217
Azərbaycanın zorla təhrik olunduğu Qarabağ müharibəsindəki
itkilərimizi də əlavə edək;
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata
keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin
ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz
doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah
gətirmişdir.
Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış
50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq
tapmışdır.
Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən
başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq
Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən
onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci
il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də
erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli
hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər
azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun
366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən
bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106
qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam
şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56
nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları
kəsildi, gözləri çıxarıldı.
Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı
qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının
20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun
(Laçın-1992-ci il 18 may tarixdə, Kəlbəcər-1993-cü il 2 aprel
tarixdə, Ağdam-1993-cü 23 iyul tarixdə, Cəbrayıl-1993-cü il 23
avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-
cü il 31 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr tarixdə)
ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan,
həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan
218
yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi
yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və
respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx
məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır.
Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq
Qarabağ, eləcə də ona bitişik olan 7 rayon -Ağdam (ərazisinin 62,8
faizi işğal altındadır), Cəbrayıl, Füzuli (ərazisinin 79,3 faizi işğal
altındadır), Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla
həmsərhəd bir sıra yaşayış məntəqələri - Naxçıvan Muxtar
Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu,
Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə,
Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax
rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum,
Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı) kəndləri artıq 24 ildir ki,
Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Hal-hazırda ölkədə bir milyon 200 min 450 nəfər qaçqın,
məcburi köçkün və “qaçqın” satusu almaq niyyətində olan sığınacaq
axtaran şəxs vardır.
Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km ən
məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150
000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının,
695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9
məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey
eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin,
2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su
kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000
km elektrik xətlərinin, 280 000 ha meşələrin, 1 000 000 ha kənd
təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya
sistemlərinin dağıdılmasına səbəb olmuşdur.
Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər
azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər
müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin
düşmüşdür.
219
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın
mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla
məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6
rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və
yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və
eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir.
Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min
kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində
ölkəyə dəymiş ziyan təxminən 800 milyard ABŞ dollarından çoxdur
[261].
İndi Ermənistan dünyada ən böyük insan orqanı ixracatçısıdır.
Qarabağ müharibəsində itkin düşmüş Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında
qeydiyyatda olan azərbaycanlıların sayı 3875 nəfərdir [264].
220
221
NƏTİCƏ
Gətirilən bütün faktlardan, tarixi-elmi sübutlardan aydın
görünür ki, XIX - XX əsrlərdə Azərbaycanın tarixi Zəngəzur
bölgəsinin demoqrafik vəziyyətinin dəyişməsinə, yəni təqribən 8
min kv.km bir ərazinin azərbaycanlılardan (Azərbaycan
türklərindən-H.N)
tamamilə
təmizlənərək
Ermənistan
Respublikasının hərbi nəzarətinə keçməsinə, köç, deportasiya,
soyqırımı və işğalına gətirib çıxaran səbəblər, əsas amillər
bunlardır:
1. Çar Rusiyası, bolşevik Rusiyası, sovet-kommunist
rejiminin Pyotr vəsiyyətləri ilə başlanan müstəmləkəçilik və
imperiya siyasətinin, antimüsəlman, antitürk, antiazərbaycan və
ermənipərəst (xristianpərəst) siyasətinin nəticəsi idi. XIX əsrdə
Rusiya-Osmanlı və Rusiya-Qacarlar İranı arasında gedən
müharibələrdə qalib gəlmiş romanovlar imperiyasının xristian
erməniləri Qarabağ, İrəvana köçürmə siyasətinin, yeni cənub
sərhədləri boyunca xristian erməni əhalisindən ibarət “sanitar
kordonu”, “etibarlı sədd” yaratmaq siyasətinin nəticəsi idi.
2. Atatürk komandanlığında Qurtuluş hərəkatının zəfərləri
nəticəsində ABŞ, Böyük Britaniya və Fransanın Anadoluda
ermənilərə vəd etdikləri “müstəqil Ermənistan” yaratmaq
planlarının puça çıxması, Osmanlı dövlətinin də razılığı ilə bu pla-
nın yeni ssenaridə Azərbaycanın tarixi ərazilərinə köçürülməsi.
3. Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin
düşdüyü ağır durum, 1915-ci ildə Anadolu torpaqlarından
xəyanətkar ermənilərin Osmanlı hüdudlarından kənara köçürülməsi,
azğınlaşmış qisasçı dəstələrin, Müttəfiqlərin silahlandırmış olduğu
erməni nizami qoşun hissəsinin Osmanlı Türkiyəsindən Qərbi
Azərbaycan, o cümlədən Zəngəzur ərazisinə keçərək Andronik,
Dro, Nde və digər daşnak liderlərin başçılığı altında Zəngəzurun
türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımı.
4. Azərbaycanda milli burjuaziya və mülkədarların onilliklər
boyu planlandığı göz qabağında olan erməni hərəkətləri qarşısında
Dostları ilə paylaş: |