ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə9/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   5   6   7   8   9   10   11   12   ...   194

BABURNAMƏ 

 

19 



Dünya  tarixinə  türk  adını  öz  kəskin  qılıncı  və  zərif  qələmi  ilə  qızıl 

hərflərlə yazmış Zəhirəddin Məhəmməd Baburun bugünə qədər ölkəmizdə 

yalnız  bir  kitabı  nəşr  edilmişdir.  Mütəxəssislər  xaricində  onun  sənəti  ilə 

çox az adam tanışdır. Bu acı gerçəklə üzləşmək mümkündür, ancaq onunla 

barışmaq  olmaz.  Ona  görə  də  biz  Baburun  «Seçilmiş  əsərləri»ndən  sonra 

onun məşhur «Baburnamə»sini də ana dilimizə tərcümə və nəşr etməyi qə-

rara aldıq. Ürəkdən inanırıq ki, Azərbaycan oxucuları və ədəbi ictimaiyyət 

Baburun bu kitabını da böyük rəğbətlə qarşılayacaq, bu azman şair-hökm-

darla bağlı ədəbiyyat, ədəbiyyatşünaslıq və tədris sahəsində uzun müddət-

dən bəri mövcud olan boşluq, gec də olsa, doldurulacaqdır.  

Biz  öz  ənənəmizə  sadiq  qalaraq,  bu  kitabı  da  TürkSOY  kitabxanası 

seriyası silsiləsindən nəşr edirik. Bununla da türk dünyasının UNESCO-su 

sayılan TürkSOY-un türk xalqlarının bir-birinə yaxınlaşması, ümumi inki-

şafı və qarşılıqlı zənginləşməsi uğrunda apardığı coşğun və nəcib fəaliyyə-

tə kiçik bir töhfə verdiyimizə inanırıq. 

Burada  bir  məsələni  növbəti  (on  ikinci!)  dəfə  vurğulamaq  istəyirik: 

TürkSOY kitabxanası seriyası layihəsi bütünlüklə könüllülük əsasında hə-

yata  keçirilir.  Layihədə  iştirak  edən  hər  kəs,  o  cümlədən  kitabı  türkcə  və 

rusca  tərcümələrindən  istifadə  etməklə  orijinalından  ana  dilimizə  çevirən,  

ön sözün, qeyd və izahların müəllifi bəndəniz Ramiz Əskər, redaktoru hör-

mətli Prof. Dr. Hüseyn İsmayılov bu işi türklüyə bir xidmət olsun deyə heç 

bir  məvacib  və  honorar  almadan  təmənnasız  yerinə  yetirmişlər.  Tərcümə 

zamanı mənə Ankaradan müxtəlif elmi ədəbiyyat göndərən, bir sıra texniki 

məsələlərin həllində kömək edən əziz dostum, Avrasiya Yazarlar Birliyinin 

orqanı «Qardaş qələmlər» jurnalının redaktoru Ömər Məhmətoğluna və bu 

kitabdakı  farsca  şeirlərin  sətri  tərcüməsinin  hazırlanmaslnda  əməyi  keçən 

dostum İlqar ƏIfioğluna, xüsusilə tərcümə üzərində işlədiyim zaman mənə 

hər cür şərait yaradan, mənəvi cəhətdən dəstək olan həyat yoldaşım Solmaz 

xanıma sonsuz təşəkkürümü bildirirəm.  

 

 



    Ramiz ƏSKƏR. 

Bakı, 24 mart 2011-ci il. 

 

 

 

 

 

 

 

 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



20 

 

 

 

 

I. FƏRQANƏ 

 

 

 

 

FƏRQANƏ - 899 (12 OKTYABR 1493 - 2 OKTYABR 1494) 

 

SƏKKĠZ YÜZ DOXSAN DOQQUZUNCU ĠLĠN HADĠSƏLƏRĠ 

 

(1  b)  Tanrı-təalanın  inayəti,  həzrəti-sərvəri-kainatın  şəfaəti  və  çahar-

yari-basəfaların  himməti  ilə

1

 899-cu  il  ramazan  ayının  5-də



2

 (=10  iyun 

1494çərşənbə axşamı on iki yaşında Fərqanə vilayətində padşah oldum. 

  

FƏRQANƏ VĠLAYƏTĠNĠN TƏSVĠRĠ 

 

F ə r q a n ə vilayəti



3

 beşinci iqlimdədir

4

 və məmurənin kənarındadır. 



Şərqi Kaşğar, qərbi Səmərqənd, cənubu isə Bədəxşanın sərhəddi olan dağ-

lardır. Şimalında əvvəllər Almalıq, Almatu və Yengi (kitablarda Otrar kimi 

yazılır) kimi şəhərlər varmış, lakin onlar moğol və özbəklər tərəfindən xarab 

edilmiş  və  bugün  artıq  heç  bir  abadlığı  qalmamışdır.  Kiçık  bir  vilayətdir. 

Taxılı və meyvəsi boldur. 

Ətrafı dağlıqdır, yalnız Səmərqənd və Xocəndin yerləşdiyi qərb tərə-

fində dağ yoxdur. Qışda o tərəfdən başqa heç bir yerdən düşmən gələ bilməz. 

Xocənd çayı adı ilə də bilinən Seyhun çayı (2 a) bu ölkənin şimal-şərqindən 

gəlir  və  içindən  keçərək  qərbə  tərəf  axır;  Xocəndin  şimalından  və  bugün 

Şahruxiyyə

5

 adı  ilə  bilinən  Fənakətin  cənubundan  keçib  təkrar  şimala  dö-



nərək  Türküstana  doğru  gedir.  Türküstandan  xeyli  aşağıda  bu  çay  heç  bir 

                                                           

1

 Cümlənin bu qismi türkcə və rusca nəşrlərdə yoxdur, özbəkcə nəşrindən aldıq. 



2

 Babur olayları müsəlman hicri təqvimi ilə verir. 899-cu il miladi tarixlə 1493/94-cü ilə 

uyğun gəlir (bundan sonra miladi tarixlər bərabərlik işarəsi ilə mötərizədə göstəriləcək). 

3

 Hazırda  beş  vilayətdən  ibarət  olan  tarixi  Fərqanə  (təxminən  20 000  kv  km)  üç  qonşu 



dövlətin  tərkibindədir:  Fərqanə,  Əndican  və  Nəmənqan  Özbəkistana,  Xocənd  Tacikistana, 

Oş isə Qırğızıstana daxildir. 

 

4

 Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan şimala doğru yeddi iqlimə ayrılır və 



üçüncüdən beşinciyə qədər olan iqlimlər yaşamağa əlverişlidir. 

5

 Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hücumu zamanı 



xarabaya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğlu Şahruxun şərəfinə Şahruxiyyə 

adlandırmışdı. Hazırda xarabalıqları qalır.    




BABURNAMƏ 

 

21 



çaya qarışmadan qumlar arasında tamamilə itir. 

Fərqanə vilayətinin beşi Seyhun çayının cənubunda, ikisi də şimalında 

olmaqla yeddi şəhəri vardır. 

Ə n d i c a n güney tərəfdəki şəhərlərdən biri olub mərkəzdədir. Bu şə-

hər  Fərqanə vilayətinin  paytaxtıdır. Taxılı  çoxdur, meyvəsi  boldur, qovunu 

və üzümü yaxşıdır. Qovun yetişən mövsümdə bostandan qovun satmaq adəti 

yoxdur. Əndican naşpatisindən daha yaxşı naşpati

1

 tapılmaz. 



Bütün Mavəraünnəhr bölgəsində Səmərqənd və Keş kurqanlarını çıx-

maqla Əndican kurqanından daha böyük kurqan

2

 yoxdur.  Üç  qapısı  vardır. 



Ərki

3

 güney tərəfindədir. Maraqlıdır ki, buraya doqquz tarnovdan



4

 su girdiyi 

halda heç bir yerdən çıxmır. Qalanın ətrafındakı xəndəyin kənarında daş dö-

şənmiş böyük bir  yol var. Qalanın ətrafı məhəllələrlə çevrilmişdir. Bu mə-

həllələr qaladan bu xəndək və onun yanından keçən böyük yolla ayrılır. 

Ov quşu çoxdur. Qırqovulu (2  b) hədsiz ətli olur. Rəvayət edirlər ki, 

bir qırqovulu dörd adam yeyib qurtara bilmirmiş. 

Əhalisi  türkdür.  Şəhərdə  və  bazarda  türkcə  bilməyən  yoxdur.  Xalqın 

danışıq dili yazı dilinə uyğundur. Bu səbəblə Mir Əlişir Nəvai Heratda nəş-

vü nüma tapdığı halda, əsərlərini bu dillə yazmışdır. Camaatın dili poetikdir. 

Əhalisi  arasında  gözəllər  çoxdur.  Musiqidə  məşhur  olan  Xoca  Yusif  əndi-

canlıdır. Havası rütubətli olduğu üçün səhhətə zərərlidir, payızda qızdırma-

ya tutulanlar çox olur.  

O  ş  şəhəri  Əndicanın  cənub-şərqindədir.  Şərqə  doğru  Əndicandan  

dörd ağac

5

 məsafədədir. Havası gözəl və suyu boldur. Baharı çox gözəl olur. 



olur. Oşun gözəlliyinə dair bir çox rəvayət vardır. 

Kurqanının  cənub-şərqində  təbiətlə  ahəng  içində  olan  bir  dağ  vardır. 

Bərakuh adlı bu dağın təpəsində [Baburun dayısı, moğol xanı] Sultan Mah-

mud  xan  bir  köşk  tikdirmişdir.  Bu  köşkdən  bir  az  aşağıda,  dağın  çıxıntılı, 

dik  bir  yerində  902-ci  ildə  (=1496/97)  mən  də  eyvanlı  bir  köşk  tikdirdim. 

Onun köşkü mənimkindən daha yüksəkdə olsa da, mənimki daha gözəl bir 

yerdədir; bütün şəhər və məhəllələr ayaq altındadır (3 a)

Əndican çayı Oş məhəllələrinin içindən keçərək Əndicana axır. Bu ça-

yın  iki  tərəfi  boyu  bağlar  uzanıb  gedir.  Buranın  bənövşəsi  çox  lətafətlidir. 

Axar suları vardır. Baharı çox gözəl olur; bir çox lalə və gül açır. 

Bərakuh  dağının  ətəyində,  çay  ilə  bağların  arasında  Cövza  adlı  kiçık 

bir  cami  var.  Caminin  dağ  tərəfindən  böyük  bir  çay  axır.  Bu  caminin  lətif 

yoncalarla  örtülü  bayır  həyəti  bir  az  meylli,  hər  tərəfi  kölgəli  və  səfalı  bir 

                                                           

1

 Naşpati: Əndicanda yetişən və ən gözəl olduğu söylənən qovun və ya armud növü. 



2

 Kurqan: qala deməkdir. Orijinal mətndə bu sözlə verildiyi üçün saxladıq. 

3

 Ərk: içqala, bürc, qala içində qala. 



4

 Arx, yaxud  tarnav: su kanalı.  

5

 Ağac: dövrə və bölgəyə görə dəyişən, təxminən 6 km olan bir uzunluq ölçüsüdür.  




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə