№3 Humanitar elmlər seriyası



Yüklə 65,36 Kb.
tarix25.06.2018
ölçüsü65,36 Kb.
#51788


 

22 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2012 

 

 



ƏDƏBİYYATŞÜNASLIQ 

 

UOT 82 (091)  



 

MƏHƏMMƏD FÜZULİNİN «HƏDİQƏTÜS-SÜƏDA» ƏSƏRİNDƏ 

PEYĞƏMBƏR HEKAYƏLƏRİ 

 

L.S.ƏLİYEVA 

Bakı Dövlət Universiteti 

Lalaaliyeva1950@rambler.ru 

 

M

əqalədə  M.Füzulinin  «Həqiqətüs-süəda»  əsərində  yer  alan  peyğəmbərlər  hekayə-

l

ərindən biri – «Yaqub əleyhissəlamın sınağa çəkilməsi» qissəsinin ideya, mövzu və obrazlar 

al

əmi  təhlil  edilir.  Füzulinin  eşq  konsepsiyasına  münasibəti  açıqlanır.  Əsərdəki  qissə-

hekay

ələr klassik nəsrimizin dəyərli örnəkləri kimi təqdim olunur.  

 

Açar sözlər: ideya, nəşr, obraz, münasibət, dəyərli   

 

Məhəmməd  Füzuli anadilli şeirimizin beşiyi başında dayanan böyük sə-



nətkar kimi şöhrət tapsa da, nəsr yaradıcılığı ilə də Azərbaycan bədii nəsr qolu-

nun inkişafında önəmli rol oynamışdır. Onun şeir divanlarının dibaçələri, «Leyli 

və Məcnun»  poemasının dibaçəsi, müxtəlif zamanlarda müxtəlif şəxslərə  yaz-

dığı  məktubları,  farsca  qələmə  aldığı  «Rindü-Zahid»,  «Səhhət  və  Mərəz» 

əsərləri, «Hədiqətüs-süəda» məqtəli klassik nəsrimizin dəyərli örnəkləridir.  

Tədqiqatçıların  sənədli-tarixi-bədii  roman  kimi  dəyərləndirdikləri  «Hə-

diqətüs-süəda»  («Xoşbəxtlər  bağçası»)  məqtəli  Azərbaycan  ədəbiyyatında 

vahi


d süjet xəttinə malik olan romanın ilk nümunəsi hesab edilir. Əsər vahid 

süjet xəttinə malik olsa da, on bab (fəsil) özlüyündə müxtəlif qissə-hekayələr 

şəklində  baş  mövzu  –  Kərbəla  vaqeəsi  ilə  əlaqələndirilmişdir.  «Hədiqətüs-

süəda»nın birinci babında yer alan qissələr klassik hekayə janrımızın örnəkləri 

hesab  oluna  bilər.  Yığcam,  lakonik,  az  sayda  obrazlarla  mövzunu  məqtəlin 

əsas  ideya  və  qayəsinə  uyğun  şəkildə  işləyən  M.Füzuli,  dövrünün  tələbi  ilə 

yaxından  səsləşən  ciddi  məsələlərə  toxunduğu  «Şikayətnamə»  hekayəsindən 

fərqli olaraq burada lirik-romantik motivlərə üstünlük vermişdir.  

Məqtəldə dibaçədən sonra «Babi-əvvəl...» («bəzi ənbiyayi-izam və Rü-

suli-


kiram surəti əhvalların bəyan edər») yer alır. Bu fəsil bütövlükdə peyğəm-

bər  hekayələrinə  həsr  olunub  səkkiz  yarımbaşlığa  ayrılır.  Yarımfəsillərdə 

Adəm, Nuh, İbrahim, Yaqub, Musa, İsa, Əyyub, Zəkəriyya və Yəhya peyğəm-

bərlərin qissələri verilir ki, bunlar da klassik hekayə janrının tələblərinə cavab 




 

23 


verir.  Hər  bir  qissə  –  hekayə  müstəqil  süjet  xəttinə  malikdir.  Doğrudur, 

peyğəmbərlərin  uğradıqları  fəlakətlər,  üzləşdikləri  bəla  və  faciələr  əsərdə 

imam  Hüseyn  faciəsi  ilə  müqayisə  olunaraq  əlaqələndirilir  ki,  bu  da  əsər 

müəllifinin əsas məqsəd, ideya və qayəsinə xidmət edir. 

Kərbəla  vaqeəsindən  alınan  mövzunun  əsasında  eşq  ilahi  məhəbbət, 

Allah  sevgisi  dayanır.  «İstər  «Hədiqətüs-süəda»ın  baş  qəhrəmanı  -  Kərbəla 

meydanının Sultanı həzrət imam Hüseyn (ə.), istərsə də şəhidlik mövzusu iə 

bilavasitə  bağlı  olan  başqa  surətlər  –  həyatda  bəla  və  müsibətlə  üzləşən 

müqəddəslər – Adəm və Nuh, İbrahim və Yaqub kimi peyğəmbərlər, sonuncu 

peyğəmbərlər həzrət Məhəmməd (S.), o həzrətin qızı Fatimə (Ə.), imam Əli 

(Ə.) və övladı imam Həsən (Ə.) üçün başlıca səciyyəvi xüsusiyyət bu müqəd-

dəs  şəxsiyyətlərin  ilahi  məhəbbəti  ilə  yaşayıb-yaratmaları,  bu  yolda  canla-

rından belə keçməyə hər zaman, hər an canla-başla razı olmalarıdır» (12,  71).  

Məhəmməd  Füzulinin  qəhrəmanları  pak,  müqəddəs  şəxsiyyətlərdir, 

onlar  Yaradana  olan  məhəbbətlərini  bəşəri  məhəbbətdən  uca  tutaraq  eşq 

meyd


anda «canan» üçün «can»larından keçməyi şərəf işi hesab edirlər:  

Biz 


bəladan incinib, bidaddan vəhm etməziz,  

Nəqdi-canın sərfi-canan eyləyən aşiqləriz.  

Eşq meydanında bidadü bəladan dönməyib,  

Rastrəv salikləriz, sabit qədəm sadiqləriz.  (4, 211)  

«

Məhəbbət meydanının bəlakeşlərindən olan İbrahim peyğəmbərin oğlu 



İsmayılı  düşünmədən  cananına  –  Allahına  qurban  verməsi,  malı-mülkü  ilə 

bərabər  on  iki  övladını  itirən  Əyyub  əleyhissəlamın  yarına  –  Allahına  olan 

sevgisi, 

tükənməz səbri və s. Yaradana olan bağlılıq və eşqin təzahürüdür.  

Birinci 

babın digər qissələrdən həcminə görə geniş olan (42, 57) «Fəsli-

ibtilayi  – 

Yəqub  əleyhissəlam» («Yəqub  əleyhissəlamın  sınağa  çəkilməsi») 

yarımfəslində Yaqub və Yusif əleyhissəlamların hekayəti verilmişdir. Qissənin 

əvvəlində Məhəmməd Füzuli  «Yusif» surəsinin nazil olmasını Kərbəla faciəsi 

ilə əlaqələndirərək göstərir ki, Allahın mələklərindən olan Cəbrayıl Məhəmməd 

peyğəmbərə  müraciətlə  soruşur: «Hər  ikisini  sevirsənmi?  Həzrət  buyurdu  ki: 

«

Əlbəttə, övladımız ciyərimizdir». Peyğəmbər nəvələrinin gələcək talelərindən 



xəbər verən Cəbrayıl: «Ya Rəsulullah, bu şahzadələrin birini zəhri cəfayla həlak 

qılıb, birini tiği bidirig ilə bağrın çak edərlər» (4; 43). – deyir. Allahın mələyi 

peyğəmbərin  bu  xəbərdən  mütəəssir  olduğunu  gördükdə, «o  həzrətin  təsəlliyi 

xatiri  üçün  Yusif 

surəsin  nazil  etdi  ki, (nəhnu  nəqussu  əleykə-əhsənəl-qisəsi» 

(

tər.: «Biz sənə hekayətlərin ən gözəlini öyrədirik» (Quran, 12:3) şeir:  



Təsəlliyi-dili-paki-Rəsul üçün Həqdən,  

Bəyani-qisseyi-Yəqubu-Yusif etdi nüzul» (4, 43).  

«

Hədiqətüs-süəda»da Yusif surəsinin nazil olması əsərin müəllifi tərəfin-



dən baş mövzuyla bağlı şəkildə verilsə də, həmin surənin nazil olması səbəbləri 

haqqında  müxtəlif  fikirlər  vardır. «Deyilənə  görə,  bir  dəfə  səhabələr  pey-

ğəmbərdən  onlara  bir  hekayət  söyləməyi  xahiş  etmiş,  bu  zaman  peyğəmbərə 

Allah-


Təala tərəfindən vəhy gəlmiş və Yusif surəsi nazil olmuşdur» (6, 303).  


 

24 


M.Füzuli  Yaqub 

və  Yusiflə  bağlı  qissəni  qələmə  alarkən  orijinal  yol 

seçmişdir.  Məlum  olduğu  kimi,  Şərq  ədəbiyyatında  müştərək  mövzulardan 

hesab  olunan  Yusif 

və Züleyxa əfsanəsi «Yusif və Züleyxa» adı ilə Firdovsi, 

Cami,  Qul 

Əli,  Suli  Fəqih  və  b.  sənətkarlar  tərəfindən  qələmə  alınmışdır. 

M.Füzuli Yaqub, Yusif 

obrazlarının bəşəri duyğularını, nəcib, xeyirxah ideya-

la

rı təbliğ edən, həm Allaha, həm də ailəyə, ümumiyyətlə – təbiətin hər hansı 



bir 

varlığına olan sevgisi, səbri, dözümü tərənnüm edən məqamları daha geniş 

və romantik şəkildə qələmə almışdır. Əsərdə Züleyxanın Yusifə olan məhəb-

bəti digər sənətkarlardan fərqli olaraq, yığcam detallarla təqdim olunur, təfər-

rüata 

varılmır. Hadisələrin axarı sadə yolla gedir və üç mərhələdə cərəyan edir:  



I  mərhələdə  Yusifin  Kayan  yurdunda  ailəsi  ilə  keçirdiyi  günlər,  qar-

daşları  tərəfindən quyuya salınması və qul kimi satılması xətti təqdim olunur;  

II 

mərhələdə  Yusifin  vətənindən  ayrı  düşməsi,  tacir  tərəfindən  Misirə 



gətirilməsi, sarayda xidmət göstərməsi üçün satılması əsas yer alır; 

III 


mərhələdə isə Yusifin günahsız yerə cəzalanması, zindana salınması 

və yeddi il əzab-əziyyətə məruz qalması xətti izlənir.  

Qissənin əvvəlində oxucu Yusifin atası, qardaşları, bacısı ilə tanış olur, 

Yaqubun gününü, i

badətdə, dua-sənalarla keçirən bir şəxs olduğunu görür. On 

iki 


oğul, bir qız övladına sahib olan ata Yusifi həm zahiri, həm də batini gö-

zəlliyinə  görə  daha  çox  sevir,  digər  övladlarından  üstün  tutur.  Məhz  bu 

səbəbdən də qardaşları Yusifi qısqanır, onu tez bir zamanda aradan götürmək 

qərarına gəlirlər:  

Həva tündbadi binalar yıxar,  

Həsəd atəşi, xanimanlar yaxar (4, 43).  

Bu 

niyyətlə  qardaşlar  atalarının  yanına  gələrək  ona  dillər  tökürlər  və 



əlləri üstündə” Yusifi evdən uzaqlaşdırırlar. Yaqub ataya məxsus narahatlıqla 

mane olmaq 

istəsə də, onların təkidləri qarşısında aciz qalır. Ayrılıq anında ata 

əziz balasına nəsihətlər verir: «Hala sana dörd nəsihətim var: Allahını unutma, 

əgər bir bəlayə düssən məbudundan müavinət istə. «Və Allah mənə yetişər, o 

yaxşı bir vəkildir» (Quran, 3, 173), yəni bu kəliməyi çox zikr et. Məni unutma, 

yəqin ki, mən dəxi səni unutmaram» (4, 45).  

Sonra  Yaqub  Yusifi  oğlu  Rubilə  tapşıraraq  deyir:  “Sən  əkbəri-öv-

ladımsan, Yusifi sana tapşırdım, səndən istərəm” (4, 45).  

M.Füzuli  bu 

məqamda  hadisələrə  müdaxilə  edərək,  Yaqubun  oğlunu 

Rubilə  deyil,  Allaha  həvalə  etmədiyi  üçün  məşəqqətlərə  düçar  olduğunu 

düşünür:  

Hiç 

məqsudə dəstrəs bulmaz,  



Qeyri-

Məbuda etimad qılan.  

Vasili-

mənzili-murad olmaz,  



Unudub 

anı qeyri yad qılan (4, 45).  

Qardaşlar  Yusifin  fəryadlarına  əhəmiyyət  vermədən  quyuya  atırlar. 

Yəhuda  gizlicə  Yusifdən  hal-əhval  tutur,  Yusif  öz  vəziyyətini  unudaraq  ona 

dönə-dönə atası Yaqubu tapşırır.  



 

25 


Geri 

qayıdan  qardaşlar  Yaquba  Yusifin  canavar  hücumuna  məruz 

qaldığını söyləyərək qanlı köynəyini göstərirlər.  

İkinci  mərhələdə  Malik  adlı  tacir  tərəfindən  quyudan  çıxarılan  Yusifin 

qardaşlarının  onu  qul  kimi  satmasının  şahidi  oluruq.  Malik  Yusifi  Misir 

bazarında ölkənin hakiminə baha qiymətə satır, onun saraydakı qısamüddətli 

həyatı belə başlayır.   

Hadisələrin gedişi üçüncü mərhələdə Züleyxanın Yusifə aşiq olması ilə 

davam edir. Yusif 

ölkə hökmdarının xanımı olan Züleyxanın şər və böhtanına 

məruz qalır. Zəncirlənmiş halda Misir küçələrində dəvənin üstündə xəyanətkar 

qul  kimi 

gəzdirilir,  sonunda  zindana  atılır.  Yeddi  il  zindanda  əzab-əziyyət 

çəkən Yusif qissənin finalında bədəvi ərəbə iyirmi min dirhəm dəyərində olan 

yaqut  verib 

atasına  xəbər  göndərir.  Hekayə  Yaqub  peyğəmbərin  duaları  ilə 

tamamlanır.  

Müfəssəl şəkildə nəzərdən keçirdiyimiz hekayədə Yusif əvvəldən axıra-

dək hadisələrin mərkəzindədir. O, yüksək əxlaqi keyfiyyətləri ilə diqqəti cəlb 

edir. 


Qaranlıq quyular, odlu səhralar və çöllər, köləlik, zindan həyatı, işgəncə 

və təhqirlər ilahi məhəbbətin alovunu söndürə bilmir. Yaqub ilə Yusifin yega-

nə məbuda - Yaradana olan məhəbbətləri, səbr və dözümləri mükafatlandırılır. 

«

Azərbaycan  bədii  nəsrinin  tarixindən»  monoqrafiyasının  müəllifi  ədəbiy-



yatşünas  Hidayət  Əfəndiyev  «Hədiqətüs-süəda»  məqtəlindən  bəhs  edərkən 

«Yusif 


və Yaqub» hekayəsinə daha çox diqqət yetirmişdir (3, 27-43).  

Tədqiqatçı Şərqdə həm yazılı, həm də şifahi ədəbiyyatda geniş yayılan 

«Yusif 

və  Züleyxa»  mövzusundan  danışmış, «Hədiqətüs-süəda»da  yer  alan 



qissənin mövzu, ideya, məzmun və dil xüsusiyyətlərini araşdırmışdır. Yalnız 

görkəmli alimin Füzulinin təqdim etdiyi eşq konsepsiyasına münasibəti fərq-

lidir. 

Belə  ki,  Allaha  olan  sevgi  Yusiflə  Yaqubun  bir-birinə  olan  məhəbbəti 



kimi 

dəyərləndirilir: «Yəqub  və  Yusifin  məhəbbəti  əsərdə  yüksək  əxlaqi  və 

tərbiyəvi  qayələr  izləyir,  adamları  sədaqətə,  etibara,  vəfaya  səsləyir... 

Məhəbbət hansı şəkildə təzahür edirsə-etsin, oğlan ilə qız arasındamı, ata ilə 

oğlu  arasındamı,  dost  ilə  dost  arasındamı,  o,  insanlar  arasındakı  ziddiyyətin, 

ədavət və düşmənçiliyin, kin və həsədin, fitnə və fəsadın yox olmasına xidmət 

edir. «Yusif 

və  Yəqub»  hekayəsindən  çıxan  nəticə  bundan  ibarətdir  və  ya 

«...onun 

məhəbbətinin obyekti öz doğma atasıdır» və s. (2, 35).  

Bizcə,  təkcə  görkəmli  ədəbiyyatşünas  Hidayət  Əfəndiyev  deyil,  başqa 

tədqiqatçılar  da  «Hədiqətüs-süəda»ya  dövrün  ideologiyasının  tələbinə  uyğun 

şəkildə yanaşmış və buna bənzər mülahizələr irəli sürmüşlər.  

Məhəmməd  Füzulinin  «Hədiqətüs-süəda»  əsərində  nəzərdən  keçirdiyi-

miz «

Fəsli-ibtilayi-Yəqub əleyhissəlam» qissəsində dini rəvayət özünəməxsus 



şəkildə yenidən işlənmişdir. Hekayətin müəyyən məqamlarında xalq yaradıcı-

lığı, nağıl və dastanlarımızla yaxından səsləşmələr müşahidə olunur. Müşahi-

dələr  göstərir  ki,  qəhrəmanlar  çətin  məqamlarda,  çıxılmaz  vəziyyətlə  üzləş-

dikdə mifik, mövhumi obrazlarla qarşılaşırlar:  




 

26 


a) 

bəzən qəhrəmanlar əsrarəngiz, göylərə məxsus ilahi qüvvələrin yardı-

mına müraciət edirlər;  

b) b


əzi hallarda qəhrəmanların ah-naləsi, dua-sənası hadisələrin gedişin-

də müəyyən rol oynayır;  

c) folklor 

nümunələrində tez-tez rastlaşdığımız, yuxu motivi qəhrəman-

la

rın gələcək həyatlarından xəbər verir.  



Hekayənin  əvvəlində  Yusif  quyuda  olarkən  Cəbrayıl  Allah-Təalanın 

buyruğu ilə onun çılpaq bədənini «cənnət libasları» ilə örtür («hüləli-behiştə»): 

«Filhal 

Cəbrayıl  Yusifi  götürüb  qəri-caha  yetirdi  və  hüləli-behiştdən  setri-

bədən verüb pərü-balin sihhət üçün cərahətlərinə sürtdü» (4, 48).  

Qis


sənin finalında zindanda olan Yusifin Yaqub peyğəmbərin duaları ilə 

nicat 


tapması göstərilir. Hekayənin başqa bir yerində qulam tərəfindən şiddətə 

məruz qalan Yusif yanıqlı bir ah çəkməklə tufan və qasırğanın başlanmasına 

səbəb olur: «...Yusif heç cavab vermədi, amma dərdlə bir ahü-sərd çəkdi ki, 

...tufan qopdu»; 

və ya «Yusif göyə baxıb ləbi-gövhərfəşanın duaya mütəhərrik 

etdikdə havadan küdurət gedib səfaya mübəddəl oldu» (4, 53).  

M.Füzuli 

hekayənin  əvvəllərində  yuxu  motivindən  istifadə  etmişdir: 

Yusif  at

asına yuxusunda gördüyü «Misri-gülzardan» ay, günəş, on bir ulduz-

dan 

bəhs  edir.  Daha  sonra  Yusifin  bacısı  Dina  yuxusunda  qardaşının  çöldə 



yırtıcı  canavarlar  tərəfindən  parçalandığını  görür,  atasından  Yusifi  gözündən 

iraq 


buraxmamasını xahiş edir.  

M.Füzuli 

digər  əsərlərində  olduğu  kimi,  Yusiflə  bağlı  qissədə  də  alle-

qoriyadan 

istifadə  etmişdir.  Hekayənin  sonunda  sahibini  səhrada  buraxıb 

Yusifin 


həbs olunduğu zindanın önünə gələn, onunla həmsöhbət olan dəvənin 

təsviri bu baxımdan səciyyəvidir. Yusifin sabah nəsiminə, səbaya müraciətləri 

də klassik ədəbiyyatımızda tez-tez rastlaşdığımız epizodlardandır.  

Hekayədə  verilmiş  təbiət  təsvirlərinin  hadisə  və surətlərlə  sıx  bağlı  ol-

ma

sı,  bir-birindən  fərqlənən  surətlər  silsiləsi  (Yaqub,  Yusif,  Rubil,  Şəmun, 



Yəhuda,  Dina,  Züleyxa,  Malik  və  s.),  otuzdan  artıq  mənzum  parçanın  işlən-

məsi,  təşbeh,  təzad,  istiarələrin  zənginliyi,  qafiyəli-səcli  nəsr,  aforizm,  atalar 

sözlərinin yerli-yerində verilməsi M.Füzulinin yalnız poeziya deyil, nəsrdə də 

yüksək sənətkarlıq nəzəriyyələrinə malik olmasının parlaq ifadəsidir.  

Beləliklə, şeir yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişaf tarixində 

yeni 


yüksəliş  mərhələsi  yaratmış  olan  dahi  sənətkar  M.Füzuli  öz  nəsr 

yaradıcılığı  ilə  də  Azərbaycan  klassik  bədii  nəsrinin,  o  cümlədən,  hekayə 

janrının inkişafında da yeni mərhələ açmışdır.  

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan ədəbiyyatı tarixi. 1 c, Bakı: Azərbaycan SSR EA, 1960, 589 s.  

2.

 



Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr, 1963, 235 s.  

3.

 



Əliyeva L. Klassik Azərbaycan bədii nəsrində hekayə janrı. Bakı: BDU, 2009, 67 s.  

4.

 



Füzuli M. 

Hədiqətüs-süəda. Bakı: Gənclik, 1993, 365 s.  

5.

 

Füzuli-500. 



Məqalələr toplusu. Bakı: BDU, 2000, 380 s.  


 

27 


6.

 

Qasımova  A.  XIV-XVI  əsrlər  Azərbaycan  ədəbiyyatı  və  Quran  qissələri.  Bakı:  BDU, 



1998, 436 s.  

7.

 



Qocayeva S.  XVI 

əsr Azərbaycan ədəbiyyatı və təssəvvüf. Bakı: Az TU, 2010, 129 s.  

8.

 

Qurani-



Kərim. Bakı: Azərnəşr, 1991, 712 s.  

9.

 



Masse A. 

İslam. Bakı: Azərbaycan Ensiklopediyasının baş redaksiyası, 1992, 255 s.  

10.

 

Mirzəyev A.  Füzulinin «Hədiqətüs-süəda» əsəri orta əsrlər tərcümə abidəsi kimi. Bakı: 



Nurlan, 2001, 181 s.  

11.


 

Mirzəyev A. Azərbaycanda bədii tərcümə tarixi və Füzuli. Bakı: Nurlan, 2009, 169 s.  

12.

 

Mir 



Cəlal. Füzuli sənətkarlığı. Bakı: Maarif, 1994, 250 s.  

13.


 

Nağısoylu M.  Füzulinin «Hədiqətüs-süəda» əsəri. Bakı: Nurlan, 2002, 142 s.  

14.

 

Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Ozan, 2008, 695 s.  



 

РАССКАЗЫ О ПРОРОКАХ В ПРОИЗВЕДЕНИИ  

М.ФИЗУЛИ «ХАДИГАТЮС-СЮАДА» 

 

Л.С.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  на  основе  фактического  материала  рассматриваются  идеи,  тематика  и 

образы  рассказа  «Испытание  пророка  Ягуба»,  взятою  из  произведения  М.Физули 

«Хадигатюс-сюада».  Раскрывается  любовная  концепция  Физули.  «Испытание  пророка 

Ягуба» представляется как образец классического рассказа.  

 

Ключевые слова:  идея, проза, образ, отношение, ценное.  

 

THE PROPHET STORIES IN THE PLAY “HADIGATUS-SUADA”  



BY MUHAMMAD FUZULI 

 

L.S.ALIYEVA 

 

SUMMARY 

 

The presented article analyzes  the idea, subject and character of one of the prophet’s 



stories called “Yaqub prophet’s trialing” in the play by M.Fuzuli. Fuzuli’s attitude towards the 

love conception is explained. In the given play the stories are presented as valuable examples 



of our prose.  

 

Key words:  idea, prose, character, attitude, valuable.  

Yüklə 65,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə