Ziyaos-salehin
az.ziaossalehin.ir
sənəd və mətn cəhətindən yanlış və səhv saymışlar. O
cümlədən, o kitablarda olan bir çox hədislərin elm və dinlə
müxalif olduğunu bildirmişlər.
səh:105
Bir qrup şəxslər də təəssübkeşliyi kənara ataraq, həqiqət
nöqteyi-nəzərindən Buxari və Müslimün şəxsiyyəti barədə
təhqiqat aparmışlar.
Beləliklə, bu kitabın səhifələrində bu həqiqət açıqlanacaq, bu
iki kitabın mahiyyəti və onların müəlliflərinin şəxsiyyəti
həqiqət axtaranlara aydın olacaqdır.
Öncə, etimadlı əhli-sünnə alimlərindən bir neçə nəfərin bu iki
kitab barədə apardıqları araşdırmalardan sonra söylədikləri
nəzərləri nəzərinizə çatdıracağıq. Çünki, bəziləri bizim bir şiə
yazarı olaraq bu kitabların tənqid etdiyimizi düşünə bilərlər.
Məlum olduğu kimi, sünni məzhəbinin alimləri bu yolda
bizdən öncə təhqiqatlar aparmiş, açıq-aydın bu kitabların bir
çox hədislərinin düzgün olmamasında bizdən qabağa
düşmüşlər. Belə şəxslərin arasında hədis alimləri və “səhiheyn”
kitablarını şərh edən hörmətli və böyük alimlər də müşahidə
olunur.
Onların böyük elmi məqamları və apardıqları təhqiqatlar
nəticəsində bu iki kitab barədə olan nəzərlər həqiqəti daha da
işıqlandırmışdır. Belə şəxslərdən Məhəmməd ibn Yəhyanı ,
)1(
rical və hədis elmində ustad olan Əbu Zər`əni, “Səhihi-Buxari”
və “Səhihi-Müslim” kitablarına şərh yazmış Fazil Nəvəvini,
İbn Həcəri, Qazi Əbu Bəkr Baqilanini, İmam Qəzalini, İbn
Həmmamı, Şeyx Məhəmməd Əbduh və onun ustadı Seyyid
Məhəmməd Rəşid Rza Misrini, professor Əhməd Əmini,
Ziyaos-salehin
az.ziaossalehin.ir
Müsliməni və s.. bunun kimi başqa əhli -sünnə alimlərinin
adlarını çəkmək olar.
Beləliklə, hədis və rical elmlərində mahir olan ustad və
alimlərin bir neçəsinin “Səhihi-Buxari” və “Səhihi-Müslim”
kitabları barədə olan nəzərlərini əziz oxucularımıza təqdim
edirik.
səh:106
1
-
[
1
]
-
Məhəmməd ibn Yəhya Zohəli adı ilə məşhurdur .
Səhiheyn Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində
İbn Xəlləkan deyir: - “Zohəli ləqəbi ilə tanınmış Məhəmməd
ibn Yəhya böyük və şəxsiyyətli alimlərdən biri, hədis əhlinin
tanınmış əzbərçilərindən, Buxari və Müslimün, Əbu Davudun,
Termizinin, Nəsai və İbn Macənin ustadı olmuşdur
)1(
.”
Zohəli bir şəxsdir ki, Əhməd ibn Hənbəl öz övladlarına və
şagirdlərinə əmr etmişdir ki, ondan hədis və elm öyrənsinlər
)2(
.
Xətib Bağdadi deyir: “Zohəli və kəlam alimlərinin bir çoxu
Qurani-Kərimin kəlmələrinin qədim
)3(
olmasına etiqadlı
olmuşlar. Öz müxaliflərini isə bu kəlami bəhsdə kafir və
mürtəd sayırdılar. Onlar deyirdilər ki: belə bir əqidəyə malik
olan şəxsin həyat yoldaşı ondan ayrılmalı, özü isə tövbə
etməlidir. Əgər tövbə etməsə, gərək boynu vurulsun və mal-
dövləti müsəlmanlar arasında bölünsün. Həmçinin, cənazəsi
müsəlman qəbristanlığında dəfn olunmamalıdır. Hər kəs bu
məsələdə sakit dayansa və Qurani-Kərimin mübarək
Ziyaos-salehin
az.ziaossalehin.ir
kəlmələrinin iki yoldan (qədim və ya məxluq olmasında) birinə
inanmasa o da, kafir və mürtəd sayılır.
Əgər bir kəs Quranın kəlmələrinin məxluq olmasını düşünsə,
onun da əqidəsi xarabdır. Belə bir şəxslə bir məclisdə oturmaq
olmaz.
səh:107
1
-
[
1
“ . ]
Vəfəyatul-əyan”, 4-cü cild, səh. 282; Qeyd etmək
lazımdır ki, Buxari öz səhihinin oruc bölümü;nda və s. otuza
yaxın yerlərdə Zohəlidən (Məhəmməd ibn Yəhya Zohəlidən)
hədis nəql etmişdir. Lakin, heç vaxt onun məşhur “Zohəli”
ləqəbini qeyd etməmişdir. Bəzən Məhəmməd və bəzən isə
Məhəmməd ibn Əbdullah ibarətləri ilə yazmışdır. Bu ədavətin
səbəbi Zohəlinin Buxari barəsində olan ”küfr dastanı”-dır ki,
Buxari Nişapurdan sürgün olundu. Lakin hədisləri bu
hadisədən öncə öyrəndiyinə görə onları kitabında qeyd etmiş
ancaq, Zohəlinin adını yazmaqda isə səhlənkarlıq etmişdir .
2
-
[
2
“ . ]
Tarixi Bağdad”, 4-cü cild, səh. 416 ;
3
-
[
3
. ]
Qədim və məxluq o zamanın mübahisəli əqaid
bəhslərindən biridir. (Mütərcim) .
Təsadüfən Buxari, o günün kəlam alimlərinin əksinə olaraq,
Qurani-Kərimin mübarək kəlmələrinin məxluq olmasına
inanırdı. Buna görə də Nişapura daxil olduqdan sonra orada
dini rəhbərlik məqamına malik olan Zohəli əmr etdi ki: “Buxari
olan məclisdə heç kəsin haqqı yoxdur iştirak etsin. Əgər bir kəs
Buxarinin məclisinə gələrsə, onu ittiham edin. Çünki onunla,
onun əqidəsində olanlardan başqa heç kəs yoldaşlıq etmir.”
Dostları ilə paylaş: |