ZüLFİYYƏ İsmayn. Амеа naxçıvan Bölməsi



Yüklə 98,89 Kb.

tarix04.08.2018
ölçüsü98,89 Kb.
növüЛитература


İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU/ AXTARIŞLAR/ 2017,  № 3 

ИНСТИТУТ ИСКУССТВА, ЯЗЫКА И ЛИТЕРАТУРА/  ПОИСКИ/ 2017,  Л'а 3 

1NSTITUTEOF ART. LANGUAGE AND LITERATUREİ RESEARCHES/2017.  № 3

ZÜLFİYYƏ İSMAYn.

АМЕА Naxçıvan  Bölməsi 

ismayilzulfıyye @ yahoo.com

TÜRK-İSLAM MƏDƏNİYYƏTİNİN QƏDİM BEŞİYİ  QARABAĞLAR:

TARİXDƏ VƏ GÜNÜMÜZDƏ

Məqalədə,  Tiirk-İxlam mədəniyyətinin qədim beşiyi olan  Qarabağlar kəndinin  tarixdəki  yeri və 

rolundan  nwraqlı  faktlarla  bəhs  edilir.  Dünya  mədəniyyət  xəzinəsinin  nadir  incilərindən  sayılan 

Qarabağlar  Qoşa  minarə  və  türbə  memarlıq  kompleksi,  həmçinin,  mədəniyyət  abidələri  -  Asm  piri. 

Qənimət  ocağı.  Namaz  bulağı,  İmamzadə,  Tək  çalı,  Yulqunlu  və  s.  tədqiqata  cəlb  olunur.  Qarabağlar 

kəndində çox sayda  müqəddəs məkanların olması  bu  ulu torpağın  Türk-İslam  dəyərləri  baxımından  nə 

qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.

Açar sözlər:  Qarabağlar, kənd,  türk-islam.  Qoşa minarə,  türbə. Asm

Naxçıvan  Muxtar  Respublikasında  ...Qarabağlar  kəndinin  ayrıca  böyük  tarixi  vardır. 

Qarabağlar kəndində  800  il  bundan  öncə  yaranmış  türbə  göstərir  ki,  bura  necə  böyük  bir  mədəniyyət 

mərkəzi olubdur.  Vaxtilə  burada  çox  istedadlı  insanlar yaşayıb,  bu kənddən  böyük şəxsiyyətlər,  alimlər, 

böyük müəllimlər çıxıbdır.

Heydər ƏLİYEV 

Azərbaycan xalqının ümummilli lideri

Türk-islam  mədəniyyətinin  qədim  beşiyi  olan  Qarabağlar  Azərbaycanın  və 

Şərqin  ən  qədim  sivilizasiya  mərkəzlərindən  biridir.  Kiçik  Qafqaz  dağ  silsiləsinin 

ətəklərində  yerləşən  bu  məkanın  tarixi  barədə  müxtəlif  fikirlər  mövcuddur. 

Mənbələrdən  bəzilərində  Qarabağlar  şəhərinin  bünövrəsinin  Şirvanşah  Mənuçöhr 

tərəfindən  qoyulduğu  güman  edilir.  Digər  qisim  tədqiqatçılar  isə  şəhərin  təşəkkül 

tarixini  IX  əsrə  bağlayırlar.  “Xlll-XlV  əsrlərdə  Hülakülər  dövlətinin  əsas 

mərkəzlərindən olan Qarabağlar orta əsrlər Azərbaycanın  ən inkişaf etmiş  şəhərlərindən 

və  mədəniyyət  beşiklərindən  olub.  Bu  faktları  həmin  dövrə  məxsus  olan  mənbələr  də 

təsdiqləyir (7, s. 6).

Qarabağlardan  həmişə  orta  əsrlərin  bir  çox  məşhur  səyyah  və  tədqiqatçıların 

əsərlərində  öz  gözəl  iqlimi,  əhalisi,  tarixi  abidələri,  memarlıq  əsərləri  ilə  geniş  bəhs 

olunub.  Qarabağlar haqqında məhz həmin səyyah  və tarixçilərin bu gün qiymətli mənbə 

adlandırdığımız  kitab-qeydlərində  çox  maraqlı  və  qiymətli  məlumatlar  vardır.  XV  əsr 

salnaməçisi  təbrizli  Nizaməddin  Şami  “Zəfərnamə”,  XVll-XVIll  əsrlər  türk  tarixçisi 

İbrahim  Əfəndi  ‘Tarix”,  XVll  əsr  səyyahı  Övliya  Çələbi  ‘Tarixi  səyyah”,  Fəzlullah 

Rəşidəddin,  Xamkov,  Moryer,  Tavarnye  kimi  alimlər  və  səyyahlar  əsərlərində 

Qarabağların  adına əfsanələr  bağlanan  təkrarsız  memarlıq  abidələrindən,  karvansara  və 

məscidlərindən  heyranlıqla  bəhs  etmiş,  çox  qiymətli  məlumatlar  vermişlər.  XVII  əsrin 

böyük türk səyyahı  və dövlət xadimi Övliya Çələbi ‘Tarixi səyyah”  əsərində bu  şəhərin 

coğrafi,  etnoqrafik,  dini  və  siyasi  vəziyyəti haqqında dolğun  və  ətraflı  məlumat  vermiş, 

Qarabağlar  kəndinin  zəngin  və  özünəməxsus  tarixi,  torpağının  bərəkəti,  insanlarının 

zəhmətkeşliyi  və  mədəni  zənginliyi  haqqında  da  çox  bəhs  edib.  Meyvə  bağları  təkcə 

Övliya Çələbini deyil, bu yerlərə gələn hər bir adamı heyran qoyub.

Şərqlə  Qərb  arasında,  günbatanla  gündoğanı  birləşdirən  yolların  tam  ayrıcında 

yerləşən  Qarabağlar,  demək  olar ki.  Böyük  İpək  Yolunun  və  onun  ayrı-ayrı  tirələrinin 

keçdiyi  möhtəşəm  bir  mərkəz  kimi  Azərbaycanın  orta  əsr  şəhərləri  arasmda  xüsusi 

əhəmiyyətli,  strateji  mövqeyi  ilə  məşhur  olmuşdur.  Türklərin  “İbn  Bəttutə”si



213


Qarabağları  iəsvir  edərkən  bu  kəndin  qədim  larixə  malik  olmasından  da  bəhs  edir, 

/əngin  larixə  malik  olan  Qarabağlar  əra/isində  Azərbaycanın  qədim  şəhərlərindən  biri 

mövcud  olmuş,  mühüm  karvan  yolları  ayrıcında  yerləşən  şəhər  xarici  ölkələrlə  licarəi 

əlaqəsi  qurmuşdur.  Türk  səyyahı  Övliya  Çələbi  də  XVII  əsr  ‘’Səyahəinamə''  əsərində 

Qarabağları  böyük  bir  şəhər  kimi  iəsvir  elmişdir.  Onun  məlumalma  görə.  XVII  əsrdə 

Qarabağlarda  ləqribən  50  min  adam  yaşayırdı.  10  min  ev,  70  məscid.  40  minarə, 

karvansara,  hamam,  bazar  və  s.  var  idi.  XVI1-.XVIII  əsrlərdəki  müharibələr  və  daxili 

çəkişmələr nəticəsində  şəhər tənəzzül elmişdir  (12).

Him  adamları  həmişə  bu  kəndin  lürk-islam  tarixində  yeri  və  rolundan  maraqlı 

fakilarla bəhs ediblər.  V.H.Əliyevin.  V.B.Baxşəliyevin.  M.M..Seyidovun  və digərlərinin 

Damlama.  Qalacıq,  (iovurqala.  Qaravuldaş  /ağası.  Bullu  gö!  və  b.  yerlərlə  bağlı 

apardıqları arxeoloji qazıntıların  nəticələri  Qarabağların Qaiqazın ən qədim  yaşayış  yeri 

olduğunu  ləsdiqləmişdir.  Əvəzsiz  elmi  mahiyyətə  malik  olan  tədqiqatlar  Qarabağların 

dünəni  haqda  məlumatları  tarixin  daş  yaddaşının  dili  ilə  gələcək  nəsillərə  ötürmüşdür. 

AMHA~mn  müxbir üzvü  Vəli  Əliyev Qarabağlar haqqında  yazmışdır ki.  burada mövcud 

olan  möhtəşəm  memarlıq  abidələri,  türbə  və  minarələr  XIll-XIV  əsrlərdə  Qarabağlar 

şəhərinin  varlığına dəlalət  edir.  Yalnız qədim  və  orta əsr  möhtəşəm  şəhərlərinə  məxsus 

bütün  əzəmətli  xüsusiyyətləri  -  yeraltı  tunellər,  təkrarsız  memarlıq  inciləri:  qalalar, 

sikloplar,  mükəmməl  şəhərsalma  planı,  əlverişli  müdafiə  xüsusiyyətləri  və  s.  diqqəti 

cəlb  etməklə  böyük  elmi  maraq  doğurur  (2,  s.  13).  AMHA-nm  müxbir  üzvü  Vəli 

Baxşəliyev  isə  belə qeyd edir ki.  Orta əsrlərdə  ticarət  və  sənətkarlıq  mərkəzinə çevrilən 

Qarabağlar  həmçinin  müəyyən  vaxtlarda  inzibati  mərkəz  rolunu  oynamışdır.  Şəhərin 

yaranma  tarixi  haqqında  dəqiq  məlumat  yoxdur.  Onun  inkişaf  etmiş  dövrü  IX-XVII 

əsrlərə  aiddir  (1).  Bu  fikirlə  bağlı  arxeoloq-alim  M.M.Seyidov  Damlamada  tədqiqat 

apardıqdan  sonra  belə  bir  nəticəyə  gəlmişdir  ki,  “Qarabağlar  qədim  yaşayış 

məskənlərinin  yerində  yaranmış,  uzun  təkamül  yolu  keçmiş  orta  əsr  möhtəşəm 

Azərbaycan  şəhəridir’’  (2.  s.  12).  Azərbaycanın  orta  əsr  şəhərləri  içərisində  zəngin 

mədəniyyəti,  ulu  tarixi,  qüdrətli  memarlıq  inciləri,  iri  ticarəti,  qaynar,  çoşqun  şəhər 

həyatı  ilə  fərqlənən  Qarabağlar  belə  bir  yüksəlişə  yalnız  uzun  bir  tarixi  inkişaf yolu  ilə 

gəlib çata bilərdi.

Bu kənddə  Azərbaycan memarlığının  görkəmli  abidəsi -  Qarabağlar türbəsi  kimi 

bütövlükdə  Şərqin,  İslam  mədəniyyətinin  ən  gözəl  abidələrindən,  incilərindən  biri 

ucalır.  Burdakı  mədəniyyət  izləri  kəndin  tarixi  qədimliyinə  şahidlik  çəkir.  Burada 

mövcud olan  zəngin  xalq  yaradıcılığı  ənənələri  kəndin  qədim  tarixinə açılan  bir qapıdır, 

/əngin  tarixi  və  memarlıq  abidələri  də  Qarabağlar  kəndinin  uzaq  tarixi  və  mədəni 

zənginliyindən  xəbər verir.

Tarixçilərin  apardıqları  tədqiqatlara  görə.  Hülakülər  zamanında  Qarabağlar 

Azərbaycanın  əsas  mədəni-mənəvi,  ictimai-siyasi  mərkəzlərindən  biri  olmuşdur.  Böyük 

bir  imperiyanın  yaradıcısı,  qüdrətli  bir  dövlətin  banisi  Hlxani  hökmdarı  Hülakü  xanın 

xanımı,  həmin  dövlətin  idarəçiliyində  fəal  rolu  olmuş  Quti  xalının  göstərişi  ilə  qoşa 

minarəli  came  məscidinin  yanında  (1332-1337)  XIV  əsrdə  tikilən  məqbərə  məhz  bu 

qədim  türk-oğuz  yurdu  Qarabağlardadır.  Bu  kənd  dünya  mədəniyyətinin  incilərindən 

hesab olunan türbə kompleksinə ev  sahibliyi elməklə zəngin  və qədim  bir mədəniyyətin 

beşiyi  hesab  olunur.  Azərbaycan  xatirə  memarlığının  mütərəqqi  ənənələrini  yaşadan  bu 

abidə  memarlıq  quruluşuna  və  oxşar  cəhətlərinə  görə  Şərqdə  öz  memarlıq  məktəbi  ilə 

şöhrətlənən,  məşhur  Möminə  xalın  türbəsinin  memarı  Əcəmi  Naxçıvani  memarlıq 

məktəbinin  davamçısı  memar  Əhməd  Əyyub  oğlu  Əli  Hafiz  Naxçıvani  yaradıcılığının 

nümunəsidir  (5;  6).  Tanınmış  alim  Cəfər  Qiyasi  Qarabağlar  türbəsi  haqqında  yazır:

214



■’A/ərbaycan  orla əsr  xaiirə  memarlığının  geniş  yayılmış  lipi  qüliəvari  türbələrdir.  Belə 

■‘qülləvari  lürbələr"  adlandırılan  xatirə  tikililəri,  əsa.sən.  oğuz  türklərinin  yaşadığı 

Anadolu.  Azərbaycan  və  Xoıusanda  lokallaşıb.  Bunun  ən  mükəmməl  örnəklərindən  biri 

XIV  yüzillikdə  Qarabağlarda  ucaldılıb”  (3.  s.  30).  Alim  daha  .sonra  qeyd  edir  ki.  bu 

memarlıq  kompleksindəki  Qoşa minarə  XII  əsrin  sonu  XIII  əsrin  əvvəllərində,  türbə isə 

XIV  əsrdə  inşa  olunmuşdur.  Qarabağlar  abidələri  bir  kompleks  şəklində  olub,  buraya 

türbə,  qoşa  minarə  və  bu  iki  abidənin  arasında  yerləşən  dini  binanın  qalıqları  daxildir. 

İndiyə 


kimi 

ən 


böyük 

ensiklopediyalardan 

tutmuş, 

ən 


məşhur 

memarlıq 

mütəxəssislərinə  qədər  bu  kompleksə  daxil  olan  türbə  geniş  şəkildə  araşdırılmışdır. 

Qoşa  minarənin  isə  yalnız  adı  çəkilmiş,  bəzi  məqamlarda  tikinti  texnikası  və  memarlıq 

üslubu  baradə  yazılmışdır.  Hələ  XVII  əsrdə  Övliya  Qələbi  Qarabağlarda  40  minarəli 

came  məscid  olduğunu  qeyd etmişdir.  İndi  yalnız  Qoşa minarəsi  qalan  həmin  dini  tikili 

came  məscid  olmuşdur.  Came  məscidlər  iri  yaşayış  məntəqələrində  fəaliyyət  gö.siərərək 

dövlət  idarəsi  və  kütləvi  ibadət  yeri  kimi  tanınmışdır.  Qnlar cəmiyyətdə  ictimai-siyasi, 

iqtisadi  məsələlərin  həll  olunmasında,  mədəni-maarif  işinin  aparılmasında  dövlətə 

köməkçi  rolunu  oynayırdı.  Hökmlər,  fitvalar  və  s.  sənədlər  əhaliyə  məhz  came 

məscidlərin  minbərlərindən  bildirilirdi.  Akademik, 

görkəmli  türkoloq,  islamşünas 

V.V.Bartold  yazır  ki,  came  məscidlər  ancaq  ibadət  yeri  olmayıb,  eyni  zamanda  dövlət 

yığıncaqlarının  və  ictimaiyyətin  toplanış  yeri  idi.  Orada  dövlət  xəzinəsi  saxlanılır, 

müəllimlər  mühazirə  oxuvur,  dərs  keçir,  məhkəmə  qurulur  və  ictimai  işlər  aparılırdı 

(

1 1

).

Qarabağların  bu  möhtəşəm  memarlıq  abidəsinin  üzərindəki  Quran  ayələri  və  ya 



dini  məzmunlu  kəlamlar  da  diqqəti  cəlb  edir.  Bununla  bağlı  AMH.A-nın  müxbir  üzvü 

Hacıfəxrəddin  Səfərli  yazır:  "Kəngərli  rayonunun  Qarabağlar  kəndindəki  türbənin 

üzərində  Qurani-Kərimdən  bir  neçə  ayə  (XI.-16;  LXVll-1-6)  yazılmış,  türbənin 

gövdəsində  kaşılı  kərpiclərin  ustalıqla  düzəldilməsi  nəticəsində  yaradılan  romblar 

içərisində  dəfələrlə  təkrar  olunan  islam  doktrinası  -   "Allahdan  başqa  Allah  yoxdur! 

Məhəmməd  Allahın  elçisidir!  Allah  ona  yar  olsun!”  -  sözləri  yazılmışdır”  (S.  s.  12). 

Qarabağlar  türbəsi  memarın  hüdudsuz  fantaziyasının  real  mücəssəməsidir.  Yeraltı  və 

yerüstü  hissələrdən  ibarət  türbə  Naxçıvan  memarlıq  məktəbinə  xas  olan  monumental 

xatirə  abidəsidir.  "Boıtalın  giriş  qapısının  fantastik  zənginliyi,  həndəsi  simmetriyaları, 

qiblə  ediləcək  səlisliyi  baxam  valeh  edir.  Kufi  xətlə  bəzədilmiş  türbə  başdan-ayağa 

"Allah-Allah”  sözləri  ilə  örtülmüşdür.  Bu.  ustad  Əhməd  Əyyub  oğlunun  dahi  memar 

olması  ilə  yanaşı,  onun  dövrünün  ictimai-siyasi  vəziyyətlərini  dəqiq  anlaması  və  şah 

əsərlərinin  gələcəyinin  düzgün  və  zərər  görmədən  yaşamasının  qeydinə  qalan  böyük 

ağıl,  fəhm  və  zəkasından  qaynaqlanmışdır.  Belə  ki,  əsas  bəla  olan  hücum  və  qarətlər 

dövrün  bir  çox  əzəmətli  tikililərinin  və  nadir  memarlıq  incilərinin  varlığına  son  qoysa 

da,  Qarabağlar  türbəsinin  üzərində  yazılan  müqəddəs  kəlamlar  onun  dağıdılmasının 

qarşısını  almışdır”  (9).  Qarabağlar  türbəsi  təkcə  öz  əzəmətli  quruluş  və  gözəlliyi  ilə 

deyil  portalın  üzərindəki  ağ,  qara,  yaşıl  və  liruzəyi  kaşıların  baxanı  heyrətə  salan  ağıl 

və zəkanın  vəhdətindən  irəli  gələn  daxili  imkanların sərhədlərinin  göstəricisidir.  Lirika, 

harmoniya,  məhəbbət,  nisgil,  əzəmət,  müqəddəs  pıçıltı,  bəşəri  təravət,  ölməzlik,  cazibə 

tamaşaçını  heyrəti və  bütün  bunların  hamısı  “Allah-Allah”  əzəməti  ilə tamamlanır.  Bu 

cür rənglərin  və  hərilərin  böyüklüyü  onun  uzaqdan da daha  aydın  və  rahat  oxunmasını 

təmin edir.

Türbə  ilə  bağlı  maraqlı  məqamlardan  biri  də  budur  ki.  "dörd  tərəfdən  qapıya 

bənzər forma  (aşırım)  olmasına  baxmayaraq,  yalnız  şimal  tərəfdə giriş qapısı  var”  (3.  s. 

67).  Bəzi  xarici  şərqşünaslar  göstərirlər  ki.  bunlar pəncərə  olub,  portala  bənzər  şəkildə

21.6



bə/ədilmişdir.  İsa  Ə/imbəyli  Məddah  başqa  cür  izah  edir;  '■Müsəlmanların  əqidəsinə 

g(irə insan  su.  od.  torpaq,  külək  kimi  4  ünsürdən  əmələ  gəldiyi  üyün  lürbədəki  4  aşırım 

buna  işarədir”.  O  həmyinin  bunların  4  ərəb  xəlifəsinə  -  Ömərə.  Osmana.  Əbiibəkirə  və 

Əliyə  işarə”  olduğunu  da  qeyd  edir.  Türbədəki  kitabələri  Ə.Ələsgər/adə də  oxumuş  və 

bu  barədə  ".Nizami  dövrü  Azərbaycan  abidələri”  kitabında  məlumat  vermişdir.  O  qeyd 

edir  ki,  əsas  yazılar  6.  7.  8.  9.  lO-cıı  silindrdə  olmuş.  Quranın  ayə  və  surələrindən 

ibarətdir.  Qalan  silindrlərdəki  yazılar  ovulub  tökülmüşdür.  Mütəxəssislər  oxuduqları 

yazıların  Quranın  67-ci surəsinin  1-6-cı ayələrindən götürüldüyünü qeyd edirlər.

Kənd  camaatı,  ələlxüsus  da  nisbətən  yaşlı  əhali  bu  abidə  ilə  bağlı  maraqlı  və 

əhəmiyyətli  əhvalatlar  danışır,  löcyilənə  görə,  abidənin  üzərində  “Güneyin  qüzeyində. 

qüzeyin  güneyində”  yazılıb.  Bu  isə.  abidəni  inşa  etdirən  şəxsin  gələcəkdə  türbənin 

təmiri  üçün  gizlətdiyi  maddi  vəsaitin  yerini  bildirən  gizli  şilrə rolunu oynayırmış.  Kənd 

ağsaqqallarının  anlatdığına görə.  Davud  adlı  gürcü  bir neçə nəfər geoloq  ilə kəndə gəlir, 

əsasən  türbənin  ətrafında  dolaşırmışlar.  Onların  qəfil  "yoxa  çıxdıqlarf’  gecədən  sonra 

sağdakı  qoşa  minarədə  oğurlanmış  sandığın  yeri  hamını  heyrətə  gətirir.  Alimlərin  və 

yaşlı  adamların  dediklərinə  görə,  Qarabağlar  türbəsinin  sərdabəsində  olan  meyidi  də 

19.^9-40-cı  illərdə gizli şəkildə oğurlayıb  Moskvaya aparmışlar  və ondan  bir daha  xəbər 

çıxmamışdır.

Türk-islam  maddi-mənəvi  mədəniyyətinin  ən  gözəl nümunələrindən  olan,  dünya 

mədəniyyət  xəzinəsinin  nadir  incilərindən  sayılan  Qarabağlar  Qoşa  minarə  və  türbə 

memarlıq  kompleksi  Sovet  hakimiyyəti  dövründə  nəzarətdən  kənarda  qalıb.  Bu 

möhtəşəm  abidə  Azərbaycan  dövlət  müstəqilliyi  qazanandan  sonra  diqqət  mərkəzinə 

gətirilib.  Bəhs  etdiyimiz  bu  kompleks  2018-ci  il  üçün  İslam  mədəniyyətinin  paytaxtı 

seçilən  Naxçıvanın  memarlıq  incilərindən  birini  təşkil  edir.  Abidədə  hazuda  Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  "Qarabağlar  Türbə  Kompleksinin  bərpası  və 

tədqiq  olunması haqqmda'kı 4  iyul 2016-cı il  tarixli  Sərəncamına əsasən dövlət qayğısı 

ilə təmir-bərpa işləri  həyata keçirilir.

Qarabağlar  minilliklərin,  əsrlərin,  qərinələrin  möcüzəli  sirdaşı,  yadigarıdır. 

Qədim  tarixin  və  islam  mədəniyyətinin  əzəmətli  ünvanı,  müqəddəs  beşiyi  olan  bu 

kənddə  günümüzə  qədər  gəlib  çatmış,  bu  gün  də  kənd  camaatı  tərəfindən  mühafizə 

olunan  inam  yerləri  də  çoxdur.  Onlar  vaxtilə  cəmiyyətin  dini-ideoloji.  sosial-siyasi  və 

ziyarətgah  mərkəzi  rolunu  oynamışdırlar.  "Bu  kənd  (Qarabağlar  -   Z.İ.)  təbiətcə  də. 

memarlıq baxımından da. dini dəyərlər etibarı  ilə də çox zəngindir”  (2,  s.  10).

AMTA-nın  müxbir üzvü  M.S.Nemətova respublikamızda olan ziyarətgah-pirləri 

4  qrupa  bölür;  Şiə  imamlarının  övladları  ilə  əlaqədar  yaranmış  pirlər,  qədəmgah  kimi 

yaranan  pirlər,  şəhid  məzarları  ilə  əlaqədar  yaranmış  ziyarətgahlar,  dərmanlı  bitki 

növləri,  mineral  su  və  s.  ilə  əlaqədar  yaranmış  ziyarətgahlar  (10).  Bu  qəbildən  olan 

yerlərin  əksəriyyətinə  Qarabağlar  kəndində  rast  gəlmək  mümkündür.  Haqqında 

əfsanələrin  dolaşdığı  Asm  piri  kəndin  yuxarı  başında.  Asm  çayının  sahilində  yerləşir. 

Asm  çayının  qaynağı  xalq  arasında  müqəddəs  pir  kimi  ziyarət  olunur.  Asm  piri  su-çay 

müqəddəsliyinin  ifadəsidir.  Kənd  camaatının  inancına  görə.  Asnının  gözəsində  qurban 

kəsmək 


0

 çayın  suyunu  bollaşdırır və qurumağa qoymur.  Suyun  gözəsinə murdar bir  şey 

atmaq  suyu  murdarlayır.  Çayın  qırağında  bilən  ağaca  niyyət  edib,  hərə  bir  parça kəsiyi 

bağlayır.  Ələlxüsus  da,  övladı  olmayan  gəlinlər  niyyət  edər,  parça  bağlayar,  bəzən  də 

beşik  asıb  yellədər  və  ürəyində  dua  edərlər.  Niyyəti  qəbul  olan  insanlar  gətirib  qurban 

kəsərlər.

Həqiqətən də.  Qarabağlar çoxsaylı  tarixi  abidələrə  sahib  olduğu  kimi,  qoynunda 

yer  alan  /\snı  piri  ilə  də  bu  tarixə  əfsanəvilik  gətirir.  Asm  nəinki  Qarabağların.  hətta

216



qonşu  kəndlərin  də böyük  piri  sayılıb.  "Qarabağlar kəndinin  yaxınlığında  yerləşən  Asm 

ərazisindəki qayaların arasından çıxan gur bulaq  xalq tərəfindən müqəddəsləşdirilnıiş və 

ziyarəigaha  çevrilmişdir.  Bulağın  əirafındakı  kol  və  ağaclar  da  xalq  tərəfindən 

müqəddəs  hesab  edilir.  Yaxınlıqdakı  Asm  pirində isə ona əsrlərə aid  iki  məzar yerləşir. 

Məzarların  üzərindəki  sinədaşlarının  yazılarının  oxunması  nəticəsində  epiqraflar  bu 

məzarların  XIV  əsrə  aid  olduğu  qənaətinə  gəlmişlər  (4,  s.  27).  Asm  bol  sulu  çay 

olmaqla  yanaşı,  bir neçə  yüz  il  bundan  əvvəl  də  əhalinin  böyük  ehtiramla  ziyarət  etdiyi 

müqəddəs  məkan  olmuşdur.  Deyilənlərə  görə,  bura böyük  bir zaviyə  olmuşdur.  Burada 

o  dövrün  çox  böyük  ruhani  alimlərindən,  şeyxlərindən  ikisi  dəfn  olunmuşdur.  Onlardan 

biri  Şeyx Əli  Fəttah oğıu, digəri  isə İmam Cəfər Sadiq Əleyhissəlamın  nəslindən olan 7- 

ci  nəvəsi  Şeyx  Əbu  Kəbir  Mühənnah  Əl  Asın  oğludur.  Bu  şəxsin  Hülakü  xanın  islama 

yüksək  dəyər  verməsində  böyük  rolu  olan  imam  övladıdır.  Yerli  əhali  bu  şəxsiyyətə 

sağlığında  böyük  ehtramla  yanaşmışlar  və  vəfatından  sonra  isə  qəbirləri  ziyarəigaha 

çevrilmişdir.  Kəndin  ağsaqqallarının  dediyinə  görə,  burada  ocaq  evliyaları  olub  ki, 

onların da neçə-neçə zaviyələri  varmış.

Orla çağda Qarabağlarda mövcud  olmuş  bir çox mə.scidlər kompleksindən  qalan 

son məscid  binasını da sovet dönəmində bolşeviklər anbara çevü’inişdilər.  Bunu da ürək 

ağrısı  ilə deməliyik  ki,  kənddə  dağmtiya  məruz qalan  təkcə abidə,  məscid  və  s.  deyildi, 

ziyarətgah  sa>alan  müqəddəs  saydığımız  bütün  məkanlarımız  bu  acınacaqlı  taleyi 

yaşamışdılar.  İndi  respublikamızın  hər  yerində  olduğu  kimi,  Qarabağlarda  da  kənd 

məscidi.  Asm  piri  yenidən,  əsaslı şəkildə  bərpa olunaraq  xalqın istifadəsinə  verilmişdir. 

Tarixi  Namaz  bulağı  da  kənd  əhalisinin  müqəddəs  saydıqları  məkanlardan  biri  olub. 

Namaz bulağında dəstəmaz alan dindarlar elə onun əiralinda da namazlarını qılıb,  ibadət 

ediblər.  Qarabağlar  camaatının  müqəddəs  saydıqları  məkanlar  kənddə  çoxluq  təşkil 

edir.  Xüsusən,  Tək  çalı  -  bura  övladı  olmayan  qadınların  daha  çox  ziyarət  eldikləri 

yerdir.  Məlumdur ki,  su  və ağac  kultıı  islamaqədərki  inancla, digər  müqəddəs  məkanlar 

isə  islami  dəyərlərlə  bağlıdır.  Bütün  bu  faktlar  Qarabağlar  kəndindəki  türk-islam 

mədəniyyətinin  ən  bariz,  izləridir. 

Qarabağlar  kəndinin  Bəydilli  məhəlləsində. 

Qarabağlar  türbəsindən aşağıda Qənimət  ocağı  yerləşir.  Yaranması X  əsrə  təsadüf edən 

bu  ocaq  Ahdi  Qarabağiyə  xas  olub.  Kənd  əhalisinin  Asm  pirindən  sonra  daha  çox 

müqəddəs baxdıqları məkan Qənimət  ocağıdır.

Kəndin  ən  müqəddəs  yerlərindən  biri  də  İmamzadədir.  AMTA-mn  müxbir  üzvü 

Haeıfəxrəddin  Səfərli  İmamzadələrlə  bağlı  fikirlərində  belə  qeyd  edir:  “Naxçıvan 

ərazisində  və  ona  yaxın  yerlərdə,  vaxtı  ilə  Azərbaycan  torpağında  olan  digər  yaşayış 

məskənlərindəki  bir  sıra  ziyarətgahlar  da  xalq  tərəfindən  imam  Museyi-Kazimin 

övladları  ilə  əlaqələndirilir"  (8,  s.  104).  Məlumdur ki,  İmam  Mtrseyi-Kazımı zəhərləyib 

öldürdükdən  sonra  onun  övladları,  yaxınlaıı  təqib  olunublar.  Bu  təqiblərdən  qaçaraq 

Azərbaycanın  müxtəlif  bölgələrinə  və  Naxçıvana  pənah  gəliriblər.  Onun  qulamları  ilə 

qaçan  həddi-buluğa  çatmamış  xələlləri  də  Qarabağlarda  dəfn  olunmuşdur.  Əlbəttə,  bu 

yerli  əhalinin  nəsildən-nəslə  keçərək  bu  günə  qədər  gəlib  çatan  fikirləridir.  İmamın 

övladları  burada dəfn olunduğundan qəbirlər ziyarətgaha çevrilmiş, Səfəvilər zamanında 

isə  onların  məzarları  üzərində  tikililər  inşa  edilmişdir.  Qarabağlar  imamzadəsi  indi 

böyük  bir  qəbristanlıqda  yerləşir.  Kəndin  ən  qocaman  sakinlərinin  dediyinə  görə, 

əvvəllər  burada  yalnız  üç  qəbir  və  onların  üzərində  tikili  varmış.  Tikililərdən  birinin 

içərisindəki  lövhədə  məzarın  İmam  Mu.seyi-Kazım  Əleyhissəlamın  17-ci  nəvəsi 

İmamzadə  Hacı  Seyid  Xeyrullah  Ahdi  Qarabağiyə  aid  olduğu  yazılmışdır  (XII  əsr). 

Daha  sonralar  bu  imamzadəyə  yaxın  ərazidə  XIX  əsrin  sonlarında  Həcc  ziyarətinə 

gedən  Baxşəli  kişi  və  digər  iki  hacını  dəfn  ediblər.  Ondan  sonra  Kərbəlayi.  Məşədi  və

217



şəcərəyə  sahib  ağır  seyid  nəslindən  olanlar  da  həmin  imamzadənin  ətrafında  dəfn 

olunub.  İndi  həmin  əra/i  geniş  kənd  qəbrisianhğıdır.  Hər  Novruz  bayramının  axır 

çərşənbəsində,  demək  olar,  bütün  kənd  bura  ziyarətə  axışır.  İmam  Museyi-Kazımm 

nəslindən  olanların  qəbirləri  ziyarət  olunur,  İmamzadənin  yaxınlığında  dəfn  olunan 

.seyid  övladlarının,  müqəddə.sliyinə  inandıqları  şəxslərin  qəbirləri  üstünə  gedir  və 

onların  bir  çoxuna  nəzirlər  qoyur,  şam  yandırır,  dualar  oxuyur,  dilək  diləyirlər. 

Qarabaglarda  müqəddəs  məkanların  olması 

bu  ulu  torpağın 

türk-islam  dəyərləri 

baxımından  nə qədər  əhəmiyyətli  olduğunu  bir daha  sübut  edir.  Bölgələrimizdə  çox az 

yer  tapılar ki,  orada kompleks  şəkildə  müqəddəs  məkanlar bir  yerə  toplansın;  y\sm  piri. 

Qənimət  ocağı.  Nama/, bulağı.  İmamzadə.  Tək  çalı,  Yulqunlu  və  s.  olsun  və  min  illərlə 

xalqın müqəddəs  məkanına çevrilsin.

Qarabağlardakı  müqəddəs  inam  yerlərinin  bir  qismi  insanların  qədim  inamları, 

türkçülüklə,  bir  qismi  isə  islami  dəyərlərlə  bağlıdır.  Məsələn.  Qarabağlar  kəndində 

Yulğunlu  deyilən  geniş  bir  ərazi  var  ki,  insanlar  bura  çox  qədim  zamanlardan  sitayiş 

etmişlər.  ÜmumUirk  kontekstində  baxdıqda  Yulğun  bütün  türklərin  müqəddəs  baxdığı 

bitkidir.  Bu  bitki Qarabağlar kəndinin  qərb  tərəfində  geniş  bir  ərazidə  bildiyindən kənd 

camaatı  həmin  ərazini  Yulğunlu  adlandırmış 

və  əsrlərdir  ki,  ora  yerli  əhalinin 

ziyarətgahı  olub.  Orada  nəzir-niyaz  paylamış,  niyyət  etmiş,  bütövlükdə  inam  mərkəzi 

kimi  baxmışlar.  Sovetlər  zamanında  bütün  qadağalara  baxmayaraq.  Məhərrəmlik  və  ya 

başqa dini mərasimlər bu ərazidə keçirilmişdir.

Yuxarıda qeyd  etdiyimiz  müqəddəs  məkanlarımız  yüz.  illərdir  ki,  inanc,  ümid, 

pənah  ocağı  kimi  tanınır.  Bu  kənddə  çox  böyük  (Hiiyaların  məzarları  var.  Belə  ki. 

tarixən  Qarabağların  dini-ideoloji,  mədəni-siyasi  həyatında  onların  oynadığı  müstəsna 

rolların  tədqiqi  mühüm  əhəmiyyət  kəsb  edir.  Onlar özlərindən  sonra  möhtəşəm  məktəb 

qoymuşlar.  Təəssüflər  olsun  ki.  sovet  ideologiyası  bu  mühüm  amillərin  üzə 

çıxarılmasına  hər  cəhətdən  mane  olmuşdur.  Ölkəmizin  hər  yerində  olduğu  kimi,  sovet 

rejiminin  ateizm  təbliğatı  nəticəsində  mədəni  irsimizin  bu  sahəsi  -  ziyarətgahlar,  pirlər, 

xanəgahlar  məhv  edildi  və  ya  qadağalar  qoyuldu.  İslam  dini  ilə  sıx  bağlı  olan  bu 

abidələrə qayğı  göstərilməmiş,  onlar unudulmuş,  baxımsız  hala düşmüş,  uçub dağılmış, 

bir  sıra  hallarda  qə.sdən,  bilərəkdən  məhv  edilmişdir.  Bütün  bu  məhrumiyyətlərə 

baxmayaraq,  yerli  əhali  əsrlər  boyu  ictimai-siyasi  quruluşdan  asılı  olmayaraq  bu 

abidələri  qoruyur.  Bunlar  bizim  ümumxalq  sərvətimiz,  bütün  müsəlman  aləminin 

qiymətli,  dəyərli  abidələridir.  Müstəqillik  illərində  mədəniyyət  abidələrini, 

inanc 

yerlərimizin  yenidən  qurulması  və  əsaslı  təmiri  üçün  respublika  rəhbərliyi  tərəfindən 



müvafiq  sərəncamlar  imzalanmış,  genişmiqyaslı  işlərə  başlanmışdır  və  bu  işlər  bu  gün 

göz.  qabağındadır.  Bu.  dövlətimizin  öz  milli,  dini  dəyərlərinə  gö.stərdiyi  münasibətdir. 

Bu  gün  muxtar  respublikamızın  hər  yerində  olduğu  kimi  Qarabağlarda da dini  abidələr 

dövlət  tərəfindən  qorunur,  bərpa  cdilii'.  yenidən  tikilir.  Orta  əsrlərə  aid  bir  kitabədə 

yazıldığı  kimi;  "Bizim  böyüklüyümüzə  inanmaq  istəmirsənsə,  ucaltdığımız  tikililərə 

bax"(4.  s.  8).

Beləliklə.  Qarabağlar  kəndi  malik  olduğu  bu  qədim  tarix  və  zəngin 

mədəniyyətilə  bəşəriyyətin  ilkin  yaşayış  məskənlərindən,  dünyaya  yeni  intibah  bəxş 

etmiş  türk-islam  mədəniyyətinin  məskəni  olan  Naxçıvanımızın  diqqət  çəkən  tarix  və 

mədəniyyət  ocaqlarından  biridir.  Kənd  turizminin  inkişafı  baxımından  da  bu  yurd 

yerimiz,  özünəməxsus  zəngin  və  əlverişli  şəraitə  malikdir.  Tarixin  böyük  bir  şöhrət 

daşıyan  ünvanlarından  biri  kimi  Qarabağlar  dünəni  və  bu  günü  ilə  qədim  və  müasir 

tariximizin ən parlaq  səhifəsini yazır.



liütün  bunlar  Qarabağlann  dünənidir.  Keçmişdə  olduğu  kimi  bu  gün  də 

Qarabağlar  şöhrətinə  şöhrət  qatır.  Qədim  kənd  tari.xiliklə  mıuısirliyin  qovuşduğu  bir 

məkana çevrilir.  Mu.xtar re.spublikamı/.da aparılan abadlıq-quruculuq  və yeniləşmə işləri 

qədim  yurd  yeri  olan  Qarabağlar kəndindən  də  yan  keçməmişdir.  Kəndlərimizin  so.'^ial- 

iqti.sadi  vəziyyətini  yaxşılaşdırmaq  tədbirləri  bu  kəndə də  böyük  töhfələr  verib.  Muxtar 

re.spublika rəhbərinin qayğısı, diqqəti  və  təşəbbüsü  ilə  Kəngərli  rayonunun  ən qədim  və 

iri  kəndlərindən  olan  Qarabağlar  kəndi  də  simasını  dəyişmiş,  sözün  əsl  mənasında, 

tarixiliklə  müasirliyi  birləşdirən.  Kəngərli  rayonuna  gözəllik  və  tarixilik  qatan  başdan- 

başa abad, gülüstan bir yurda çevrilmişdir.

Ta  qədimlərdən  14  kəndi  birləşdirən  bu  nahiyə  həmçinin  gözəllik  məkanı,  bir 

gülüstan,  bağlar  yeri  kimi  tanınmışdıi'.  Qarabağlar  kəndinin  çox  da  məşhur, 

özünəməxsus  gözəlliyi  olub.  Qarabağlann  məşhur  bağları,  mədəniyyət  abidələri,  qədim 

tarixə  malik  olan  yurd  yerləri  əsərlərdə,  mənbələrdə  heyrətlə  xatırlanu'.  Qarabağlar 

kəndinin  Kiçik  Qafqazın  Dərələyəz  dağ  silsiləsinin  ulu  Araza,  cənuba  doğru  üz  iııtııb 

getdiyi  çox  mənzərəli,  şəfalı  bir  ərazidə  bərqərar  olması,  füsunkar  təbiəti,  uca,  göz 

oxşayan  dağları,  yamyaşıl  dərələri,  yovşan,  kəklikotu  qoxan  təpələri,  uzıın-uzadı 

yamacları,  təmiz  havası,  saf,  dumduru  sulan,  buz  bulaqları,  həmçinin  yaşam  tərzi,  adət- 

ənənəsi,  etnoqrafiyası,  mədəniyyəti  və  nəhayət,  qədim  tarixi  özündə  yaşadan  abidələri 

həmin  kəndin incə ruhlu şairlərinin qələminə  mövzu olub  və  bədii  şəkildə vəsf edilib.

Qarabağlann  dünəni haqqında  bir çox alimlər dəyərli  və elmi  faktlar versələr də. 

düşünürük  ki,  hələ  də  elmi  ictimaiyyəti  maraqlandıran  faktları  üzə  çıxarmaq 

mümkündür.  Həqiqətən  də,  qədim  mədəniyyətin  və  sivilizasiyanın  beşiyi  olan,  türk- 

oğuz  yurdu  Qarabağlar  o  qədər  zəngin  mədəniyyətə  və  tarixə  malikdir  ki.  bu  kəndin 

monoqrafik  tədqiqi  naxçıvanşünaslığa.  bütövlükdə  tarix  elmimizə  böyük  layda  verə 

bilər.

ƏDƏBİYYAT

1.  BaxşDİIycv  V.B.  Naxyıvaiıın  luxcoloji  abicloİDii.  Bakı:  Him.  200X.  .21)4 ,s.



2.  Hrninov 

Unudulma/ alim, mlklıak insan.  Bakı:  Qışıoğlu.  200U.  I.'s2 s.



3.  Qiyasi  C.Ə.  Ni/ami dövrü memarlu] abidobri.  Bakı:  I9Öİ. 49 s.

4.  Nağıwv  K.  Qomli iib r kitabı.  Bakı:  Şirvannəşr,  2006.  120 s.

.s.  Naxçıvan  abidələri ensiklopediyası.  İslanbul:  Bakanlai' Medya.  200X.  .^19 s.

6.  Naxçıvan  taıixi.  IJç cilddə,  1 c..  Naxçıvan:  Əcəmi,  201,^. 4.S2  ,s.

?.  Tavemier  .I.B.  Tavcnicr  .Scyahainamesi  (Hdilör:  .Siclanos  Yerasimos.  ( cviren:  'Icoman  Tunçdogan). 

İslanbul:  Yaymevi.  2006.  .243  s.

8.  .Səfərli  II.Y.  Naxçıvanın  türk-islam  mədəniyyəli  abidələri.  Naxçıvan:  Əcəmi NPB.  2017.  2 l6 s .

9.  /am an  Ş.  Qarabağları  tərənnüm  edirəm  (Şeirlər, poemaku' və hekayələr).  Bakı:  Nurlan,  2(K)7.  1X4 s.

10.  lıllps://a/.wikipcdia.or,ü/\viki/Məşədixannn_Neməlova

11.  www.runivers.ru. 



Ə.ıeıcrpoHHtnı 

библиотека 

Р\нивсрс> 

Авторы 


Бартольд.._ 

Василий_ 

Владимирович

12.  wwvv.academia.edu/. ../Hvliya_Çelc*bi_Seyalıatnamcsindc_,\/...



РЕЗЮМЕ

Зулфин  ИСМАИЛ

ОДИН  ИЗ  ЦЕНТРОВ ДРЕВНЕЙ  ЦИВИЛИЗАЦИИ  ГАРАБАГЛАР В ИСТОРИИ  И

СОВРЕМЕННОСТИ

В  статье  приводято!  интересные 



(jıaısTbi  ın 

истории  одного 



и:’, 

центров  .двернен 

цивиличации  села  Гарабаглар.  К  иследованию  привлечены  редкие  образцы  древней  културы, 

Иулгунлу  и  др.  памятники.  .Многочисленные  памятники  тюрко-исла.мской  културы  села 

Гарабаглар лишный рач  падтверждают чначимость  этого места для тюрко-исламской ку лту ры. 

K.Tiouciii.ıe слова:  Гарабаглар,  сс.ло,  тюрко-исламская  ку .лтура,  мавчолей,  Асн



21У


Zulfivve  İSMAİL

THi: ANCIKM  CRADLE OF TURKIC-ISLAMIC Cl L 



URL (JARABAIJHI.AR:  IN  THE OUR



HISTORY  AND DAY

In  the article  llie author deals with  the pltice ;ind role ol'Canthtiithlar the ancient  cradle o r i ’urkic- 

Ishimic  culture  in  our  hisliry  by  inatiy  intereslini!  facts.  One  of  the  petui  of  the  architectural  treasury  of 

world  Gai;tbayhlar  Twin  Minarets  and  Tomb  Complex,  also  the  other  monuinenis  of culture  as  -   .A.sni 

sacred phice,  Ganiinat  oja,t:hi,  Natna/,  bulaghi,  linamzadeh,  Гак chali,  Yulgunlu etc.  were  investigated.  As 

there  are  many  sacred  places  in  garabtighlar  prove  that  this  ancient  land  is  very  important  by  Tiirkic- 

Islamic  values aspect.

Key words:  Garabadilar.  vtllaee. Turkic-lslamic. Twin  minmets.  tomb.  Astii



SUMMARY

220



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə