ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə30/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   26   27   28   29   30   31   32   33   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



66 

racə Bikerməcit Hindu zamanında bugün Mandu adıyla tanınan Malva döv-

lətindəki  Ücceyn  və  Deharda  bir  rəsədxana  var.  Hindlərin  Hindistanda  bu-

gün  də  istifadə  etdikləri  zic  budur.  Bu  rəsədxananın  tikilməsindən  bəri  (47 



a) 1584 il keçmişdir və bu zic digər ziclərə görə daha naqisdir. 

[Uluğ  bəy]  Kuhək  təpəsinin  qərb  tərəfindəki  ətəyində  Baği-meydan 

adlı bir bağ və bu bağın ortasında Çihil sütun dedikləri böyük bir bina tikdir-

mişdir.  İki  qatlı  və  sütunları  tamamilə  daşdan  olan  bu  binanın  dörd  kün-

cündə minarəyə bənzər dörd bürc tikilmişdir. Üst qata bu qüllələrdən çıxılır. 

Digər  yerlərdə  daş  sütunlar vardır.  Bunların  bəziləri büklümlü,  bəziləri ho-

luqludur.  Üst  mərtəbənin  dörd  tərəfi  eyvanlı  olub  sütunları  daşdır  və  orta-

sında  dörd  qapılı  bir  otaq  vardır.  Binanın  kürsüsünü  başdan-başa  daşlarla 

döşəmişlər.  

Binadan  Kuhək  təpəsinə  doğru  getdikdə  təpənin  ətəyində  bir  bağ  da 

saldırmışdır. Orada da böyük bir saray inşa etdirmiş və onun içinə taxt ola-

raq  böyük  bir  daş  qoydurmuşdur,  uzunluğu  təxminən  on  dörd-on  beş,  eni 

yeddi-səkkiz, yüksəkliyi isə bir karidir. Bu böyük daşı xeyli uzaq bir yerdən 

gətirmişlər. Ortasında bir çat vardır və deyilənə görə, bu çat daş buraya gəti-

rildikdən sonra yaranmışdır. Bu bağda dörd qapılı otaq da (47 b) tikilmişdir. 

Divarları  tamamən  çini  olduğundan  ona  çinixana  deyirlər.  Xüsusi  adamlar 

göndərərək bunları Çindən gətirtmişdir.  

Səmərqənd  qalasının  içində  Məscidi-ləkləkə  deyilən  qədim  bir  bina 

var. Bunun ortasında yerə ayaqla vuduqda «lək-lək» deyə əks-səda gəlir. Bu, 

qəribə bir şeydir və sirrini heç kim bilmir.  

Sultan Əhməd Mirzə zamanında da bəylər çox bağ və bağça saldılar. 

Bunlardan Dərviş Məhəmməd Tarxanın çarbağı qədər səfalı, havalı və geniş 

mənzərəli yer az tapılar. Baği-meydanın bir az aşağısındakı bir yüksəkliyin 

üstündə  Külbə  çayırına  baxan  bir  çarbağ  daha  salınmışdır  ki,  bütün  çayır 

ayaq altındadır. Burada torpağı qat-qat düzəldərək gözəl qaraağaclar, bəyaz 

sərvlər və söyüdlər əkmişlər. Çox gözəl bir yerdir. Yeganə qüsuru böyük bir 

çayının olmamasıdır.  

Səmərqənd şəhəri fövqəladə dərəcədə abad şəhərdir. Bu şəhərin digər 

şəhərlərdə olmayan bir özəlliyi də vardır. Burada hər əsnafın ayrı birər baza-

rı vardır və beləcə, bir-birləri ilə qarışmırlar. Buna daim əməl edirlər. Yaxşı 

çörəkçiləri və aşxanaları vardır. Dünyada ən yaxşı kağız Səmərqənddə isteh-

sal olunur, cüvaz kağızı deyilən bu növ kağızın bütün materialı Kani-Gildən 

gəlir. Kani-Gil isə Qara su kənarındadır. (48 a) bu Qara suya abi-rəhmət də 

deyirlər.  Səmərqəndin  qırmızı  qədifə  qumaşı  hər  tərəfə  ixraç  edilir.  Ətra-

fında gözəl çayır-çəmənlər vardır. Ünlü çayırlarından biri Səmərqənd şəhə-

rinin şərqində və bir az cənuba doğru bir ağac məsafədəki Kani-Gil çayırıdır. 

Abi-rəhmət  də  dedikləri  Qara  su  Kani-Gilin  ortasından  axır.  Yeddi-səkkiz 



BABURNAMƏ 

 

67 



dəyirman  işlədəcək  qədər  suyu  vardır

1

.  Çayın  ətrafı  tamamilə  bataqlıqdır. 



Bu  çayırın  əsl  adı  Kani-Abgirinişdir,  lakin  tarixlərdə  daim  Kani-Gil  deyə 

yazırlar.  Çox  gözəl  bir  çayırdır.  Səmərqənd  sultanları  bu  çayırı  iqamətgah 

edir və hər il buraya çıxıb bir-iki ay yaşayırlar. 

Bu  çayırın  bir  az  yuxarısında,  cənub-şərqə  doğru  Xan  Yurdu  adında 

bir  çayır  da  vardır.  Səmərqəndin  şərqində  şəhərdən  bir  ağac  məsafədədir. 

Qara Su bu çayırın içindən keçərək Kani-Gilə gedir. Bu Qara Su Xan Yur-

dunda  elə  bir  şəkildə  qıvrılır  ki,  meydana  gətirdiyi  çıxıntı  (toqqay

2

)  içində 



bir ordu enəcək qədər yer var. Buranın çıxış ağzı çox dardır və bu yerin əl-

verişli  olduğunu  görərərək  Səmərqənd  mühasirəsi  zamanı  bir  neçə  dəfə 

burada  oturmuşdum.  Digər  çayırlardan  biri  olan  (48  b)  Bödənə  (bildirçin) 

qoruğu  da  Dilgüşa  bağı  ilə  Səmərqənd  arasındadır.  Göli-Məğaq  çayırı  isə 

Səmərqəndin bir az şimalına doğru və iki ağac qədər qərb tərəfindədir. Bura 

da gözəl bir çayırdır və bir tərəfində böyük bir göl olduğu üçün oraya Göli-

Məğaq  çayırı  da  deyilir.  Səmərqəndi  mühasirə  edəndə  mən  Xan  Yurdunda 

oturduğum zaman bu çayıra da Sultan Əli Mirzə yerləşmişdi. 

Çayırlarından biri də Külbə çayırıdır. Bu çayır digərlərinə nəzərən da-

ha kiçıkdir. Şimalında Külbə kəndi və Kuhək çayı, cənubunda Baği-Meydan 

və Dərviş Tarxanın çarbağı, şərqində isə Kuhək təpəsi yerləşir. 

Səmərqəndin  gözəl  vilayətləri  və  tümənləri  vardır.  Ən  geniş  vilayəti 

Səmərqəndin  tayı  olan  Buxaradır. Səmərqəndin  qərbində  və  ona iyirmi beş 

ağac məsafədə yerləşir. 

Buxaranın da bir neçə tüməni

3

 vardır. Şəhər çox gözəldir. Meyvəsi bol 



və gözəl olur. Qovunu fövqəladə yaxşı olur. Mavəraünnəhrin heç harasında 

Buxarada olduğu qədər bol və yaxşı qovun tapılmaz. Gərçi Fərqanə vilayə-

tində  Axsinin  mir-teymuri  adlanan  qovunu  buranınkından  daha  ləzzətli  və 

daha  gözəldir,  lakin  Buxarada  hər  növ  qovun  bol  və  yaxşıdır.  Buxaranm 

əriyi də məşhurdur. Buxara əriyi kimi ərik heç bir yerdə tapımaz. Qabığını 

soyub qurudur və nadir mal kimi vilayətdən (49 a) vilayətə göndərirlər. Mü-

layimət  [bağırsaq  yumşaqlığı]  üçün  fövqəladə  yaxşı  bir  dərmandır.  Quşu, 

toyuğu və qazı çoxdur. Mavəraünnəhrdə Buxara şərablarından daha qüvvətli 

şərab tapılmaz. Mən Səmərqənddə işki içdiyim ilk vaxtlarda Buxara şərab-

larını içirdim. 

Keş  vilayəti  Səmərqəndin  cənubunda,  doqquz  ağac  məsafədədir.  Sə-

mərqənd ilə Keş arasında İtmək Dabanı adlı bir dağ vardır. Yontma üçün iş-

lənən daşları bu dağdan gətirirlər. Baharda ova və şəhərin hər yeri çox gözəl 

bir yaşıllığa büründügü üçün oraya Şəhrisəbz [Yaşil Şəhər] də deyirlər. 

Teymur  bəy  Keşdə  doğulduğuna  görə  bu  şəhəri  paytaxt  etməyə  çalı-

                                                           

1

 Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.  



2

 Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.  

3

 Tümən: bir neçə mənası vardır: qəza (rayon), bölgə, on min, pul vahidi.  




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə