03 may 2018-ci il tarixində UNEC-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş
“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ALİ İQTİSAD TƏHSİLİ” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.
Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar
konfransın işində iştirak etməyə dəvət olunurlar.
Konfransın mövzuları:
-
Elm, təhsil və innovasiya formatına keçid problemləri.
-
Ali təhsil sistemində islahatlar və problemlər.
-
Ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti.
-
Ali təhsil sistemində beynəlxalq təcrübə və meyllər.
-
Ali təhsil sistemində tədrisin keyfiyyəti və əhatəliliyi problemləri.
-
Ali təhsil sistemi: qlobal meyllər və perspektivlər.
-
Ali təhsil sistemində iqtisad elmi: yeni çağırışlar və perspektivlər.
-
Ali təhsil sisteminin iqtisadiyyatı və maliyyələşdirilməsi problemləri.
Məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:
-
Məqalələrdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
-
Müəllifin adından sonra ortada iri qara şriftlərlə məqalənin adı göstərilməlidir.
-
Məqalənin adından sonra hər üç dildə (azərbaycan, ingilis, rus) dillərində açar sözlər yazılmalıdır.
-
Məqalələrin həçmi 3 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçudə, 1.5 intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 20mm, aşağıdan 20mm) boşluq buraxılmalıdır.
-
Müsabiqəyə təqdim olunacaq məqalələr azərbaycan, rus və ingilis dillərində yazıla bilər. İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (məsələn; 1, səh.15)
-
Məqalələrdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır
-
Məqalələr Elm Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.
-
Məqalələrin qəbulu üçün son tarix: 02 aprel 2018-ci ildir. Məqalələr unec_elm@mail.ru elektron ünvanına və çap variantında UNEC-in əsas binası, “Elm” şöbəsinə (otaq 128) təqdim olunmalıdır.
Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 492-72-98, UNEC “Elm” şöbəsi
ANKET FORMASI
1.
|
Müəllifin adı, soyadı, atasının adı (tam, açıq)
|
|
2.
|
İşlədiyi müəssisə, kafedra, şöbənin adı (tam, açıq)
|
|
3.
|
Vəzifəsi
|
|
4.
|
Elmi dərəcəsi
|
|
5.
|
Məqalənin adı
|
|
6.
|
Əlaqə telefonu
|
|
*Qeyd: məqalələr doldurulmuş anket forması ilə birlikdə 2 aprel 2018-ci il tarixinədək UNEC-in “Elm” şöbəsinə həm elektron, həm də çap variantında təqdim olunmalıdır.
Dostları ilə paylaş: |