" Azərbaycan Hava Yolları" qsc milli Aviasiya Akademiyası



Yüklə 263,36 Kb.
tarix30.04.2022
ölçüsü263,36 Kb.
#86326
coğrafiya 10


“ Azərbaycan Hava Yolları” QSC

Milli Aviasiya Akademiyası




Sərbəst iş 10

Fakültə:Nəqliyyat texnologiyaları

İxtisas: Aviasiya təhlükəsizliyi

Qrup: 1239AT

Fənn: Nəqliyyat coğrafiyası

Mövzu: Şimali Amerikada çay və kanal su yolları nəqliyyatının coğrafiyası

Müəllim: Səfərov Surxay

Tələbə: Mahmudov Tofiq

Bakı 2022


Dünya üzrə dəniz boğazları və kanallarının xəritə-sxemi. İqtisadi coğrafiyada əməyin beynəlxalq coğrafi bölgüsündə bəzi tədqiqatçılar dünyanın bir sıra coğrafi məkanların, o cümlədən bərzəxlərin və dəniz boğazlarının əhəmiyyətini və onların dünya yük axınlarının ələ keçirilməsi imkanlarını vurğulamışlar (şəkil 8.38). Belə bərzəxlər qismində ən çox diqqət çəkən Afrikanı və Asiyanı birləşdirən ərazi və Mərkəzi Amerikada Panama olmuşdur. Dünyanın iki başlıca beynəlxalq kanalı olan Süveyş və Panama kanalları dünya dəniz nəqliyyatının coğrafiyasına çox böyük təsir göstərirlər.


Dünyanın daxili su yolları nəqliyyatının coğrafiyası. Dünyanın bir çox ölkəsi üçün materiklərin daxilində yerləşən çaylarda, göllərdə, onları bir-biri ilə və ya Dünya okeanı ilə birləşdirən kanallarda fəaliyyət göstərən nəqliyyat daxili su nəqliyyatına aiddir və o, müəyyən əhəmiyyətə malikdir. Daxili su yollarının inkişafına təsir etməyən amillərdən birinə yolların uzunluğu aiddir və onun inkişafına təsir edən amillər isə aşağıdakılardır: -gəmiçiliyə yararlı çayların olması; -daxili su yollarının vəziyyəti (məsələn, çaylarda astana və şəlalələrin çox olması ilə əlaqədar daxili su nəqliyyatı zəif inkişaf edir); -ölkənin yerləşdiyi iqlim qurşağı; -yük axınlarının və çayların istiqamətinin üst-üstə düşməsi.


Dünyada olan ən böyük daxili nəqliyyat arteriyalarına Dunay, Reyn, Xuanxe, Yansızı, Dnepr, Volqa, Ob, Yenisey, Lena, Missisipi, Müqəddəs Lavrentiya, Makkenzi, Amazon, Konqo, Nil, Zambezi, Niger, Oder, Parana, Mekonq və Qanq çayları aiddir. Bu çaylar əsasən ərazisi böyük olan Rusiya, Çin, ABŞ, AFR, Braziliya, Venesuela, Hindis­tan, Niderland və Kanadada yerləşir. Məsələn, Kanadada daxili su yollarının uzunluğu 3000 km-dir. Burada göl və dəniz nəqliyyatından da danışmaq olar.

Dünyanın gəmi üzən çaylarının və kanallarının ümumi uzunluğu 550 min km-dir. 1990-cı illərin əvvələrinə qədər belə yolların uzunluğuna görə dünyada 1-ci yeri keçmiş SSRİ (123 min km), 2-ci yeri Çin (110 min km), 3-cü yeri ABŞ (41 min km), 4-cü yeri Braziliya (31 km) tuturdu. Bunlardan sorna Venesuela, Hindistan, Pakistan, Banqladeş, Konqo, Fransa, Almaniya, Nigeriya, Finlandiya gəlir. Son dövrdə isə daxili su yollarının demək olar ki, yarısı Rusiya və Çinin, ABŞ-ın və Braziliyanın payına düşür. Dünya üzrə daxili su yollarının öyrənilməsi iki əlavə məqamla tamalana bilər. Birincisi, bu beynəlxalq çaylar və ya beynəlxalq çay hövzələri haqqında sualdır. BMT-nin məlumatlarına görə dünyada çay nəqliyyatının inkişafında əhəmiyyətli rol oynayan 214 beynəlxalq cay hövzəsi vardır. Onlara demək olar ki, dünyanın ən iri çaylarının hövzəsinin yarısı aiddir (şəkil 8.41). Bundan - 155-i 2 olkəyə, 36-sı üc olkəyə, yerdə qalanları isə 4-12 ölkəyə məxsusdur. Reyn, Amazonka və Zambezi hövzələrinin hər birində 7, Nil, Konqo, Niger hövzəsinin hər birində 9, Dunay hövzəsində - 12 ölkə yerləsir. Lakin hər birisinin hövzəsinin sahəsi 1,0 mln. km2 olan 13 nəhəng caydan ancaq dördu - Volqa, Lena, Yansızı və Makkenzi ayrı-ayrılıqda bir ölkə ərazisindən axır. İkincisi, bu, lixter-gəmilərdən (böyük gəmiləri boşaltmaq və ya yükləmək üçün yastı dibli kiçik gəmi). istifadə etməklə, “çay-dəniz” qarışıq daşımalar barədə sualdır.


Dəniz gəmiləri Müqəddəs Lavrenti çayı ilə yuxarı və ayrıcı kanallarla üzərkən bir neçə şlyüzdən keçirlər. Okean laynerləri Atlantikadan Böyük göllər rayonundakı bütün sənaye mərkəzlərinə qədər üzə bilirlər. Ümumiyyətlə, ABŞ-da daxili su yollarının ümumi uzunluğu Missisipi, Missuri, Oqayo, Arkanzas, Kolorado, Kolumbiya, Niaqara və s. çaylarını, eləcə də Böyuk Gölləri Atlantik okeanı sahilləri ilə birləşdirən və XIX əsrdən fəaliyyətdə olan Eri kanalı, Cesa­pik -Delaver kanalı daxili su yollarının uzunluğunun 45 min km-dən artığa çatmasına imkan vermisdir.

Avropada daxili su yolları şəbəkəsini Sena (Fransa), Reyn çayı qolları ilə (Almaniya), Elba, Oder, Visla, Dunay, Dnepr, Volqa, Don və s. çaylar yaradır. Qərbi Avropanın daxili su yollarında mühüm rol oynayan çayların xəritəsi isə şəkil 8.90-da təsvir olunmuşdur.
ABŞ-da möcüzəli Sahil kanalı Meksika körfəzi boyu uzunu Rio-Qrande çayının mənsəbindən Sent-Marksa (Florida) qədər uzanır. Onun ikinci qolu isə Mayamidən Bos­tona qədər Atlantik okeanı sahil boyu xeyli məsafədə yerləşib. Daxili daşımalarda. eləcə də Böyük Göllər -Müqəddəs Lavrentiya su sisteminin də özunə məxsusluğu vardır. Göstərilən su sisteminin sahillərində Kanada və ABŞ-ın böyük liman­ları-Cikaqo, Dulut, Detroyt, Buffalo, Hamilton, Toronto, Monreal yerləsirlər. Braziliyada daxili su yollarının uzunluğu 50 min km-dən artıqdır.

Rusiyada daxili su yollarında Belomor-Baltik kanalı, Moskva adına kanal, Yuxarı Svir şlyü­zü, Volqa-Baltik su yolu, Volqa-Don gəmiçiliyi kanalı və s. vacib rol oynayır. Onlar Ağ, Baltik, Qara, Azov və Xəzər dənizlərini vahid sistemdə birləşdirərək, Aralıq dənizinə çıxışına da şərait yaradır. Sankt-Peterburq-Moskva-Perm-Həştərxan-Rostov trasında bol­sulu dövr 4 m dərinliklə, yay dövründə isə 330-350 sm dərinliklə təmin olunur. Su yolları ilə daşımalarda qarışıq üzən gəmilərin (“çay-dəniz”) xüsusi yeri vardır
Yüklə 263,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə