211
sahibləri, aborigen sakinləri olan türk-müsəlman əhalisinə qarşı
görünməmiş vəhşiliklər törətdilər. Bu qanlı-qadalı illərdən sonra
Zəngəzur qəzasının əhalisi təbii artım, inzibati-ərazi dəyişiklikləri
hesabına artmaqda davam etmişdir.
1910-cu ildə 187 851 nəfərə, Birinci dünya savaşı ərəfəsində
isə 220 186 nəfərə çatmışdı. Bu dövrdə müsəlman əhalisi Zəngəzur
qəzasında başlıca demoqrafik toplum olaraq qalmaqda idi. Belə ki,
müsəlmanların sayı təxminən 132 min nəfər olduğu halda,
ermənilərin sayı 87 min nəfər, rusların sayı isə cəmisi 1,7 min nəfər
təşkil edirdi [192, s.118-120].
1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzurda azər-
baycanlılar 123085 (55 faiz), ermənilər isə 99257, (44,3 faiz) təşkil
edirdi [136, s.11].
1917-ci ildə qəzanın 109 kəndi dağıdılmış, qəzanın şərq
bölgələrində yaşayan müsəlman əhalisinin sayı çəkisi xeyli azal-
mışdı [43, s.18-19].
1918-1919-cu illərdə daşnak Ermənistanın təcavüzü
nəticəsində qəzada 10 min nəfərdən çox müsəlman qətlə yetirilsə də,
yenə əhalinin yarıdan çoxu müsəlman türklər idi. 1920-ci ildə Zən-
gəzur qəzasına daxil olan Qafan, Gorus, Sisyan, Mehri, Zəngilan,
Qubadlı və Laçın rayonları 2233 təsərrüfatı birləşdirmiş, 224197
nəfər əhalisi olmuşdur, əhalinin 70 %-i Azərbaycanlı idilər.
Zəngəzur torpaqlarının xeyli hissəsinin Azərbaycandan
qoparılıb alınması sovet Rusiyasının əli ilə reallaşdırıldı,
Zəngəzurdan Azərbaycan-türk əhalisinin sonuncu nəfərədək
qovulması isə 1991-ci ildə çağdaş Rusiyanın hərtərəfli şəkildə
dəstəklədiyi müasir daşnak quldurları tərəfindən həyata keçirildi.
Təəssüf ki, bu qanlı soyqırımı və deportasiya tarixini bu gün
də bir sıra rus alimləri görməməzliyə vurur, ermənilərə xristian
təəssübkeşliyini davam etdirir, keçmiş SSRİ və Rusiya
Federasiyasının bəzi hərbi-siyasi strukturlarının Azərbaycana qarşı
ədalətsiz, qeyri-humanist, sivil dünya qaydalarına daban-dabana
zidd siyasətinə haqq qazandırmağa çalışırlar. Bu üzdəniraq
alimlərin Rusiyada nəşr etdirdiyi kitab və məqalələrdə erməni
212
separatçılarının mənfur məqsədlərinə «elmi-tarixi» informasiya
dəstəyi göstərilir. Təqdirəlayiq haldır ki, AMEA Tarix İnstitutunun
əməkdaşları öndə olmaqla, tarixçi alimlərimiz tərəfindən belələrinə
fakt və sənədlərlə, lazımı tutarlı cavab verilir [5].
Ermənilərin Zəngəzurda törətdikləri qanlı qırğınlar, soyqırımı
və deportasiya erməni müəlliflərinin əsərlərində də faktlarla təsdiq
və etiraf olunmuşdur. 1920-ci ildə isə ermənilər fəhlə və
kəndlilərinin may qiyamının yatırdılmasından sonra daşnaksutyun
«müsəlmanlar bizim düşmənimizdir» şüarı altında azərbaycanlı və
kürd kəndlərini bombalayaraq sadə insanları məhv etdi [200, s.101].
Tanınmış
erməni
tarixçisi
T.Haçikoğlyan
Sovet
Ermənistanının Qızıl Ordu tərəfindən tutulmasının 10-cu ildönümü
münasibətli ilə nəşr etdirdiyi kitabçasında bu dövrdə erməni
xalqının törətdikləri vəhşilikləri belə təsvir edirdi: «Şərəfsiz daşnak
«cümhuriyyəti»nin qısa dövründə Azərbaycan, Gürcüstan və
Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə
türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur,
Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk
kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də
yaddaşlardan silinməyib....Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik,
çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz
insanları öldürmə psixologiyası kök atmışdı» [218, s.4-6]. Erməni
vəhşiliyini erməni şahidlər özləri də yazır, etiraf edir, bu
qətliamlardan dəhşətə gəlirdilər.
1918-1920-ci illər hadisələrinin Cənubi Qafqazda yerli
əhalinin etnik tərkibinə təsirini Zəngəzur qəzasının nümunəsində
apardığı tədqiqatlarla izləyərək şərh edən rus tədqiqatçı
N.Q.Volkova yazırdı: “1897-ci ildə 137, 9 min əhalinin 71,2 mini
(51,7%) azərbaycanlılar, 63,6 mini (46,2%) ermənilər, 1,8 mini
(1,3%) kürdlər olmuşdur. 1922-ci ilin siyahıya alınmasına görə,
Zəngəzurda cəmi 65, 5 min nəfər yaşayırdı ki, bunun da 56,9 mini
(89,5%) erməni, cəmi 6,5 mini (10,2%) azərbaycanlı idi» [181,
s.13].
213
1917-1920-ci illərdə Zəngəzurda 10 mindən çox müsəlman
azərbaycanlı soyqırımına məruz qalmış, 50 mindən çox
azərbaycanlı bütün var-yoxunu itirərək qəzadan deportasiya edilmiş,
sonradan onların yalnız 5 mini öz vətəninə dönmüşdü. 1917-ci ildə
Zəngəzur qəzasında 123085 nəfər təşkil edən azərbaycanlıların
1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı təxminən 2,5
dəfə azalmışdı [138, s.243-244].
Zəngəzurun demoqrafik vəziyyətinə təsir göstərən amillərdən
biri də ağır maddi çətinliklər üzündən əhalinin bir hissəsinin çörək,
dolanışıq ardınca Bakıya köçməsi ilə bağlı idi. Məs, Zəngəzurun ən
böyük kəndlərindən olan Xinzirək kəndində 1886-cı il siyahıya
alınmasına görə 620 ailə yaşamışdı. 1903-cü il siyahıya alın-
masından məlum olur ki, bu kəndin 987 kişi, 305 qadın sakini
Bakının Qaraşəhər hissəsinə köçüb yaşamışdı [139, s.92-93].
Tədqiqatımız Zəngəzur bölgəsini əhatə etsə də, bu yarımfəslin
sonunda çar Rusiyasının Qafqaz işğalının, müstəmləkəçi imperiya
siyasətinin nəticəsi olan, XIX əsrin sonları və 1920-ci illərdə
bütünlüklə Azərbaycan ərazisində azərbaycanlı-tük və erməni
əhalisinin say nisbətinin, demoqrafik təkamülünün dəyişməsini əks
etdirən rəqəmlərlə diqqətə çatdırmağı, bununla rus-erməni işğalının
təkcə Zəngəzura yox, bütövlükdə ölkəmizə, xalqımıza gətirdiyi
faciələrin miqyasını, müdhiş mənzərəsini yaratmağı gərəkli sayırıq.
1897-ci ildə Azərbaycanda «müsəlmanların» sayı 1.375 min
nəfər, ermənilərin sayı isə 299 min nəfər idi. 1917-ci ilin sonunda
«müsəlman»ların sayı 1.830 min nəfər, ermənilərin sayı isə Rusiya
ordusunda müharibədə iştirak edən erməni əsgərləri ilə birlikdə 390
min nəfərdən çox deyildi. 1918-1921-ci illər ərzində baş verən
kataklizmlər nəticəsində Azərbaycanda «müsəlman»ların sayı
azalaraq 1.550 min nəfər, ermənilərin sayı isə 250 min nəfər
olmuşdur. Üstəlik onu da qeyd edək ki, sayını 1.550 min nəfər
müsəlman əhalisinin təxminən 50-100 min nəfərini həmin illərdə
daşnak Ermənistanından qaçqın düşmüş azərbaycanlılar təşkil
edirdi. 1917-ci ilin sonunda indiki Ermənistan ərazisində 310 min
nəfər azərbaycanlı yaşayırdısa, 1922-ci ildə həmin ərazidə cəmi 83
Dostları ilə paylaş: |