ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə51/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

 
 159
 
27 polkovnik (albay) və podpolkovnik, poruçik və podporuçik, 146 
proporşik, 266 nəfər başqa işçilər güllələnmişdi. Yalnız 1920-ci ilin 
mayın  26-dan  iyunun  4-nə  qədər  Gəncədə  baş  verən  üsyanda  10 
minədək Azərbaycan insanı həlak olmuşdu.1920-ci illərdə Sovetlər 
Birliyində mövcud olan “Troyka”lar (“Üçlük”lər) minlərlə günahsız 
insanı  sorğu-sualsız,  heç  bir  istintaq  işi  aparılmadan  güllələmək 
hüququna 
malik 
idi.VÇK-nın 
(Ümumrusiya 
Fövqəladə 
Komissiyası)  tərkibində  ilk  dəfə  belə  “Üçlük”  1918-ci  ilin 
əvvəllərində yaradılmışdı. Bu “Üçlük” 1938-ci ilin sonlarına qədər 
mövcud  olub.Bu  “Üçlüy”ü  yaratmaqda  məqsəd  sorğu-sualsız  təzə 
qurulmuş bədnam bolşevik hökumətinə zidd olan, şübhəli görünən 
hər  kəsin  məhv  ediləsi  idi.  1937-1938-ci  illərdə  belə  “Üçlük”lərə 
daha  çox  səlahiyyətlər  verilmişdi.  Əslində  bu  qətliamlar  Sovet 
dövlətinin banisi Lenindən, ardınca da Stalindən başlayırdı. Leninin 
dostlarına yazdığı məktublarda qeyd edirdi: “Məsləhət görürəm ki, 
müvəqqəti olaraq öz içərinizdən rəislər təyin edəsiniz, heç kimdən 
soruşmadan  və  səfehcəsinə  süründürməçiliyə  yol  vermədən 
qəsdçiləri və tərəddüd edənləri güllələyəsiniz. V. İ. Lenin” [248]. 
Qeyd  edək  ki,  Azərbaycanın  XI  Qızıl  Ordu  hissələri 
tərəfindən  işğal  olunması  başlanmış  antisovet  üsyanlarının 
təşəbbüskarları  Gəncədəki  milli  qüvvələr  olmuşdu.  Onlar  Sovet 
hakimiyyətinin  ilk  ayında  Qızıl  Ordu  hissələrinə  qarşı  silahlı 
çıxışlara  başladılar.  1800  nəfərlik  Gəncə  qarnizonu  mayın  28-dən 
29-na  keçən  gecə  üsyan  qaldırdı.  Üsyançıların  rəhbərləri  olan 
görkəmli  ictimai-siyasi  xadimlər  general-mayor  Məmməd  Mirzə 
Qacar, general-mayor Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy 
Kazımbəyov  qətlə  yetirildilər.  Həbs  edilmiş  məşhur  generallar  Ə. 
Şıxlinski və S. Mehmandarov N.Nərimanovun təkidi sayəsində azad 
edildilər.  Gəncədə  üsyanı  yatırılmasından  sonrakı  vəziyyət 
haqqında,  Gəncə  üsyanı  iştirakçılarının  həbs  edilməsi,  Gəncə 
üsyanının  nəticələrinin  aradan  qaldırılması  haqqında  AzFK-nın 
məlumatları, 1922-ci il Gəncə üsyanı haqqında (f.1. siy.1) işlər AR 
Pİİ SSA-da mühafizə edilir. Qarabağda türk generalı Nuru Paşanın 
rəhbərliyi ilə başlayan üsyan Şuşa, Ağdam, Bərdə, Tərtəri də əhatə 


160 
etmişdi. Üsyanda Azərbaycan piyada polku və yerli bəylərin silahlı 
dəstələri  iştirak  etmişdilər.  Bu  üsyanı  XI  Qızıl  ordunun  hissələri 
1920-ci  ilin  iyunun  15-də  amansızlıqla  yatırtdılar.  Zəngəzurun 
Qubadlı  və  Zəngilan  qəzalarında  da  antisovet  üsyanlar  xüsusi 
amansızlıqla  yatırıldı,  üsyanlarda  iştirak  etməyən  çox  sayda 
günahsız insan da qətlə yetirildi, yer-yurdundan sürgün edildi [253]. 
1922-ci  ildə  yaradılmış  15  müttəfiq  respublikanı  birləşdirən 
SSRİ adlanan dövlət də əslində yeni forma və köhnə məzmunda çar 
Rusiyasının müstəmləkəçi imperiya maraqlarına  xidmət edirdi. Bu 
maraqlar Rusiyanın açıq hərbi-siyasi dəstəyi ilə Ermənistanın qonşu 
Azərbaycan  torpaqlarını  işğalında  həlledici  amil  idi.  Zəngəzurda 
rus-erməni hərbi birləşmələrinə qarşı XX əvvəllərində olduğu kimi, 
əsrin  90-cı  illərində  də  yenə  də,  əsasən,  yerli  özünümdafiə 
dəstələrinin  gücü  ilə  ölüm-dirim  savaşı  aparılırdı.  Mərkəz  Bakıda 
hakimiyyət  uğrunda  gedən  siyasi  mübarizədə  zəif  düşən  ölkə  rus-
erməni hərbi birləşmələri qarşısında duruş gətirə bilmədi. Nəticədə 
Dağlıq Qarabağ Muxtar Vilayəti ilə birlikdə Azərbaycanın 7 rayonu 
da  Rusiya  və  Ermənistanın  hərbi  nəzarətinə  keçdi.  O  vətən 
torpaqları  da  savaşda  uduzulmadı,  böyük  güclərin  iqtisadi,  siyasi 
maraqları,  hakimiyyət,  sərvət  uğrunda  mübarizəsinə  qurban  getdi. 
Təkcə  bu  faktlar  deyilənləri  sübut  edir;  1993-cü  il  avqustun  son 
həftəsində  Ermənistan  və  ermənilərin  nəzarətində  olan  Dağlıq 
Qarabağla  165  km  sərhəddi  olan  Qubadlıda  yerləşən  Müdafiə 
Nazirliyinin  4  batalyonu  bütün  canlı  qüvvəsi,  silah-sursatı  ilə 
birlikdə  Bakıdan  verilən  əmrlə  rayon  ərazisindən  çıxarılmış, 
bədnam, şərəfsiz siyasi planlardan xəbərsiz əliyalın əhalini təpədən 
dırnağadək  silahlı,  müsəlman  türk  qanına  susamış  erməni  ordu 
hissələri  ilə  üz-üzə  müdafiəsiz  qoymuşdu.  Bundan  daha  əvvəl 
bölgəyə  elektrik  enerjisi  verilişi  tam  dayandırılmış,  rabitə  əlaqəsi 
kəsilmişdi. Bakıdan əhalini köçürmək üçün Qubadlıya yol qaimələri 
yazılıb  möhürlənmiş  maşın  karvanları  göndərilirdi.  Müdafiə 
Nazirliyinin  general  qərargah  rəisi  özü  əhalini  rayonu  tərk  edib 
çıxarmağa  çağırır,  əks  halda  Xocalı  qırğınının  Qubadlıda  təkrar 
olunacağını  deyirdi.  Acı  və  real  gerçəklik  bu  faktda  da  görünür; 


 
 161
 
1993-cü  ilin  30-31  avqustunda  Qubadlıdakı  son  həlledici  hücuma 
keçən erməni hərbi hissələri ilə savaşda şəhid olan, yaralanan, əsir 
və girov düşən mülki əhalinin sayı ilə Milli Ordunun hərbçi, əsgər, 
zabit  sayının  müqayisəsi  kifayətdi.  Bu,  eləcə  də  bundan  sonrakı 
faktlar  Qubadlının  işğal  tarixi  haqqında  rayon  icra  hakimiyyətinin 
təşəbbüsü  ilə  yazılmış  Tarıyel  Cahangirin  “Vətən  oğul  istəyəndə” 
(Bakı,  “Günəş”  nəşriyyatı-1996,  342  səhifə),  1991-1992  və  1993- 
1995-ci  illərdə Qubadlı  rayon  İcra  Hakimiyyətinin  başçısı  işləmiş 
Hüseyn Əsədovun “Ömür yolum” (“Gənclik” nəşriyyatı-2007, 232 
səhifə), rayonun müdafiəsində xüsusi əməyi olmuş Yaşar Fətiyevin 
“Qubadlım,  görüşünə  gəlmişəm”  (“Zaman”  nəşriyyatı-2002,  502 
səhifə) və digər kitablarında bütün detalları ilə əks olunmuşdur. 
Ancaq  bu  müharibədə  Zəngəzurun  igid  oğulları  düşmənə 
dəfələrlə sarsıdıcı zərbələr vurmuşdular.  Zəngəzurun sərhəd qapısı 
Qubadlıda  bu  döyüşlərin  bir  neçə  səhifəsini  xatırladaq. 
Azərbaycanın  Milli  Qəhrəmanı  Əliyar  Əliyevin  rəhbərlik  etdiyi 
alayın  topçuları  Müdafiə  Nazirliyinin  əmri  olmadan  Ermənistanın 
daşnak yuvası Gorus şəhərinin altını üstünə çevirmişdi. Moskva və 
Yerevan  KİV-i  bu  əməliyyat  zamanı  336  nəfərin  öldürüldüyünü 
yazmışdı.  Bununla  bağlı  Ermənistanda  üç  gün  matəm  elan 
edilmişdi.  “Qara  bəbir”  ləqəbli  Suriya  ermənisi  Karlenin  başçılığı 
ilə  xaricdə  xüsusi  hazırlıq  keçmiş  50  nəfərlik  diversiya  qrupu 
Lalazar  körpüsünü  partladıb  Qubadlının  sərhəd  kəndlərinin  rayon 
mərkəzi  ilə  əlaqəsini  kəsmək,  strateji  yüksəklikləri  ələ  keçirmək 
üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan 
xəbər  tutan  polis  və  özünü  müdafiə  dəstələri  onları  mühasirəyə 
alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin 
meyitləri əsir mülki şəxslərlə dəyişmişdilər. 1991-ci ilin may ayında 
Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də 
isə  bu  rayonun  Topağac-Başarat  yüksəkliyi  uğrunda  gedən 
döyüşlərdə  də  düşmən  ağır  itkilərə  məruz  qalmışdı.  1992-ci  ilin 
iyun  ayının  24-də  Qubadlı  rayon  mərkəzinə  hücum  edən  üç  hərbi 
vertolyot ölümgətirən yükünü boşaltmağa macal tapmadan hər üçü 
vurulub  yerə  salınmışdı.  Gorusun  Şurnuxu  kəndindəki  postu 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə