ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə48/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

150 
“Aslan  bəy  Sultanov  Qarabağın  və  Zəngəzurun  fövqəladə 
komissarı  təyin  edilsin.  Ona  Azərbaycan  Respublikası  mərkəzi 
hakimiyyətinin  nümayəndəsi  olaraq  bu  qəzaların  ərazisində 
fövqəladə və məhdudiyyətsiz səlahiyyətlər verilir. Vəzifəsindən və 
kimliyindən  asılı  olmayaraq  həbs  etmək  və  istintaqa  cəlb  etmək, 
eyni zamanda zərurət olarsa  yeni qurumlar və təşkilatlar yaratmaq 
hüququ verilir. 
Bütün  partiya  təşkilatlarına,  idarə  və  müəssisələrə,  hərbi 
təşkilatlara  göstəriş  verilir  ki,  Aslan  Sultanovun  əmr  və 
göstərişlərini sözsüz olaraq yerinə yetirsinlər. 
Onun  əmr  və  göstərişlərinə  əməl  etmək  istəməyən  hər  kəs 
dərhal həbs olunaraq hərbi tribunala verilsin. 
Aərbaycan  Respublikasının  İnqilab  Komitəsinin  sədri 
N.Nərimanov 
Azərbaycan  Respublikası  İnqilab  Komitəsinin  katibi”  [55, 
s.30-31]. 
Sovetləşmənin  ilk  illərində  erməni  daşnak  dəstələrinin 
hərəkətləri nəticəsində Zəngəzur faktik olaraq iki hissəyə bölünmüş 
vəziyyətdə idi; bölgənin qərb hissəsində daşnaklardan sonra rəhbər 
kommunist  komissar  Armenak  Qaragözov,  aşağı  hissəsinin  faktik 
rəhbəri  əski  əlifba  və  rus  dilində  xüsusi  möhür,  blanka  mənsub 
“Qarabağın  və  Zəngəzurun  Fövqəladə  Komissarı”  Aslan  bəy 
Sultanov olmuşdur [26, iş.17]. 
İrəvanın  təlimatı  üzrə  vəzifədən  çıxarılan  Aslan  bəy 
Sultanovun rus dilində təmiz xətlə, savadla öz əli ilə yazıb mərkəzə 
ünvanladığı  6  səhifəlik  məktub  bolşevik  rəhbərlərinə  ittihamnamə 
olmaqla yanaşı, XX əsrin 20-ci illərində Zəngəzurda cərəyan edən 
hadisələrə, sosial-iqtisadi, ictimai-siyasi,  əhalinin acınacaqlı maddi 
durumuna,  demoqrafik  vəziyyətinə  dair  ətraflı  bilgilər  verir.  Bu 
sənəd  Zəngəzurda  baş  verən  hadisələri,  mərkəz-əyalət,  erməni-
müsəlman,  yeni  ictimai  quruluşu,  “köhnəliklə”  “yeniliyin” 
arasındakı  münasibətləri,  ziddiyyətləri,  tədqiqatlardan  uzaq  düşən 
insani,  mənəvi-psixoloji  məqamları  anlamaq  üçün  unikal  sənəddir 
[22, iş 205]. 


 
 151
 
Respublika rəhbəri Mir Cəfər Bağırovun Aslan bəy Sultanova 
xüsusi  münasibəti  var  idi.  M.C.Bağırov  Qarabağda  İnqilab 
Komitəsində A.Sultanovun tabeliyində işləmişdi [56, iş.126]. Hətta, 
respublika  rəhbəri  də  onu  dinc  dövrdə  xəyanətlə  aradan 
götürülməkdən xilas edə bilməmişdi. Ancaq o, Aslan bəyin ailəsini 
Qazaxıstana  sürgün  olunmaqdan  xilas  edir,  hətta,  onları 
repressiyadan qorumaq üçün soyadlarını dəyişmələrini də məsləhət 
görür. 
Təkcə bir iclasda Zəngəzurun Laçın nahiyəsində həbs, sürgün 
edilməsi  lazım  bilinmiş  40  nəfər  bəy,  seyid,  iri  torpaq  sahibinin-
onlar  həm  də  erməni  daşnak  və  rus  işğalına  qarşı  mübarizənin 
önündə  duran  nüfuzlu,  qədim  soy  köklü,  nüfuzlu  şəxsin  siyahısı 
Mərkəzə  təqdim  olunmuşdur  [60,  iş  139].  Qəza  kommunist 
partiyasının  təşkilat  şöbəsinin  təlimatçısı  gənc  bolşevik  S.Şirinov 
isə  qatı  əksinqilabçıları  həbs  etmək  üçün  qəzaya  200  qızıl  əsgər 
göndərilməsini xahiş edir, həbs olunmalı əksinqilabçıların siyahısını 
da göndərmişdir [54, iş 105]. Acınacaqlısı odur ki, bu siyahıda XX 
əsrin  əvvəllərindən  başlayaraq  erməni  daşnaklarının  qarşısında 
mərdliklə dayanmış Aslan bəy, Xudabaxış bəy, İsrafil bəy, Behbud 
bəy, Sultan bəy Sultanovlarla yanaşı, şəninə xalqın şeir, aforizmlər 
qoşduğu  pristav  Şahsuvar  bəy  Kələntərovun  da  adı  “qatı 
əksinqilabçıların  siyahısı”nda  [4,  s.86-87]  vardı  və  “yumurtadan 
təzə çıxmış cücə kommunistlər” illərlə daşnaklara qarşı mübarizənin 
özündə  savaşan  insanları  indi  daşnaklarla  əlaqədə  suçlayırdılar. 
Şahsuvar  bəy  Kiyevdə  Müqəddəs  Vladimir  Universitetinin  hüquq 
fakultəsini bitirmiş, 1918-ci ildə Zəngəzur qəzasının mərkəzi Gorus 
şəhərinin,  AXC  dövründə  Zəngəzur  qəzasının  milis  rəisi  olmuş, 
1919-cu  ildə  Zabıx  çayı  vadisində  qaniçən  daşnak  generalı 
Andronik  ordusunu  darmadağın  edilməsində  xüsusi  şücaət  gös-
tərmişdi.  Türk  generalı  Faruq  Mustafa  və  Nuru  paşa  ilə  birgə 
vuruşmada göstərdiyi qəhrəmanlığa görə Nuru paşa ona “Kələntər” 
(farsca  “böyük”,  “hakim,”  “başçı”  deməkdir)  adı  vermişdi  [4, 
s.231].  Hətta,  iş  o  yerə  çatmışdı  ki,  bir  nəfər  də  olsun  erməninin 


152 
yaşamadığı  Qubadlı  ilk  kommunist  partiya  təşkilatına  məsul  katib 
erməni Sailyan təyin olunmuşdu [61, v.18]. 
Çox sayda arxiv sənədləri, mənbələr onu göstərir ki, Moskva 
Bakı  ilə  paralel  olaraq,  qəzada,  yerdə  də  Zəngəzurun 
Azərbaycandan  qoparılıb  Ermənistana  verilməsi  üçün  ciddi 
hazırlıqlar  aparmış,  bu  məqsədlə  partiya,  milis,  digər  dövlət  ida-
rəçiliyi  orqanlarına  sözəbaxan,  milli  düşüncə,  qeyrət,  torpaq 
təəssübkeşliyindən  uzaq,  saxta  beynəlmiləlçilik  ideyaları  ilə  beyni 
zəhərlənmiş 
gənc 
bolşevikləri 
hakimiyət 
strukturlarına 
yerləşdirmişdi. Onlar Zəngəzurun Ermənistana birləşdirilməsi zəru-
rətini yerli əhaliyə əsaslandırmağa çalışmışlar [30, iş 130]. Özlərinə 
və  ermənilərə  sərf  etməyən  nüfuzlu  insanları  vəzifədən  götürmək 
üçün Mərkəzə danoslar göndərmişlər [24, iş 136]. Onların raportları 
yeni  dövrdə  bolşevik-daşnak  hakimiyyətinin  anti-Azərbaycan 
siyasətinə  sərf  etməyən  yerli  kadrların  vəzifədən  və  aradan 
götürülməsinə xidmət edirdi [25, iş 136]. 
Erməni  daşnaklarına  qarşı  döyüşlərdə  igidlik  göstərmiş, 
nəsilliklə onlara mənsub olmuş dədə-baba torpaqlarına, mülklərinə 
ermənilərin sahib çıxmaq cəhdlərinə qarşı əldə silah savaşmış Şamil 
bəy  İldırım  bəy  oğlunu  rus  bolşevik  işğalından  sonra  kommunist 
libasında  NKVD  sıralarına  doluşmuş  daşnaklar  həbs  etmişdilər. 
Qardaşı,  AXC  hökumətinin  devrilməsində  xüsusi  canfəşanlıq 
göstərmiş  Çingiz  İldırımın  S.Orconikidze,  S.M.Kirovla  mehriban 
münasibətləri belə onu xilas edə bilməmişdi. Zəngəzur bölgəsindən 
çıxmış  ən  yüksək  rütbəli  şəxs,  Zəngəzurun  həm  müsavatçılarının, 
həm  də  bolşeviklərinin  özlərinə  lider  saydığı,  erməni  daşnaklarına 
qarşı  da  sərt  mövqedə  dayanmış  Çingiz  İldırım  da  eyni  aqibəti 
yaşamışdır.  Peterburq  Politexnik  İnstitutunu  bitirib  məşhur  Ayvaz 
zavodunda  yüksək  səviyyəli  mühəndis-metallurq  olmuş  Ç.İldırım 
1918-ci  ildə  "Qızıl  Şimal"  və  "Hürriyyət"  qəzetlərini  də  nəşr 
etdirmişdir. AXC-nin, Azərbaycan SSR-in Hərbi Dəniz  İşləri üzrə 
Komissarı,  Xalq  Poçt  və  Teleqraf  Komissarı,  Xalq  Yollar 
Komissarı,  Respublika  Xalq  Komissarları  Sovetinin  və  MİK-in 
ərzaq  vergisi  üzrə  fövqəladə  müvəkkili  işləmişdir,  azərbaycanlılar 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə