Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə220/226
tarix26.10.2018
ölçüsü4,34 Mb.
#75697
1   ...   216   217   218   219   220   221   222   223   ...   226

Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Təbəri  deyir:  Hicrətin  iyirmi  doqquzuncu  ilində  Osman 

camaatla  həcc  mərasimində  idi.  Minada  çadır  qurdu.  Bu, 

Osmanın Minada qurduğu birinci çadır idi. Təbəri sonra əlavə 

edir: 


Vaqidi  İbn  Abbasdan  nəql  etmişdir  ki:  Camaatın  ilk  dəfə 

Osmana açıq şəkildə tutduqları iradı bu oldu ki, həcc səfərində 

Minada  qıldığı  iki  rükət  namazı  xilafətin  altıncı  ilində  dörd 

rükət  qılmağa  başladı.  Peyğəmbərin  (s)  bir  çox  səhabələri 

həmin mövzuya irad tutdular. Bir qrup səhabələr isə bu barədə 

Osmanla söhbət etmək üçün onun yanına gəldilər. Hətta Əli ibn 

Əbi  Talib  də  başqa  bir  dəstə  ilə  onun  yanına  gəldi  və  dedi: 

Osman! Allaha and olsun təzə bir iş olmayıb və Peyğəmbərin 

dövründən  də  çox  zaman  keçməyib.  Sən  özün  Peyğəmbərin 

zamanında olmusan və Minada onun iki rükət namaz qıldığını 

da görmüsən. Osman! Sən də Minada dörd rükətli namazları iki 

rükət  qılırdın.  İndi  bilmirik  nə  oldu  ki  öz  fikrini  dəyişdin? 

Osman Əmirəl möminin Əlinin cavabında dedi: Belə məsləhət 

gördüm və belə bir fikrə əməl etdim

)1(

" ُهُتْیَأَر یأَر :َلاَقَف" : 



Müqayisə və nəticə  

Biz burada Allah və onun Rəsulunun (s) açıq-aşkar buyurduğu 

kəlamın qarşısında olunan ictihad və nəzərlərin on nümunəsini 

qeyd  elədik.  Həmçinin  “Səhiheyn”də  söylənilən  hökmləri 

müdafiə  edib  xəlifəliyin  fəlsəfəsini  bərpa  etmək!  barəsində 

olan bəzi həqiqətləri nəql etdik. Elə bir həqiqətlər ki, İbn Əbil 

Hədidi  Əli  (ə)  ilə  digər  xəlifələrin  tutduğu  yolu  bir-biri  ilə 

müqayisə edib belə bir sözü deməyə vadar etmişdir: 

səh:592 

 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



1

-

 [



1

“  .  ]


Təbərinin  tarixi”,  hicrətin  iyirmi  doqquzuncu  ilinin 

hadisələri; (Zikrul-xəbəri ən səbəbi əzli Osmani Əba Musa əl-

Əşəri əni-Bəsrə) ;  

Əli ibn Əbi Talib (ə) cəmiyyəti idarə etmək və tədbir tökmək 

baxımından çox ali bir səviyyədə və bütün şəxslərdən üstün bir 

məqamda olmuşdur. Çünki o həmin şəxs idi ki, ikinci xəlifəni 

çətin işlərində və döyüşlərdə yol göstərirdi. Həmçinin Osmana 

nəsihət  edən  ona  məsləhət  verən  də  o  idi.  Əgər  Osman  bu 

məsləhətlərə  və  nəsihətlərə  əməl  etsəydi  onun  qətlinə  səbəb 

olacaq hadisələr baş verməzdi”. 

İbn Əbil Hədid sonra belə deyir: “Əgər Əli ibn Əbi Talibi bir 

çox  düşmənlərinin  arasında  düzgün  tədbir  tökməməyinə  və 

uzaq fikirli olmamasına görə müttəhim olunduğunu görsək bu 

ona  görədir  ki,  O  həzrət  bütün  əməllərində  qanuna  və  dini 

proqrama söykənmişdir. Məzhəbi əmrin əleyhinə kiçik addım 

belə atmazdı. Heç vaxt İslam qanunlarının çərçivəsindən xaric 

olmazdı. Buna görə də özü belə deyərdi:  “Əgər din və qorxu 

Allahdan  olmasaydı,  mən  ərəb  dünyasının  ən  zirək  kişisi 

olardım.” Amma başqa xəlifələr belə bir  məhdudiyyətə sahib 

deyildilər. Əksinə məsləhət bildikləri və işlərinin inkişafını ona 

bağlı olduğunu görürdülərsə istər bu addım dinin qanunları ilə 

uyğun olsun istərsə də olmasın o an onu yerinə yetirirdilər: 

ْرَّشلِل ًاقِفَوُم َناَک ٌءاَوَس ُهُفِقْوَتْسَی َو ُهُحِلصَتْسَی اَم یِضَتْقُمِب ُلَمْعَی َناَک ِءاَفَلُخْلا ْنِم ُهُرْیَغ َو

ِع

 ْمَأ 



ْنُکَی ْمَل

"

 



O, bu müqayisələrdən sonra belə nəticə alır: “Şübhə yoxdur ki, 

ictihad üzündən və öz nəzərinə əməl edib günün məsləhətlərinə 

mane  olan  qayda-qanunlara  laqeyid  yanaşan  kəsin  dünyadakı 

vəziyyəti  nizamlı  olacaq  və  öz  məqsədlərinə  sarı  daha  çox 




Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



hərəkət  edə  biləcəkdir.  Amma  qayda-qanunlara  əməl  eləyən 

şəxsin  isə  dünyadakı  işləri  qarma-qarışıq  və  zahiri  baxımdan 

inkişafı olmayacaqdır”. 

Rəsuli-Əkrəmin  (s)  uzaq  görənliyi  və  əvvəlcədən  xəbər 

verməsi  

Allahın Rəsulu (s) həyatda olan zaman özündən sonra 

səh:593 

müsəlmanlar  arasında  baş  verəcək  cürbə-cür  hadisələri 

qabaqcadan xəbər verərdi. 

Bəni  Üməyyənin 

)1(

zalimanə  hakimiyyətindən,  Xəvariclərin 



meydana  çıxması  və  onlrın  Əli  (ə) 

)2(


tərəfindən 

öldürülməsindən, Əmmar Yasirin“ ”ٌهَیِغاَب ٌهَئِف“ təcavüzkar və zalım 

qrup 

)3(


”tərəfindən  qətlə  yetirilməsindən  və  nəhayət  İslam 

hökmlərində  baş  verəcək  cürbə-cür  təhriflərin  və  bidətlərin 

qarşıya  çıxacağından  xəbər  vermişdir.  Həmçinin  bir  dəstə 

müsəlmanların  dönüb  mürtəd  olmalarından  və  azmalarından 

xəbərdar etmişdir. Bu hadisələrin hamısına öz dərin təəssüfünü 

və narahatçılığını bildirmişdir. Bütün bu məsələlər “Səhiheyn” 

kitablarında nəql olunmuşdur. 

Ancaq  biz,  burada  ötən  bəhslərimizə  münasib  olan  və 

“Səhiheyn” kitablarında qeyd olmuş təhriflər və dindən dönmə 

məsələlərinin mövzusuna başlayacaq, bu iki mövzu barədə bir 

neçə hədis nəql etməklə kifayət edəcəyik: 

Mürtəd olma və dindən dönmə  




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə