ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə55/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

172 
etmiş,  əhalinin  böyük  əksəriyyətini  isə  vəhşicəsinə  öldürmüşlər. 
Azərbaycan  hökuməti  bununla  bağlı  etirazını  bildirsə  də, 
Ermənistan hökuməti bu faktları rədd edən cavab aldı... Ermənistan 
ona görə bədbəxtdir ki, «Daşnaksutyun» partiyası orada qüvvədədir. 
Bu  uzun  illər  erməniləri  müsəlmanlara  qarşı  hücum  etməyə  sövq 
edən  inqilabçı  terror  təşkilatıdır.  Ermənilər  bacarıqlı  müntəzəm 
təbliğat  vasitəsilə  layiq  olmadıqları  həddə  rəğbət  qazanırlar. 
Ermənistan  həmişə  dava-dalaş  axtarır  və  ona  nail  olanda  təbliğat 
məqsədilə deyirlər ki, amandı qoymayın qırdılar bizi. Daşnak üçün 
öldürülmüş erməni daha əzizdir. Bundan istifadə edərək, erməninin 
ölüsü qalхıb haray – həşir təpir ki, ayə mən özüm ölməmişəm, məni 
müsəlmanlar  öldürüblər...  Londonda,  Fransa,  Birləşmiş  Ştatlarda 
erməni  büroları  mövcuddur,  onların  ən  sevimli  metodu  «xristian» 
sözündən istifadə etməkdir. İndi Zəngəzura hücum edən ermənilər 
özlərinin  müvəqqəti  uğurlarına  şübhə  etmirlər.  Lakin  gün  gələcək 
ki, bütün müsəlmanlar bir nəfər kimi zülmkarlara qarşı qalxacaq və 
həmin gün gələndə heç nə erməni xalqını xilas edə bilməyəcəkdir» 
[157, s.6]. XX əsrin 20-ci illərində baş verən hadisələr əsrin 90-cı 
illərində eyni ssenari ilə təkrar edilmişdi, mahiyyət, istifadə edilən 
bütün metod, vasitələr, planlar, hərəkətlər heyrətamiz dərəcədə üst-
üstə  düşür,  tam  eyniyyət  təşkil  edirdi.  Erməni  siyasətini  müəyyən 
edən  institutların  təbliğat,  hərbi-siyasi  planlarının  nə  qədər  dəqiq, 
planlı,  ölçülü-biçili  və  nə  qədər  iyrənc,  məkrli  olduğu,  eyni  ilə 
Azərbaycanın bu erməni planları qarşısında hər dəfə aciz durumda 
qaldığı,  nəticə  çıxarmadığı,  ibrət  götürüb  dərs  almadığı  hazırkı 
durumu ilə ortadadır, göz qabağındadır. 
Hətta,  xarici  müşahidəçilər,  jurnalistlər  tərəfindən  Zəngəzur 
qətliamlarının məqsədini, mahiyyətini, xristian dövlətlərin siyasətini 
çox gözəl anlayırdı. 
AXC  Hökuməti  mövcud  vəziyyəti  dəyərləndirərək 
Müttəfiqlərin  iradəsi  əleyhinə  getməyə,  qəti  tədbirlər  görməyə 
tələsmir,  sözdən  hərəkətə  keçməkdə  lənglik  göstərirdi.  Artıq 
Zəngəzur qəzası erməni nizami ordu hissələri tərəfindən xarabazara 
çevrilib  minlərlə  müsəlman  əhalisi  məhv  ediləndən,  doğma  yer-


 
 173
 
yurdlarından  tərki-vətən  olub  mal-mülkünü  itirəndən,  saysız 
teleqramlardan sonra nəhayət ki, 1920-ci il yanvarın 6-da keçirilən 
iclasda  Azərbaycan  Xalq  Cümhuriyyəti  Dövlət  Müdafiə  Komitəsi 
«Zəngəzurun  müsəlman  kəndlərinin  ermənilər  tərəfindən 
dağıdılmasının  davam  etməsinə  qarşı  tədbirlər  görülməsinin 
zəruriliyi haqqında» Daxili İşlər Nazirliyinin məlumatını müzakirə 
etmişdir. Burada qərara alınmışdır ki, dinc əhaliyə qarşı ermənilərin 
bu hərəkətlərinin qarşısını almaq üçün müəyyən tədbirlər görülsün 
və  bu  haqda  müttəfiq  qoşunlarının  bölgədəki  nümayəndəsinə 
məlumat verilsin» [36, v.18]. 
Bundan əvvəl 1919-cu ilin 3-7 noyabrında Zəngəzurda AXC 
hərbi  birləşmələri  Cavad  bəy  Şıxlınskinin  komandanlığı  altında 
əməliyyat  aparsa  da,  Müttəfiq  dövlətlərin  nümayəndəsinin  işə 
qarışmasi ilə əməliyyat sonadək davam etdirilmədi, yarımçıq qaldı, 
azad  edilmiş  strateji  yüksəkliklər,  müsəlman  kəndləri  yenidən 
ermənilərin əlinə keçdi [251]. 
12  yanvar  1920-ci  ildə  erməni  daşnak  başkəsəni  Dro  600 
nəfərlik  silahlı  dəstə  ilə  Qubadlının  Əlyanlı  obalarını  mühasirəyə 
alıb  bütün  əhalini  körpəsinə  qədər  məhv  etməyi  əmr  etmişdi.  5 
kənddən  ibarət  Əlyanlı  camaatı  ətraf  kəndlərdən  kömək  gələnə 
qədər  ermənilərin  qarşısını  kəsmiş,  xeyli  erməni  qırmışdı.  Burada 
uğur  qazanmağın  mümkünsüzlüyünü  görən  Dro  yanvarın  22-də 
Dondarlıya hücum edib kəndi tamamən yandırdı, yanvarın 19-25-də 
Qubadlının 48 kəndi tamamən məhv edildi, əhalisinin dağlara qaçıb 
gizlənə bilməyənləri amansızlıqla qətlə yetirildi. İşğala qədər həmin 
kəndlərin bir çoxunun yalnız adı, insan sümükləri ilə dolu xarabalığı 
dururdu. Zəngəzur qəzasının rəisi Şəkinski raportlarında az qala hər 
gün  tar-mar  edilib  tamamən  yandırılan  kəndlər  haqqında  Bakıya 
xəbər  verirdi.  Azərbaycanın  Tiflisdəki  diplomatik  təmsilçisi 
Vəkilov  isə  erməni  ordu  hissələrinin  bütün  hücumları  barədə 
raportları Müttəfiq Dövlətlərin Tiflisdəki Ali Komissarı polkovnik 
Haskelə  təqdim  edirdi”  [34,  s.14-15].  Bununla  bağlı  müttəfiq 
dövlətlərin  Qafqazdakı  missiyasının  rəhbəri  general  Tomsonun 
Ermənistan  hökumətinin  üzvləri  ilə  İrəvanda  1919-cu  ilin  martın 


174 
28-də  və  aprelin  6-da  keçirilən  müşavirələrində  ermənilər  ciddi 
narazılıqlarını  ona  da  bildirirdilər.  Tomson  ingilislərin  Qafqazdakı 
siyasətini  reallaşdırmaq,  bölgədə  daha  uzun  müddət  qalmaq  üçün 
Zəngəzurun  həm  türk,  həm  erməni  əhalisinin  etimadını  qazanmaq 
istəyirdi.  Lazım  olduqda  bir-birinin  üzərinə  qaldırdığı  kimi,  bəzən 
də barışdırcı donuna girməyi bacarırdı. 
2  ay  davam  edən  sakitlikdən  sonra  1919-cu  il  23  noyabrda 
Tiflisdə  Azərbaycan  və  Ermənistanın  hökumət  başçıları  ABŞ  və 
Gürcüstan  təmsilçilərinin  də  iştirakı  ilə  atəşi  dayandırmaq  barədə 
sazişə qol çəkirlər. Sazişin mətni belədir: «Ermənistan hökumətinin 
nümayəndəsi  baş  nazir  Xatisov  və  Azərbaycan  hökumətinin 
nümayəndəsi  baş  nazir  Usubbəyov  arasında  qarşılıqlı  saziş 
imzalanmışdır.  Ermənistan  hökumətini  təmsil  edən  baş  nazir 
Xatisov və Azərbaycan hökumətini təmsil edən baş nazir Usubbəyov 
bu  sazişi  Tiflis  şəhərində  1919-cu  il  noyabrın  23-də  aşağıdakılar 
barədə  imzalamışlar:  Ermənistan  və  Azərbaycan  hökumətləri  indi 
baş  verən  düşmənçilik  hərəkətlərini  dayandırmağı  və  bir  daha 
silaha  əl  atmamağı  öhdələrinə  götürürlər.  Ermənistan  və 
Azərbaycan  hökumətləri  dinc  mal  mübadiləsi  üçün  Zəngəzura 
aparan  yolların  təmiri  və  açılması  məqsədilə  təsirli  tədbirlər 
görməyə  razıdırlar.  Sərhəd  məsələləri  də  daxil  olmaqla,  bütün 
mübahisəli  məsələlər  ilə  bağlı  növbəti  paraqrafda  xatırladılan 
konfrans  tərəfindən  qərar  qəbul  edilənədək  Ermənistan  və  Azər-
baycan  hökumətləri  bu  məsələləri  sülh  sazişləri  vasitəsilə  həll 
etməyi  öhdələrinə  götürürlər.  Əgər  bunu  yerinə  yetirmək  mümkün 
olmazsa, hər iki hökumətin qərarına tabe olmağa razılaşdığı hakim 
kimi  hər  hansı  bir  neytral  tərəf  seçilməlidir.  İndi  belə  bir  neytral 
tərəf Birləşmiş Ştatların ordu polkovniki Ceyms Reydır. Ermənistan 
və Azərbaycan hökumətləri təcili surətdə çərşənbə günü, noyabrın 
26-da  Bakıda  görüşməli  və  Tiflisdə  konfransın  başlanmasını 
dekabrın  4-dən  təxirə  salmamalı,  bərabər  sayda  nümayəndə  təyin 
etməyi  öhdəsinə  götürürlər.  Ümumi  razılığa  əsasən  konfransın 
keçiriləcəyi yer dəyişdirilməzsə, konfransın iclasları Tiflisdə davam 
edəcəkdir. İki hökumət arasında mübahisə və ixtilaflara səbəb olan 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə