122
A.V.Slavoçinski onun qızıl medalla təltif ediləcəyini və həmçinin
əlavə olaraq min rubl məbləğində pulla mükafatlandırılacağını vəd
etmişdi. A.V.Slavoçinski ilə razılığa gələn Paşa Hacı Fərəc oğlu
Nəbinin yaxın silahdaşları olan Şahhüseyni və Kərbəlayı İmanı
aldadaraq Nəbinin öldürülməsinə nail oldu. Culfadakı Rusiya ali
konsulluğunun başçısı knyaz Dobidze Nəbinin öldürüldüyünə əmin
olandan sonra Qaçaq Nəbinin onun təkidi ilə İran polisləri
tərəfindən öldürüldüyü haqqında məlumat yaydı. Onda İran
mətbuatında da Nəbinin İran polisləri ilə atışmalarda öldürüldüyü
barədə məlumatlar yer almışdı[109, 124].
Onu da qeyd etmək yerinə düşərdi ki, tədqiqatçı İ.Həsənovun
«Qaçaq Nəbinin öldürülməsi haqqındakı məsələyə dair»
məqaləsində Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində Nəbinin
öldürülməsi ilə bağlı saxlanılan arxiv sənədləri yer almışdır və
yuxarıda deyilənlərlə üst-üstə düşür [109, s.126-129].
B.Bəhcət Nəbinin əxlaq və mənəviyyat sahibi olmasını xalq
tərəfindən sevilib müdafiə olunmasının əsas səbəbi sayırdı. Nəbinin
mənəviyyatını, əxlaqi keyfiyyətlərini səciyyələndirən xarakterləri
bir çox konkret hadisələrdə özünü büruzə verir: “Nəbi öz
hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və
qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində
çoxdan çox ehtiyatlı idi, düşmənlərinin də qadınına toxunmazdı.
Yoldaşlarına qarşı çox diqqətcil və qayğı göstərən idi. Nəbi öz
yoldaşlarına gizli oğurluğu qadağan etmişdi, onun bütün qarətləri
müəyyən bir məqsədlə olurdu. O, yolları kəsərək hər gələn-gedəni
soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi”.
Bəhlul Behcət Qaçaq Nəbinin Rusiya və İranın polis orqanlarının
təşkil etdikləri xüsusi əməliyyat nəticəsində öldürüldüyünü
göstərirdi. Onun öldürülməsində sonralar İranın hərb naziri olmuş
Əmir Bahadır Cəng Paşa xandan məharətlə istifadə edilmişdi. İran
şahı Müzəffərəddin sarayının nüfuz sahiblərindən biri olan Cəng
Paşa xan əvvəllər də Qaçaq Nəbinin Cənubi Azərbaycanda
fəaliyyətinin qarşısını almaq üçün Qaradağ və Maku tərəflərdə olan
İran hökuməti məmurlarına lazımi sərəncamlar vermişdi. Bu
123
sərəncamların nəticəsi idi ki, Nəbi son vaxtlar o tərəflərə keçəndə
təqib və ədavətlə qarşılanmışdı [246].
Qafqaz canişinin bilavasitə tapşırığına əsasən, Nəbinin
öldürülməsi işinə ezam edilmiş Naxçıvan və Zəngəzur qəza rəisləri
İrandakı adamlarıı Məşədi Paşa vasitəsilə Nəbinin ən yaxın
silahdaşlarından biri Şahhüseyni ələ almaqla, Nəbini aradan
götürmək qərarına gəldilər. Şahhüseynin Nəbinin öldürülməsində
İran hökumətindən ehtiyat etdiyini görəndə, Rusiya tərəfinin bu işdə
maraqlı olan adamları Cəng Paşa xana müraciət etməklə Şahhüseyni
razı sala bilmişdilər. «Şahhüseyn tamamilə çaşmışdı. Ona həm İran,
həm də Rusiya hökumətləri yaxşı vədlər vermişdi. O, Rusiya
imperatorundan nişan alacaq, İran hökumətindən isə mülk alıb xan
olacaqdı»[246].
Qaçaq Nəbi öldürüldükdən sonra silahdaşlarının bir neçəsi ələ
keçirilməklə məhv edildi. Şahhüseyn, Məmmədhüseyn və digərləri
Dırnıs dərəsində öldürüldülər. Nəbinin yaxın dostu Musa
Məhəmmədhəsən oğlu həbs edilib hərbi məhkəməyə verildi. İrəvan
hərbi məhkəməsinin onun barəsində verdiyi hökm belə idi: «İran
təbəəsi məhkum Musa Məhəmmədhəsən oğlu bütün əmlak
hüququndan məhrum olunmaqla ölüm cəzasına məhkum edilsin».
Lakin sonralar ölüm hökmü 20 il katorqaya göndərilməsi hökmü ilə
əvəz olundu [109, s.246].
Azərbaycan xalqı əfsanəvi qəhrəman Qaçaq Nəbinin adı ilə
bağlı mahnılar qoşmuş və dastanlar yaratmışdır. Azərbaycan
yazarları xalq qəhrəmanı Qaçaq Nəbinin mübarizə dolu həyatını
təsvir edən bir sıra əsərlər yazmışlar. M.Rahimin «Qaçaq Nəbi»
poeması, S.Rəhimovun «Aynalı» povesti və «Qafqaz qartalı»
romanı, H.Qasımovun «Dağlara çəkildi» povesti, C.Bərgüşadın
«Boz atın belində» romanı, Ə.Vəliyevin «Tunc atlı» əsəri,
S.Rüstəmin «Qaçaq Nəbi» pyesi və M.Təhmasibin «Nəbi» ədəbi
kinossenarisi, Ə.Qurbanovun ssenarisi əsasında H.Turabov və
Ə.Mahmudov tərəfindən ekranlaşdırılmış, 9 nəfərin Dövlət
mükafatına layiq görüldüyü, həm də rus və ermənilərin təzyiqi ilə
adı dəyişdirilib kadrları ciddi senzuraya məruz qalmış “Atarı
124
yəhərləyin” (“Qanlı zəmi”) filmini bunlara misal göstərmək olar
[246].
Qaçaq Nəbinin ölümündən sonra çox sayda tərəfdarı çarizmin
yerlərdəki danosçularının, onun haqlı cəza olaraq məhv etdiyi
erməni zülmkarlarını, təqiblərindən qurtulmaq üçün Qacarlar İranı
və Anadoluya köçmək məcburiyyətində qalmışdılar [72, s.164-166].
AMEA A.A,Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının
qərarı ilə nəşr edilmiş “Qubadlı: Qədim Azərbaycan torpağı
Zəngəzurun qapısı” adlı kitabda [109] və bu sətirlərin müəllifinin
1988-ci ildən başlayaraq Qaçaq Nəbi haqqında araşdırmaları həm
də xalqımızın dəyərli övladları Qaçaq Nəbi və Həcər xanım
haqqında yaxın tariximizdən xəbərsiz bəzi nadanların elmi-tarixi
həqiqətlərə zidd olan, düşmən dəyirmanına su axıdan, xalqın
sevdiyi, şəninə mahnılar, şeir, nəğmələr qoşduğu, şair,
yazıçılarımızın poema, povest, hekayə, romanlar həsr etdiyi,
incəsənət xadimlərimizin kinolar çəkdiyi bu qəhrəmanlar haqqında
əsassız iftiralarına da cavabdır [240]. Həcərin Nəbidən sonra guya
ki, erməniyə ərə getdiyi haqda heç bir əsası olmayan sərsəm
cəfəngiyyat uyduranlara mənbələrlə, sənəd, sübutlarla tərəfimizdən
lazımi cavablar verilmişdir [246].
Eynilə, Qaçaq Nəbi və Həcərin övladlarının olmaması, yaxud
sağ qalmaması barədə tarixşünaslığımızda uzun illər yer almış
iddiaların əsassızlığı da son illər üzə çıxan faktlarla təkzib
olunmuşdur. Bu xalq qəhrəmanlarımızın hazırda Qubadlı
rayonunda, Avstriyada, Türkiyədə törəmələri yaşayır, şərəfli soyun
ənənələrini ləyaqətlə davam etdirirlər [226].
Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman
davası" adlı əsərində yazırdı ki, 1905-ci ildə ermənilərin Sisian
kəndində törətdiyi qırğınlardan sonra müsəlmanlar toparlanaraq
Vağudi kəndində onlara törətdikləri vəhşiliklərin cavabın verdilər,
başçıları «Qafqaz ermənilərinin qubernatoru Stepanyans» da
içlərində olmaqla, “Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin
öldürüldüyü təxmin edildi» [223a,153].
Dostları ilə paylaş: |