ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə29/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   25   26   27   28   29   30   31   32   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



64 

deyirlər.  Səmərqənd  əmirəlmöminin  həzrəti  Osman  zamanında  islamiyyəti 

qəbul etmişdir. Səhabədən Qusəm bin Abbas buraya gəlmişdir. Onun məzarı 

Ahən darvazasının bayırındadır və bugün də Məzari-Şah adıyla məşhurdur. 

Səmərqəndi  İskəndər  [Filkus]  qurmuşdur.  Moğol  və  türk  ulusları  Sə-

mizkənd deyirlər. Teymur bəy buranı paytaxt eləmişdi. Teymur bəydən əv-

vəl  onun  kimi  böyük  bir  padşah  Səmərqəndi  paytaxt  eləməmişdi.  Qala  di-

varları üzərindən kurqanın uzunluğunun ölçülməsini əmr etdim; ölçdülər, on 

min altı yüz qədəm çıxdı. 

Əhalisi bütünlüklə sünni, pak məzhəb, şəriətə bağlı və dindardır. Həz-

rəti peyğəmbər zamanından bəri Mavəraünnəhrdə o qədər çox islam imamı 

yetişmişdir  ki,  başqa  heç  bir  vilayətdən  (45  a)  bu  qədər  çox  imam  çıxma-

mışdır. Kəlam imamlarından biri olan Şeyx Əbu Mənsur Səmərqəndin Ma-

turid adlı məhəlləsindəndir. 

Kəlam  imamları  iki  qrupa  bölünür;  birinə  maturidiyyə,  digərinə  əşa-

riyyə  deyirlər.  Maturidiyyə  Şeyx  Əbu  Mənsur  tərəfindən  qurulmuşdur.  Sə-



hihi-Buxari  adlı  əsərin  müəllifi  Xoca  İsmayıl  da  Mavəraünnəhrdəndir.  Hi-

dayə adlı  əsərin  yazarı da Fərqanənin  Mərginan  adlı vilayətindəndir.  İmam 

Əbu Hənifə məzhəbində Hidayədən daha sayğın bir fiqh kitabı yoxdur. Fər-

qanə də Mavəraünnəhrə daxil olub məmurənin kənarında yerləşir. 

Səmərqəndin  şərqində  Fərqanə  və  Kaşğar,  qərbində  Buxara  və  Xa-

rəzm,  şimalında  Daşkənd  və  Şahruxiyyə  (kitablarda  Şaş  və  Bənakət  deyə 

yazılır), cənubunda Bəlx və Termiz yerləşir. 

Kuhək  çayı  Səmərqəndin  şimalından  axır  və  ondan  iki  küruh  məsa-

fədədir. Bu çayla Səmərqənd arasında Kuhək deyilən bir təpə vardır və çay 

bunun  ətəyindən  axdığı  üçün  Kuhək  çayı  deyirlər.  Bu  sudan  böyük  bir  qol 

ayrılmışdır.  Dərya  qədər  geniş  olan  bu  qola  Dərğəm  çayı  deyirlər.  Səmər-

qənddən bir şəri məsafədədir və şəhərin cənubundan axır. Səmərqəndin bağ-

ları, məhəllələri və bir neçə qəzası bu su sayəsində abad olmuşdur. Buxara 

və Qara gölə qədər otuz-qırx ağaca yaxın bir bölgənin əkin-biçini və abad-

lığı Kuhək çayıyla təmin edilir. Bu qədər böyük (45 b) bir çay olduğu halda 

suyu ziraət və abadlıq üçün ancaq yetir, hətta yayda Buxara üç-dörd ay su-

suz qalır. 

Üzümü,  qovunu,  alması,  narı  və  digər  bütün  meyvələri  çox  yaxşıdır. 

Lakin  Səmərqəndin  iki  meyvəsi  məşhurdur:  sibi-Səmərqənd  (alma)  və  sa-

hibi-Səmərqənd (üzüm). 

Qar Kabildə olduğu qədər çox yağmasa da, qışı çox soyuqdur. Yayda 

havası xoşdur, lakin Kabil qədər deyil.  

Səmərqənddə  və  onun  məhəllələrində  Teymur  bəyin  və  Uluğ  bəyin 

imarət  və  bağları  çoxdur.  Teymur  bəy  Səmərqənd  ərkində  Göy  saray  deyə 

məşhur olan dörd qatlı, fövqəladə böyük bir köşk tikdirmişdir. 

Bundan başqa, Ahənin darvazasına  yaxın, qalanın içində bir cami də 



BABURNAMƏ 

 

65 



tikdirmişdir. Bu caminin daşlarını əksəriyyəti Hindistandan gətirtilən daşçı-

lar işləmişdir. Caminin kitabəsindəki «Və əz yərfəu İbrahim əl-qəvaidə...»

1

 

ayəsini elə böyük hərflərlə yazmışlar ki, bir küruh məsafədən oxumaq müm-



kündür. Bu da çox böyük bir binadır. 

[Teymur  bəy]  Səmərqəndin  şərqində  iki  bağ  saldırmışdır.  Daha 

uzaqda olan Baği-boldu, digəri isə daha yaxında olan Baği-dilgüşadır. Baği-

dilgüşadan Firuzə darvazasına qədər bir yol çəkdirib iki tərəfinə qovaq ağacı 

əkdirmişdir.  Dilgüşada  da  böyük  bir  köşk  tikdirmişdir.  Bu  köşkdə  (46  a) 

Teymur bəyin Hindistan müharibələri təsvir edilmişdir. Kuhək təpəsinin ətə-

yində,  Kani-Gilin  -abi-rəhmət  də  deyilən  Qara  suyun-  üst  tərəfində  Nəqşi-

cahan adında bir bağ saldırmışdır. Mən görən zaman bu bağ artıq xarab ol-

muş və diqqətədəyər bir şeyi qalmamışdı. Səmərqəndin cənubunda, qalaya 

yaxın  yerdə  Baği-çinar,  Səmərqəndin  aşağı  tərəfində  Baği-şimal  və  Baği-

behişt vardır. 

Teymur bəyin nəvəsi, Cihangir Mirzənin oğlu olan Məhəmməd Sultan 

Mirzə  də  Səmərqəndin  dış  kurqanında  –  Çəkərdə  bir  mədrəsə  tikdirmişdir. 

Teymur bəyin və Səmərqənddə padşahlıq edən övladlarının hamısının qəbri 

buradadır. 

Uluğbəy Mirzənin imarətlərindən olan mədrəsə və xanəgah isə Səmər-

qənd qalasının iç tərəfindədir. Xanəgahın qübbəsi fövqəladə böyükdür, onun 

qədər  böyük  bir  qübbənin  dünyada  olmadığını  söyləyirlər.  Bu  mədrəsənin 

və  xanəgahın  yanında  Mirzə  hamamı  deyə  bilinən  gözəl  bir  hamam  tikdir-

mişdi.  Döşəməsi  müxtəlif  daşlardandır.  Xorasanda  və  Səmərqənddə  onun 

kimi başqa bir hamam  yoxdur (46 b). 

Bir  də  mədrəsənin  cənubunda  Məscidi-Müqətta  dedikləri  bir  məscid 

tikdirmişdir. Müqətta [kəsilmiş, ayrı] deyilməsinin səbəbi parça-parça ağac-

ların yonulub islami və Çin üsulu naxışlarla işlənməsindəndir. Bütün divar-

ları  və  damı  bu  tərzdədir.  Bu  məscidin  qibləsi  ilə  mədrəsənin  qibləsi  ara-

sında çox böyük fərq vardır. Hər halda bu məscidin qiblə yönünü ulduzlara 

görə təyin etmişlər.  

Tikdirdiyi  digər  böyük  binalardan  biri  də  Kuhək  təpəsinin  ətəyində 

yerləşən və içərisində zic

2

 yazma aləti olan üç qatlı rəsədxanadır. Uluğ bəy 



Mirzə bu rəsədxana ilə zici-Gürganini tərtib etmişdir ki, dünyada bu zic di-

gərlərindən daha artıq istifadə olunur. Bundan əvvəl Xoca Nəsir[əddin] Tu-

sinin  elxani  hakimi  Hülakü  xan  zamanında  Marağada  tərtib  etdiyi  zici-El-

xani istifadə olunmuşdu. Deyəsən, dünyada yeddi-səkkizdən artıq rəsədxana 

olmamışdır. Bunlardan birini xəlifə Məmun tikdirmişdir və zici-Məmuni bu-

rada  tərtib  edilmişdir.  Bitlimus  da  bir  rəsədxana  tikdirmişdir.  Hindistanda 

                                                           

1

 Quran, Bəqərə surəsi: "İbrahim İsmayıl ilə bərabər Evin təməllərini yüksəldir" (2:127). 



2

 Zic:  yaxud  zeyr:  əskidən  ulduzların  yerlərini  və  hərəkətlərini  göstərmək  üçün  hazır-

lanmış cədvəl, kataloq. 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə