ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə49/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

 
 153
 
arasında ilk dəfə "Qırmizi Əmək Bayrağı" ordeni ilə təltif olunmuş-
dur,  Azərbaycan  milli  ordusunun  XI  Qızıl  Orduya  tabe 
etdirilməsinə  qarşı  çıxdığına  görə  (Əliheydər  Qarayev  bu  qərara 
gözüyumulu  razılıq  verdiyinə  görə  Azərbaycan  ordu  və 
donanmasına rəhbər təyin edilmişdi) əslində Maqnitaqorska sürgün 
edilmiş,  burada  Metallurgiya  Kombinatı  tikintisinin  özülünü 
qoymuş,  yüksək  savadına,  təşkilatçılıq,  nüfuz  qazanmaq 
qabiliyyətinə görə uzun müddət kombinatın rəisi olmuşdur. 1936-cı 
ildə  bu  işlərinə  görə  ona  "Lenin"  ordeni  verilmişdir.  Bir  neçə  il 
sonra  haqqında  ölüm  hökmü  çıxarılmış  və  güllələnmişdir  [182,  s. 
173]. 
XIX  əsrin  sonlarından  XX  əsrin  20-ci  illərində  Zəngəzur 
bölgəsində  sinfi,  sosial-iqtisadi,  mədəni  həyatını,  milli 
münasibətləri,  eləcə  də  erməni-müsəlman  davalarını  indiyədək 
mövzuya uyğun olaraq  haqqında bəhs etdiyimiz Sultanovlarsız tə-
səvvür etmək qeyri-mümkündür. 
Zəngəzur  qəzasında  üç  Sultanovlar  nəsli  yaşayırdı.  İndiki 
Laçın  rayonuna  daxil  olan  Kürdhacı  kəndindən  olan  Sultanovlar 
nəslən,  ata-babadan  mülkədar  deyildilər.  Qarabağın  general-
qubernatoru Xosrov bəyin babası çarvadar olmuşdur. O zaman xalq 
arasında  deyərdilər:  “Hər  oxuyan  Molla  Pənah,  hər  qatırçı  Murad 
olmaz”.  Bax  həmin  bu  qatırçı  Murad  Sultanovların  babası  idi. 
Murad  varlanıb  Əsəd  Sultanlı  bəyin  qohumunu  almışdı...  Qubadlı 
və  Hacıalı  kəndlərində  yaşayan  Bərgüşadlı  Sultanovlar  isə  kürd 
idilər  və  ata-babadan  mülkədardılar.  Mərmər,  Hal,  Davudlu, 
Mahmudlu  və  Zeyvə  kəndləri  Bərgüşadlı  Sultanovların  idi.  Mac, 
Ağbulaq,  Qurtqalağı  kəndlərində  yaşayan  müflis  bəylər  də  bu 
Sultanovlar nəslindən idilər. 
Danzaver  və  Pirçivanda  yaşayan  üçüncü  Sultanovlar  nəsli 
zadəgan  idilər.  Erməni  kəndləri  -  Kovdar,  Aşağı  Xotanan,  Yuxarı 
Xotanan,  Azərbaycan  kəndləri  Gürcülü,  Əyin,  Mistan,  Qiyaslı, 
Göyərcik,  Xallava,  Aşağı  Cibikli,  Yuxarı  Cibikli,  Malatkeşin, 
Genlik,  Məmmədli  kəndləri  Danzaverli  və  Pirçivanlı  Sultanovlara 
aid  idi.  İsgəndərbəyli,  Ovqanlı,  Göyarabas,  Seytas,  Bəxtiyarlı, 


154 
Qarıqışlaq kəndlərində yaşayan bəylər də Danzaverli Sultanovların 
nəslindən idilər. 
Zəngəzurda başqa varlı mülkədarlar da vardı. Qıraq Muşlan, 
İçəri  Muşlan,  Zəngilan,  Məmmədbəyli,  Sobu,  Tatar,  Keçikli 
kəndləri  Cavanşirovların  idi.  Kirəvic  o  zaman  Gorusda  yaşayan 
Lohraz  bəy  və  Hüseyn  bəy  Behbudbəyovların  idi.  Mehri 
rayonundakı Birinci Vartanadzor və İkinci Vartanadzor kəndlərinin 
sahibi  Sərməstbəyovlar  idi.  Fərəcan,  Diləlimüşkənli,  Saray, 
Kertizan, Göyyal kəndləri isə Hacıbəyovların idi... Qarabağın varlı 
mülkədarlarının  Zəngəzurda  çoxlu  kəndləri  var  idi.  Dığ  kəndi 
Rüstəmbəyovun idi. Ağdü, Vağdü və Dərəkənd kəndləri Əli bəy və 
Mirzəli  bəy  Behbudovların  idi.  Xanlıq,  Mahrızlı,  Xəndək 
kəndlərinin  sahibi  Keyqubad  ağa  Cavanşirov  idi.  Həbib  bəy 
Şəkinski  isə  Həkəri,  Muradxanlı,  Novruzlu  kəndlərinin  sahibi  idi. 
Əliquluuşağı  kəndinin  camaatı  Mehdibəyovun  rəiyyəti  idi. 
Mehdiqulu  xan  Qarabağskinin  (İbrahim  xanın  oğlu-H.A)  qızı 
knyaginya Gövhər ağa Usmiyeva Məlik Pəyəsi, Comartlı, Cicimli, 
Qara dərəsi kəndlərinin sahibi idi, üstəlik, onun bu yerlərdə 27 min 
desyatin  meşəsi  vardı.  Sultanovlar  soyunun  ulu  babası  XVII  əsrin 
sonlarında  yaşamış,  sonradan  «sultan»  rütbəsi  almış  Məhəmməd 
bəy  Püsyandır.  Hacı  Məhəmməd  Sultanın  törəmələri  bəylərbəylik 
alaraq,  xanlıq  dönəmində  Püsyan,  rus  üsuli-idarəsi  dövründə  isə 
Sultanov  soyadını  daşımış,  dövrlərinin  gözüaçıq,  zirək,  fərasətli 
mülkədarları kimi ad çıxarmışdılar [89, s. 69]. 
Zəngəzurun  mərkəzu  Gorusda  1872-ci  ildə,  1882-ci  ildə 
Qubadlıda  yeni  tipli  rus-tatar  məktəblərinin  açılmasında, 
fəaliyyətində  yerli  bəylərin,  o  cümlədən  Sultanovların  mühüm 
xidmətləri olmuş, 1904-1905-ci illərdə Gorus məktəbinə türk – mü-
səlman  uşaqlarının  qəbul  edilməsi  yerli  əhalinin  maariflənməsinə 
mühüm faydalar vermişdir. Bu bölgədən çıxan onlarla yazıçı, alim, 
dövlət, ictimai xadimin, elmin müxtəlif sahələri üzrə onlarla yüksək 
ixtisaslı kadrların yetişməsində də bu amil həlledici olmuşdur. Çar 
Rusiyası zamanında Qori, Viladiqafqaz, Peterburq, Kiyev, Moskva, 
Odessa, Xarkov, İstanbul və başqa şəhərlərdə, əsasən yerli bəy ailə-


 
 155
 
lərindən çıxmış onlarla gənc ali təhsil almışlar. AXC və Azərbaycan 
SSR dövründə də bu bölgədə təhsilə, elmə maraq yüksək olmuşdur 
[131, s. 5]. 
Qafqazda Şeyx Şamildən sonra xalqı rus işğalına qarşı Cihada 
Zəngəzurun sonuncu qazısı Bəhlul Behcət (Qubadlı, Dondarlı 1869 
–  İrkutsk,  15  mart  1938)  qaldırmışdı.  Onun  rəhbərliyi  ilə  1922-ci 
ilin  ortalarında  Qubadlı  qəzasında  başlanmış  xalq  üsyanı  1923-cü 
ilin  əvvəllərində  daha  da  genişlənmişdi.  Nuru  Paşanın  sifarişi  ilə 
Mirzə  Möhsün  bəyin  yazdığı  “Xanlıq  üsyanı”  adlı  məqalə  və 
qazının  nəvəsi  Hacı  Həmdullah  Əfəndiyevin  “Bəhlul  Əfəndi 
Behcət: Xanlıq üsyanı” kitablarında bu üsyan barədə geniş məlumat 
verilmişdir.  Qoçu  Təhməzin  qaçaq  dəstəsi  ilə  silahlı  qüvvələrini 
birləşdirərək  mərkəzi  Xanlıq  kəndi  olan  Qubadlı  nahiyəsində 
qırmızı  hökuməti  devirib  sovet  hakimiyyətinə  qarşı  cihad  bayrağı 
qaldıran Bəhlul Əfəndinin cihad bəyannaməsində deyilirdi: “Tarixi 
beşiyimiz olan Zəngəzur, Qarabağ və onlara bitişik mahallar 12 yüz 
ildir ki, Azərbaycanın əsas tərkib hissəsidir. Ancaq bu gün özünün 
bu  torpaqda  yaşamaq  hüququ  olmayan,  ancaq  bu  məsələni  silah 
gücünə  həll  etməyə  cəhd  göstərən  Andranik  və  onun  daşnak 
qoşunları bu torpaqları bizim əlimizdən almaq fikrindədirlər. Onlar 
bu  yolda  bütün  vasitələrdən  istifadə  edirlər...  Cihad  bayrağı 
qaldırmaqda məqsədimiz doğma torpaqlarımızı düşmənlərdən azad 
etməkdir.  Vətən,  din,  torpaq,  İslam  yolunda  cihad  etmək  hər 
müsəlman üçün böyük şərəfdir”. Bolşeviklərin köməyi ilə bu üsyan 
24 oktyabr 1922-ci ildə yatırıldı [224]. 
Həm də bu Cihadın təsiri idi ki, Qafqazda Şura hökuməti ən 
gec Zəngəzurda qurulmuşdur. 1937-38-ci illərədək bu bölgədə təzə 
hökuməti  qəbul  etməyən  qaçaqlar  hökumətin,  bolşeviklərin  rahat-
lığını pozmuşdu. Zəngəzurun 5 kəndini birləşdirən Alyanlı (Qubadlı 
rayonu-H.A.)  camaatına  Araz  kənarından  gətirilmiş  rus 
sərhədçilərinin,  çoxu  ermənilərdən  ibarət  NKVD  hissələrinin 
tutduğu  divan  tarixin  yaddaşındadır;  Stalinin  birbaşa  göstərişi  ilə 
Moskvadan gələn direktivə əsasən sosializmin bütün ölkədə tam və 
qatı  qələbəsini  elan  etməyə  mane  olan  qaçaqların  üzərinə  şəxsən 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə