviməti üzündən Yunus xan vilayətdə qala 

bilməyib təkrar Moğolistana gedirdi. Ən son dəvətində Ömər Şeyx Mirzə o 

zamanlar öz  idarəsində  olan Daşkənd vilayətini  ona verdi.  Bunu kitablarda 

Şaş, bəzən də Çaç deyə yazırlar ki, çaç yayı oradan gəlir. O tarixdən 908-ci 

ilə  (=l503) qədər Daşkənd və  Şahruxiyyə  vilayəti çağatay xanlarının idarə-

sində qaldı. Bu dövrdə moğol ulusunun xanlığı Yunus xanın böyük oğlu və 

mənim anamın böyük qardaşı olan Sultan Mahmud xanda idi. 

Ömər  Şeyx  Mirzənin  böyük  qardaşı  Səmərqənd  padşahı  Sultan  Əh-

məd Mirzə və moğol ulusunun xanı Sultan Mahmud xan Ömər Şeyx Mirzə-

nin  pis  hərəkətlərindən  rəncidə  olduqları  üçün  bir-birləri  ilə  ittifaq  etdilər. 

Sultan Əhməd Mirzə Sultan Mahmud xanı özünə kürəkən edərək həmin ta-

rixdə  Sultan  Əhməd  Mirzə  Xocənd  çayının  cənubundan,  Sultan  Mahmud 

xan  isə  şimalından  Ömər  Şeyx  Mirzənin  üstünə  qoşun  çəkdilər.  Bu  zaman 

qəribə  bir  hadisə  oldu.  Əvvəlcə  də  bəhs  etdiyimiz  kimi,  (6  b)  Axsi  qalası 

yüksək bir uçurum üzərində qurulmuşdur və onun binaları da bu uçurumun 

                                                           

1

 Yəbrüh üs-sənəm: insan kökü adlanan bir bitki, adamotu, qanqurudan.  




BABURNAMƏ 

 

25 



kənarında  yerləşir.  Bu  tarixdə  ramazan  ayının  dördüncü  bazar  ertəsi  günü 

(=9 iyun 1494Ömər Şeyx Mirzə bu uçurumdan göyərçin və göyərçinxana 

ilə düşərək öldü. Otuz doqquz yaşında idi. 

Doğumu  və  nəsəbi:  Ömər  Şeyx  Mirzə  860-cı  ildə  (=1456)  Səmər-

qənddə doğulmuşdu. Sultan Əbu Səid Mirzənin dördüncü oğluydu. Qardaş-

ları Sultan Əhməd Mirzə, Sultan Məhəmməd Mirzə və Sultan Mahmud Mir-

zədən kiçıkdir. Sultan Əbu Səid Mirzə isə Sultan Məhəmməd Mirzənin oğlu, 

Sultan  Məhəmməd  Mirzə  Miranşah  Mirzənin  oğlu,  Miranşah  Mirzə  isə 

Teymur  bəyin  üçüncü  oğluydu.  Miranşah  Mirzə  Ömər  Şeyx  ilə  Cahangir 

Mirzədən kiçık, Şahrux Mirzədən isə böyükdü. 

Sultan Əbu Səid Mirzə Ömər Şeyx Mirzəyə ilk öncə Kabili vermiş və 

Baba Kabilini ona bəy-atəkə

1

 təyin edib oraya göndərmişdi. Lakin mirzələ-



rin  sünnət  düyünü  səbəbilə  Dəreyi-Gəzdən  qaytarıb  Səmərqəndə  gətirtdi. 

Düyündən sonra -Teymur bəy böyük Ömər Şeyx Mirzəyə Fərqanə vilayətini 

verdiyi üçün- o da öz oğlu Ömər Şeyx Mirzəyə Əndican vilayətini verib Xu-

daverdi Tuğçu Timurdaşı bəy-atəkə təyin edərək oraya göndərdi. 



Xarici görkəmi: qısa boylu, topsaqqal, şişman üzlü, tombul bir adam 

idi  (7  a). Çox dar paltar geyirdi. Qurşaq bağladarkən qarnını içəri çəkir və 

bağlandıqdan  sonra  özünü  buraxanda  çox  zaman  qurşaq  qopurdu.  Geyimə 

və yeməyə çox əhəmiyyət vermirdi. Çalmasını dəstar-piç sarıyırdı. Çalmalar 

o zaman çar-piç

2

 idi və sadə sarılıb quyruq buraxılırdı. Yazda divan xaricin-



də başına əksərən moğol biçimi börk qoyurdu. 

Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən olub təmiz etiqadlı bir adam 

idi. Beş rükət namazını buraxmazdı. Qəzaya qalanları da həyatda ikən tama-

mən qılmışdır. Çox zaman yüksək səslə Quran oxuyurdu. Xoca Übeydullah 

həzrətlərinin  müridi  idi  və  dəfələrlə  onun  söhbətləri  ilə  şərəfləndirilmişdir. 

Xoca həzrətləri ona «oğlum» deyə xitab edirdi. Oxuyub yazmağı yaxşı bilir-

di.  Xəmsəteyni,  tarix  kitablarını  və  Məsnəvini  oxuyub  incələmişdi,  tez-tez 



Şahnamə oxuyurdu. Şeirə istedadı vardı, lakin buna əhəmiyyət vermirdi. 

Ədalətinin nə qədər  yüksək olduğu bu əhvalatdan da məlumdur: min 

adamlıq bir Xıtay karvanı yolda gedərkən Əndican tərəfindəki dağların ətə-

yində qar altında qalmış və ancaq iki adam xilas olmuşdu. Bunu eşidən kimi 

məmurlar göndərib karvanın bütün malını (7  b) zəbt etdirdi. Orada varislər 

olmadığı  və  özünün  də  ehtiyacı  olduğu  halda  bu  malları  qorudu.  Bir-iki  il 

sonra varisləri Səmərqənd və Xorasandan axtarıb tapdıraraq mallarını əskik-

siz olaraq təslim etdi. 

                                                           

1

 Bəy-atəkə: əslində ata və əkə "böyük qardaş" sözlərindən ibarət bir sözdür. Gənc şah-



zadələrin tərbiyə edilməsi və şahzadələr üçün ayrılmış vilayətlərin idarəsi ilə ilgili mühüm 

bir məmuriyyətə bəy-atəkəlik deyilirdi. Bizdəki atabəy və lələ tituluna uyğundur. Baburda 

bəy-atəkə ilə birlikdə eşik ixtiyarı termini də işlənir.  

2

 Çar-piç və dəstar-piç: çalma sarılarkən sarığın dolaşma, bükülmə və ya qıvrılmalarına 



görə işlənən terminlər. 


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə