ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə24/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   20   21   22   23   24   25   26   27   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



52 

sunqur Mirzənin yanına getdi. Vəli də Xutlana doğru çəkildi. Hisar kurqanı-

nı isə Baqi Çağanyani, Mahmud Barlas və Qoç Bəyin babası Sultan Əhməd 

bəy  gücləndirdi.  Bir  neçə  il  bundan  əvvəl  Şeybani  xandan  ayrılıb  Sultan 

Mahmud  Mirzənin  xidmətinə  girən  Həmzə  Sultan  ilə  Mehdi  Sultan  bütün 

özbəkləri ilə birlikdə, Məhəmməd Duğlat ilə Sultan Hüseyn Duğlat isə Hisar 

vilayətindəki  moğollarla  birlikdə  bu  qarışıqlıq  zamanı  Qara-Təkinə  doğru 

çəkildilər.  Sultan  Hüseyn  Mirzə  bu  xəbərləri  eşidən  kimi  [oğlu]  Əbülmöh-

sün Mirzə ilə bəzi igidlərini Sultan Məsud Mirzənin arxasından Kəmrud də-

rəsinin  yuxarısına  göndərdi.  Dərəyə  girdikləri  vaxt  arxadan  çatdılar,  ancaq 

heç bir şey  eləyə bilmədilər. Mirzə bəy Frəngibaz [orada] qəhrəmancasına 

qılınc çaldı. 

Sultan Hüseyn Mirzə əlavə olaraq İbrahim Tarxanı və Yaqub Əyyubu 

da bir qədər əsgərlə birlikdə Həmzə Sultanın və moğollarm üstünə Qara-Tə-

kinə  göndərmişdi.  Bunlar da [onların] arxalarından  yetişərək  Qara-Təkində 

vuruşdular, Sultan Hüseyn Mirzənin (34 a) axınçılarını məğlub edərək bəy-

lərin çoxunu ələ keçirdilər, ancaq təkrar azad elədilər. 

Belə olduqda Həmzə Sultan, Mehdi Sultan, Həmzə Sultanın oğlu Ma-

maq  Sultan,  sonralar  Məhəmməd  Duğlat  Hisari  adıyla  tanınacaq  Məhəm-

məd  Duğlat,  Sultan  Hüseyn  Duğlat  və  bu  sultanların  idarəsindəki  özbəklər 

ilə  Hisar  vilayətində  yaşayan  və  Sultan  Mahmud  Mirzənin  adamları  olan 

moğollar bizim xidmətimizə girmək istəyərək ramazan ayında [=1946 may-

iyun] Əndicana gəldilər. O zaman teymurilərin adətinə uyğun olaraq döşək 

üstündə otururdum. Həmzə Sultan, Mehdi Sultan və Mamaq Sultan gəlincə 

bunlara hörmət əlaməti olaraq ayağa qalxıb döşəkdən endim və onlarla gö-

rüşdüm.  Sultanlara  sağ  tərəfimdə  bağdaş  qurdurdum.  Məhəmməd  Duğlat 

Hisarinin komandanlığındakı bütün moğollar gəldilər və xidmətimə girmək 

istədilər. 

Sultan  Hüseyn  Mirzə  gəlib  Hisar  kurqanını  mühasirəyə  aldı.  Lağım 

açmaq,  kurqana  hücum  etmək,  daş  atmaq  və  qazan

1

 qurmaq  işləriylə  gecə-



gündüz durmadan uğraşırdı. Dörd-beş  yerdə lağım açıldı. Şəhər tərəfindəki 

qapıda açılan lağım xeyli irəliləmişdi. Kurqan içində olanlar da öz lağımla-

rını açıb bu lağımı tapdılar və (34 b) yuxarıdan buraya tüstü buraxdılar. Am-

ma Mirzənin adamları öz lağımlarını bağlayanda tüstü yuxarı, kurqanı qoru-

yanların  özünə  qayıtdı.  Kurqanı  qoruyanlar  can  hövlünə  düşərək  qaçdılar. 

Axırda su gətirib tökərək bayırdan girənləri lağımla qaçmağa məcbur etdilər. 

Bir dəfə də bir neçə ürəkli igid yuxarı çıxıb lağımın yanındakıları qaçırtdı. 

Bir  dəfə  isə  Mirzənin  olduğu  şimal  tərəfdən  qazan  qurub  çoxlu  daş 

ataraq  qalanın  bir  bürcünü  zədələmişdilər.  Yatsı  namazı  vaxtı  bürc  yıxıldı. 

Bəzi  igidlər  dərhal  hücum  etmək  istədilər.  Ancaq  Mirzə  gecə  olduğu  üçün 

izin vermədi. Kurqandakılar isə sabaha qədər bürcü tamamilə təmir etmişdi-

                                                           

1

 Qazan: əslində böyük tava mənasına gələn bu söz böyük top anlamında da işlənir. 




BABURNAMƏ 

 

53 



lər. Ertəsi gün də müharibə olmadı. Bu iki-iki ay yarımda bütün iş lağım aç-

maq,  qalacıqlar  qurmaq  və  daş  atmaqdan  oyana  keçmədi.  Əsaslı  bir  savaş 

olmadı. 

Bədiüzzaman Mirzənin idarəsində Xosrov şahın üstünə göndərilən qa-

filə Qunduzdan üç-dörd ağac qədər aşağıda bir yerə gələndə Xosrov şah bü-

tün  adamlarını  döyüş  qaydasında  düzərək  Qunduzdan  çıxdı  və  ertəsi  gün 

Bədiüzzaman Mirzənin əsgərinin üstünə yürüdü. O qədər mirzənin və sərdar 

bəyin (35  a)  adamları Xosrov şahın adamlarının  iki misli qədər olmasa da, 

bir  yarım  misli  olduğu  halda  ehtiyat  edərək  səngərdən  çıxmadılar.  Xosrov 

şahın  əsgəri  yaxşı-pis,  böyük-kiçık  dörd-beş  min  qədər  idi.  Xosrov  şah  bu 

fani dünya üçün və bivəfa nökər-naibi üçün bunca zülm və ədalətsizliyi özü-

nə adət etmiş, bunca böyük vilayətlər almış və bu qədər çox adam saxlamaq 

yolunu  seçmiş  (ömrünün  sonuna  doğru  adamlarının  sayı  təqribən  iyirmi-

otuz  minə  çıxmışdı,  torpaqları  isə  öz  padşahının  və  mirzələrin  torpağından 

daha  çox  idi)  bir  adam  idi.  Bu  iş  onun  həyatında  gördüyü  yeganə  iş  oldu. 

Xosrov şah və onun tabeliyindəkilər bu iş sayəsində sərdarlıq və cəsarətdə 

nam  qazandılar,  səngərdən  çıxmayanlar  isə  öz  qorxaqlığı  və  cəsarətsizliyi 

ilə bədnam oldular. 

Bədiüzzaman  Mirzə  oradan  çəkilərək  çox  çətinliklə  Taliqanın  böyük 

bağına  gəldi.  Xosrov  şah  özü  Qunduz  kurqanında  idi,  kiçık  qardaşı  Vəlini 

isə Mirzəni narahat edəcək bəzi qarışıqlıqlar çıxarmaq üçün bir dəstə seçmə 

igidlə birlikdə İşkəmiş, Fülula və ətraf dağların ətəklərinə göndərmişdi. Mü-

hib Əli Qurçu da bir dəstə yaxşı igidlə birlikdə gəlmişdi və Xutlan çayının 

(35  b)  sahilində  Bədiüzzaman  Mirzənin  adamlarının  bir  qismilə  qarşılaşdı, 

onların bəzilərini atdan saldı, bir neçəsinin də başını kəsdi. 

Sonra bu məğlubiyyətin qisasını almaq üçün Şeydim Əli Dərban, onun 

kiçık qardaşı [Sultan Baba] Qulu bəy və Bəhlul Əyyub bir dəstə yaxşı igidlə 

birlikdə gələrək Əmbər dağının ətəyindəki Xoca-Çəngəl civarında, Xorasan 

əsgərlərinin köçdüyü  yerdə çarpışdılar; amma o biri tərəfdən bir çox adam 

yetişib  Şeydim  Əli,  Qul  Baba  [Sultan  Baba  Qulu  bəy]  və  bir  dəstə  yaxşı 

igidlərin hamısını ələ keçirdi. 

Bu xəbər Sultan Hüseyn [Bayqara] Mirzəyə çatdı. Hisarın bahar yağ-

murları  üzündən  ordu  da  təhlükədə  idi.  Uzlaşma  yolunu  tutaraq  içəridən 

Mahmud Barlas, dışarıdan isə Hacı Pir Bəkavul ilə böyük ağalar

1

 görüşdülər. 



Sultan  Hüseyn  Mirzə  nə  qədər  sazəndə  və  xanəndə  varsa  hamısını  yığıb 

Sultan Mahmud Mirzənin Xanzadə bəyimdən olan böyük qızını, yəni Sultan 

Əbu  Səid  Mirzənin  qız  nəvəsini  [Bikə  bəyimi]  Payəndə  Sultan  bəyimdən 

olan  [oğlu]  Heydər  Mirzə  ilə  evləndirərək  Hisardan  çəkildi  və  Qunduza 

doğru  hərəkət  etdi.  Qunduza  gəlincə  bir  az  siyasət  işlədərək  buranı  müha-

                                                           

1

 Ağa,  yaxud  ağaca:  yaşca böyük anlamına gələn ağa termini sonradan hansısa bir qu-



rumun başında duranlara məxsus ünvan olmuşdur.  


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə