Rəhimli İlham.
Akademik Milli Dram Teatrı
Teatrın 1873 - 2012-d illər arasındakı yaradıcılıq yolunun salnaməsi
3 cilddə
III cild
1970-2012
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ayrı- ayrı dövrlərinə aid elmi-nəzəri
tədqiqatlar apanlıb, kitablar nəşr olunub. Professor İlham Rəhimlinin üç cilddən ibarət bu kita-
bında ilk dəfə olaraq sənət ocağının tarixi peşəkar milli teatrın təşəkkül günündən çağdaş
durumuna qədərki dövr xronoloji ardıcıllıqla araşdırılıb. Oxucu hər ilin teatr prosesinin inkişaf
mərhələləri və real mənzərəsi ilə salnamə prinsipləri əsasmda tanış ola bilər. Həmin ildə
kollektivin hazırladığı tamaşaların dəqiq tarixi, ifaçıların siyahısı verilib. Yarımçıq qalan işlər
diqqətə çatdırılıb. Truppaya daxil olan və kollektivdən ayrılan sənətkarlar barədə məlumatlar var.
Kitablarda tamaşaların proqramları premyera münasibətilə çap olunan nüsxələr əsasmda verilib.
Ona görə də proqramda adı gedən, lakin tamaşada çıxış etməyən aktyorlar xüsusi qeyd və ya
aydınlıq bölümləri ilə təqdim olunub. Müəllif teatrın tarixində əsəri ilk dəfə oynanılan
dramaturqlar barədə də qısa məlumat verib.
Üç cilddən ibarət kitablarda geniş mənada peşəkar milli teatr prosesinin (1873 - 1919), həmçinin
1919-cu ildə Dövlət təsisatına keçən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 1919 -
2012-ci illərdəki inkişaf mərhələlərinin geniş panoramının tarixi, elmi-nəzəri prinsipləri, üslub
axtarışları, poetika səciyyələri, janr xüsusiyyətləri özünün bədii-estetik səciyyəsini tapıb.
İstər təhlil prinsipinə, istər tədqiqat dəqiqliyinə və istərsə də tarixi əhatəliliyinə görə Akademik
teatr haqqındakı üç cilddən ibarət kitab öz fundamentallığına, nəzəri-estetik təhlil prinsiplərinə
görə çox orijinal və dəyərli elmi əsərlərdir.