36
Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin, XII-XIII əsrin əvvəl-
lərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hüla-
külər dövlətinin, XIV əsrin sonu XV əsrin əvvəllərində Cəlairilər
dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qaraqoyunlu və Ağ-
qoyunlu dövlətlərinin tərkib hissəsi olmuşdur. XVI əsrin başlanğı-
cında Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması ilə əlaqədar
olaraq Zəngəzur ərazisi də Səfəvi dövlətinin tərkibinə qatılmışdır.
XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsr-
lərin qovşağında Səfəvi imperiyasının zəifləməsi ilə əlaqədar 1590-
1612 və 1724-1735-ci illərdə qısa müddət ərzində Osmanlı idarəçi-
liyi altına düşən Zəngəzur ərazisi xanlıqlar zamanında əsasən Qara-
bağ xanlığının hakimiyyəti altında olmuşdur. Artıq yuxarıda qeyd
olunduğu kimi, XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan
Zəngəzur rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quber-
niyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respub-
likasının qəzalarından biri olmuşdur [65, s.54-58].
1.2. Zəngəzur oğuz türklərinin qədim məskənidir
Dövlətimizin başçısı, möhtərəm Prezident İlham Əliyevin bu
fikirləri təkzibolunmaz elmi-tarixi həqiqəti əks etdirir: «Məsələnin
tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi
qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar
ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər
boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş
məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri or-
taya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı
da möhkəmləndiririk. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.
Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin
toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki
Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşə-
lidir. Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və
37
bundan sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcə-
yik»[232].
Adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşamışla-
rın ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli
toponimlərin mütləq çoxluğu da bu fikri təsdiqləyir. Bəzi erməni
alimləri obyektiv mövqedən çıxış edərək «Zəngəzur» sözünün er-
məni sözü olmadığını qeyd edirlər. Nisbətən obyektiv orta əsr ermə-
ni tarixçiləri həqiqətə bir qədər yaxın gələrək «Zəngəzur» sözünü
«Zanqedzor», yəni Zəngi dərəsi anlamında izah etməyə çalışırdılar.
Belə izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələ-
rində erməni mənşəli termin («dzor» ermənicə «dərə» deməkdir –
H.A) kimi vurğulamağa cəhd göstərildiyinə baxmayaraq, əslində
«Zəngəzur» toponiminin nə ermənilərə, nə də onların «dzor» sözünə
heç bir dəxli yoxdur. Toponimin adındakı «zəngi» leksik
vahidi türk
tayfa adıdır. Türkdilli respublikalarda və Azərbaycanın çoxlu yer
adlarında bu oğuz-türk tayfasının izləri yaşayır; Zəngiçay, Zəngitə-
pə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə,
Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan,
Zəngilli, Zəngi çayı və b. [140 s.4-6]. Mahmud Kaşğari, Fəzlullah
Rəşidəddin, Abbasqulu ağa Bakıxanov, Əbdülqazinin və b. əsərlə-
rində, habelə bir çox digər yazılı mənbələrdə «zəngi» etnoniminin
adı çəkilir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər haki-
miyyətlərinin əsas sütunlarından olub. Mənbələrdə ərəb xəlifəsi ilə
Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi haqqında məlumatlar
vardır [140 s.4-6].
Bir sıra tədqiqatçıların fikrincə, Zəngəzurdakı ikinci leksem
ərəbcə «sur» dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir
(dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib – H.A.). Bu ad
ərazinin relyefini düzgün səciyyələndirir – yəni zəngilərin yaşadığı
dağlıq yer. Zəngəzur ərazisindəki adların da bir çoxunda sur-zur-zor
daşlaşıb qalıb [140, s.5].
Fikrimizcə, bu, çox aydın və əsaslı, ağlaba-
tan izah olub qəbul olunmalı etimologiyadır. Belə olduğu halda, bu
toponimi erməniləşdirə bilməyənlərin internet səhifələrində də yay-