144
nümayəndənin imzası ilə Xosrov bəyin iştirakı ilə Dağlıq Qarabağ
ermənilərinin Azərbaycan hökuməti ilə 26 maddəlik müvəqqəti mü-
qaviləsi imzalanır, erməni təmsilçiləri avqustun 28-də Bakıya gəlib
Yusifbəyli ilə görüşürlər, AXC hökumətinə tabe olduqlarını
bildirirlər. Xosrov bəy Şuşada daimi əmin-amanlıq yaratmaq üçün
aclıqdan əziyyət çəkən ermənilərinə 100 pud un payladır [3, s.42].
C.Sultanov yazırdı ki, silahının gücünü Zəngəzurun həmişə
təqiblərə məruz qalmış, məzlum, bədbəxt müsəlman əhalisi
üzərində sınayaraq cəzasız qalan ermənilərin təcavüzkar hərəkətləri
barədə hökumətə dəfələrlə xəbər verilmişdir. Zəngəzur
müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç
bir real tədbir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-
qolu açılan Zəngəzur erməniləri nizami hissələrin köməyi ilə
birləşmiş Qarabağ qüvvələri kimi hərəkət edib bütün yolüstü
müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əsgəranı
tutmaq, Şuşanı almaq qərarına gəliblər. Bu qərar indi icra edilir.
Xankəndində əhalinin müdafiəsi tapşırılan qarnizon Bakıdan əmr
verilmədən müdafiəyə başlamağa cəsarət etmir. Cinayətkar
ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoymağı,
Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə
vaxt ayırmağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, kömək
edin. Zəngəzurun qazısı Bəhlul Behcət, deputat C.Sultanov AXC
rəhbərliyinə teleqramlarla məlumat verirdilər ki, hazırda Fərəcan,
Göyyal, Çərəli (Qubadlı rayonu ərazisi - H.A)…8 kənd yanır, tüstü
göyün üzünü bulud kimi alıb. Düşmənə qarşı müqavimət göndərən
yerli qüvvələr dənizdə bir damladır. Xahiş edirik tədbirlər görəsiniz.
Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz [3, s.223].
Növbəti teleqramda bildirirdilər ki, artıq ermənilər
Zəngəzurun 3-cü sahəsini (Qubadlı rayonu - H.A) işğal etdilər.
Hücum 4-cü sahədə və Cəbrayıl qəzasının sərhədində gedir.
Ermənilərin 8 topu, 60 pulemyotu var, qoşunları mütəşəkkildir.
Patronları, silahları olmayan müsəlmanlar geri çəkilməyə
məcburdurlar. Zəngəzurda artıq hər şey bitib. Mərkəzdən heç bir
kömək ala bilməyən, tam ümidsizlik, çarəsizlik içərisində qalan
145
AXC-nin Zəngəzurdan seçilmiş deputatı teleqramda ürək ağrısı ilə
yazırdı: «Həlak olmuş Zəngəzur müsəlmanları sizə cansağlığı
diləyirlər. Zəngəzurlular nə qədər ağlasalar da, onların iniltisi
cavabsız qaldı, heç kəs onların köməyinə gəlmədi. Qadınların
döşləri kəsilib, uşaqların başları kəsilib, bədənləri qan içindədir.
Ermənilərin əllərinə düşən gözəl qızlar zorlanır. Zəngəzurda
düşmənə müqavimət göstərmək üçün kişilər həddindən artıq azdır
və onların kənardan köməyə bütün ümidlərini itiriblər» [3, s.223].
Bu millət vəkili daha sonra bildirirdi: «bu gün axşam vaxtı
qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında
Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq
qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pu-
lemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv
edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı
on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri
arasında bir neçə ingilis əsgəri də vardı. Xocahan və Zabux
arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur.
Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla
və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının
dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə
kəsib ayıraraq onun da axırına çıxırlar. Zəngəzurda tam haki-
miyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün
heç bir vəsait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali
bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata
görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır.
Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla
əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də
Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq
hissəsinin erməniləri surətlə üsyana hazırlaşırlar. Hökumətin
cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə
gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki
yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib
çıxarmış xain xatisovların təntənəli ziyafətləri, Azərbaycanın
erməni təbəələrinin həyasızlığı yetər. Xahiş edirəm təcili tədbir
146
görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər
dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və
satqınlığa bərabərdir» [3, iş 40].
Bölgə əhalisinin düşdükləri çox ağır vəziyyət, dinc adamların
məruz qaldıqları qeyri-insani məşəqqətlər bu sənəddən aydın
görünürdü: «Biz Oxçu-Şabadin və Gığı dərəsi sakinləri hər tərəfdən
ermənilərlə əhatə olunmuşuq, onların bütün əməlləri və rəftarları
bizə hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə sübut edir, onların
köməyinə nizami qüvvələr gəlib. Onların top və pulemyotları var.
Biz çıxılmaz vəziyyətdəyik, biz qorxuruq. Sizin ayaqlarınıza düşüb
mərhəmət diləyirik və bizi xilas etməyinizi xahiş edirik. Bizə güllə
və pulemyotu olan bir neçə zabit göndərin. Əgər göndərməsəniz,
xəbər verin ki, biz vaxtında öz kəndlərimizi tərk edək, yoxsa biz
bilirik ki, xilas ola bilməyəcəyik» [62, iş 40].
AXC Xarici İşlər Nazirliyi isə dekabrın 3-dən başlayaraq hər
tərəfə nota göndərməkdə idi. Sonradan yaradılmış Fövqəladə
Təhqiqat Komissiyasının məruzəsindəki faktlardan göründüyü kimi
[17, s.223-225] AXC Hökumətinin müraciətlərinə baxmayaraq,
ermənilər Zəngəzurun ardınca, Xosrov bəyin vaxtında etdiyi
xəbərdarlığın eyni ilə, Cəbrayıl və Cavanşir qəzalarında da hücum
və qırğınları eyni amansızlıqla davam etdirmişdir.
1920-ci ilin əvvəllərində daxili və xarici hərbi-siyasi durumu
çox ağır olan və günü-gündən pisləşən AXC-nin Baş naziri 4 fevral
1920-ci il tarixdə Ermənistanın Baş naziri Xatisova ünvanladığı
teleqramda yazırdı ki, «Zəngəzur müsəlmanlarının tamamən yox
edilməməsi üçün» Azərbaycan Ordusundan «bir miqdar əsgəri qüv-
və o bölgəyə göndərilmişdir və bu, 23 noyabr 1919-cu il
anlaşmasına zidd deyildir». Həmin sözügedən anlaşmadan sonra
Ermənistanın hökumət qoşunları Dro komandanlığında qanlı
qırğınları daha böyük vəhşiliklə davam etdirirdi [36, v.8].
Xarici havadarların təzyiqi nəticəsində İrəvan kimi «yağlı
tikəyə» asanlıqla yiyələnmiş, bu səxavətdən şirniklənmiş ermənilər
İrəvanın ardınca Zəngəzuru da zor-güc yolu ilə almaq fikirindən əl
çəkmədilər.
Dostları ilə paylaş: |