90
basqınlar edir, elat əhalisini qətlə yetirir və mal-qarasını və
məhsullarını ələ keçirirdilər. 1905-ci ilin yayında Şuşada, Xaçın də-
rəsində və Ağdam yolunda baş verən münaqişələrin xəbəri
yaylaqdakılara çatdıqdan sonra onlar ermənilərin basqınlarından
müdafiə olunmaq məqsədilə arana enmək qərarına gəlirlər. Lakin
köç yolu Gorus sahəsinin ermənilər yaşayan hissəsindən və Xın-
zirək kəndindən keçirdi. Avqustun 17-də ermənilər şayiə yayırlar ki,
guya dağdan arana qayıdan Kərimbəyli və Mahmudlu kəndlərinin
elatları Naxçıvan qəzasından olan 5 erməni qadınına müsəlman
libası geyindirərək özləri ilə aparırlar. Ermənilər həmçinin
azərbaycanlıların onların mal-qarasını oğurlayıb apardıqları barədə
də şayiə yaymışdılar. Pristav Voskresenski azərbaycanlıları təqib
edərək, vəziyyəti yerində öyrənmiş və ermənilərin yalan söylə-
diklərini müəyyən etmişdi. Ermənilərlə atışan Voskresenski bir
ermənini qətlə yetirmişdi [223a, s. 251].
Avqustun 18-də Minkəndin mirzəsi olan Şamilin atası,
Həmzəli kəndindən olan Niftalı bəy 15 nəfər dostu ilə birlikdə
Gorusa daxil olan zaman şəhərin girəcəyində mövqe tutmuş erməni
silahlıları onlara atəş açmışdılar. Şiddətli atışma baş vermiş,
hökumət isə bunun qarşısının alınması üçün heç bir tədbir
görməmişdir. Nəticədə Niftalı bəy və onun dəstəsindən iki nəfər,
ermənilərdən də iki gənc öldürülmüşdür. Bu hadisə ətraf kəndlərdə
yaşayan azərbaycanlıları daha da qəzəbləndirmişdir. Avqustun 20-
də Qubadlı kəndində yaşamış, bölgənin ən varlı və vətənpərvər
şəxsiyyətlərindən biri olmuş İldırım bəy Sultanov (Sovet
Azərbaycanının qurucularından olan Çingiz İldırımın atasıdır –
H.A.) nahiyəsinin pristavı Yevorskinin vasitəsilə Gorus
ermənilərinə ultimatum göndərir. Ultimatumda Gorusda saxlanılan
azərbaycanlıları
azad etmək, tərəkəmələrin
sərbəst hərəkəti üçün yol
vermək, erməni silahlı dəstələrini Gorusdakı mövqelərindən
uzaqlaşdırmaq və 1000 rubl təzminat ödəmək tələb olunurdu.
Bölgədəki Qarahunc kəndi də ermənilərin terror yuvasına
çevrilmişdi. A-donun yazdığına görə, sentyabrın 6-da Gorus həbs-
xanasından azad edilən məzməzəkli Xanlar bəy Qarahunc kəndinin