ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə53/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

166 
pul,    silah  və  sursatlar  da  göndərildi.  Bu  yardımlar  Versaldakı 
Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin 
dekabr  ayındakı  memorandumunda  açıq  şəkildə  göstərilməkdədir: 
“Ermənilərə  hər  vəziyyətdə  işğal  etdikləri  bölgələrdə  pul,  silah  və 
sursat  tədarükü  ingilis  siyasətinin  maraqları  daxilindədir.  Bu 
təcrübənin  uğurlu  olması  nəticəsində  erməni  qüvvələrindən 
gələcəkdə  türklərin  diz  çökməsi  üçün  faydalanmaq  olar”[263]. 
İngilislərin  bu  dəstəyi  sayəsində  hərəkət  qabiliyyətlərini  artıran, 
külli  miqdarda  silah  və  sursat  əldə  edən  ermənilər  Cənubi 
Azərbaycanda 90.000, Naxçıvanda 73.000 nəfərdən çox insanı qətlə 
yetirib  İrəvan  və  Zəngəzurda  vəhşiliklərini  davam  etdirdilər. 
İngilislərin  Azərbaycana  gəlişinin  səbəbi  təkcə  iqtisadi  maraqlarla 
bağlı deyildi, həm də Türkiyənin türk dünyası ilə əlaqəsini kəsmək 
idi.  Bu  planın  gerçəkləşməsi  üçün  yeganə  ən  uyğun  vasitə  isə 
ermənilər idi. İngilislərin məşhur diplomatlarından Lord Kerzonun 
ifadələri  olduqca  dəqiqdir:  “Türkiyə  ilə  türk  xalqları  arasında 
tampon  bir  dövlətin  yaradılması  qaçılmazdır.  Problemin  ortadan 
qalxması  üçün  yeni  “Erməni  dövləti”  təzahüründə  xristian  bir 
topluluğun  meydana  gətirilməsi  vacibdir”.  Erməni  dövlətinin 
Türkiyə ilə Azərbaycan arasında, Naxçıvan, İrəvan və Zəngəzuru da 
əhatə  edən  bir  bölgədə  qurulması  və  sərhədlərinin  rəsmən 
müəyyənləşdirilməsi məsələsi İngiltərənin planları çərçivəsində idi. 
İngilislər  Türkiyəyə  meyilli  olan  Azərbaycana  inanmadıqlarından 
məhz  Ermənistana  etimad  edir  və  Türkiyənin  Transqafqaza  olan 
qapısını  əbədilik  bağlamaq  üçün  Naxçıvanı  ermənilərə  verməyə 
çalışırdılar. Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək 
mümkündür  ki,  İngiltərə  özünün  ekspansionist  siyasətini  həyata 
keçirərkən  Londonda  tərtib  olunmuş  ssenari  üzrə  hərəkət  edən 
daşnaklardan istifadə etmiş, hər vəchlə Ermənistanın Antantaya öz 
ərazisini,  habelə  hərbi  və  iqtisadi  potensialını  verməyə  hazır  olan 
daşnak  rəhbərlərini  dəstəkləmiş,  faktiki  olaraq  Ermənistanı 
Naxçıvan  və  Zəngəzurla  bağlı  təcavüzkar  hərəkətlərə  təşviq 
etmişdir.  Fransız  tədqiqatçısı  Jorj  de  Malevil  “1915-ci  il  erməni 
tragediyası”  adlı  əsərində  erməni  dövlətinin  qurulmasının  da 


 
 167
 
Antanta  dövlətləri,  xüsusilə  İngiltərənin  yardımı  sayəsində 
gerçəkləşdiyini  qeyd  etmişdir:  “İngiltərənin  iradəsi  ilə  çar 
imperiyasının  xarabalıqları  üzərində  qurulub  qısa  bir  ömür  (1918-
1920)  sürən  erməni  respublikası,  bütün  tarixi  boyu  mövcudiyyəti 
qeydə alınan yeganə müstəqil erməni dövləti idi” [263]. 
Buradan  belə  bir  nəticə  çıxır  ki,  “erməni  məsələsi” 
beynəlxalq  rəqabətdə  maraqları  toqquşan  iki  böyük  dövlətin  – 
Rusiya  ilə  İngiltərənin  təhrikləri  nəticəsində  ortaya  çıxmışdır  və 
İngiltərənin  iradəsi  olmasaydı,  hazırkı  Ermənistan  dövlətinin 
qurulmasından və mövcudiyyətindən söhbət gedə bilməzdi. 
Müharibənin  qalibi  olan  koalisiya  qüvvələrinin-ingilis, 
fransız,  italyan  hərbçi  və  diplomatlarının  təlimatı  ilə  hazırlanıb 
qarşıya  qoyulan  məqsəd  Rusiyanı  Qafqazdan  çıxarıb  yenicə 
müstəqilliklərini  elan  etmiş  3  respublikanı  Antantanın  nüfuz 
dairəsinə daxil etmək, Bakı neftinə sahiblənmək, Naxçıvanla Şuşa 
arasında yaşayan müsəlman əhalini qırıb, bu əraziləri boşaldıb yeni 
yaradılacaq  xristian  Ermənistan  Respublikasına  qatılmasına 
maneəsiz  zəmin  hazırlamaq,  Zəngəzur  və  Qarabağdakı  erməni 
qoşunlarını  birləşdirib  Gəncəyə  hücum  etmək,  Azərbaycan  Milli 
Şurasını  -  Azərbaycan  Xalq  Cümhuriyyətini  beşikdəcə  boğmaq, 
Bakıya  tərəf  hərəkətə  başlayıb  üzü  bəri  gələn  Bakı  Soveti  hərbi 
hissələri ilə birləşib «Böyük Ermənistan» ideyasını tez bir zamanda 
reallaşdırmaq,  Nuru  paşanın  komandanlığı  altında  Qafqaz  İslam 
Ordusunun hərbi yardımı gəlib çatanadək Qafqazda - Osmanlı, İran 
və  Rusiya  arasında  yaradılması  elan  edilmiş  müsəlman-türk 
cümhuriyyətinin  –  AXC-nin  təşəkkülünə  yaranmasına  imkan 
verməmək,  bütün  Şimali  Azərbaycanı  işğal  etmək,  koalisiya 
qüvvələrinin  və  ermənilərin  Anadoluda  uğradıqları  acı 
məğlubiyyətin  əvəzini,  həm  də  ermənilər  üçün  müstəqil  dövlət 
yaratmaq  vəd,  planını  da  Cənubi  Qafqazın  müsəlman  türklər 
yaşayan torpaqlarında gerçəkləşdirmək idi [144, s.277]. 
Azərbaycandan  qoparılıb  Ermənistana  veriləcək  torpaqların 
sərhədlərini  də  Tiflisdə  qərar  tutmuş  Qafqazdakı  ABŞ,  Böyük 
Britaniya,  İtaliya,  Fransadan  ibarət  Müttəfiqlər  cızmışdılar.  Bu 


168 
missiyanın başçısı general Tomsonun bütün hərəkətləri, Ermənistan 
hökumətinin  rəhbərləri  Xatisov  və  Tiqranyanla  dialoqları  da  çox 
mətləblərdən xəbər verir [133]. 
Böyük  Britaniya  və  Müttəfiqlərin  Qafqazdakı  diplomatik 
nümayəndəliyinin faktiki rəhbəri general Tomson 1919-cu il martın 
28-də  Yerevanda  Ermənistan  hökumətinin  iclasında  çıxışında 
demişdi:  «...Zəngəzur  Erməni  Milli  Şurası  tərəfindən  idarə 
ediləcək... Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili 
öz  nümayəndələrini  verməlidir...  Erməni  qoşunları  Qars  və 
Naxçıvanı,  Şərur  Dərələyəz-Sürməlini  tuta  bilər...  Azərbaycan 
ordusu  indi  durduğu  yerdən  -  Ağdam  və  Xankəndindən  bu  tərəfə 
keçməyəcək...  Azərbaycan  hökumətinin  martın  19-da  keçirilən 
iclasında  qərar  qəbul  edilmişdir  ki,  Daxili  İşlər  Nazirliyi  1300 
nəfərlik  piyada  və  500  nəfərlik  erməni  süvari  dəstəsinin  Şuşa, 
Xankəndi,  Əsgərandan  keçib  Ermənistana  getməsi  üçün  hərtərəfli 
səy  göstərəcək.  Mayor  Monk  Mezon  mənə  məlumat  vermişdir  ki, 
Azərbaycan  hərbi  hissələri  general  Mehmandarovun  rəhbərliyi  ilə 
onların  sağ-salamat  keçməsi  üçün  bütün  tədbirləri  görmüşdür... 
Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi 
Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir» [133]. 
Ermənilərə  xüsusi  rəğbət  göstərən,  xristian  həmrəyliyi 
mövqeyindən çıxış edən London və Vaşinqton hökumətləri Cənubi 
Qafqaz  hadisələrinə  ciddi  müdaxilələr  edirdilər.  Tomson  Erməni-
stan  hökumətinin  rəhbərlərinə  5  milyon  ədəd  patron  və  pul  da 
göndəriləcəyini  də  vəd  etmiş,  vədini  də  yerinə  yetirmişdir.  ABŞ 
prezidenti  V.Vilsonun  ermənilərə  şəxsi  mərhəm  münasibəti  də 
hadisələrdə mühüm rol oynayırdı. «Daşnak ordusu Amerika çörəyi 
yeyirdi. ABŞ Ermənistana 50 min, İngiltərə 40 min, Fransa 30 min 
əsgər üçün geyim, ərzaq, hərbi sursat, 10 milyon patron vermişdi» 
[145, s.12 ]. Necə deyirlər, «şərhə ehtiyac yoxdur». 
S.  Uimzin  “Turkish  Deyli  Nyus”  qəzetinə  müsahibəsindən: 
“Mən  Ermənistana  qarşı  cəza  tədbirləri  görməyən  ölkəmin  xarici 
siyasətinə  görə  xəcalət  hissi  duyuram.  ABŞ  Dövlət 
Departamentində  bilirlər  ki,  Ermənistanda  bir  dənə  də  məscid 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə