ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

 
 47
 
azərbaycan,  antitürk  yazılar,  kitablar  xəstə  beyinləri,  ermənilərin 
kin-küdurətli sifətlərini yenidən oyandırdı, dünyanın çeşidli xristian 
ölkələrindən  dəstək,  ilham  alan  «miatsum»  hərəkatı,  nümayişləri 
başladı.  Ötən  əsrin  həm  əvvəlində,  həm  də  sonunda  ermənilərin 
azərbaycanlılara qarşı ilk torpaq iddiaları da məhz Zəngəzurun Qa-
rakilsə bölgəsində baş qaldırmışdı. Əvvəlcə urudlulara məxsus yay-
laqlar və əkin sahələri soydaşlarımızın əllərindən alınaraq ermənilər 
yaşayan  kəndlərə  verildi  [95].  Ermənilər  «Qarabağ  kartını»  ortaya 
ataraq nəinki Zəngəzurda, bütövlükdə indi Ermənistan Respublikası 
adlanan qədim  yurd  yerlərimizdə  yaşayan azərbaycanlıları 1988-ci 
ilin  soyuq  qış  günlərində  vəhşiliklə  qovdular.  Halbuki,  Heydər 
Əliyev  vəzifədə  olsaydı  bu  faciələrin  –  həm  də  Zəngəzurda  o  son 
qırğınların baş verməsi mümkünsüz idi. Ölkəmizin lideri hakimiy-
yətə 2-ci qayıdışından sonra xalqımızın başına gətirilən fəlakətlərin 
miqyasını imzaladığı sənədlərdə  açıq ifadə edərək bunun soyqırım 
aktı olduğunu dünyaya bəyan etdi. 
O, sovet, DTK rejiminin meydan suladığı ağır illərdə dəyərli 
elm, ədəbiyyat, incəsənət xadimlərini də repressiyalardan, yad əllər-
dən  qoruyurdu,  açıq,  gizli  şəkildə  onlara  himayədarlıq  edirdi. 
Ümummilli  lider  Heydər  Əliyevin  «Azərbaycanlıların  soyqırımı 
haqqında» 26 mart 1998-ci il tarixli 690 saylı Fərmanı ilə 31 Mart – 
Azərbaycanlıların Soyqırımı Günü elan edildikdən sonra 70 il impe-
riya buxovları ilə yaşamağa məhkum olmuş Azərbaycan öz tarixini 
obyektiv  şəkildə  araşdırmaq  imkanı  qazandı.  Dövlətimizin  başçısı 
dəqiq faktlar əldə edərək ilk dəfə faciələrimizin miqyasını belə ifadə 
etmişdi:  «Beləliklə, XX  əsrdə müxtəlif dövrlərdə  2 milyona  yaxın 
soydaşımız öz tarixi vətənlərindən köçürülmüş, etnik təmizləmə si-
yasətinin qurbanına çevrilərək öldürülmüş və didərgin salınmışdır» 
[53].  Təsadüfi  deyil  ki,  bu  Fərmandan  sonra  nəşrinə  qərar  verilən 
əsərlərdən biri də Zəngəzur faciələri haqqında gerçək tarixi əks etdi-
rən  Ə.Abbasovun  «Zəngəzur»  romanı  olub  [1].  Onun  bu  kitabın 
nəşrini şəxsən diqqətə ayırması  da  elə bu  amillə - həqiqəti doğru-
düzgün göstərməsi ilə bağlı idi; «Zəngəzur» romanı sovet imperiya-
sının,  DTK  rejiminin  hər  cür  azad  sözə  qənim  kəsildiyi  dövrlərdə 


48 
mağazalardan, kitabxanalardan  yığılsa da, ailələrdə qorunub saxla-
nılıb, gizlədilib, əl-əl gəzib, oxunub, yaddaşları təzələyib. Çünki bu 
kitabda yazılanlar həqiqət idi, müəllif tarixi həqiqətləri yazmışdı və 
bu güzgüdə xristian dünyasının himayə etdiyi, zəhərli ilan kimi qoy-
nunda bəslədiyi erməni adlı nankor qonşularımız necə varsa, eləcə 
riyakar, əyri görünürdü. Sovet vaxtı satışı, nəşri qadağan edilən, ki-
tabxanalardan nüsxələri yığışdırılan Ə.Abasovun «Zəngəzur» roma-
nı Zəngəzurun dağ kəndində doğulub böyümüş, sonra taleyin hök-
mü ilə Naxçıvanı özünə yurd seçmiş əməksevər insan Əlirza kişi ilə 
İzzət xanımın ailəsində də sevilə-sevilə, həm də ürək ağrısı ilə oxu-
nurdu. «HEYDƏR ƏLİYEV» kitabından [6, s.13] gətirdiyim aşağı-
dakı sitat bunun ifadəsidir: «Belə bahar günlərinin birində Əlirza və 
İzzət Əliyevlərin ailəsində dördüncü övlad dünyaya göz açdı. Kör-
pəyə İzzət xanımın azərbaycanlıların Zəngəzurdan didərgin salındı-
ğı zaman həlak olmuş qardaşı Heydərin adını (Heydər – başçı, öndə 
gedən, irəli səsləyən deməkdir – H.A.) qoydular. O Heydərin  yaşı 
həmişəlik iyirmi üç olaraq qaldı... İllər ötəndən sonra Əliyevlər ailə-
sində Əyyub Abasovun «Zəngəzur» romanı əldən-ələ keçdi. Çünki 
bu  iki  qalın  cilddə  yazılanları  oxuyan  Şəfiqə  eynən  bu  hadisələri, 
analarının da ona danışdığını qardaşlarına söyləmişdi.  – Yanılmır-
san, Şəfiqə, – deyə Həsən təsdiq elədi. – Bu kitabı yazan adam di-
dərginlik ağrısını çox dəqiq göstərmişdir: «Andronik Uzunyanın əs-
gərləri kəndə aşağı tərəfdən daxil oldular. Yamacın ətəyində bir ne-
çə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki, adamlar nəyi bacarır-
larsa götürüb dağlara çəkilsinlər. Haray-həşir, arvadların hönkürtü-
sü, uşaqların ağlaşması kəndi başına almışdı. Sanki qayalar da Zən-
gəzur  torpağında  baş  verən  müsibətə  laqeyd  qala  bilmirdi.  Atlar, 
yüklənmiş ulaqlar, qorxudan böyürən öküzlər, inəklər – hər şey bir-
birinə qarışmışdı.  Kənddə qalan  yalnız dərd-sərdən ağlı çaşmış və 
öz həyatını evdən ayrı təsəvvür etməyən qocalar idi» [6, s.14]. 
Qeyd:  Hacı  Nərimanoğlunun  “Ümummilli  lider  Heydər 
Əliyev  və  Zəngəzur  bölgəsində  azərbaycanlıların  soyqırımı  və  de-
portasiyası tarixinin tədqiqi məsələləri” adlı elmi araşdırma məqalə-


 
 49
 
sində» [148, s.341-353] bu mövzu geniş faktik mənbələrə əsaslan-
maqla hərtərəfli öyrənilmişdir. 


50 


 
 51
 
 
II FƏSİL 
 
ZƏNGƏZUR XIX ƏSRDƏ 
 
 
2.1. Zəngəzur çar Rusiyasının işğalından sonra 
 
I Pyotrun (1682-1725) siyasi vəsiyyətlərinə sadiq qalan Rusi-
ya  imperatoru  II  Yekaterinanın  (1762-1796)  dövründə  romanovlar 
səltənətinin Cənubi Qafqaza, ilk növbədə də Şimali Azərbaycana yi-
yələnmək cəhdi nəticə etibarilə boşa çıxsa da, Peterburq hökuməti 
bu niyyətlərindən əl çəkməmiş, Yaxın Şərqə doğru irəliləmək plan-
larını reallaşdırmaq yolunda XIX əsrin lap əvvəllərindən əməli ad-
dımlar atmağa başlamışdı [155, s.172]. 
I  Pavel  (1796-1801)  və  onun  oğlu  I  Aleksandr  (1801-1825) 
manifestləri üzrə Şərqi Gürcüstanı, Kartli-Kaxetiyanı ilhaq etdikdən 
sonra Rusiya Azərbaycan torpaqlarının istilası üçün ciddi addımlar 
atmağa  başladı.  Hələ  Qafqazdakı  rus  qoşunlarının  baş  komandanı 
Knorrinq,  eləcə  də  onun  «varisi»  P.D.Sisianovun  dövründə  Azər-
baycanın Qazax-Şəmşəddil torpaqları üstündə Gəncə hökmdarı Ca-
vad  xanla  kəskin  mübarizəyə  girən  Rusiya  tərəfi  Car-Balakən 
(1803) və Gəncənin işğalınadək (1804) Qarabağ xanlığı ilə münasi-
bətlərdə böyük ehtiyatlılıq nümayiş etdirir, Qarabağ hökmdarı İbra-
himxəlil xanla yazışmalara son dərəcə diqqətlə yanaşır, bütün Azər-
baycan xanları kimi, onu da qonşu xanlarla düşmən etməyə çalışırdı 
[118, s.35-36]. 
Bu  dövrdə  Sisianovun  İbrahimxəlil  xana  məktublarının  çox 
böyük  əksəriyyəti  xana  ünvanlanmış  iltifat  və  hüsn-rəğbətlə  dolu 
idi. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bütün bunlar «par-
çala – hökm sür» siyasətinin tərkib hissəsindən başqa bir şey deyil-
miş.  Çarizmin  Qafqazı  işğal  planlarının  reallaşmasında  Qacarlarla 
imzalanmış  Gülüstan  və  Türkmənçay  müqavilələri  Zəngəzurun  da 
tarixində yeni dövrün başlanğıcı oldu. Azərbaycanı ikiyə bölmüş bu 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə