ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə52/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

162 
darmadağın  etmiş  döyüşçülər  20  rus  və  erməni  silahlısını  canlı 
olaraq  ələ  keçirmişdi.  Özünümüdafiə  dəstələri  işğalın  son 
günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı, ölü zonaya 
çevirməyi  də  bacarmışdılar.  1992-ci  ilin  oktyabrın  ilk  günlərində 
Əliyar  Əliyev  bir  qrup  könüllü  döyüşçü  ilə  6  aydan  bəri  erməni 
işğalındakı  Laçının  40-a  yaxın  postunu  ermənilərdən  azad  edərək 
Laçın  şəhərinin  4  kilometrliyinə  qədər  gəlib  çatdılar,  ermənilərin 
qabaq-qənşər savaşda nə qədər gücsüz olduğunu göstərdilər, həm də 
partizan  müharibəsinin  nə  qədər  effektli  olduğunu  bir  daha  sübut 
etmişdilər. 
Ancaq  xristian  erməniləri  açıq-aşkar  müdafiə  edən,  nəinki 
müdafiə  edən,  həm  də  onları  Azərbaycana  qarşı  təcavüzə, 
işğalçılığa  təhrik  edən,  bunun  üçün  ermənilərə  fəal  maddi,  hərbi-
siyasi  yardım  göstərən  dünya  gücləri  “dobro”  vermiş,  yaşıl  işıq 
yandırmışdılar. 
Bütün fakt, sənəd, hadisələr şübhə yeri qoymadan göstərir ki, 
Qərbi  Azərbaycandan  azərbaycanlıların  deportasiyası,  Dağlıq 
Qarabağ,  ətraf  ərazilər,  eləcə  də  Zəngəzur  torpaqlarının 
Azərbaycanda  qalmış  Qubadlı,  Laçın,  Zəngilan  bölgələrinin  işğalı 
Moskva və Yerevanın əvvəlcədən planlaşdırdığı, dünya gücləri ilə 
öncədən razılaşdırdığı ssenari əsasında, ATƏT-in Minsk Qrupunun 
həmsədrləri  olan  ABŞ,  Fransa,  Rusiyanın  fəal  hərbi-siyasi  dəstəyi 
ilə reallaşmışdır [250]. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 163
 
 
 


164 
 
 
IV FƏSİL 
1914-1920-ci  illərdə  regionda  hərbi-siyasi  vəziyyətin 
Zəngəzurda baş verən hadisələrə təsiri 
 
4.1. Birinci Dünya müharibəsinin yekunları və Zəngəzur 
 
Zəngəzur,  həm  də  İrəvanın  itirilməsinin  bir  səbəbi,  daha  bir 
amili  isə  XX  əsrin  əvvəllərində  iki  böyük  hərbi-siyasi  güc 
mərkəzinin  Antanta  və  Üçlər  İttifaqının  bölüşdürülmüş  dünyanı 
yenidən bölüşdürmək uğrunda mübarizəsinin nəticələrinə bağlı idi. 
I  Dünya  savaşı  dünyada,  Avrasiyada  olduğu  kimi,  Cənubi 
Qafqazda da ciddi təbəddülatlara gətirib çıxardı. Rusiyanın Birinci 
Dünya  müharibəsində  məğlubiyyətindən  sonra,  Fevral  burjua 
inqilabı və Rusiyada çar hökuməti devriləndən bolşevik Rusiyasının 
1920-ci il aprelin 28-də Azərbaycana bolşevik qiyafəsində gəlişinə 
qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislər əsas sse-
nari müəllifi, rejissor və baş rolun ifaçısı idilər. 
İngiltərə  “erməni  məsələsi”nin  ortaya  çıxmasında,  Türkiyə 
və  Azərbaycanın  başağrısına  çevrilməsində  başlıca  rol  oynayan 
dövlət  olub.  Tarix  üzrə  fəlsəfə  doktoru  Emin  Şıxəliyevin 
tədqiqatında da bu məsələ ətraflı araşdırılmışdır [263]. 
 Bu  dövlət  özünün  Osmanlı  torpaqlarına,  Yaxın  Şərqə, 
Asiyaya  yönəlik siyasətində ermənilərdən əsas vasitə kimi istifadə 
etmişdir.  “Erməni  məsələsi”ni  ortaya  atmaqla  İngiltərə  sadəcə 
Osmanlı torpaqlarını parçalamağı və parçalanmış  ərazilər üzərində 
hegemonluq  qurmağı  hədəfləməmiş,  eyni  zamanda  Rusiyanın 
Aralıq dənizinə enməsinin qarşısını almaq istəmişdir.  
Antitürk  düşüncələri  ilə  məşhur  olan  İngiltərə  baş  naziri 
V.Qladstonun planı ilə  İngiltərə Rusiya və Fransa ilə birlikdə 1895-
ci  il  mayın  11-də  İstanbula  bir  memorandum  təqddim  edərək  6 
vilayət – Ərzurum, Bitlis, Van, Sivas, Diyarbəkir və Harput – üçün 
islahat layihəsini təqdim etmiş, faktiki olaraq bu vilayətlərdn ibarət 


 
 165
 
“Müstəqil  Ermənistan”  yaratmağı  planlamışdı.  İngilislər  Birinci 
Dünya müharibəsi illərində də erməni təşkilatlarına dəstək verərək 
onları  etnik-milli  münaqişələrə  və  qırğınlara  təşviq  etmiş,  özünün 
Şərq  siyasətində  ermənilərdən  yararlanmışdır.  Bu  siyasətə  uyğun 
olaraq  İngiltərə  ermənilərin  siyasi  gələcəyinə  dair  öhdəliklər 
götürmüş,  vədlər  vermiş,  sadəcə  Şərqi  Anadoluda  deyil,  Cənubi 
Qafqazda  da  onlardan  yararlanmış,  erməniləri    Azərbaycana  qarşı 
təcavüzkar hərəkətlərə təşviq etmişdir. Azərbaycan, onun iri sənaye-
maliyyə  mərkəzi  olan  Bakı  üzərində  nəzarətin  ələ  keçirilməsi  və 
Xəzər  limanının  zəbt  olunması  cəhdləri  ingilis  siyasətinin  ənənəvi 
və  prioritet  istiqamətlərindən  idi,  eyni  zamanda  onun  ümumilikdə 
Avrasiya  ilə  bağlı  əsas  geosiyasi  konsepsiyasına  uyğun  gəlirdi. 
Xəzər  dənizinə  sahib  olmaq  təkcə  Qafqazda  deyil,  eyni  zamanda 
Mərkəzi  Asiyada  nəzarət  qazanmaq,  Hindistana  gedən  yolu 
qorumaq  demək  idi.  İngiltərə  hökuməti  Türkiyə  ilə  türk  dünyası 
arasındakı  yeganə  baryerin  ermənilər  olduğunu  anlamışdı. 
Ermənilər  türklərə  qarşı  müharibə  qarşılığında  Ermənistanın 
gələcəyi  ilə  bağlı  öhdəliklər  tələb  etdilər.  Bu  tələblər    qarşısında 
London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin 
üzvü Anurin Uilyams 1917-ci il dekabrın 4-də İngiltərənin məşhur 
diplomatlarından  olan,  eyni  zamanda  Millətlər  Cəmiyyətinin 
qurucusu  Lord  Robert  Sesilə  göndərdiyi  məktubda  ermənilərə 
yardım  göstərilməsinin  vacib  olduğunu  bildirirdi.  Anurin  Uilyams 
hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə 
liderlərindən  istifadə  edilməsini  də  zəruri  hesab  edirdi.  Məktubda 
ingilis,  fransız  və  amerikan  hökumətlərinin  də  erməni  ordusuna 
maddi  dəstək  vermələrinin  vacib  olduğu  bildirilmiş,  sərhədlərdən 
kənarda  yaşayan  ermənilərin  pul  yardımı  ilə  Şərqi  Anadoluya  və 
Qafqaza  gətirilmələrinin  qaçılmaz  olduğu  yazılmışdı.  Nəticədə 
İngiltərənin  Hərbi  Şurası  özünün  7  dekabr  1917-ci  il  tarixli 
iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqqında qərar qəbul 
etdi,  ayrılan  yardım  20  milyon  sterlinq  idi.  1917-ci  ilin  sonları  və 
1918-ci  ilin  əvvəllərində  İngiltərə  tərəfindən  Tehrandan  Bakıya, 
oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə