ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə57/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

178 
4.2. Osmanlı Türkiyəsinin Qafqaz siyasəti və Zəngəzur 
 
Anadolu  türkləri,  Osmanlı  dövləti  o  çətin,  faciəli  dövrdə  - 
1918-ci  may-iyun  aylarından  Azərbaycan  türklərinin  harayına 
yetişmişdir.  “Azerbaycan  Cumhuriyeti  1918-1920  Osmanlı  arşiv 
belgeleri”  (TEAS  Press  2018,  708  səhifə)  sənədlər  toplusunda 
“Erivan  ve  Zengezurda  ermeni  mezalimi”  adlı  bölmədəki  (s.323-
338) materiallardan da göründüyü kimi, erməni terrorçu dəstələrinin 
bu bölgələrə ilk hücumları başlanan zamanlardan yerli əhali çeşidli 
bölgələrdən  Osmanlı  dövlətinə  erməni  vəhşilikləri  haqqında 
müraciətlər göndərir, dini, dili bir qardaş ölkədən, xalqdan himayə, 
yardım  istəyirdi.  Bu  topluda  Zəngəzurun  əhalisi,  ərazisi,  törədilən 
qətliamlar,  bölgədə  gedən  proseslər  haqqında  15  məlumat  vardır 
(səh.  707).  Azərbaycan  türklərinin  Osmanlı  dövlətindən  istədiyi 
kömək  yetişir. Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa qardaşı 
Nuru  paşa  komandanlığında  1918-ci  ilin  yazında  Araz  çayından 
keçib Gəncəyə doğru irəliləyən türk hərbi birliklərindən atlı bir qrup 
Zəngəzurun  Aran  bölgəsinə  -  Zəngilan  və  Qubadlıya  çatır. 
Qubadlının Dondarlı və Dəmirçilər kəndinin yaxınlığındakı Dağbaşı 
düzündə çadırlar qurulur. Yerli əhali bu xilaskarları hədsiz sevinclə 
qarşılayır.  Türk  zabit  və  əsgərləri  Zəngəzurun  aşağı  hissəsində 
ermənilərə  qarşı  silahlı  müqavimətin,  yerli  özünümüdafiə 
dəstələrinin  təşkilində,  silah-sursatdan  istifadə  qaydalarının 
mənimsənilməsində  mühüm  işlər  görürlər.  Qafana  bağlı  Zeyvə 
erməni kəndinin mərkəzində türk topundan atılan mərminin binada 
açdığı  deşik  qalırdı.  Hər  il  24  aprel  geydirmə  “genosid  günü” 
ermənilər  burda  toplaşıb  türkləri  lənətləyirdilər.  Hətta,  Osmanlı 
əsgərləri  Azərbaycandan  çıxdıqdan  sonra  da,  Kazım  Qarabəkir 
Paşanın qətiyyəti, türkçü düşüncəsi, bu ellərə sevgisi sayəsində 400 
əsgər  və  30  zabit  Zəngəzur  və  Naxçıvan  ərazisində  saxlanmışdı. 
Onların  bir  çoxu  bu  bölgələrdə  daimi  qalmış,  ailə  qurub  övlad 
sahibi  olmuş,  bir  çoxu  repressiya  dövründə  qətlə  yetirilib  həbs  və 
sürgün  edilmişdilər.  Qubadlının  rayonunun  Dəmirçilər,  Çərəli, 
Xələc, Əyin, Saldaş, Xanlıq, Qubadlı, Qayalı, Dondarlı, Çaytumas, 


 
 179
 
Məmər,  Mahruzlu,  Eyvazlı,  Məlikəhmədli,  Xocahan,  Əliquluuşağı 
və  digər  kəndlərində  şəhid  olmuş,  yaralanmış,  ailə  qurub  yaşayıb 
övlad  sahibi  olmuş,  bu  torpaqda  əbədiyyətə  qovuşmuş  4  zabit,  25 
əsgər haqqında məlumatlar vardır [152, s. 65-82]. 
Onlar  Ənvər  paşanın  təlimatı  üzrə  qalmışdılar.  O  və  qardaşı 
Nuru  paşa  Azərbaycan  uğrunda  savaşda,  Azərbaycanın  istiqlal 
savaşı  tarixində  həqiqi,  ən  etibarlı  dost  olaraq  qalacaqdır.  Bunu 
Osmanlı  və  Azərbaycanın  həmin  ağır  dövründə  sərgilədiyi  mövqe 
də  sübut  edir.  Şimali  Qafqazda  Osmanlı  hərbçilərinin  uğurları 
davam  edərkən,  türkün  alman  və  bolqar  cəbhələri  süqut  etmişdi. 
Osmanlı  Dövləti  məğlubiyyəti  qəbul  edərək,  sülh  danışıqlarına 
getmək  üçün  Antanta  dövlətlərinə  müraciət  etmişdi.  Belə  bir 
şəraitdə  çox  böyük  fədakarlıqla  Qafqazda  davam  etdirilən  hərbi 
hərəkatda  Türk  ordusu  lazımi  üstünlüyü  təmin  etmişdi.  Hərbiyə 
Naziri və  Baş Komandan vəkili Ənvər paşa, bu  vəziyyətin davam 
edə  bilməsi  üçün  5-6  oktyabr  tarixində  Şərq  Orduları  Qrupu 
Komandanlığına  bir  əmr  göndərdi.  Ənvər  paşanın  əmri  belə  idi: 
“Azərbaycan  və  Şimali  Qafqazdakı  əsgərlərimizi  çəkmiş  kimi  bir 
görüntü  yaratmaq  məcburiyyətindəyik.  Bu  halda,  Azərbaycan  və 
Şimali  Qafqaz  Respublikalarının  öz  əsgəri  qüvvələrinə  güvənməsi 
lazım  gələcəkdir.  Bu  səbəbdən,  Qafqazda  qalacaq  qüvvələrin 
Azərbaycan  və  Şimali  Qafqaz  qüvvələri  olması  üçün  indidən  bu 
qüvvələri əsas tutaraq, bunların silahlandırılması və  yenidən təşkil 
olunaraq  qüvvətlənməsi  vacibdir.  Ermənilərlə  qovğa  etməyərək, 
onlarla yaxşı davranaraq sülh müzakirəsində onlarla birlikdə olmaq 
üçün  çalışmaq  lazımdır.  Orada  qalacaq  zabitlərlə  digərləri, 
Azərbaycan vətəndaşı olaraq qalsın və hökumət geri çəkilmə əmri 
versə  belə,  onların  orada  qalması  üçün  tərtibat  hazırlansın. 
Azərbaycana rus silah və cəbbəxanası olmaqla çoxlu silah və sairə 
göndərilsin” [262]. 
1990-cı  illərdə  torpaqlarımıza  erməni  təcavüzü  başlananda 
yenə  də  Azərbaycan  türklərinin  köməyinə  Anadolu  türkləri 
yetişmiş, beynəlxalq aləmdə də əsas arxa, dayaq yerimiz olmuşdur. 


180 
Zəngəzurun  bolşeviklər  tərəfindən  işğalından  sonra  1918-
1920-ci  illərdə  ermənilərə  qarşı  döyüşmüş,  doğma  torpaqlarını 
müdafiə etmiş insanlara, eləcə də AXC-nin bölgədəki tərəfdarlarına 
qarşı  təqib,  terror,  həbs  dalğası  başlamışdır.  Labüd  ölümdən  xilas 
olmaq üçün çox sayda zəngəzurlu Anadolu torpaqlarına mühacirət 
etməyə məcbur olmuşdur. 
Zaman-zaman  bu  bölgədən  çox  sayda  ailə,  nəsil,  kənd, 
tayfanın  köçü  haqqında  mənbələrdə  məlumatlar  vardır. 
Müharibələr, məzhəb savaşları, rus əsarətindən sonra başlanan dini, 
siyasi səbəblər bu cür köçləri daha da intensiv etmişdir. 
Azərbaycan  və  Türkiyə  mənbələrində  Zəngəzur  bölgəsindən 
çox  sayda  ailənin,  tayfaların,  ayrı-ayrı  tanınmış  şəxslərin  çar  və 
ardınca  bolşevik  Rusiyasının  təqibləri  nəticəsində  Anadoluya 
köçləri barədə çox sayda bilgilər vardır. 
Mirhəmzə  Seyid  Nigari  Qarabaği  (1805-1886)  Zəngəzur 
mahalının  indiki  Laçın  rayonunun  Cicimli  kəndində  doğulub 
yaşamışdır.  Zəngəzurdan  çoxsaylı  atlı  dəstəsi  düzəldərək  Qarsda 
Osmanlı-Rusiya  savaşlarında  ruslara  qarşı  savaşmış,  bu  ərazilər 
rusların əlinə keçdikdən sonra haqqında çıxarılan ölüm hökmündən, 
təqiblərdən xilas olmaq üçün Osmanlı sultanının izni ilə nəqşibəndi 
müridləri,  silahdaşları  ilə  birlikdə  «şahzadələr  şəhəri»  Amasiyada 
məskunlaşmışdır  [116,  s.7].  Şəhər  ətrafında  bir  neçə  kənd 
Zəngəzurlular  tərəfindən  salınıb,  şəhərin  özündə  isə  «laçınlar» 
məhəllələri  indi  də  durur.  2011-ci  il  oktyabrın  14-də  Amasiya 
şəhərində  Saraydüzü  Qışlasında  keçirilən  açıq  hava  altında  kültür, 
sənət  sərgisində  3500  nəfər,  xeyli  hissəsi  də  Qarabağ-Zəngəzurlu 
olmaqla Azərbaycan kökənli insan toplanmışdı. Təkcə Amasyadan 
Azərbaycan  soy-köklü  onlarla  Türkiyə  Böyük  Millət  Məclisinin 
deputatı, bələdiyyə sədri, hərbi, siyasi, elm xadimi çıxmışdır. 
Zəngəzurun  Laçın  bölgəsindən  Xalq  qəhrəmanı  Sultan  bəy 
Sultanov,  Azərbaycanın  ilk  hərbi  naziri,  Gəncə  və  Qarabağın 
general  qubernatoru  Xosrov  bəy  Sultanov,  Sisyan  bölgəsindən 
Urudlu  müsavatçı,  istiqlalçı,  ədib,  naşir  Mirzə  Məmmədsadıq 
Axundzadə (Türkiyədə Mehmet Sadık Aran adı ilə tanınıb, fəaliyyət 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə