30 avqust 2017-ci il, çərşənbə
6
Prezident İlham Əliyevin ölkənin istənilən bölgəsinə
səfəri, sözün həqiqi mənasında, hadisəyə çevrilir. Dövlət
başçımızın rayon ictimaiyyətinin nümayəndələri ilə söhbətləri,
müxtəlif obyektlərin açılış və ya təməlqoyma mərasimlərində
iştirakı, müəyyən aktual məsələlər barədə respublika əhəmiyyətli
müşavirələr keçirməsi, xüsusən, səfər etdiyi rayon və ya şəhərin
sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə imzaladığı
sərəncamlar uzun müddət bölgə əhalisinin yadından çıxmır.
Balakəndə də belə oldu. Rayon-
dakı “ABAD Mərkəz”in açılışında
iştirak edən ölkə rəhbərinin sakinlərlə
görüşdə səsləndirdiyi fikirlər indi də
maraqlı söhbət mövzusu kimi tez-tez
yada salınır: “İndi siz yaxşı bilir-
siniz ki, biz ölkəmiz üçün ənənəvi
olan kənd təsərrüfatı sahələrini
bərpa edirik. Bu bölgənin imkanla-
rı, iqlim şəraiti və ənənələri nəzərə
alınır. Bölgədə çox geniş vüsət alan
sahələr fındıqçılıqla, baramaçılıqla,
tütünçülüklə bağlıdır. Siz – burada
yaşayan insanlar yaxşı görürsünüz ki,
son bir-iki il ərzində bu sahədə çox
böyük artım var və bu, əhalinin həyat
səviyyəsinin yaxşılaşdırılmasına
birbaşa müsbət təsir göstərir. Bir il
ərzində Balakən rayonunda 2 min 200
hektarda yeni fındıq bağları salınıb və
bağların sahəsi 7 min hektara çatıbdır.
Ancaq növbəti illərdə əlavə minimum
3 min hektarda fındıq bağları salına-
caq və bütün bunlar dövlət hesabına
olan məsələlərdir. Yəni, dövlət lazım
olan tingləri gətirir, suvarma işlərini
təşkil edir, kəndlilərə şərait yaradır
ki, onlar bu ağaclara qulluq edərək öz
maddi vəziyyətlərini daha da yaxşı-
laşdırsınlar və xaricə valyuta gətirən
məhsullar çıxara bilsinlər”.
Dövlət başçımızın həmin
səfərindən bir neçə gün sonra rayon
Mədəniyyət Mərkəzində Prezidentin
Balakən səfərinin yekunlarına və
kənd təsərrüfatı sahəsində qarşı-
da duran vəzifələr barədə rayon
ictimaiyyətinin müşavirəsi keçirilib.
Müşavirədə rayon icra hakimiyyətinin
başçısı İslam Rzayev, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və
təşkilatların rəhbərləri, ərazidəki icra
nümayəndələri, bələdiyyələr, ziyalılar,
ictimaiyyətin təmsilçiləriləri iştirak
ediblər. İslam Rzayev Prezident İlham
Əliyevin Balakəndə 5-ci dəfə, son
beş ildə isə 2-ci dəfə olmasını tarixi
hadisə adlandırıb. Bildirib ki, son beş
ildə ölkə başçısının rayona ikinci dəfə
gəlməsi onun balakənlilərə böyük
inamı, rayona böyük diqqət və qay-
ğısı, balakənlilərin Prezidentə böyük
məhəbbəti hesab olunmalıdır.
Rayon rəhbəri qeyd edib ki,
Azərbaycan Prezidenti İlham
Əliyevin avqustun 3-də rayona
növbəti səfəri əvvəlki gəlişlərindəki
kimi uğurlu oldu. Səfər zamanı
ölkə başçısı Balakən Su Elektrik
Stansiyasının, Bayraq muzeyinin ,
Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala
avtomobil yolunun və “ABAD
Mərkəz”in açılışında iştirak edib və
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşüb. Prezident görülmüş işləri
yüksək qiymətləndirib. Qeyd olunub
ki, dövlət rəhbərinin uğurlu daxili
siyasətinin bariz nümunəsi özünü
respublikanın bütün regionlarının,
o cümlədən, Balakən rayonunun da
hərtərəfli inkişafında göstərməkdədir.
Balakənlilər əmindirlər ki, ölkədə
həyata keçirilən düzgün daxili və
xarici siyasətin ali məqsədi – ana
xətti Azərbaycanın daha gözəl, daha
qüdrətli olmasına, insanlarımızın isə
xoşbəxt və firavan yaşamasına xidmət
edir.
Rayon icra hakimiyyətindən
bildirdilər ki, təsərrüfatlarda qarğı-
dalı yığımına başlanılıb. İlk olaraq
Qabaqçöl ərazisindəki təsərrüfatlarda
yığım aparılır. Bu il rayonda 6 min
885 hektar sahədə qarğıdalı əkilib.
Göstərilən yüksək aqrotexniki qulluq
nəticəsində sahələrdə bol məhsul ye-
tişdirilib. Mütəxəssislərin rəyinə görə,
hər hektardan orta hesabla 62 sentner
məhsul gözlənilir. Balakənli fermerlər
cari mövsümdə 40 min tondan çox
dən qarğıdalı istehsal etməyi qarşıları-
na məqsəd qoyublar.
Bu xəbəri digər məlumatlardan
önə çəkməyimizin əsas səbəbi də
məhz bu “40 min tondan çox dən”
ifadəsini qabartmaq idi. Çünki bu
gün qarğıdalıya ölkəmizdə çox
böyük ehtiyac var və bu məhsulun
yetişdirilməsinin əsl ustaları da elə
balakənli sahibkarlardır.
Sahibkarlardan söz düşmüşkən,
rayon icra kakimiyyətinin başçısı
İslam Rzayevlə söhbətimiz zamanı
da sahibkarlara qayğı göstərilməsi
istiqamətində həyata keçirilən
tədbirlər barədə maraqlı məlumatlar
eşitdik. İslam müəllim xatırlatdı
ki, ölkə Prezidenti İlham Əliyevin
kiçik və orta sahibkarlığın inkişafı
üçün münbit şəraitin yaradılma-
sı, kənd təsərrüfatında islahatların
genişləndirilməsi, yerli infrastruktur
layihələrinin icra olunması, yeni
istehsal və emal müəssisələrinin açıl-
ması, əhalinin məşğulluq səviyyəsinin
artırılması ilə bağlı qarşımıza qoydu-
ğu konkret vəzifələrin icrasının təmin
edilməsi məqsədilə yaradılan rayon
qərargahı 2017-ci ildə də öz işini
səmərəli qurub. Rayon qərargahının
müntəzəm keçirilən iclaslarında kənd
təsərrüfatının inkişaf etdirilməsi,
torpaqlardan səmərəli istifadə olun-
ması, məhsul istehsalının artırılma-
sı, istehsalçılara dövlət dəstəyinin
göstərilməsi, fermerlərə və torpaq
mülkiyyətçilərinə təsərrüfatların
qurulmasında kömək edilməsi kimi
məsələlər müzakirə edilir. Rayonda
torpaq mülkiyyətçilərinin texnika-
ya, mineral gübrələrə, toxuma və
dərman preparatlarına olan tələbatının
ödənilməsi sahəsində konkret qərarlar
qəbul edilib və icrası təmin olunub.
Balakəndə baramaçılığın, tü-
tünçülüyün və fındıqçılığın inkişaf
etdirilməsi sahəsində qarşıya qoyul-
muş vəzifələrin yerinə yetirilməsi
məqsədi ilə ardıcıl işlər aparılır, rayon
icra hakimiyyətində fəaliyyət göstərən
komissiya tərəfindən fermerlərin,
torpaq mülkiyyətçilərinin kənd
təsərrüfatı işləri ilə bağlı problemləri
vaxtında öyrənilir və onların texni-
kaya, mineral gübrələrə, pestisidlərə
olan tələbatlarının ödənilməsinə lazı-
mi kömək göstərilir. Barama və tütün
istehsal edəcək, eləcə də yeni fındıq
bağları salacaq istehsalçılar hələ ilin
əvvəlindən müəyyən edilib, əkin
aparılacaq sahələr müəyyənləşdirilib
və şumlanaraq tütün, fındıq və digər
kənd təsərrüfatı bitkilərinin əkilməsi
təmin edilib. Bu il rayonda 11,5 ton
barama istehsal olunub ki, bu da
keçən ilə nisbətən 3,7 dəfə çoxdur.
Tütünçülüyün inkişaf etdirilməsi
ilə bağlı tütün əkiləcək torpaq
sahələri və istehsalçılar hələ yaz-
dan da qabaq müəyyən edilib,
şitil ehtiyatının yaradılması üçün
istixanalar hazırlanıb, həmçinin,
emal müəssisələri olan “İnterta-
bacco” MMC və “İlham” MMC ilə
müqavilələrin bağlanması təmin
edilib. 241 hektar sahədə Virciniya,
8 hektar sahədə Berley, 279 hektar
sahədə isə İtiyarpaq növ olmaqla,
cəmi 528 hektar sahədə tütün əkilib.
Tütün əkilmiş sahələrin becərilməsi,
suvarılması, istehsalçıların texnika-
ya, mineral gübrələrə olan tələbatının
ödənilməsi, həmçinin, sahələrdə bitki
xəstəliklərinə və zərərvericilərə qarşı
mübarizə aparılması üçün tədbirlər
görülüb. Hazırda təsərrüfatlarda
tütün yarpaqlarının yığımı davam
etdirilir.
Xatırlatmaq yerinə düşər ki, bu il
Balakəndə “Pambıq və tütün isteh-
salçılarına dövlət büdcəsinin vəsaiti
hesabına subsidiyanın verilməsi
Qaydası”na uyğun olaraq 19 tütün
istehsalçısına emal müəssisələrinə
satdıqları yaş və quru tütünün miqda-
rına görə 4385,47 manat, 6 istehsalçı-
ya 2016-cı ilin təkrar əkinlərinə görə
3784 manat vəsaitin ödənilməsi təmin
edilib.
Həmsöhbətimiz qeyd etdi
ki, rayonda fındıqçılığın inkişaf
etdirilməsi sahəsində yeni bağlar sa-
lınması məqsədi ilə dövlət, bələdiyyə
və xüsüsi mülkiyyətdə olan torpaq
sahələri müəyyənləşdirilib, 2264,2
hektar sahədə yeni fındıq bağları sa-
lınıb ki, onun da 662 hektarı cari ildə
salınan bağlardır. Yeni salınmış fın-
dıq bağlarının 1405.5 hektarı xüsusi,
509 hektarı bələdiyyə, 349.5 hektarı
dövlət mülkiyyəti torpaqlarıdır.
Rayon icra hakimiyyətində yara-
dılmış qərargah torpaq sahələrindən
səmərəli istifadə olunmasının təşkili
ilə bağlı monitorinqlər aparıb və
Xalatala, Hənifə, Talalar, Tülü,
Qullar və Qaysa kəndlərində 189,95
hektar səmərəsiz istifadə olu-
nan örüş və digər təyinatlı torpaq
sahələri müəyyən edilib. Səmərəsiz
istifadə olunan örüş və digər kənd
təsərrüfatına yararlı sahələrin
əkilməsi məqsədilə təyinatının
dəyişdirilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabi-
neti qarşısında məsələ qaldırılıb.
“Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahəsinin
becərilməsində istifadə etdiyi
yanacaq və motor yağlarına, habelə
buğda, çəltik, pambıq əkininə görə
dövlət büdcəsinin vəsaiti hesabına
yardımların verilməsi Qaydaları”na
uyğun olaraq, istehsalçılara yardım-
ların verilməsinin təşkili ilə əlaqədar
3924,5 hektar əkin sahəsinə görə
2333 istehsalçıya 219011,9 manat
subsidiya hesablanıb və sənədlər
respublika komissiyasına təqdim
olunub.
Rayonda “ABAD”
layihəsinin icrası nəticəsində
sahibkarlığın inkişafına, əhalinin
məşğulluq səviyyəsinin artırıl-
masına, rəqabətqabiliyyətli ailə
təsərrüfatlarının və ixrac yönümlü
milli ailə biznesi brendlərinin forma-
laşdırılmasına əlverişli şərait yarana-
caqdır. Hazırda bu sosial layihənin
pilot rayonu kimi seçilən Balakəndə
icra edilməsi üçün “ABAD park”
kompleksinin tikinti işləri başa
çatmaq üzrədir. “ABAD” layihəsi
çərçivəsində rayonda 12 ailəyə kənd
təsərrüfatı məhsullarının emalı üçün
müasir standartlara cavab verən
zəruri istehsal avadanlıqları ilə təchiz
edilmiş monoblok konteynerlər
verilib. Konteynerlər istehsala hazır
vəziyyətə gətirilərək, avadanlıq-
ların istehsal keyfiyyətliliyi test
edilib. Hazırda 8 ailədən müxtəlif
növlərdə 44 ədəd cem və mürəbbə
məhsullarının nümunəsi götürülərək
sertifikatlaşdırılması üçün Respub-
lika Gigiyena və Epidemiologiya
Mərkəzinə göndərilib.
Cem-mürəbbə istehsalı
ilə məşğul olan “ABAD”çılar
ümumilikdə 6 tondan yuxarı məhsul
istehsal ediblər. Həmin məhsulların
sertifikatlaşdırılma işləri başa çatdı-
rıldıqdan sonra qablaşdırılaraq satışı-
na başlanacaqdır. Süd məhsullarının
emalı üçün nəzərdə tutulan 2
konteynerdə və ət məhsullarının
emalı üçün nəzərdə tutulan 1
konteynerdə “ABAD” publik hüquqi
şəxsin nəzdində çalışan müvafiq
sahələrin mütəxəssislərinin iştirakı
ilə konteynerlərin istehsal avadanlıq-
larının yoxlanılması, “ABAD”çılara
istehsal prosesinin öyrədilməsi və
məhsul nümunələrinin test edilməsi
istiqamətində işlər davam etdiri-
lir. Kənd təsərrüfatı məhsullarının
emalı ilə yanaşı, tətbiqi xalq
sənətkarlığı sahəsində çalışan 5
nəfər sənətkarımızın əl işlərinin
“ABAD”ın Bakı şəhərində yerləşən
sənətkarlıq mərkəzlərində satışı
təşkil edilib.
Aqrar sektorun inkişaf etdirilməsi
lə yanaşı, tikinti-quruculuq və abadlıq
işləri də daim diqqət mərkəzindədir.
Şəhərdə 29 çoxmənzilli yaşayış
binasında və binaların həyətlərində
təmir işlərinin aparılması nəzərdə
tutulub, artıq 16 binada təmir işləri
qismən başa çatdırılıb. Şərif kəndində
360 şagird yerlik məktəbin, Sarıbulaq
və Mahamalar kəndlərində müvafiq
olaraq 20 və 10 yerlik modul tipli
məktəblərin tikintisi davam etdirilib.
Şəhərin Səttar Gözəlov küçəsində
“Bayraq muzeyi”nin, Heydər Əliyev
prospektində “ABAD-park” komp-
leksinin ikimərtəbəli binasının, Katex
kəndində “Balxurma” MMC-nin
qurutma sexinin və anbar binasının
tikintisi davam etdirilir. Şəhərin
Heydər Əliyev prospektində su
xətlərinin dəyişdirilməsinə başlanı-
lıb, həmin prospektin Qazbinə kəndi
istiqamətində yolun hər iki tərəfində
bardür və tamet daşları ilə səkilər
düzəldilib, yaşıllıqlar salınıb.
Xidmət sahələrinin fəaliyyətindən
danışan həmsöhbətim dedi ki, elektrik
enerjisi ilə təminatın yaxşılaşdırıl-
ması sahəsində 32 transformator
cari, 6 transformator əsaslı təmir
edilib. Elektrik verilişi xətləri üzrə
ümumilikdə 230-dan çox dayaq
basdırılıb, 1,8 kilometr məsafədə SİP
kabel çəkilib. Əhaliyə verilmiş qazın
və elektrik enerjisinin dəyəri 100
faiz, içməli suyun dəyəri 91,7 faiz
ödənilib.
Yazının sonunda daha bir fakt
barədə söz açmaq istəyirəm. Amma
bu məsələnin sosial-iqtisadi inki-
şafa, aqrar sektordakı uğurlara və
ya, tikinti-abadlıq işlərinə qətiyyən
dəxli yoxdur. Deyə bilərəm ki, bəlkə
də, həmin işlərin heç birindən geri
qalmayan bir addımdır.
Söhbət ondan gedir ki, av-
qustun 11-də rayonun Mərkəzi
Xəstəxanasında qanvermə aksi-
yası keçirilirdi. Aksiyada rayonda
fəaliyyət göstərən bütün idarə,
müəssisə və təşkilatların işçiləri,
gənclər, o cümlədən, ictimaiyyətin
nümayəndələri yüksək həvəslə və
könüllü olaraq iştirak edərək, qana
ehtiyacı olan insanların köməyinə
çatmaq üçün bu nəcib və humanist
xarakterli aksiyaya qoşulmuşlar. Bu
xeyriyyə aksiyasının keçirilməsində
məqsəd talassemiyalı və hemofiliyalı
xəstələrə yardım etməkdən ibarət idi.
Mən həmin gün qan vermək üçün tibb
işçisinin qarşısında əyləşən müəllim,
məmur, polis, sahibkar, tələbə, trak-
torçu, bərbər, prokurorluq işçilərini
görəndə qeyri-adi bir qürur hissi
keçirdim. Onda yadıma düşən ilk
fikirlərdən biri Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın sözləri
oldu. Mehriban xanım bir tədbirdə
demişdi ki, xeyirxahlıq hissi hər bir
azərbaycanlının ürəyində vardır.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Balakəndə tərəqqinin əhatə
etmədiyi sahə yoxdur
Xocalı soyqırımında şəhid olmuş
63 uşağın xatirəsinə 63 ağac əkilib
Xocalı rayonunun Meşəli kənd tam orta məktəbi öz fəaliyyətini
Goranboy rayonu ərazisində uğurla davam etdirir
Artıq 10 ilə yaxındır ki, Xocalı rayonunun Meşəli kənd
tam orta məktəbi Goranboy rayonunun Meşəli kəndində fəaliyyət
göstərir.
Sözügedən təhsil müəssisəsində
lazımi səviyyədə tərtibat və
səliqə-sahman yaradılmışdır. Ulu
öndərin, ölkə Prezidentinin həyat və
fəaliyyətini əks etdirən stendlər yara-
dılıb. Divar qəzetləri, fənn bülletenləri
vaxtlı-vaxtında buraxılır. Şagirdlərin
və məktəbə gələn qonaqların kəndin
və məktəbin keçmişi və fəaliyyəti ilə
bağlı tam məlumat alması üçün zəngin
eksponatlı stendlər quraşdırılmışdır.
Vaxtilə Meşəli kənd tam orta
məktəbində işləyən kadrların 10
faizi, hazırda isə 80 faizi məktəbin
öz məzunlarıdır. Son 10 ildə məktəb
məzunlarından 3 nəfəri 500-dən yuxarı
bal toplayaraq ali məktəblərə qəbul
olunmuşdur. Onlardan 2 nəfəri 680 bal
toplayaraq Prezident təqaüdünə layiq
görülmüşdür. Bundan əlavə, 2017-ci
ildə məktəbi bitirən məzunlardan 1
nəfəri 652 balla ali məktəbə qəbul
olunmuşdur.
Məktəbin şagirdləri keçirilən
müsabiqə və yarışların rayon və
respublika mərhələlərində fəal iştirak
edirlər. 2016-2017-ci dərs ilində
Meşəli kənd tam orta məktəbinin
XI sinif şagirdi Qərib Vaqif oğlu
Həsənov “Ədəbiyyat biliciləri”
müsabiqəsinin rayon mərhələsində II
yeri tutmuşdur. Məktəbin VIII sinif
şagirdi İlham Teymur oğlu Əzimov
fənn müsabiqələrinin respublika
mərhələsində fəal iştirak etmişdir.
Onuncu sinif şagirdi Vəfa Tahir qızı
Nurməmmədova ulu öndər Heydər
Əliyevin yubileyinə həsr olunmuş “Ən
yaxşı təqdimat” müsabiqəsinin rayon
mərhələsində III yerə layiq görülmüş-
dür.
Məktəbə 28 ildir ki, Alış Alışov
rəhbərlik edir. Onun 37 illik pedaqoji
stajı var. A.Alışov məktəbə rəhbərlik
etməklə yanaşı, 1988-1992-ci illərdə
Meşəli kəndinin erməni terrorçu-
larından müdafiə olunması üçün
kənd özünümüdafiə batalyonunun
təşkilində, dinc əhalinin qorunmasın-
da fəallıq göstərmişdir. A.Alışov baş
leytenant rütbəsi ilə özünümüdafiə
batalyonu komandirinin müavini
vəzifəsində döyüşmüş və yaralanmış-
dır.
A.Alışov direktorluq fəaliyyəti
dövründə məktəbin təlim-tərbiyə işini
günün tələbləri səviyyəsində qur-
muş, müəllim, valideyn və şagirdlər
arasında böyük hörmət və nüfuz
qazanmış, rayonun ictimai işlərində
yaxından iştirak etmişdir. Məktəb di-
rektorunun səmərəli fəaliyyəti yüksək
qiymətləndirilmiş və ölkə Prezidenti
İlham Əliyevin 30 sentyabr 2014-ci
il tarixli sərəncamı ilə o, “Tərəqqi ”
medalına layiq görülmüşdür.
Məktəbin pedaqoji kollektivi və
şagirdləri Xocalı soyqırımı qurbanları-
nın xatirəsinin əbədiləşdirilməsi üçün
tez-tez müxtəlif tədbirlər təşkil edirlər.
Məsələn, bunlardan biri bu ilin fevral
ayında keçirilmişdir. Kollektiv 25 il
əvvəl Xocalı soyqırımında şəhid olmuş
63 uşağın xatirəsinə məktəbin qarşısın-
dakı ərazidə 63 ədəd həmişəyaşıl ağac
əkmişdir. İndi hər gün həmin ağaclara
xüsusi qulluq göstərilir.
Pedaqoji kollektivin üzvləri ilə
görüş zamanı aparılan söhbətdən
məlum oldu ki, onlar yaradılan iş
şəraitindən tam razıdırlar. Müəllimlər
öz işlərini mövcud qanunvericiliyin
tələblərinə və Təhsil Nazirliyinin
müvafiq tapşırıqlarına və təlimatlarına
uyğun qurmağa çalışırlar. Burada
məktəbdaxili nəzarət mexanizmi-
nin gücləndirilməsi istiqamətində
məqsədyönlü tədbirlər həyata keçirilir.
Məktəb jurnallarının və məktəbdaxili
qiymətləndirmənin mövcud qaydalara
uyğun aparılmasına və əmək intizamı
qaydalarına ciddi əməl olunur. Vaxta-
şırı açıq dərslərin keçirilməsi məktəb
rəhbərliyinin diqqət mərkəzində
saxlanılır.
Bununla yanaşı, 2016-2017-ci
dərs ilinin yekunları ilə əlaqədar
məktəbdə aparılmış ilkin təhlillər
göstərmişdir ki, məktəbin fəaliyyəti
onun iş planına uyğun olaraq qurul-
sa da, bəzi hallarda nəzərdə tutulan
məsələlərin icrası ləngiyir. Həmçinin
kadrların mövcud qaydalara uyğun
seçilib yerləşdirilməsi, müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılması,
informasiya-kommunikasiya texno-
logiyalarının tətbiqi və s. sahələrdə
müəyyən problemlər qalmaqdadır.
Məktəbin direktoru A.Alışovun
da qeyd etdiyi kimi, bütün bunları
pedaqoji kollektivin üzvləri yaxşı bilir
və onların aradan qaldırılması üçün
lazımi tədbirləri görürlər. Hazırda
bu təlim-tərbiyə ocağında təhsilin
keyfiyyətinin yüksəldilməsinə xidmət
edən yaradıcılıq və təşəbbüskarlıq
mühitinin yaradılması, icra intizamının
daha da gücləndirilməsi və məsuliyyət
mədəniyyətinin formalaşdırılması,
gənc nəslin müstəqil həyata hazır-
lanması və vətəndaş tərbiyəsi Meşəli
kənd tam orta məktəbin rəhbərliyinin
və müəllim heyətinin yeni 2017/2018-
ci dərs ilində qarşısında duran ən
mühüm vəzifələrdəndir və ümid edirik
ki, onlar bu vəzifələrin öhdəsindən
layiqincə gələcəklər.
R. AĞAZADƏ
Gürcüstanda NATO-nun növbəti hərbi
təlimləri keçiriləcək
Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik
ruh”) çoxmillətli hərbi təlimləri keçiriləcək.
APA-nın yerli bürosunun
Gürcüstanın Müdafiə Nazirliyinə
istinadən verdiyi xəbərə görə, təlimlər
3-11 sentyabr tarixində Orpolo hərbi
poliqonu və leytenant Şota Xurtsidze
adına Tank Qoşunları Mərkəzində
təşkil olunacaq.
Təlimlərdə Gürcüstan hərbçiləri
ilə yanaşı ABŞ, Bolqarıstan, Latviya,
Rumıniya, Ukrayna və Ermənistan
hərbçiləri də iştirak edəcək.
Təlimlərin keçirilməsində məqsəd
ABŞ hərbçiləri ilə NATO-nun üzv və
tərəfdaş ölkələrinin hərbçiləri arasında
qarşılıqlı əlaqənin inkişaf etdirilməsi,
müdafiə və hücum əməliyyatları üzrə
biliklərin artırılması və regionda
təhlükəsizliyin təmin olunmasıdır.
Qeyd edək ki, “Agile Spirit 2017”
(“Çevik ruh”) təlimləri 2011-ci ildən
etibarən hər il keçirilir. Təlimlər
Gürcüstanın ABŞ və NATO ilə
əməkdaşlığının komponentlərindən
biridir.
ABŞ təmsilçisi:
Ukrayna ilə bağlı
siyasətimizi o vaxt uğurlu sayarıq ki,
onun ərazi bütövlüyü bərpa olunsun
ABŞ Krım məsələsinin dondurulmasının əleyhinədir.
APA-nın xəbərinə görə, bunu ABŞ-
ın Ukrayna üzrə xüsusi nümayəndəsi
Kurt Volker “Deutsche Welle”yə
müsahibəsində deyib.
Xatırladaq ki Almaniya Azad
Demokrat Partiyasının lideri Kristian
Lindner Krımın statusunun dəyişməsinə
göz yummağa və Rusiya ilə əlaqələrin
bərpasına başlamağa çağırıb. O, hazırkı
situasiyaya “qeyri-müəyyən müddətli
müvəqqəti qərar” kimi baxmağı təklif
edib. K. Volker isə bu cür fikirlərlə razı
olmadığını söyləyib: “Mən Rusiyanın
Krıma müdaxiləsi və bu bölgəni işğal
etməsi ilə Donbas problemi arasın-
da fərq görmürəm. Üstəlik, Krımla
bağlı rusiyalılar bu ərazinin ilhaqından,
mənimsənilməsindən danışırlar, təkcə
işğaldan söhbət getmir. Mən hesab
etmirəm ki, biz bu cür addımları qəbul
etməli və legitimləşdirməliyik”.
V. Volkerin sözlərinə görə, ABŞ
Ukraynanın bütün ərazisində sülhün
əldə olunmasında və Krımın qayıtma-
sında maraqlıdır. O, Vaşinqtonun Don-
bas probleminin həlli üzrə Kiyevdən və
Avropa ölkələrindən xəbərsiz Rusiya
ilə hər hansı razılıq əldə etməyə ça-
lışmadığını da söyləyib: “Bu, olma-
yacaq. Ukraynalıların başı üzərindən
və ya avropalıların arxasından heç bir
sövdələşmə ola bilməz”.
ABŞ təmsilçisi bəyan edib ki,
Ukrayna məsələsi Tramp administrasi-
yasının beynəlxalq siyasətinin prioritet
istiqamətlərindən biridir: “Ukrayna
vacibdir. ABŞ və Rusiyanın ikitərəfli
münasibətlərində başqa vacib məsələlər
də var. Suriya, Şimali Koreya kimi
beynəlxalq problemlər də var. On-
ların hamısı vacibdir, lakin Ukrayna
əsasdır”.
Diplomatın sözlərinə görə, Va-
şinqton Ukrayna ilə bağlı siyasətini
o vaxt uğurlu sayacaq ki, bu ölkənin
ərazi bütövlüyü bərpa olunsun və bütün
ukraynalıların təhlükəsizliyinə təminat
verilsin.