Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

stana  keçir.  Ancaq  sömürgəçiliyə  (müstəmləkəçiliyə) qarşı  çıxdığı­
na  görə  ingilislər  tərəfindən  burada  həbsxanaya  salmır.  Həbsdən 
buraxılandan sonra ABŞ-da, Londonda,  Parisdə oldu. Parisdə qə­
zet  çıxartdı  (Məhəmməd  Əbduh  ilə  birlikdə).  Buradan  Rusiya və 
trana keçdi. İranda olarkən ölkədən  xaric edildi.  Nəhayət,  1892-ci 
ildə Əbdülhəmid xan onu Türkiyəyə çağırdı. Əfqani ömrünün axı­
rma qədər İstanbulda yaşadı.  1897-ci ildə burada öldü.
Cəmaləddin  Əfqani  imperializmə,  sömürgəçiliyə qarşı  barış­
maz  mübarizə  aparırdı.  O,  bütün  müsəlman  xalqlarını  Osmanlı 
dövlətinin  rəhbərliyi  altında  birləşməyə  çağırırdı.  Əfqani  irəli 
sürürdü  ki,  yalnız  bu  yolla  əldə  edilən  İslam  birliyi  imperializmə 
qarşı müvəffəqiyyətlə mübarizə apara bilər. Cəmaləddin Əfqaninin 
fikirləri  və  fəaliyyəti  milli  şüurun  güclənməsinə  böyük  təsir  gös­
tərdi.
Bu  işıqlı  zəkaya  malik  olan  adam  bir  sıra  dəyərli  əsərlər 
yazmışdır.
23. 
David  Leon  Kain  (1841-1900) 
görkəmli  fransız  türko­
loqu və romançısıdır.  Milliyyotcə yəhudidir.
1878-ci  ildə D.L.Kain  Suriyaya səfərə çıxır və üç il Suriya və 
ona yaxın  yerlərdə elmi  araşdırmalar aparır.  Bu  zaman  onda türk 
dilinə  və  türk  tarixinə güclü  maraq  yarandı.  Bu məsələlər ilə  bağlı 
bir sıra elmi əsərlər yazdı.  L.Kain türk dili və tarixi haqqında yazı­
larını  Amerika  jurnallarında  çap  etdirirdi.  1873-cü  ildə  birinci 
Beynəlxalq  şərqşünaslar  konqresində  çıxış  etdi.  Ümumiyyətlə, 
onun  türk  dili  və  tarixi  sahəsində  elmi  və  ədəbi  fəaliyyəti  1876-cı 
ildən  (ilk  Konstitusiyanın  elanından)  sonrakı  dövrdə türk  elmi  və 
ədəbi  çevrəsində, türk düşüncəsində böyük təsir yaratdı.  Ancaq  iki 
əsəri Turançılıq və Türkçülük  fikirlərinin, türk  milli  şüurunun inki­
şafında  çox  böyük  rol  oynadı.  Bu  əsərlərdən  birincisi  1876-cı  ildə 
nəşr edilən  «Göy  Sancaq»,  sonra  isə  «Göy  Bayraq»  adları  ilə türk 
dilinə  çevrilmiş  romandan,  ikincisi  isə  1886-cı  ildə  fransızca  çıxan 
və türk  dilinə  çevrilərək  «Asiya  tarixinə  giriş.  Türklər və  Monqol­
lar» adı ilə nəşr edilən tarix əsərindən ibarətdir.
Türklər  ilə  bağlı  başqa  bir  romam  isə  «Yeniçəri  Hasaıı»dır 
(1891).  1893-1900-cü  illərdə  nəşr  edilən  12  cilddən  ibarət 
«Dördüncü yüzildən günümüzə qədər ümumi tarix»in  11 -ci cildində 
Türkiyə bölümünü də L.Kain yazmışdır.
Cümhuriyyət  dövründə Türkiyədə  dil  və  əlifba  sahəsində  is­
lahatlar  keçirilərkən  L.Kainin  1873-cü  ildə  Beynəlxalq  şərqşünas­
lar  konqresinə  verdiyi  məlumatın  əhəmiyyəti  daha  da  artdı. 
Atatürkün tapşırığı ilə «Fransa ari dilləri qabaqlamış olan ləhcənin
150
Turan  mənşəyi»  adı  altında  türk  dilinə  çevrildi.  «Günəş-dil  nəzə- 
riyyəsi»nin  meydana  çıxmasında  konqresə  verilən  bu  məlumatın 
rolu oldu.
24.  Nəcib  Asim  Yazıksız  (1861-1935)  göz  önünə  tutulur. 
Nəcib Asim Türkçülük, millət ülküsü uğrunda  yorulmadan  müba­
rizə  aparmış  mütəfəkkirlərimizdən  biridir.  Nəcib  Asim  bəy  hərbi 
məktəbdə  oxumuş,  bir  müddətdən  sonra  hərbi  xidmətdən  ayrıl­
mışdır.  1908-ci  il  Gənc  Türklər  inqilabından  sonra  Nəcib  Asim 
bəyin  çalışmaları  daha  coşqun  xarakter aldı.  İstanbul  Universite­
tinin  professoru  oldu,  türk  tarixi və türk dili  tarixindən  dərs dedi. 
1908-ci  ildə onun  başçılığı  ilə «Türk  Dərnəyi»  («Türk  cəmiyyəti») 
yaradıldı  və  1909-cu  ildə  isə  eyni  adda jurnal  nəşr  edildi.  Nəcib 
Asimin  başçılığı  ilə  nəşr edilən  «Türk  Dərnəyi» jurnalı  dilin  sadə­
ləşdirilməsi uğrunda mübarizə apardı.
Nəcib  Asim  bəy  bir çox elmi  əsərlər,  o  cümlədən  məktəblər 
üçün  kitablar yazmışdır.  Ümumiyyətlə,  onun  40-a qədər əsəri  nəşr 
edilib.  L.Kainin  ünlü  «Göy  Bayraq»  romanını  və  «Asiya  tarixinə 
giriş»i  ilk  dəfə  türk  dilinə  çevirən  Nəcib  Asim  bəy  idi.  O,  fransız 
dilini dərindən bilirdi.
Türk  tarixinə və  Türk  ülküsünə  dair «İqdam»  qəzetində çap 
etdirdiyi  məqalələr  böyük  maraq  doğurmuşdu.  Digər  mətbuatda 
da fəal çıxış edirdi.
Nəcib Asim bəy  1935-ci ildə 74 yaşında öldü.
25.  Jümalist-qəzetçi  Əhməd  Cevdət  bəy  1862-ci  ildə  İstan­
bulda  anadan  olmuşdur.  Bütün  həyatı  boyu  Türkçülük  ülküsü 
uğrunda çalışmışdır.
Əhməd  Cevdət  bəy  1894-cü  ildə  «İqdam»  qəzetinin  nəşrinə 
başladı.  «İqdam»  dövrün  ən  ünlü  qəzetlərindən  biri  oldu.  Uzun 
müddət  qəzetin  nəşrinə  başçılıq  etdiyinə görə  Əhməd  Cevdət  bəyə 
«İqdamçı»  adı  verildi,  «ittihad  və  Tərəqqi»  partiyasına  qarşı 
müxalifətdə  olduğuna  görə  1909-cu  ildə  xaricə  getməyə  məcbur 
oldu və Türkiyədə Respublika dövrünə qədər İsveçrədə yaşadı.
Nəşriyyat işində bəzi texniki yenilikləri Türkiyəyə ilk  dəfə gə­
tirən Əhməd Cevdət bəy idi.
1935-ci ildə Ankarada vəfat etmişdir.
26.  Əmrullah  əfəndi  (1858-1914)  maarifçi  və  dəyərli  filosof 
alimlərdən  biridir.  1902-ci  ildə «Mühit-ül maarif»  (Maarif mühiti) 
adlı bir ensiklopediya hazırlayıb nəşr etdirdi.  İkinci Əbdülhəmidin 
təzyiqinə  görə  xaricə  getdi.  1908-ci  il  inqilabından  sonra  vətənə 
qayıtdı və millət vəkili seçildi, iki dəfə maarif naziri oldu, universi­
tetdə dərs dedi.
151


27. Fuad  Raif (Kösoraif) bəy (1872-1949) türk dilindən bütün 
yabançı  sözlərin  çıxarılmasını  irəli  sürən  təmizləməçilərin  öncüllə­
rindən  (liderlərindən)  biridir.  Fuad  Raif bəy  1909-cu  ildən  nəşrə 
başlayan  «Türk  Dəməyi» jurnalında öz görüşlərini təbliğ edən  ya­
zılar ilə fəal iştirak edirdi. Sonralar o, mövqeyini bir qədər yumşal­
tdı.
28.  Təsfiyəçilik.  Ərəbcə  «təsfiyə  (tasfiyə)»  sözündəndir.  Ço- 
xanlamlıdır.  «Təsfıyə»nin  bir anlamı  da  «saflaşdırma»,  «arıtma», 
«durulaşdırma»,  «təmizləmə»dir.  Yəni  hər  hansı  bir  şeyin,  bir 
ictimai  hadisənin  başqa,  yabançı  ünsürlərdən  təmizlənməsi. 
Z.Göyalp  da  bu  anlamda  işlətmişdir.  «Təsfiyəçi»  dedikdə  isə  bu 
cür təmizləmə işinin  tərəfdarı başa düşülür. Buna görə biz «təsfiyə- 
çi»nin qarşılığı olaraq «ləmizləməçi» sözünü işlətdik. «Təsfiyəçiliy- 
in» qarşılığı isə «təmizləməçilik» olur. Söhbət dildən getdikdə, yəni 
«dildə təsfıyəçilik-tomizloməçilik» dedikdə isə dilin  başqa, yabançı 
ünsürlərdən  təmizlənməsi  işi  başa  düşülür.  «Saflaşdırmaçılıq», 
«saftürkcəçilik», «an dilçilik» də bu anlamdadır.
29.  Ekseranto: bütün millətlərin asanlıqla istifadə edə bilməsi 
üçün  1887-ci ildə  polyak həkim  L.Zamenhof tərəfindən yaradılmış 
süni dil,  «Esperanto»  ispancadır,  L.Zamenhofun  ləqəbi idi (dok­
tor Esperanto).
30.  Qəzetçi  və  yazıçı  Ali  Kamal  (1869-1922)  İstanbuldakı 
siyasi fəaliyyətinə görə  1889-cu ildə Hələbə sürgün edilmiş və orada 
beş  il  müəllimlik  etmişdi.  İstanbula  qayıtdıqdan  sonra,  1894-cü 
ildə Parisə qaçdı.  Oradan  Brüsselə, sonra Qahirəyə gəldi. Qahirədə 
olarkən  orada  «Türk»  qəzetini  nəşr etməyə  başladı. Əli Kamal  İs­
tanbulda çıxan «İqdam» qəzetində də yazılar dərc etdirirdi.
1908-ci  ildə  stanbula  qayıtdı.  «İttihad  və Tərəqqi» partiya­
sına  qarşı  çıxdı,  «Iqdam»da  partiyanı  tənqid  edən  yazılar  çap  et­
dirdi.  O, milli-azadlıq  hərəkatına və onun öncülərinə-liderlorino də 
mənfi münasibət bəsləyirdi.  Türkçülərə qarşı çıxan Əli  Kamal mil­
li-azadlıq hərəkatının  qələbəsindən  sonra yaxalandı  və  1922-ci  ilin 
noyabr ayında İzmitdə Linç mühakiməsi ilə cəzalandırıldı.
31.  Görkəmli  tarixçi,  yazıçı  və  siyasi  xadim  Yusif  Akçura 
1876-cı ildə Simbirskdə anadan olmuşdur. Kiçik yaşlarında atasını 
itirdikdən  sonra,  1883-cü  ildə  anası  ilə  birgə  İstanbula  gedir. 
İstanbulda ilk və orta təhsil aldıqdan sonra ali hərbi məktəbə girdi. 
Təhsil  illərində Avropadakı  Gənc Türklər ilə əlaqəsinə görə  Liviy­
aya, Tripoli şəhərinə sürgün edildi. Ancaq oradan Parisə (yoldaşla­
rı Əhməd,  Fərid və Zühdü ilə birlikdə)  qaçır.  Parisdə siyasi elmlər 
məktəbinə girir.  Bu  təhsil  illərində  Gənc  Türklərin  Paris  və  Qahi­
152
rədə çıxan  «Məşvərət»  və «Şurayi-Ümmət» qəzetlərində  tez-tez çı­
xış edir.
Yusif Akçura  Parisdə təhsilini  başa  çatdırdıqdan  sonra  Ka­
zana  gəldi.  Kazanda  olarkən  özünün  ünlü  «Üç  tərzi-siyasət»  (Üç 
siyasət yolu) adlı məqaləsini Qahirədə çıxan «Türk» qəzetində nəşr 
etdirdi:  Bu məqalədə Osmanlıçılıq,  tslam birlikçiliyi və Türkçülük 
axımları (cərəyanları) araşdırılır və ən doğru yol kimi sonuncu gö­
stərilirdi.  Yusif Akçura İsmail  bəy Qaspıralınm «Tərcüman» qəze­
tində də fəal çıxış edirdi.
1908-ci  ildə  yenidən  İstanbula  qayıdır  və  burada  həmin  il 
Nəcib Asim, Əhməd  Midhəd, Əmrullah əfəndi, Vələd Çələbi,  Bur- 
salı Tahir; Qorxmazoğlu Cəlal, Əhməd Fərid,  Fuad  Raif,  Rza To­
fiq,  Müvərrih  Arif  və  Akyigidoğlu  Musa  ilə  birlikdə  ilk  Türkçü 
təşkilat olan «Türk  Dəınəyi»nin yaradılmasında iştirak  edir.  Uzun 
müddət  «Türk  Yurdu» jurnalının  («Türk  Ocağı» cəmiyyətinin  or­
qanı) redaktoru oldu.
Yusif Akçura Türkiyə milli-azadlıq  hərəkatında  (1918-1922) 
fəal  iştirak  eldi.  İstanbulda,  Ankarada  Üniversitetin  hüquq  fakül­
təsində tarixdən dərs dedi. Türkiyə  Böyük Millət  Məclisinə seçildi. 
1932-1935-ci illərdə Türk tarix qurumuna başçılıq etdi.
Olduqca  dəyərli  əsərlərin  müəllifidir:  1.  Şurayi  ümmətdə  çı­
xan məqalələrim  (1910); 2.  Üç tərzi-siyasət (1911);  3.  Siyasət və iq­
tisad (1924); 4. Türk, german və slavyan xalqları arasındakı müna­
sibətlər və s.
Böyük  şəxsiyyət  olan  Yusif Akçura  1935-ci  ildə  İstanbulda
öldü.
32. 
Azərbaycanın  böyük mütəfəkkirləri Əhməd bəy  Ağaoğlu 
Parisdən  1893-cü  (başqa  bir  bilgiyə  görə  1894-cü)  ildə,  Əli  bəy 
Hüseynzadə isə  1904-cü ildə  İstanbuldan  Bakıya  gəldi.  Əli  bəy  İs­
tanbul  ali  hərbi  tibb  məktəbində,  Əhməd  bəy  isə  Parisdə  hüquq 
məktəbində  və  Sarbonna  Universitetində  təhsil  almışdı.  Əhməd 
bəy  Ağaoğlu  1897-ci  ildə  «Kaspi»  qəzetinin  redaktoru  olur.  1905- 
ci  ildə  isə  Əli  bəy  Hüesynzadə  və  Əhməd  bəy  Ağaoğlu  «Həyat» 
qəzetinin  redaktoru  olurlar.  Ancaq  tezliklə  birgə  əməkdaşlıqdan 
ayrılırlar. Əhməd bəy  1909-cu ilə qədər «İrşad» və «Proqrcs» («Tə­
rəqqi»)  qəzetlərinin  redaktoru,  Əli  bəy  isə  «Kaspi»nin  müvəqqəti 
redaktoru kimi çalışırlar.  Əli bəy bir qədər sonra «Füyuzat» jurna­
lının  nəşrinə  başçılıq  edir.  1908-ci  il  Gənc  Türklər  inqilabından 
sonra  hər ikisi  də  (Əhməd  bəy  1908  və  ya  1909-cu  ildə,  Əli  bəy -  
1910-cu  ildə)  Türkiyəyə  qayıtdı.  Bakıda  onlar  milli  şüurun  oyan­
ması və inkişafı yolunda qızğın fəaliyyət göstərmişdilər.
153


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə