ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

 
 141
 
«bir  quldurun  yanına  «deleqat»  göndərmək,  onu  kağız  vasitəsilə 
quldurluqdan  mən  qılmaq  və  ya  həddini  bildirmək  üçün  teleqram 
vasitəsilə təhdid etmək nə hökumətimizin şəninə layiqdir, nə ingilis 
komandasının  və  bir  də  məşhur  məsəldir  ki,  «Quran  oxumaqla 
donuz darıdan çıxmaz», quldurların qabağına lazım olan qədər güc 
göndərmək  istər  ki,  dəstəsini  də,  özünü  də  dəstgir  edib  məhkəmə 
qarşısına  gətirsin  və  cəzasına  çatmaq  üçün  mühakiməyə  verilsin». 
Ü.Hacıbəyov Qarabağda «zülmü sitəmə məruz qalan müsəlmanları 
tezliklə xilas etməyi», «vaqeənin getdikcə böyüyüb əngəl olmağına 
imkan verməmək üçün» Andronikin hərəkətlərini necə olursa-olsun 
dayandırmağı Hökumətdən tələb edir. 
O  günlərin  qəzetləri  Xosrov  bəyin  fəaliyyətinə  geniş  yer 
ayırırdı.  «Наше  время»  qəzeti  1919-cu  il  13  iyun  tarixli  sayında 
yazırdı:  «8  iyunda  Qarabağda  qanlı  hadisələrə  dair  Van  kilsəsi 
yanında  mitinqdə  qəbul  edilmiş  aşağıdakı  qətnamə  Müttəfiq 
Dövlətlərə,  beynəlxalq  təşkilatlara  göndərilmişdir  və  bu 
müraciətdən  də  Xosrov  bəyin  erməni  planlarına  qarşı  ən  böyük 
maneə  olduğu  görünür:  “3.  Qarabağda  daimi  olaraq  sakitliyi  və 
qayda-qanunu  pozan  məşhur  türk  agenti  və  Azərbaycan  general-
qubernatoru  Xosrov  bəy  Sultanov  və  bütün  Azərbaycan  hərbi 
hissələri Qarabağdan çıxarılsın.”[3, s.129-131]. 
X.Sultanovun  Azərbaycan  Nazirlər  Şurasının  sədri 
N.Yusifbəyliyə  Şuşadan  1919-cu  ilin  8  mayında  göndərdiyi  1348 
saylı  məlumatda  maldarların  yaylaqlara  təhlükəsiz  gedə  bilməsini 
təmin etmək üçün Zəngəzurun mərkəzi Gorusu tutmağın zəruriliyini 
bildirir, bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş 
piyada  və  atlı  əsgər  göndərilməsini  xahiş  edir.  İyunun  5-də 
Ağdamdan  yenə  N.Yusifbəyliyə  göndərdiyi  teleqramda  4  iyunda 
Şuşada  ermənilərin  günahı  ucbatından  baş  verən  toqquşmanın 
qarşısının alındığını, iyunun 6-da erməni kazarmalarının alınacağını 
qeyd  edir.  26  iyulda  S.Mehmandarova  Şuşadan  göndərdiyi  3743 
saylı məlumatda Zəngəzura Naxçıvanla kommunikasiyanın təminatı 
üçün  Zəngəzura  qoşun  göndərib,  Bazarçay  kəndinin  alınmasının 
vacibliyini, hazırda Zəngəzurda çox sayda maldarların əhəmiyyətli 


142 
yüksəkliklərdə,  dağlarda,  ermənilərin  isə  arxada  olduğunu, 
Bazarçay,  Qızıl  Boğaz  yaxınlığında  məskunlaşmış  malakan 
əhalisinin  də  Azərbaycan  hakimiyyətini  tanıdığını,  bunndan  ötrü 
onların  öz  nümayəndələrini  qəza  milisinin  rəisi  Aslan  bəy 
Sultanovun yanına göndərdiklərini, Zəngəzur məsələsinin birdəfəlik 
həlli üçün hərbi hissə və xalq milisi dəstələrinin birlikdə Bazarçay 
kəndini almasına sərəncam verməyini israrla xahiş edirdi. Bildirirdi 
ki, hətta, Mərcanlı maldarları (Cəbrayıl rayonunun aran bölgəsində 
heyvandarlıqla  məşğul  olan,  3-4  kəndi  birləşdirən  obalar-H.A) 
döyüşçülərin  azuqəsi  üçün  bir  neçə  yüz  iri  buynuzlu  heyvan 
verməyə də razılaşıblar» [167, s.4]. 
X.Sultanov  1919-cu  il  dekabrın  14-də  Daxili  İşlər  nazirinə 
göndərdiyi  məktubda  Zəngilan  əhalisinin  ermənilərdən  müdafiəsi 
üçün  ora  kömək  göndərilməsinin  vacibliyini  bildirir,  1920-ci  ilin 
martın  23-də  Şuşadan  baş  nazir  N.Yusifbəyliyə  göndərdiyi 
teleqramda  Zəngəzur  uyezdinin  rəisindən  ermənilərin  Zəngəzurda 
bütün  cəbhə  boyu  müxtəlif  istiqamətlərdən  yeni  hücuma 
hazırlaşdıqları ilə bağlı həyəcanlı məlumat aldığını, onların başlıca 
məqsədinin Qarabağla birləşmək olduğunu, kömək və ilk növbədə 
yerli  partizan  dəstəsi  üçün  təcili  patron  göndərməyi  xahiş  edir. 
Onların  patronlarının  ancaq  bir  döyüşə  kifayət  edəcəyini  yazır. 
General  Şıxlinskinin  vəd  etdiyi  dağ-batareya  piyada  alayının 
Zəngəzura  göndərilməsinə  sərəncam  verməyi  israrla  xahiş  edir. 
Martın  24-də  göndərdiyi  teleqramda  vəziyyətin  getdikcə 
gərginləşdiyini,  artıq  Xankəndi  və  Şuşada  döyüşlərin  getdiyini, 
hücumun qarşısı alınsa da, atışma getdiyini, Şuşanın Şuşukənddən 
toplarla  atəşə  tutulduğunu,  Ağdam-Şuşa  arasında  olan  teleqrafın 
kəsildiyini,  çarəsiz  əhalinin  bu  vəziyyətdən  qəzəbləndiyini,  təcili 
olaraq əsgəri yardım, başlıcası patronla kömək göstərilməsini israrla 
xahiş edir [167, s.4]. 
Bölgənin  durumu,  hadisələrin  gedişi  haqqında  analoji 
məlumatlar  eyni  zamanda  Azərbaycanın  Gürcüstandakı  daimi 
nümayəndəliyinə, 
Gürcüstanın 
Xarici 
İşlər 
Nazirliyinə, 
müttəfiqlərin Qafqazdakı ali komissarı general Uodropa, onun müa-


 
 143
 
vini  polkovnik  Reyo,  Fransanın  hərbi  missiyasının  rəhbəri 
polkovnik  Nonakura  və  İtaliyanın  Qafqazdakı  hərbi  missiyasının 
rəhbəri  polkovnik  Qabbaya  da  göndərilmişdi.  AXC  Parlamentinin 
iclas  stenoqramlarında  və  digər  qaynaqlarda  həmin  qanlı  günlərdə 
onlarla  ziyalının,  el-oba  ağsaqqalının,  Hökumət  tərəfindən  vəkil 
edilmiş Zəngəzur qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları 
ilə 
1919-cu 
ilin 
noyabrından 
göndərilən 
xəbərdarlıq 
teleqramlarından,  dekabrın  ilk  günlərindən  -  Njdenin  hücumları 
başlanmazdan əvvəl və sonra birbaşa qırğın yerlərindən, erməni qət-
liamlarının  tükürpədən  gerçəkliklərinin  əks  olunduğu  teleqramlar 
arxivlərdə saxlanır [3, s.4]. 
Millət  vəkili  Cəlil  Sultanov  Zəngəzur  və  Qarabağdan  AXC 
Parlamenti  və  Hökumətinə,  həm  də  ayrı-ayrılıqda  «Müsavat», 
«İttihad»,  «Sosialistlər»  fraksiyalarının  rəhbərlərinə,  Zəngəzurdan 
seçilmiş  digər  həmkarı  Mirzə  Sadıq  Axundzadəyə  bir-birinin 
ardınca  teleqramlar  göndərərək  vəziyyətin  nə  qədər  ciddi,  ağır 
olduğunu bildirir. Bu teleqramların əksəriyyəti Parlamentdə deputat 
həmkarları  tərəfindən  oxunur,  müzakirə  olunur,  rəsmi 
«Azərbaycan» qəzetində dərc edilirdi [3, s.4-5]. 
1919-cu  il  yazın  sonlarında  Şuşanı  tamam  ələ  keçirmiş 
Erməni  Milli  Şurasının  silahlı  qüvvələrinə  qarşı  əməliyyata 
başlayan Xosrov bəyə İngilis nümayəndəliyinin atəşi dayandıraraq 
dərhal  Şuşadan  geri  çəkilmək  barədə  ultimatumu  çatdırılır.  Lakin 
Xosrov  bəy  bu  ultimatumu  rədd  edərək  Azərbaycan  hökumətinə 
tabe  olan  dinc  erməni  əhalisinin  can,  mal  varlığına  təminat  verib, 
bütün  erməni  əsgərlərini  tərksilah  edir,  onların  tutduqları  kazar-
maları  boşaldıb  AXC  əsgərlərini  yerləşdirir,  bundan  sonra  iyunun 
10-da təkcə ermənilər, iyunun 27-də isə müsəlman və erməni əhalisi 
Şuşada  qurultay  çağırıb  AXC  hökumətinə  tabe  olduqlarını  bəyan 
edən  qətnamə  qəbul  edirlər,  xüsusi  barışıq  komissiyası  yaradırlar. 
İyulun  29-30-da  Baş  nazir  Yusifbəyli,  Gəncə  qubernatoru 
Rəfibəyov,  Hərbi  Nazir  Mehmandarov  Şuşada  erməni,  müsəlman 
əhali ilə, məscid və kilsə qarşısında görüşüb çıxış edirlər, avqustun 
20-də  Qarabağ  ermənilərinin  7-ci  qurultayında  seçilmiş  20  nəfər 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə