ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

 
 147
 
Zəngəzurun  Ermənistana  verilməsi  rəsmən  elan  olunsa  da, 
qəzanın  özündə  bu  qərara  qarşı  olan  güclü,  nüfuzlu  qüvvələrin 
mövcud  olması,  onların  müqaviməti  ilə  bölgənin  zorla  qopalıraq 
Ermənistanın  idarəçiliyinə  keçirilməsi  dərhal  baş  verməmiş, 
gecikmişdi.  Yəni  Zəngəzurun  ermənilərə  verilməsi  prosesi  təkcə 
Mərkəzdə  həll  olunmurdu,  yerlərdə-Zəngəzurun  faktik  iki  yerə 
bölünmüş hissələri arasında da kəskin mübarizə gedirdi. Bu və digər 
məsələlər  barədə  indiyədək  ətraflı  tədqiqatlar  aparılıb,  arxiv 
sənədləri  öyrənilmədiyindən  bu  haqda  ətraflı  bəhs  etməyə  ehtiyac 
vardır. 
Cənubi  Qafqazda  sovet  hakimiyyətinin  ən  gec  bərqərar 
olduğu  ərazi  Zəngəzur  olmuşdur.  Bunun  səbəbi  isə  Zəngəzurun 
yarıdan çoxunun - Gorus, Qafan, Sisyan, Mehri bölgələrinin ABŞ, 
Böyük  Britaniya,  Fransanın  silahlandırdığı  erməni  daşnak  hərbi 
hissələrinin  girovluğunda  qalması  ilə  bağlı  idi.  Bu  dövlətlər 
Qafqazın  yenidən  Rusiya  tərkibinə  keçməsi  ilə  heç  cür  barışmaq 
istəmirdi [172, s.217-218]. 
18  sentyabr  1920-ci  il  tarixində  Azərbaycan  Kommunist 
Partiyasının  Mərkəzi  Komitəsinin  və  Təşkilat  Komitəsinin  birgə 
iclasında  çıxarılan  qərarda  qeyd  edilir  ki,  indiyədək  laçınlı  Sultan 
bəy  Sultanovun  yerli  silahlı  dəstələri  ilə  birlikdə  daşnak  hökuməti 
ilə  aparılan  mübarizə  nəticəsiz  qalmışdır,  Sultan  bəy  və  bandası 
ləğv  olunmalıdır.  Zəngəzurda  daşnak  hökumətini  ləğv  edərək 
sovetləşməni  başa  çatdırmaq  üçün  XI  Qızıl  Ordunun  28-ci 
diviziyası general Semyonovun komandirliyi ilə bölgəyə göndərilir. 
O,  böyük  nüfuz  sahibi  olan,  yerli  şəraitə  yaxşı  bələd  olan,  Qori 
seminariyasında oxuyarkən rus dilində mükəmməl danışıb yazmağı 
bilən  Zəngəzur  qəza  milis  idarəsinin  rəisi  Aslan  bəy  Sultanovun 
qüvvələri ilə birləşməyin labüd olduğunu dərk etmişdi [4, s.24-26]. 
Aslan  bəy  birgə  döyüş  planını,  hərbi  əməliyyatların  sxemini 
hazırlayır.  İlk  növbədə  “Daşnak  hökuməti”nin  başçısı  general 
Nijdenin  qərargahını  mühasirəyə  almağı  təklif  edir.  Qızıl  Ordu 
hissələri ilə Aslan bəyin yerli qüvvələrinin birləşməsinin ona yaxşı 
heç nə vəd  etmədiyini  anlayan Nijde hiyləgər  fənd işlədir. Xüsusi 


148 
öyrədilmiş  keşişlər,  yaşlı  kişilər  və  gözəl  qadınlardan  bir  dəstə 
düzəldib Semyonovun qərargahına göndərir. Onlar Nijdenin heç bir 
silahlı  müqavimət  göstərmədən  təslim  olmaq,  sovet  hökumətini 
tanımaq  qərarını  bəyan  edirlər.  Erməni  hiyləgərliyinə,  Nijdenin 
millətçi, azğın hakimiyyət hərisliyinə, yeni qurulmuş sovetlərə, mü-
səlman  türklərə  nifrətinə  yaxşı  bələd  olan  Aslan  bəy  Semyonova 
bildirir ki, bu fitvaya aldansa, Nijde sizin əsas qüvvələrinizi aldadıb 
mühasirəyə  alıb  məhv  edəcəkdir.  Aslan  bəy  bunun  təsdiqi  olaraq 
ona  xəbər  gətirən  erməni  keşişini  də  Semyonovun  yanına  gətirib 
danışdırır.  Ərazini  və  erməni  xislətini  yaxşı  tanımayan,  uzun  dağ 
yollarda yorğun düşmüş, döyüşə həvəssiz əsgərlərini itkiyə vermək 
istəməyən Semyonov tərəddüd etsə də, Nijde ilə görüşmək təklifini 
qəbul  edir,  Qafana  tərəf  irəliləməkdə  davam  edir.  A.Sultanov 
təkidlərinin səmərəsiz qaldığını görüb özünə tabe olan yerli milis və 
partisan  dəstələri  ilə  diviziyadan  ayrılır  və  özünün  yeni  şəraitə 
uyğun əməliyyat planını hazırlayır. Semyonovun dəstələri Zeyvə və 
İrsəvənlikdə  yolboyu  onu  duz-çörəklə,  mehribanlıqla  qarşılayan 
erməniləri  gördükcə  daha  da  arxayınlaşır.  Qaniçən  Nijde  Aslan 
bəyin  qüvvələrinin  rus  qoşunlarından  ayrıldğını  öyrənib  sevinir, 
qarşıda  onu  gözləyən  qələbənin  sevincini  yaşamağa  hazırlaşır. 
Aslan  bəy  ona  işləyən  yerli  casuslardan  rus  ordusunun  harada 
mühasirəyə alınacağını, əsas həmlənin nə vaxt başlayacağını bilirdi. 
Onu  da  anlayırdı  ki,  bu  savaşda  məğlubiyyət  daşnak  hökumətinin 
daha  da  güclənməsinə,  Zəngəzur,  Naxçıvan,  Qarabağ  əhalisinin 
yenidən  kütləvi  qırğınlarına  rəvac  verəcəkdir.  Kirmın  dərəsində 
təmtəraqlı  qarşılanma  mərasimindən  sonra  tam  arxayınlaşan 
Semyonov  əsgərləri  üçün  hazırlanmış  çadırlarda  yerləşib 
dincəlməyi  əmr  edir,  özü  də  Nijde  ilə  səhərki  görüşə  hazırlaşır. 
Gecənin  düşməsini  və  ordunun  tam  arxayınlıq  içində  yuxuya 
getməsini  gözləyən  daşnaklar  diviziyanı  bütünlüklə  mühasirəyə 
alırlar. Səhərin alatoranında daşnakların rusların üzərinə hücumu ilə 
eyni  vaxtda  yaxın  məsafədə  erməni  daşnak  hissələrinin  arxasında 
pusqu  qurub  gizlənmiş  Zəngəzur  partizanlarının  qəfil  hücumu 
daşnak ordusunu pərən-pərən salır. Aslan bəy kiçik dəstə ilə müha-


 
 149
 
sirənin  içindən  keçərək  özünü  birbaşa  Semyonovun  çadırına 
çatdırır,  ən  yaxın  silahdaşlarının  bir  neçəsini  itirməsinə,  özünün 
yaralanmasına baxmayaraq çaşqın vəziyyətdə donub qalmış Semyo-
novu  xilas  edir,  diviziyanın  komandanlığını  üzərinə  götürür. 
Mühasirəni  yararaq  öndə  öz  dəstələri  olmaqla,  daşnakları  yaxşı 
tanıdığı  yollarda,  keçidlərdə  qovmağa  başlayır.  Çox  sayda  əsir, 
silah-sursat ələ keçirən birləşmiş qüvvələr daşnak ordusunu darma-
dağın  edir.  Bu  döyüşdən  sonra  Aslan  bəyin  sədaqətinə  inanan 
Semyonov erməni daşnaklarına qarşı növbəti əməliyyatların döyüş 
planını  hazırlamağı,  başa  çatdırmağı  ondan  xahiş  edir.  Birləşmiş 
hərbi  qüvvələr  Təpəsərə  qədər  irəliləyib  yaxınlıqdakı  meşədə 
gecələyirlər.  Təhlükənin  yaxınlaşdığını  görən  quldurlar  vahiməyə 
düşürlər. Bu ordunun qarşısını kəsmək üçün təcili tədbirlər görməyə 
başlayırlar.  Daşnak  generalı  Nijdenin  müavini  Gerasim  təklif  edir 
ki,  ilk  növbədə  Aslan  bəyi  aradan  götürmək  lazımdır,  ordunun 
döyüş  planını  hazırlayan  və  ona  bələdçilik  edən  odur.  Aslan  bəy 
nəinki onu öldürməyə çalışan iki ermənini, üstəlik onu aradan gö-
türməyi  öhdəliyinə  alan  Gorusun  komendantı,  müsəlman  türklərə 
qarşı  qəddarlığı  ilə  ad  çıxarmış  dəstə  rəisi  Sumbatı  da  öldürür. 
Güclü  hücumla  Nijde  dəstələrinə  sarsıdıcı  zərbə  vurulur  və  o,  bir 
neçə  əsgəri  ilə  qaçıb  Araz  çayından  İrana  keçir  [4,  s.24-26]. 
Zəngəzurun erməni daşnak zülmündən qurtulmsı ilə nəticələn daha 
bir  həlledici  döyüş  1920-ci  il  mayın  25-də  Qarabağdan  Njdeyə 
köməyə  gələn  general  Dro  ordusuna  qarşı  aparılır.  Daşnakların 
silahlı  hücumlarına  son  verilir.  Bu  döyüşlərin  əsas  qəhrəmanları 
olan  Aslan  bəy  Sultanov,  XI  Qızıl  Ordunun  28-ci  diviziyasının 
komandanı  general  Semyonov  və  onun  alay  komandiri  polkovnik 
Çelov  Qızıl  medalla  təltif  olunurlar.  Semyonovun  təqdimatı  və 
zəmanəti ilə Aslan bəy Sultanova Azərbaycan İnqilab Komitəsinin 
sədri  Nəriman  Nərimanovun  əmri,  imzası  ilə  “Qarabağın  və 
Zəngəzurun  Fövqəladə  Komissarı”  mandatı  verilir  [55,  s.108].  O, 
Azərbaycanda kommunist partiyası üzvü olmayan yeganə fövqəladə 
komissar olmuş, xüsusi mandatla böyük səlahiyyətlər verilmişdir: 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə