ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə54/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   50   51   52   53   54   55   56   57   ...   73

 
 169
 
fəaliyyət göstərmir. Ermənilər bu gün qaranlıq orta əsr qanunları ilə 
yaşayırlar.  Ermənistan  əhalisinin  95  faizi  təmiz  qanlı  ermənilərdir 
və bu nasist Almaniyanın irqçi siyasəti ilə müqayisə oluna bilər” - 
fikirləri də Qarabağ, Zəngəzur faciələrinin haralardan  yönəldiyinə, 
müdafiə edildiyinə sübutdur» [145, s.22]. 
1918-ci  il  sentyabrın  4-də,  Azərbaycan  Xalq  Cümhuriyyəti 
elan edildikdən cəmisi 90 gün sonra Amerika, Fransa, İngiltərə, Yu-
nanıstan,  Rusiya  və  b-nın  çox  böyük  səxavətlə  silahlandırdıqları 
Andranik  Ozonyanın  komandanlığı  altında  erməni  hərbi  hissələri 
Zəngəzura daxil oldu. O, özünü «Zəngəzur qubernatoru» elan edib 
115-dən çox türk-kürd kəndini yağmalayıb dağıtdı, 10 mindən çox 
dinc insanı qətlə yetirdi [41, ş.161]. 
Daşnaklar  Əsgəran  qalası,  Şuşa  da  daxil  olmaqla,  bütün 
Qarabağa  nəzarəti  ələ  keçirib  oyuncaq  «Qarabağ  Respublikası» 
yaratmışdılar. «Bakı Soveti» də əslində daşnaklardan ideya rəhbəri 
olan  Stepan  Şaumyanın  əlində  idi.  Bu  qoşunların  Gəncə,  Qarabağ 
ətrafında  birləşməsinə  sayılı  günlər,  kilometrlər  qalırdı.  Batumidə 
imzalanmış  müqaviləyə  əsasən,  Osmanlı  ordusunun-Qafqaz  İslam 
Ordusunun Gəncədən Bakıya doğru müzəffər yürüşü və Zəngəzurun 
Laçın  bölgəsində  Sultan  bəyin  rəhbərliyi  ilə  Zəngəzurlu  yerli 
müdafiə  dəstələrinin  Andronik  komandanlığında  erməni  ordu 
hissəsinə vurduğu öldürücü zərbə bu planı alt-üst etdi. 
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun AXC 
Parlamenti  və  Hökumətinə  ingilislərin  Qafqaz,  Azərbaycan  və 
Qarabağdakı  bütün  fəaliyyətlərinin,  təşəbbüs  və  vasitəçiliklərinin 
Azərbaycan xalqı və dövlətinin əleyhinə işlədiyini faktlarla yazırdı, 
əsaslandırırdı  ki,  Ermənistanla  arasında  imzalanan  müqavilələrin 
hamısı ermənilərin xeyrinədir, bununla onlar vaxt qazanırlar, imkan 
düşdükcə öz bəd əməllərini davam etdirəcəklər. AXC hərbi dəstələ-
rinin Şuşa və Laçından çıxarılmasının yolverilməz olduğunu, ingilis 
siyasətinin  Zəngəzur  və  Qarabağı  Azərbaycandan  qoparmağa 
yönəldiyini,  iki  qonşu  xalq  arasında  münasibətləri  hədsiz 
kəskinləşdirdiyinə  dair  sənədlər,  sübutlar,  müraciətlər  göndərirdi. 
Onun “Qarabağda ingilislərin siyasəti ilə bağlı yaranmış vəziyyət və 


170 
onun aradan qaldırılması üçün zəruri tədbirlər” [35, s.44-47] raportu 
1918-1920-ci illərdə Zəngəzurda baş verən hərbi-siyasi hadisələrin 
mahiyyətini  anlamaq,  AXC  Hökumət  və  Parlamentinin  mövqeyini 
dəyərləndirmək baxımından çox əhəmiyyətlidir. 
1920-ci  il  aprelin  26-28-də  Sovet  Rusiyasının  işğalı 
nəticəsində  Şərqin  ilk  müsəlman  respublikasının  –  AXC-nin 
varlığına  son  qoyuldu.  Azərbaycan  Cümhuriyyətinin  süqutundan 
sonra da Zəngəzurda hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalırdı. 
Dronun  və  Njdenin  burada  yuva  salmış  quldur  dəstələri 
azərbaycanlı əhalini terror etməkdə davam edirdi. 
Yalnız  1920-ci  il  avqustun  əvvəllərində  sovet  hissələrinin 
keçirdiyi əməliyyatlar nəticəsində birbaşa ingilislərdən təlimat alan 
erməni  daşnak  qoşunlarına  ciddi  zərbələr  vuruldu.  1920-ci  ilin 
avqust-noyabr  ayları  ərzində  qəzanın  müxtəlif  yerlərində  məhəlli 
döyüşlər  baş  verdi.  Mehri  və  Qafan  bölgələrini  əlində  saxlayan 
Njdenin  dəstələri  azərbaycanlılar  üçün  yenə  də  təhlükə  mənbəyi 
olaraq qalırdı [28, v.20-24]. 
Ermənilərin  və  onların  hərbi-siyasi  dəstəkçilərinin  əsl 
məqsədlərini  həmin  qəzaların  sakinləri  də  yaxşı  başa  düşürdülər. 
Məsələn,  Ordubad  Milli  Komitəsinin  sədri  Mirhidayət  Seyidzadə 
hələ  1918-ci  ilin  dekabrında  Azərbaycan  hökumətinə  göndərdiyi 
məlumatında yazırdı ki, «ermənilər öz qarşılarına Zəngəzur, Şərur, 
Naxçıvan və Ordubad qəzalarının bütün müsəlman əhalisini qırmaq, 
bu  qəzaları  müsəlmanlardan  təmizləmək,  bununla  da  xalqların 
gələcək  konfransında  (Paris  konfransı  nəzərdə  tutulur  –  H.A.)  bu 
yerlərə  öz  hüquqlarını  sübut  etmək  məqsədini  qoymuşlar.  Çünki 
bütün xalqlar müsəlmanlardan təmizlənmiş qəzaların ermənilərə aid 
olduğunu  qəbul  edəcəklər.  Bu  səbəbdən  ermənilər  bizim  minlərlə 
sakinimizi qırır, qanımız su kimi axır, namusumuz erməni ayaqları 
altında  tapdanır.  Hara  baxırsan,  hər  yanda  müsəlman  qaçqınları 
görürsən, qadın və qızların ağlamasını eşidirsən…Beləliklə, ümumi 
sülh  bağlanana  qədər  oradan  bütün  əhali  çıxarılaraq  və  sülh 
konfransında  etnoqrafik  cəhətdən  sərhədlərin  müəyyənləşdirilməsi 


 
 171
 
ilə  bağlı  məsələ  müzakirə  edilərkən  biz,  təbii  olaraq,  bu  yerlərlə 
əbədi olaraq vidalaşmalı olacağıq» [13, s.20-24]. 
1918-ci  il  sentyabrın  4-də  Zəngəzura  daxil  olaraq,  qəzada 
törədilən qırğınlarda xüsusi amansızlığı ilə seçilən mütəşəkkil ordu 
hissəsinin  komandanı  Andranik  hər  yerdə  onu  da  deyirdi  ki, 
müsəlmanları qırmaq əmrini ona ingilislər verib [91, s.20-24]. AXC 
Parlamentinin  orqanı  olan  “Azərbaycan”  qəzeti  yazırdı:  “əgər  er-
məni quldur dəstələrinin vəhşiliklərinin qarşısını ala biləsi hər hansı 
qüvvə  özünü  çatdırmasa,  bu  "cəngavərlər"  Zəngəzur  və  İrəvan 
müsəlmanlarını ucdantutma qırmaqdan əl çəkməyəcəklər” [91, s.20-
24]. 
Xarici  havadarlarının  dəstəyindən  ürəklənən  ermənilərin 
hərəkətləri 1919-1920-ci illərdə də daşnak generalları Dro, Njdenin 
komandanlığı  ilə  eyni  amansızlıq,  qəddarlıqla  davam  etmişdi. 
Erməni  hökuməti  Zəngəzura  yeni  nizami  qüvvələr  göndərərək, 
burada ümumi səfərbərlik həyata keçirməyə, eləcə də  Anadoludan 
Ararat  Respublikasına  gəlmiş  erməni  qaçqınları  qəzaya  istiqamət-
ləndirməyə başladı. Özlərinə günahsız, silahsız dinc əhalinin illərlə 
qurduğu  hazır  evlərdə  yerləşmək  üçün  hər  cür  vəhşiliyə  gedən 
ermənilər bir-birinin ardınca yeni kəndləri tutmağa başladılar [170]. 
Ağlasığmaz  cinayətlər  qəzanın  salamat  qalan  kəndlərində  təkrar 
edilmişdi [95, s.4]. 
İngilis  jurnalisti  Skotland-Liddell  həmin  qanlı  yanvar 
günlərində  Zəngəzura  gəlib  törədilən  qırğınları  şəxsən  görüb 
yanvarın  30-da  Tiflisdə  bölgəyə  səfərində  gördüklərini  «Mü-
səlmanlarla  müharibə,  ermənilər  yenidən  hücum  edirlər»  adlı 
məqaləsində  vicdanlı  obyektivliklə  qələmə  almışdır.  İngilis 
jurnalisti yazırdı ki, «...hər iki hökumət tərəfindən Tiflisdə noyabrın 
23-də müqavilə imzalanmışdı və bütün mübahisəli məsələlər Böyük 
Dövlətlər  tərəfindən  həll  edilənədək  hər  iki  tərəfin  sülh  şəraitində 
yaşayacağına ümid yaranmışdı. Lakin müqavilənin imzalanmasının 
ardınca ermənilər dərhal Azərbaycan ordusunun geri çəkilməsindən 
istifadə edərək Zəngəzurda qırxadək müsəlman kəndini darmadağın 
etdilər, doqquz müsəlman kəndini də Şuşa yolu üstündə darmadağın 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə