Ziyaos-salehin
az.ziaossalehin.ir
Təbəri deyir: Hicrətin iyirmi doqquzuncu ilində Osman
camaatla həcc mərasimində idi. Minada çadır qurdu. Bu,
Osmanın Minada qurduğu birinci çadır idi. Təbəri sonra əlavə
edir:
Vaqidi İbn Abbasdan nəql etmişdir ki: Camaatın ilk dəfə
Osmana açıq şəkildə tutduqları iradı bu oldu ki, həcc səfərində
Minada qıldığı iki rükət namazı xilafətin altıncı ilində dörd
rükət qılmağa başladı. Peyğəmbərin (s) bir çox səhabələri
həmin mövzuya irad tutdular. Bir qrup səhabələr isə bu barədə
Osmanla söhbət etmək üçün onun yanına gəldilər. Hətta Əli ibn
Əbi Talib də başqa bir dəstə ilə onun yanına gəldi və dedi:
Osman! Allaha and olsun təzə bir iş olmayıb və Peyğəmbərin
dövründən də çox zaman keçməyib. Sən özün Peyğəmbərin
zamanında olmusan və Minada onun iki rükət namaz qıldığını
da görmüsən. Osman! Sən də Minada dörd rükətli namazları iki
rükət qılırdın. İndi bilmirik nə oldu ki öz fikrini dəyişdin?
Osman Əmirəl möminin Əlinin cavabında dedi: Belə məsləhət
gördüm və belə bir fikrə əməl etdim
)1(
" ُهُتْیَأَر یأَر :َلاَقَف" :
Müqayisə və nəticə
Biz burada Allah və onun Rəsulunun (s) açıq-aşkar buyurduğu
kəlamın qarşısında olunan ictihad və nəzərlərin on nümunəsini
qeyd elədik. Həmçinin “Səhiheyn”də söylənilən hökmləri
müdafiə edib xəlifəliyin fəlsəfəsini bərpa etmək! barəsində
olan bəzi həqiqətləri nəql etdik. Elə bir həqiqətlər ki, İbn Əbil
Hədidi Əli (ə) ilə digər xəlifələrin tutduğu yolu bir-biri ilə
müqayisə edib belə bir sözü deməyə vadar etmişdir:
səh:592
Ziyaos-salehin
az.ziaossalehin.ir
1
-
[
1
“ . ]
Təbərinin tarixi”, hicrətin iyirmi doqquzuncu ilinin
hadisələri; (Zikrul-xəbəri ən səbəbi əzli Osmani Əba Musa əl-
Əşəri əni-Bəsrə) ;
Əli ibn Əbi Talib (ə) cəmiyyəti idarə etmək və tədbir tökmək
baxımından çox ali bir səviyyədə və bütün şəxslərdən üstün bir
məqamda olmuşdur. Çünki o həmin şəxs idi ki, ikinci xəlifəni
çətin işlərində və döyüşlərdə yol göstərirdi. Həmçinin Osmana
nəsihət edən ona məsləhət verən də o idi. Əgər Osman bu
məsləhətlərə və nəsihətlərə əməl etsəydi onun qətlinə səbəb
olacaq hadisələr baş verməzdi”.
İbn Əbil Hədid sonra belə deyir: “Əgər Əli ibn Əbi Talibi bir
çox düşmənlərinin arasında düzgün tədbir tökməməyinə və
uzaq fikirli olmamasına görə müttəhim olunduğunu görsək bu
ona görədir ki, O həzrət bütün əməllərində qanuna və dini
proqrama söykənmişdir. Məzhəbi əmrin əleyhinə kiçik addım
belə atmazdı. Heç vaxt İslam qanunlarının çərçivəsindən xaric
olmazdı. Buna görə də özü belə deyərdi: “Əgər din və qorxu
Allahdan olmasaydı, mən ərəb dünyasının ən zirək kişisi
olardım.” Amma başqa xəlifələr belə bir məhdudiyyətə sahib
deyildilər. Əksinə məsləhət bildikləri və işlərinin inkişafını ona
bağlı olduğunu görürdülərsə istər bu addım dinin qanunları ilə
uyğun olsun istərsə də olmasın o an onu yerinə yetirirdilər:
ْرَّشلِل ًاقِفَوُم َناَک ٌءاَوَس ُهُفِقْوَتْسَی َو ُهُحِلصَتْسَی اَم یِضَتْقُمِب ُلَمْعَی َناَک ِءاَفَلُخْلا ْنِم ُهُرْیَغ َو
ِع
ْمَأ
ْنُکَی ْمَل
"
O, bu müqayisələrdən sonra belə nəticə alır: “Şübhə yoxdur ki,
ictihad üzündən və öz nəzərinə əməl edib günün məsləhətlərinə
mane olan qayda-qanunlara laqeyid yanaşan kəsin dünyadakı
vəziyyəti nizamlı olacaq və öz məqsədlərinə sarı daha çox
Ziyaos-salehin
az.ziaossalehin.ir
hərəkət edə biləcəkdir. Amma qayda-qanunlara əməl eləyən
şəxsin isə dünyadakı işləri qarma-qarışıq və zahiri baxımdan
inkişafı olmayacaqdır”.
Rəsuli-Əkrəmin (s) uzaq görənliyi və əvvəlcədən xəbər
verməsi
Allahın Rəsulu (s) həyatda olan zaman özündən sonra
səh:593
müsəlmanlar arasında baş verəcək cürbə-cür hadisələri
qabaqcadan xəbər verərdi.
Bəni Üməyyənin
)1(
zalimanə hakimiyyətindən, Xəvariclərin
meydana çıxması və onlrın Əli (ə)
)2(
tərəfindən
öldürülməsindən, Əmmar Yasirin“ ”ٌهَیِغاَب ٌهَئِف“ təcavüzkar və zalım
qrup
)3(
”tərəfindən qətlə yetirilməsindən və nəhayət İslam
hökmlərində baş verəcək cürbə-cür təhriflərin və bidətlərin
qarşıya çıxacağından xəbər vermişdir. Həmçinin bir dəstə
müsəlmanların dönüb mürtəd olmalarından və azmalarından
xəbərdar etmişdir. Bu hadisələrin hamısına öz dərin təəssüfünü
və narahatçılığını bildirmişdir. Bütün bu məsələlər “Səhiheyn”
kitablarında nəql olunmuşdur.
Ancaq biz, burada ötən bəhslərimizə münasib olan və
“Səhiheyn” kitablarında qeyd olmuş təhriflər və dindən dönmə
məsələlərinin mövzusuna başlayacaq, bu iki mövzu barədə bir
neçə hədis nəql etməklə kifayət edəcəyik:
Mürtəd olma və dindən dönmə