ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə12/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   8   9   10   11   12   13   14   15   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



26 

Çox cömərd və cömərd olduğu qədər da xoşxasiyyət idi; yaxşı təbiətli, 

gözəl və şirindil bir adamdı. Cəsur və mərddi. Bir dəfə Axsi qapısında və bir 

dəfə  də  Şahruxiyyə  qapısında  olmaq  üzrə  iki  dəfə  bütün  igidlərdən

1

 daha 


yaxşı qılınc çaldı. Oxu orta dərəcədə atırdı. Yumruğu çox qüvvətli idi, onun 

yumruğundan yıxılmayan yoxdu. Ölkəsini genişləndirmək ehtirası üzündən 

bir çox sülh müqaviləsi savaşa, dostluqlar isə düşmənçiliyə çevrildi. 

Əvvəllər çox içirdi. Sonralar yalnızca həftədə bir-iki dəfə məclis qur-

du. Xoşsöhbət bir adamdı, yerində və gözəl beytlər oxuyurdu. Sonralar daha 

ziyadə məcun atmağa başlamışdı, məcun atanda özündən gedirdi. Zəngin ol-

maqla birlikdə təvazökardı. Həmişə nərd, bəzən də qumar oynayırdı. 

Meydan  müharibələri:  üç  meydan  müharibəsi  elədi.  Birincisi  [öz 

qaynatası] Yunus xan ilə Əndicanın şimal (8 a) tərəfində və Seyhun çayı sa-

hilindəki Təkə-Səkritgü adlı yerdə elədiyi müharibədir. Bu çay dağ ətəyində 

çox dardır, rəvayətə görə, buradan bir təkə atlamış və bu ad da bunun üçün 

verilmişdir. Bu müharibədə yenildi və yaxalandı, ancaq Yunus xan yaxşılıq 

edib onu buraxdı. Müharibə burada olduğu üçün Təkə-Səkritgü müharibəsi 

bu vilayətdə bir tarix olmuşdur. 

İkincisi Türküstanda, Araş (Urs) çayının sahilində Səmərqənd ətrafını 

yağmalayan özbəklərlə elədiyi  müharibədir. Araş çayını buz üzərindən ke-

çərək onları möhkəm əzişdirdi, əsirlərini və mallarını geri alıb hamısını sa-

hiblərinə qaytardı. Özü heç bir şeyə tamah salmadı. 

Üçüncüsü isə [böyük qardaşı] Sultan Əhməd Mirzə ilə Şahruxiyyə və 

Ura-Təpə arasındakı Xas adlı kənddə etdiyi və yenildiyi müharibədir. 

Torpaqları:  atası  ona  Fərqanə  vilayətini  vermişdi.  Bir  müddət  Daş-

kənd və Sayram da onun əlində idi. Buraları ona böyük qardaşı Sultan Əh-

məd Mirzə vermişdi. Şahruxiyyəni də hiylə ilə alaraq bir müddət əlində sax-

ladı.  Son  zamanlarında  Daşkənd  və  Şahruxiyyə  əlindən  çıxmışdı.  Fərqanə 

vilayəti, Xocənd və Ura-Təpə -əsil adı Usruşnadır, amma Usruş da deyirlər- 

əlində idi. Xocəndi bəziləri Fərqanə (8 b) hesab etmir. Sultan Əhməd Mirzə 

Daşkəndə moğol üzərinə qoşun çəkib Çir çayının sahilində məğlub olmuşdu 

və  Ura-Təpədə  Hafiz  [Məhəmməd]  bəy  Dulday  vardı,  buranı  Ömər  Şeyx 

Mirzəyə verdi və o zamandan bəri Usruşna onun idarəsində idi. 

UĢaqları: üç oğlu və beş qızı qalmışdı. Bütün oğullarının ən böyüyü 

mən Zəhirəddin Məhəmməd Baburam. Anam Qutlu(ğ) Nigar xanımdır. 

Digər  bir  oğlu,  məndən  iki  yaş  kiçık  olan  Cahangir  Mirzədir,  amma 

onun anası moğolların tümən bəylərindən Fatma Sultan [ağa]dır. 

Digər  bir  oğlu  da  məndən  dörd  yaş  kiçık  olan  Nasir  Mirzədir,  anası 

əndicanlı Ümid adlı bir cariyədir. 

Qızlarının  ən  böyüyü  mənim  doğma  bacım  olan  Xanzadə  bəyimdir. 

Məndən beş  yaş böyükdür. Səmərqəndi ikinci dəfə  aldığım zaman [=1501] 

                                                           

1

 İgid: hökümdarın və ya bir bəyin yanında şəxsi tapşırıqlar məmuru; zabit.  




BABURNAMƏ 

 

27 



Sərpüldə yenilməyimə baxmayaraq gəlib qalanı beş ay müdafiə elədim. An-

caq ətrafdakı padşah və bəylərdən heç bir kömək gəlmədiyi üçün çarəsiz qa-

lıb çıxdım. O fətrətdə Xanzadə bəyim Məhəmməd Şeybani xanın əlinə düş-

müşdü.  Ondan  Xürrəm  şah  adlı  bir  oğlu  oldu.  Yaxşı  oğlan  idi.  Atası  Mə-

həmməd Şeybani xan Bəlx vilayətini ona vermişdi. (9 a) Atası öldükdən bir-

iki il sonra o da Allahın rəhmətinə qovuşdu. Şah İsmayıl özbəkləri Mərvdə 

yenəndə Xanzadə bəyim də oradaydı. Mənim sayəmdə xoş rəftar edib gön-

dərdilər  və  Qunduzda  gəlib  mənə  qoşuldu.  Bir-birimizi  görməyəli  on  il  ol-

muşdu. Onları görməyə mən və Məhəmməd Göyəldaş getdik. [Xanzadə] bə-

yim və yanındakılar məni tanımadılar, ancaq adımı söylədikdən sonra tanıya 

bildilər. Ömər Şeyx Mirzənin  qızlarının ikincisi Nasir Mirzənin  doğma ba-

cısı və məndən iki yaş böyük olan Mehribanu bəyimdir.  

Şəhribanu bəyim də Nasir Mirzənin doğma bacısıdır və məndən sək-

kiz yaş kiçıkdir. Digər bir qızı Yadigar Sultan bəyimdi, onun anası Ağa Sul-

tan adlı bir cariyədir. Digəri isə Qaragöz bəyim deyilən Ruqiyyə Sultan bə-

yimdir, onun anası Məxdumə Sultan bəyimdir. Hər ikisi Mirzənin ölümün-

dən sonra dünyaya gəlmişlər. Yadigar Sultan bəyimi nənəm İsən Dövlət bə-

yim böyütmüşdü. Şeybani xan Əndican və Axsini alanda Yadigar Sultan bə-

yim  Həmzə  Sultanın  Əbdüllətif  Sultan  adlı  oğlunun  əlinə  düşmüşdü.  Mən 

Həmzə Sultan komandanlığındakı sultanları Xutlan vilayətində yenərək Hi-

sarı  alanda  [=1511/12]  mənə  qoşuldu.  Fətrət  dövründə  isə  Ruqiyyə  Sultan 

bəyim Canibəy Sultanın əlinə düşdü. (9 b) Bir-iki oğlu oldu, amma yaşama-

dılar. İndi özünün isə Allahın rəhmətinə qovuşduğu xəbəri gəldi.  

Qadınları  və  cariyələri:  Qutlu Nigar xanım Yunus xanın ikinci qızı 

və Sultan Mahmud xanla Sultan Əhməd xanın böyük bacısıydı. Yunus xan 

isə  Çingiz  xanın  ikinci  oğlu  Çağatay  xanın  nəslindəndir:  Yunus  xan,  Veys 

xan, Şirəli Oğlan, Məhəmməd xan, Xızır Xoca xan, Tuğlu Teymur xan, İsən 

Buğa xan, Duva xan, Baraq xan, Yisün Təvə, Mötügən, Çağatay xan, Çingiz 

xan. Yeri gəlmişkən, xanların əhvalından da qısaca bəhs edək. 

 

ÇAĞATAY XANLARI HAQQINDA QISA MƏLUMAT 

 

Yunus  xan  və  İsən  Buğa  xan  Veys  xanın  oğulları  idi.  Yunus  xanın 



anası Türküstanlı qıpçaq bəylərindən olan və Teymur bəyin qoruduğu Şeyx 

Nurəddin  bəyin  qızı  və  ya  nəvəsidir.  Veys  xanın  ölümündən  sonra  moğol 

ulusu bir qismi Yunus xan, əksəriyyəti İsən Buğa xan tərəfində olmaq üzrə 

ikiyə ayrıldı. 

Daha öncə [Teymur bəyin oğlu Şahrux Mirzənin oğlu] Uluğ bəy Mir-

zə Yunus xanın böyük bacısını [oğlu] Əbdüləziz Mirzəyə almışdı. Bu səbəb-

lə  barin  tüməninin  bəylərindən  İrzen  və  Çıras  (Hırmas)  (10  a)  tüməninin 

bəylərindən  Mirək  Türkmən  üç-dörd  min  ailəlik  moğol  ulusuyla  birlikdə 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə