ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə50/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

156 
respublika rəhbəri Mircəfər Bağırov toplu, pulemyotçu dəstələri ilə 
qoşun yeritmişdi, ən yaxın silahdaşlarından bir neçəsini də itirmişdi, 
keçilməz meşə, dağ, qaya-kahaları ilə səngərlərə çevrilmiş qaçaqlar 
əfv adı ilə aldadılıb üzə çıxarılmış, onlardan 72-sini tək Muradxanlı 
kəndində öz əhli-əyallarının gözü qarşısında amansızlıqla qətlə ye-
tirmiş,  əli  silah  tutan  bütün  kişi  əhalisini  güllələtmişdi.  1900-cü 
illərin əvvəlindən başlayan erməni-müsəlman davasında Qarabağ və 
Zəngəzurun davakar ermənilərinə qan udduran Əlyanlı obalarından 
sağ qalanlar doğma,  əzizlərinin qanları axıdılmış bu  yerlərdən baş 
götürüb  didərgin  düşmüş,  Ağdam,  Tərtər,  Bərdə  rayonlarına  köç-
məyə məcbur qalmışdılar [238]. 
Sərlövhəyə çıxarılan başlığa yekun olaraq belə qənaətə gəlirik 
ki,  AXC  hökuməti  1918-1920-ci  illərdə,  xüsusilə  də  artıq  Qafqaz 
İslam  Ordusunun  da  fəal  yardımı  ilə  silahlı  qüvvələrin  müəyyən 
qədər  formalaşmış  olduğu  1919-1920-ci  illərdə  Zəngəzurda 
qırğınların, torpaq itkilərinin, heç olmazsa, miqyasını azalda bilərdi. 
Bu  məlumatdan  da  göründüyü  kimi,  buna  imkanlar  da  var  idi: 
“1919-cu  ilin  dövlət  büdcəsində  toplanan  1600  446  952  rubldan 
müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi 
büdcənin  27,7  faizinin  təşkil  edirdi.  Gözlənilən  təhlükələri  nəzərə 
alaraq  1919-cu  ilin  iyun  ayında  Dövlət  Müdafiə  Komitəsi 
yaradıldı...1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yara-
dılmalı idi. Ordunu milli zabit kadrları ilə təmin etmək üçün 1918-ci 
ilin  iyun  ayında  Gəncədə  hərbi  məktəb  yaradıldı  və  bu  təhsil 
müəssisəsi  1919-cu  ilin  noyabr  ayında  hərbi  uçilişə  çevrildi. 
Uçilişin üç şöbəsində-ümumi, topçuluq və mühəndislik şöbələrində 
250 müdavim oxuyurdu. 1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlin-
də  kovalyer,  topçuluq  və  snayper  uçilişləri  yaradıldı.  Bu  tədris 
müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-
1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı 
alaylar,  artilleriya  briqadası,  diviziyası  yaradıldı.  1919-cu  ilin 
sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir süvari di-
viziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci 
Zaqatala  və  üçüncü  Gəncə  alayları  daxil  idi.  İkinci  piyada 


 
 157
 
diviziyasına  dördüncü  Quba,  beşinci  Bakı  və  altıncı  Göyçay 
alayları  daxil  idi.  Şirvan  alayı  bazasında  üçüncü  piyada  divi-
ziyasının yaradılmasına başlandı. Birinci Tatar, ikinci Qarabağ və 
üçüncü  Şəki  atlı  alayları  bazasında  süvari  diviziyası  yaradıldı. 
1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası 
hökumətinin  pullu  hərbi  mükəlləfiyyət  haqqında  sərəncamına 
müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter 
zabitlərə  70  rubl,  unter  zabitlərə  90  rubl,  feldfebellərə  120  rubl 
məvacib müəyyən edildi. 1918-ci ilin iyul ayının 11-də milli orduya 
çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 
24-29  yaşlı  kişilər  səfərbər  edildi.  Maliyyə  çətinliklərinə 
baxmayaraq  milli  zabitlər  hazırlamaq  məqsədi  ilə  Gəncədə  hərbi 
məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 
minə  yaxın  əsgəri  olan  milli  ordu  yaradıcılığına  başlandı.  O  vaxt 
orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun 
növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, 
Xəzər dənizində  kiçik bir donanma var idi. Orduda hərbi intizamı 
möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi
yəni  hərbi  məhkəmə  fəaliyyət  göstərirdi.  Cənubda  təhlükəsizliyi 
qorumaq  üçün  Lənkəranda  ehtiyat  batalyonu  və  «yardım  alayı» 
milis alayı yaradıldı. ADR Parlamentini mühafizə etmək məqsədi ilə 
xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil 
dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir 
yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə 
hidroaeroplan,  altı  ağır  və  yüngül  zirehli  avtomobil  daxil  idi” 
[225]. 
Bütün bu silah sursat, hərbi texnika işğalçı rus ordusuna qaldı. 
1919-cu  il  oktyabrın  20-də  İtaliya  paytaxtı  Romada  əldə  edilən 
razılaşmaya  əsasən  Azərbaycan  Ordusu  üçün  alınıb  gətirilmiş  25 
min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst, onlardan 
böyük ölçü 20%, orta ölçü 50% və kiçik ölçü isə 30% olmaq şərti 
ilə hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, ağ sarğı, 
qış  paltosu  və  ayaq  sarğısı)  əmlak  1920-ci  ilin  aprelində  Bakıya 


158 
çatdırılsa da, XI Qızıl ordunun zabit və əsgər heyətinə qismət oldu 
[247]. 
Şərqdə  ilk  demokratik  respublika  qurucularının  şərəfli  ömür 
yoluna,  tariximiz,  xalqımız  qarşısında  əbədi  yaşayacaq  müqəddəs 
bir  missiyanı  yerinə  yetirmələrini  sevgi,  hörmət  duyğuları  ilə 
vurğulamaqla  yanaşı,  bunu  da  deməliyik  ki,  xüsusilə  1919-cu  ildə 
və  1920-ci  ilin  ilk  aylarında  Zəngəzurun  türk-müsəlman  əhalisinə 
qarşı  soyqırımın,  erməni-daşnak  quldur  dəstələrinin  törətdikləri 
vəhşiliklərin,  genişmiqyaslı,  çoxsaylı  qətliamların,  kütləvi 
deportasiyanın,  ərazi  itkilərinin  qarşısının  alınması  üçün  AXC 
Parlament  və  Hökuməti  öz  ixtiyarında  olan  hərbi  potensialdan 
lazımınca  istifadə  etməmişdir.  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham  Əliyevin  də  vurğuladığı  kimi,  həmin  dövrdə 
“böyük səhv” lərə yol verilmişdir [241]. 
27  aprel  1920-ci  ildə  Azərbaycanın  işğalı  günü  ölkədə 
“Yağmalama  həftəsi”  elan  edildi,  bolşevik  rus  ordusu  uşaq 
oyuncaqlarına  qədər  hər  şeyi  talan  edib  60  vaqon  dolu  əşyanı 
“Yoldaş  Leninə  Azərbaycandan  hədiyyə”  adı  altında  Moskvaya 
yolladılar. Ərzaq anbarları müsadirə edildi və Moskva proletariatına 
göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi. 
Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar 
ya öldürüldü, ya da həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında 
300  (üç  yüz)  nəfər  güllələndi,  10  (on)  minə  qədər  insan  Sibirə 
sürgünə  göndərildi.  Bütün  bu  prosesin  başında  bolşeviklərimiz  və 
Cümhuriyyətin  işğalında  rol  oynamış  şəxslər  dururdu.  Bolşeviklər 
neft  və  neft  məhsulları  olmaqla,  Azərbaycanın  bütün  yeraltı  və 
yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar. Yalnız 1920-ci ilin 
mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” 
gəmisi  ilə  76697  pud  mazut  yola  salınmışdı.  Sovetlər  Birliyi 
dövründə  800  (səkkiz  yüz)  min  slavyan  əsilli  əcnəbi  Azərbaycana 
gətirilərək  burada  əbədi  məskunlaşdılar.  Onların  çoxu  dövət 
strukturlarında işlə təmin edildi. 1920-ci ilin aprelin 28-dən 1921-ci 
ilin  avqustuna  qədər  Azərbaycanda  48  min  nəfər  qırmızı  terrorun 
qurbanı olmuşdu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə