№1. Qadın məsləhətxanasına 30 yaşlı qadın ilk hamiləliklə müraciət edir. Axırıncı aybaşısı 09. 2015 olub. Qadının qan qrupu I (0) Rh mənfidir (Rh-) ilk gəlişidir. Bütün analizlər toplanıb. Hamilənin fərdi müşahidə kartası doldurulur



Yüklə 8,24 Kb.
tarix06.05.2018
ölçüsü8,24 Kb.

Məsələ №1.

Qadın məsləhətxanasına 30 yaşlı qadın ilk hamiləliklə müraciət edir. Axırıncı aybaşısı 1. 09. 2015 olub. Qadının qan qrupu I (0) Rh mənfidir (Rh-) ilk gəlişidir. Bütün analizlər toplanıb. Hamilənin fərdi müşahidə kartası doldurulur.


Suallar:

1. Doğuşun güman edilən vaxtını təyin edin.


Ədəbiyyat: "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq" üzrə klinik protokol (Bakı 2013) və "Hamiləlikdə rezus-izoimmunizasiya" üzrə klinik protokol (Bakı 2014).
Məsələ №2.

Qadın məsləhətxanasında 30 yaşlı hamilə qadın qan qrupu II (A), Rh (-) ilə risk qrupuna daxil edilmişdir. Həyat yoldaşında qan qrupu I (0), Rh (+). Axırıncı aybaşısı 5. 03. 2015 olub. Gəlişlərə uyğun bütün analizlər yoxlanılıb. Hamilənin fərdi müşahidə kartasına qeydlər edilib. Doğuşun güman edilən vaxtı 12. 12. 2015.

Ümumi vəziyyəti kafidir. Xroniki hipertenziyası var. A/T 130/90 mm.c.st 3-cü hamiləliyi 2-ci doğuşudur. 1-abort olub. Qarnı oval formadadir. Uşaqlıq dibinin hündürlüyü 38 sm, qarının çevrəsi 75 sm. Dölün ürək döyüntüsü eşidilir.
Suallar:

1. Dölün təxmini çəkisini hesablayın.


Ədəbiyyat: "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq" üzrə klinik protokol (Bakı 2013) və "Hamiləlikdə rezus-izoimmunizasiya" üzrə klinik protokol (Bakı 2014).
Məsələ №3

Doğum evində 19 yaşlı hamilə qadın 21.05.2015 ildə saat 1500 çəkisi 3200 qram olan diri qız uşağı doğdu. Doğuşun III dövrü aktiv idarə edildi. İtirilən qanın miqdarı 250-300 ml.

Ümumi vəziyyəti kafidir. A/T - 115/70 mm.c. süt., nəbzi 78 vurgu/dəq., dəri və görünən selikli qişalarının rəngi doğuşun gedişinə uyğundur. Uşaqlıq bərk, yumrudur, ifrazat azacıq qanlıdır.
Suallar:

1. Doğuşun III dövrünün aktiv aparılmasında məqsəd.


Ədəbiyyat:" Normal doğuş" üzrə klinik protokol (Bakı 2012). Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında təlimat Bakı 2013.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə