ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

 
 35
 
baycanı  zəbt  etmişdilər  [80,  s.55].  Burada  xristianlıq,  əliallahılıq, 
babilik və s. din və təriqətlər mövcud olmuşdu. 
1038-ci  ildə  meydana  çıxmış  Səlcuq-türk  dövlətinin  şanlı 
hökmdarı  Alp  Arslan  1065-ci  ildə  Qafan  şəhərini  tutaraq  Sünik 
knyazlığının mövcudluğuna son qoydu. 150 il davam edən səlcuqlu 
hökmranlığı  Zəngəzur  ərazisində  türk-islam  nüfuzunu  daha  da  ge-
nişləndirdi, bu yerlərdə çox sayda türksoylular məskunlaşdı. 
1206-cı  ildə  Çingiz  xan  tərəfindən  əsası  qoyulmuş  Monqol 
dövlətinin  işğalçı  qoşunları  Azərbaycana  II  səfəri  (1231-1239)  za-
manı 1236-cı ildə monqol-tatarlar Zəngəzuru da işğal etdi. Elxani-
lər, Hülakilər, Şeyx Həsən Çoban, Məlik Əşrəf, Əmir Əxicuq, Şeyx 
Üveys Cəlairin hökmranlığı dövrlərinə aid bütün yazılı məxəzlərdə 
Zəngəzurdakı  yer-yurdların  adı  keçir,  bu  yerlərin  qanlı  savaşlar 
meydanına  çevrildiyini  qeyd  edən  müəllif  1359-cu  ildə  Varzaqun 
yaxınlığında  Cəlairi  əmiri  Məhəmməd  bin  Müzəffər  tərəfindən 
məğlub edilən Əxicuqun böyük itki verərək Qafana qaçdığını, çoba-
nilərin Qafanda sığınacaq tapdığını qeyd edr, Qafan qalasının hərbi-
strateji  baxımdan  alınmaz  mövqeyi  olduğunu,  Əxicuqun  Qafana, 
ona ata kimi əziz olan Sədrəddin Qafaninin yanına getdiyini, Üvey-
sin onunla barışdığını yazır [107, s.33]. 
Mənbələrdə  Sünik  knyazlığı  bəzən  müstəqil  dövlət  kimi,  bir 
çox hallarda isə Arran dövlətinin tərkibində knyazlıq və yaxud ya-
rım  müstəqil  knyazlıq  kimi  göstərilir.  «Sünik»,  «Sisakan»  ərazisi-
nin,  yaxud  Syuni,  Sisqan  xalqının  özünəməxsus  dili,  xaçpərəst  və 
atəşpərəst əhalisi vardı. Sünik əhalisi, başda hökmdar Vasak olmaq-
la, V əsrin ortalarında xristianlığın yayılmasına müqavimət göstərir-
di. Sünik etnik və dil cəhətdən albanlara yaxın idi. Çoxsaylı mənbə-
lərdən məlumdur ki, Arranın öz dili və xalqı var idi, yəni Arranda 
artıq vahid dili olan xalq yaşayırdı. Bu, ərəblər tərəfindən arran dili 
adlandırılan alban dili idi. Bütün bunlar M. Kalankatlının əsərində 
də öz təsdiqini tapır [97, s. 33]. 
Qısa deyə bilərik ki, Zəngəzur ərazisi tarixən müəyyən fasilə-
lərlə e.ə. IV əsrdən b.e. VIII əsrinə qədər Alban dövləti və Sasani 
imperatorluğunun, VII-IX əsrlərdə Ərəb xilafətinin, IX-XI əsrlərdə 


36 
Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin, XII-XIII əsrin əvvəl-
lərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hüla-
külər  dövlətinin,  XIV  əsrin  sonu  XV  əsrin  əvvəllərində  Cəlairilər 
dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qaraqoyunlu və Ağ-
qoyunlu dövlətlərinin tərkib hissəsi olmuşdur. XVI əsrin başlanğı-
cında Azərbaycanda mərkəzləşmiş dövlətin  yaranması  ilə əlaqədar 
olaraq  Zəngəzur  ərazisi  də  Səfəvi  dövlətinin  tərkibinə  qatılmışdır. 
XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsr-
lərin qovşağında Səfəvi imperiyasının zəifləməsi ilə əlaqədar 1590-
1612 və 1724-1735-ci illərdə qısa müddət ərzində Osmanlı idarəçi-
liyi altına düşən Zəngəzur ərazisi xanlıqlar zamanında əsasən Qara-
bağ  xanlığının  hakimiyyəti  altında  olmuşdur.  Artıq  yuxarıda  qeyd 
olunduğu kimi, XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan 
Zəngəzur rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quber-
niyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respub-
likasının qəzalarından biri olmuşdur [65, s.54-58]. 
 
 
1.2. Zəngəzur oğuz türklərinin qədim məskənidir 
 
Dövlətimizin başçısı, möhtərəm Prezident İlham Əliyevin bu 
fikirləri təkzibolunmaz elmi-tarixi həqiqəti əks etdirir:  «Məsələnin 
tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi 
qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar 
ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər 
boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş 
məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri or-
taya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı 
da möhkəmləndiririk. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. 
Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin 
toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki 
Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşə-
lidir. Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və 


 
 37
 
bundan  sonra  da  bu  torpaqda  yaşamalıdır.  Biz  bunu  təmin  edəcə-
yik»[232]. 
Adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşamışla-
rın ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli 
toponimlərin  mütləq  çoxluğu  da  bu  fikri  təsdiqləyir.  Bəzi  erməni 
alimləri  obyektiv  mövqedən  çıxış  edərək  «Zəngəzur»  sözünün  er-
məni sözü olmadığını qeyd edirlər. Nisbətən obyektiv orta əsr ermə-
ni  tarixçiləri  həqiqətə  bir  qədər  yaxın  gələrək  «Zəngəzur»  sözünü 
«Zanqedzor», yəni Zəngi dərəsi anlamında izah etməyə çalışırdılar. 
Belə izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələ-
rində  erməni  mənşəli  termin  («dzor»  ermənicə  «dərə»  deməkdir  – 
H.A)  kimi  vurğulamağa  cəhd  göstərildiyinə  baxmayaraq,  əslində 
«Zəngəzur» toponiminin nə ermənilərə, nə də onların «dzor» sözünə 
heç bir dəxli yoxdur. Toponimin adındakı «zəngi» leksik vahidi türk 
tayfa  adıdır.  Türkdilli  respublikalarda  və  Azərbaycanın  çoxlu  yer 
adlarında bu oğuz-türk tayfasının izləri yaşayır; Zəngiçay, Zəngitə-
pə,  Zəngərik,  Zəngişamlı,  Zəngənə,  Zəngilan,  Zəngəran,  Zəngənə, 
Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, 
Zəngilli, Zəngi çayı və b. [140 s.4-6]. Mahmud Kaşğari, Fəzlullah 
Rəşidəddin, Abbasqulu ağa Bakıxanov, Əbdülqazinin və b. əsərlə-
rində, habelə bir çox digər  yazılı mənbələrdə  «zəngi»  etnoniminin 
adı  çəkilir.  Zəngi  tayfaları  Azərbaycan  Atabəylər,  Səfəvilər  haki-
miyyətlərinin əsas sütunlarından olub. Mənbələrdə ərəb xəlifəsi ilə 
Mosulun  çox  nüfuzlu  atabəyi  olmuş  Zəngi  haqqında  məlumatlar 
vardır [140 s.4-6]. 
Bir  sıra  tədqiqatçıların  fikrincə,  Zəngəzurdakı  ikinci  leksem 
ərəbcə «sur» dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir 
(dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib – H.A.). Bu ad 
ərazinin relyefini düzgün səciyyələndirir – yəni zəngilərin yaşadığı 
dağlıq yer. Zəngəzur ərazisindəki adların da bir çoxunda sur-zur-zor 
daşlaşıb qalıb [140, s.5]. Fikrimizcə, bu, çox aydın və əsaslı, ağlaba-
tan izah olub qəbul olunmalı etimologiyadır. Belə olduğu halda, bu 
toponimi erməniləşdirə bilməyənlərin internet səhifələrində də yay-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə