Anafilaktik şoka xas olmayan əlaməti göstərin



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix14.09.2023
ölçüsü0,71 Mb.
#121937
  1   2
2019-04-23 11-37-41



YENİ SUALLAR 
1.
Anafilaktik şoka xas olmayan əlaməti göstərin 
A)
Arterial təzyiqin yüksəlməsi 
B)
Beyinin ödemi 
C)
Qirtlağın ödemi 
D)
Bronxospazm 
E)
Arterial təzyiqin enməsi 
Anafilaktik şok orqanizmə təkrari allergen daxil olan zaman həssasləğın kəskin yüksəlməsi halı 
olub, sürətli inkişaf edən allergik reaksiyadır. Anafilaktik şokun yaranma sürəti allergenlə 
təmasdan sonra bir neçə saniyə ilə 5 saat arasında ola bilər. Əsas əlamətləri: arterial təzyiqin 
enməsi, bronxospazm, larinqospazm, qırtlağın ödemi, ağır hallarda beyin ödemi 
Ədəbiyyat: Qudzenko P.N. “Детские болезни”, 1984 
2.
Kəskin pnevmoniyanın əsas əlamətləri hansılardır? 
A)
Yüksək temperatur, tənəffüs çatmamazlığı, ağız-burun üçbucağının sianozu 
B)
Qanhayxırma 
C)
Nəfəsvermənin çətinləşməsi 
D)
Quru xırıltılar 
E)
“Hürücü” öskürək 
Kəskin pnevmoniya ağciyərlərin iltihabi prosesi olub, birinicili və ya digər xəstəliklərin fəsadı 
kimi meydana çıxa bilər. Xəstəliyin ilk günlərindən temperatur yüksək olur və 5-7 gün 
hipertermiya davam edir. Bununla yanaşı tez-tez təkrarlanan yaş öskürək, təngnəfəslik. 
Taxikardiya, ağızətrafında sianozun olması xarakter əlamətlərdən sayılır.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri”, 1984 
3.
Aşağıdakılardan hansı kəskin sadə bronxitin əlamətləridir? 
A)
Quru öskürəyin tədricən yaş öskürəyə keçməsi 
B)
“Hürücü” öskürək 
C)
Reprizli tutmaşəkilli öskürək 
D)
Boğulma ilə müşaiyət olunan öskürək 
E)
Fitsəsli xırıltılı öskürək 
Kəskin sadə bronxit adətən respirator virus infeksiyalarından sonra inkişaf edir, bəzən bu 
infeksiyaya bakteriyalar da qoşulur. İlk 2 gündə subfebril temperatur, quru öskürək müşahidə 
olunur, 3-5-ci gün artıq yaş xırıltıya keçir və hətta kənardan eşidilir. Xəstəlik 6-8 gün davam 
edir.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 
4.
Streptokok mənşəli tonzillitin (angina) fəsadları hansıdır? 
A)
Revmatizm, qlomerulonefrit 
B)
Meningit 
C)
Pnevmoniya 
D)
Piodermiya 


E)
Pankreatit 
Tonzillit yuxarı tənəffüs yollarının ən geniş yayılmış infeksion xəstəliyi olub, damaq 
badamcıqlarının iltihabı ilə xarakterizə olunur. Xəstəliyi ən çox bakterial infeksiyalar 
(streptokoklar) törədir. Düzgün və vaxtında müalicə olunmadıqda ürək qişalarını, 
böyrəkləri, oynaqları zədələyir.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 
5.
Doğuşdan sonra ağız südü (molozivo) neçə müddət ifraz olunur? 
A)
İlk 3 gün 
B)
İlk 7-8-ci gün 
C)
İlk 10-12 gün 
D)
İlk 15-18-ci gün 
E)
İlk 3 həftə 
Ağız südü ilk 3 gün ərzində ifraz olunur. 
Ədəbiyyat: Tağıyev N., Neonotologiya, 2007 
6.
Yenidoğulmuşun vəziyyətinin Apqar şkalası ilə qiymətləndirilməsi nə vaxt aparılır? 
A)
Həyatının 1-ci və 5-ci dəqiqələrində 
B)
10-cu dəqiqədə 
C)
30 dəqiqədən sonra 
D)
Yenidoğulmuşlar şöbəsinə köçürülərkən 
E)
Doğum evindən evə yazılarkən 
Apqar şkalası yenidoğulmuşun vəziyyətinin ilk dəqiqələrində qiymətləndirilmək üçün 
nəzərdə tutulmuş sürətli məlumat sistemidir. Apqar şkalası üzrə qiymət uşağın 
həyatının 1-ci və 5-ci dəqiqəsində müəyyənləşdirilir. 
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007 
7.
Süni passiv immunitet nə vaxt yaranır? 
A)
İmmunoqlobulin və ya zərdabların yeridilməsindən sonra 
B)
Vaksinlərin yeridilməsindən sonra 
C)
Antihistamin preparatların yeridilməsindən sonra 
D)
Hormonal terapiyadan sonra 
E)
Antibakterial terapiyadan sonra 
Süni passiv immunitet immunoqlobulin və ya zərdabların yeridilməsindən sonra 
yaranır və 1 ayadək müddəti əhatə edir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015 
8.
Süni aktiv immunitet nə vaxt yaranır? 
A)
Vaksinlərin yeridilməsindən sonra 
B)
İmmunoqlobulinlərin yeridilməsindən sonra 
C)
Vitaminoterapiyadan sonra 
D)
Hormonal terapiyadan sonra 
E)
Antibakterial terapiyadan sonra 
Süni aktiv immunitet vaksinlərin yeridilməsindən sonra əmələ gəlir və müəyyən 
müddəti əhatə edir.


Ədəbiyyat: İmmunlaşdırma, 2015 
9.
Vaksinlərin anbarlardan tibb müəssisəsinə daşınması zamanı nədən istifadə olunur? 
A)
Termoçantalardan 
B)
Bikslərdən 
C)
Polietilen torbalardan 
D)
Kağız torbalardan 
E)
Adi çantalardan 
Vaksinlər anbarlardan tibb müəssisələrinə daşınan zaman termoçantalara qablaşdırılır. 
Termoçantalar termoizolyasiya olunmuş xüsusi qablardır. Onların içərisinə soyuducu 
elementlər daxil edilir və bunlar da vaksinləri qısa müddət (48 saat) ərzində (+2)-(+8) 
temperaturda saxlanılmasını təmin edir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015 
10.
Uşaqlarda həqiqi inaq nə vaxt yarana bilər? 
A)
Qırtlağın difteriyası zamanı 
B)
Laringit zamanı 
C)
Faringit amanı 
D)
Virus infeksiyaları zamanı 
E)
Follikulyar angina zamanı 
Həqiqi inaq difteriya xəstəliyi zamanı inkişaf edir. Qirtlağın difteriyası zamanı qırtlaq 
yarığını əhatə edən ərp və ödem, qırtlaq yarığının daralmasına –stenoza səbəb olur və 
nəticədə boğulma baş verir. Prosesin qarşısını almaq üçün difteriya əleyhinə 
antitoksiki zərdabdan istifadə edilir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
11.
Enterobiozun diaqnostikası üçün hansı material daha çox məlumat verir? 
A)
Anusətrafı yaxma 
B)
Sidik 
C)
Bəlğəm 
D)
Qan 
E)
Tüpürcək 
Enterobiozun törədicisi olan bizquyruqlar anusətrafı nahiyəyə yumurtalarını qoyduqlarına görə 
nəcisin qurd yumurtalarına görə müayinəsi zamanı çox vaxt cavab neqativ olur. Ona görə də 
yatmamışdan əvvəl uşağın anusu ətrafına xüsusi yapışqan lent qoyulur. Səhər lent çıxarılaraq 
mikroskop altında baxılır.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 
12.
Hansı əlamət enterobioza xasdır? 
A)
Perianal nahiyədə qaşınmanın olması 
B)
Öskürək 
C)
Hipertermiya 


D)
Sarılıq 
E)
Oynaqlarda ağrı 
Enterobiozu bizquyruqlar törədir. Onlar nazik bağırsağın distal hissəsində yaşayır və 
gecələr anusətrafına on minlərlə yumurta qoyur. Bir neçə saatdan sonra yumurtalardan 
çıxan yeni kiçik bizquyruqlar yenidən anal dəlikdən içəri daxil olurlar. Bu proses perianal 
nahiyədə qaçınma ilə müşayiət olunur.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 
13.
Qızılca xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 
A)
7-17 gün 
B)
6 saat 
C)
1-2 gün 
D)
3 gün 
E)
1 ay 
Qızılca kəskin uşaq yoluxucu xəstəlyi olub, törədicisi viruslarıdr. Hava-damcı yolu ilə 
baş verən yoluxmadan sonra inkubasiya dövrü 7-17 günədək davam edə bilər.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
14.
Qızılca xəstəlyi ilk 3 gündə hansı simptomlarla müşayiət olunur? 
A)
Fotofobiya, konyuktivit, Filatov ləkələri 
B)
“Moruğu dil”, Filatov üçbucağı 
C)
Başın tüklü hissəsində səpgilər 
D)
Tüpürcək vəzilərinin böyüməsi 
E)
Çoğrafi dil
Qızılca kəskin yoluxucu xəstəliklər qrupuna aid olmaqla, özünə xas əlamətlərlə 
xarakterizə olunur. Belə ki, ilk günlər dəridə səpgi müşahidə olunmasa da yalnız 
qızılcaya məxsus əlamətlər meydana çıxır. Fotofobiya, konyuktivit, Filatov ləkələri 
qızılca diaqnozunu təsdiqləyən vacib əlamətlərdir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
15.
“Soyuq Zəncir” sisteminin təlabatlarına riayət etmək lazımdır:
A)
Vaksinlərin daşınması, saxlanılması və istifadəsi zamanı 
B)
Yalnız vaksinlərin daşınması zamanı 
C)
Yalnız vaksinlərin saxlanılması zamanı 
D)
Yalnız vaksinlərin istifadəsi zamanı 
E)
Vaxtı keçmiş vaksinlərin məhv edilməsi zamanı 
Vaksinlər immunobioloji preparatlardır və bu preparatlar (+2)
0
-(+8)
0
–də daşınmalı, 
saxlanılmalı və istifadə olunmalıdır.
Ədəbiyyat: İmmunlaşdırma, 2015 
16.
Təhlükəsiz qutu nə üçün nəzərdə tutulmuşdur? 
A)
İstifadə olunmuş inyeksiya alətləri və vaksin flakonları üçün 


B)
Pambıq tamponlar üçün 
C)
Şprisin ucluğunu və kağız qablamasını atmaq üçün 
D)
Rezin əlcəklər üçün 
E)
Tənzif kürəcikləri atmaq üçün 
Təhlükəsiz qutu (TQ) bərk, nəm keçirməyən və iynələrin dəlib keçməsinə imkan 
verməyən konteynerlərdir. Bu qutular istifadə olunmuş inyeksiya alətlərini və istifadə 
olunmuş vaksin flakonlarını toplamaq və məhv edilmə məqsədi daşıyır. TQ-nin ¾
hissəsi doldurulduqdan sonra məhv edilməli və yenisi ilə əvəz edilməlidir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015 
17.
Təhlükəsiz qutunu (TQ) hansı üsullarla məhv etmək lazımdır? 
A)
Sadalanan üsulların hər birindən istifadə edilir 
B)
Xüsusi çalada basdırılma 
C)
Konteynerdə yandırılma 
D)
Xüsusi quyuda yandırılma 
E)
İnsinerasiya sobasında yandırılma 
TQ ¾ hissəsinə dək dolduqdan sonra ağzı bağlanır və insanların əli çatmayan yerdə məhv 
edilir. Bunun üçün xüsusi çalada basdırılma, xüsusi quyuda yandırılma, konteynerdə və 
insinerasiya sobasında yandırılma üsullarından istifadə etməklə zərərsizləşdirilir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015 
18.
Vaksin flakonunun üzərində olan nəzarət indikatoru nəyi göstərir? 
A)
Vaksinin uzun müddət yüksək temperaturda qaldığını 
B)
Vaksinin donmaya məruz qaldığını 
C)
Vaksinin yararlılıq müddətinin bitdiyini 
D)
Vaksin flakonunun tamlığının pozulduğunu 
E)
Vaksinin fiziki vəziyyətinin dəyişdiyini (topalar, bulanıqlıq) 
Vaksin flakonunun üzərində olan nəzarət indikatoru vaksinin uzun müddət yüksək 
temperaturda qalması zamanı öz rəngini dəyişir və bununla vaksinin yararlılıq dərəcəsi 
müəyyənləşdirilir. Termoindikator flakonun qapağında və ya etiketində olan dairənin 
içərisində kvadrat şəklində yerləşdirilir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015 
19.
Yenidoğulmuşlarda hemoqlobinin miqdarı nə qədər olmalıdır? 
A)
180-240 q/l 
B)
110-140 q/l 
C)
80-120 q/l 
D)
100-160 q/l 
E)
90-110 q/l 
Hemoqlobin dəmir tərkibli zülal olmaqla oksigeni orqan və toxumalara daşıyır. Hb-nin 
səviyyəsi aşağı düşdükdə orqan və toxumalarda hipoksiya yaranır. Yenidoğulmuşlarda 


Hb-nin səviyyəsi 180-240q/l, 6 aydan 1 yaşadək 115-175 q/l, 15 yaşadək 115-150 q/l 
təşkil edir.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007 
20.
Lyamblioza xas olan əlamətlər hansılardır? 
A)
Sadalananların hamısı 
B)
Qəbzliklə ishalın növbələşməsi 
C)
Ürəkbulanma, qusma 
D)
Meteorizm, qarında “qurultu” əlaməti 
E)
Dəridə səpgilər, piqmentasiya 
Lyamblioz protozoy infeksiya olub, birhüceyrəli lyambliyalar tərəfindən törədilir. 
Yoluxma fekal-oral yolladır. Nazik bağırsaqda parazitlik edərək bəzən öd yollarına da 
düşür. Əsas əlamətlər qəbzlik və ishalın növbələşməsi, ürəkbulanma, qusma, meteorizm, 
bəzən allergik səpgilərin əmələ gəlməsidir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
21.
Dizenteriyanın törədicisi hansıdır? 
A)
Şigellalar 
B)
Göbələklər 
C)
Viruslar 
D)
Bakteriyalar 
E)
Helmintlər 
Dizenteriya bağırsaq infeksiyalarına aid olub, həzm sisteminin pozğunluğu, 
nəzərəçarpan intoksikasiya ilə müşayiət olunan kəskin xəstəlikdir. Törədicisi 
Şigellalardır. İnfeksiya mikroblarla çirklənmiş qida, su, çirklənmiş əllər, milçəklərlə 
yayılır.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
22.
Lyambliozun törədicisi hansıdır? 
A)
Birhüceyrəli parazit 
B)
Viruslar 
C)
Göbələklər 
D)
Bakteriyalar 
E)
Çöplər 
Lyamblioz parazitar xəstəlik olub, birhüceyrəli lyambliyalar tərəfindən törədilir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
23.
Raxit xəstəliyinin kəskin dövründən sonra sümüklərdə hansı dəyişiklik baş verir? 
A)
Sadalananların hamısı 
B)
Alın və təpə qabarları, kub formalı baş quruluşu 
C)
Toyuq və ya çəkməçi döş qəfəsi 
D)
Raxitik “bilərziklər”, “təsbehlər” 
E)
X və O şəkilli ayaqlar 


Raxit xəstəliyi D vitamininin çatmamazlığı nəticəsində Ca və F mübadiləsinin 
pozulmasıdır. Xəstəliyin kəskin dövründə sümüklər yumşalır və bununla əlaqədar alın və 
təpə qabarları, kub formalı baş quruluşu, “bilərzik ” və “təsbehlər”, döş qəfəsinin 
deformasiyaları-“toyuq” və ya “çəkməçi” tip, X və O şəkilli ayaqlar əmələ gəlir. 
Ədəbiyyat: Qudzenko P.N. Uşaq xəstəlikləri, səh.100-104 
24.
D vitamini orqnizmdə hansı rol oynayır? 
A)
Ca və F mübadiləsini tənzim edir 
B)
Qlükozanın miqdarını azaldır 
C)
Bilirubinin səviyyəsini tənzimləyir 
D)
Kreatinin səviyyəsini tənzimləyir 
E)
Su mübadiləsini tənzimləyir 
D vitamini -kalsiferol sümük sisteminin xəstəliklərinin qarşısını alır, sümüklərin 
böyümə və inkişafında böyük rol oynayır. Kalsiferol mineral mübadiləsini tənzim 
edir, Ca və F sümük toxumasında və dişlərdə ehtiyat halında toplanmasına şərait 
yaradır.
Ədəbiyyat: Qudzenko P.N. Uşaq xəstəlikləri, səh.96-97 
25.
7 yaşlı uşağın boyu nə qədər olmalıdır? 
A)
118 sm 
B)
91 sm 
C)
104 sm 
D)
130 sm 
E)
145 sm 
4 yaşdan yuxarı uşaqların boyu X=100+6(n-4) düsturuna əsasən hesablanır. Beləliklə, 7 
yaşlı uşağın boyu 100+6(7-4)=118 sm olmalıdır.
Ədəbiyyat:Воронцов И.М., Мазурин А.Б. «Пропедевтика детских болезней» 2009 
26.
3 yaşda uşağın boyu nə qədər olmalıdır? 
A)
92 sm 
B)
81 sm 
C)
110sm 
D)
78 sm 
E)
120 sm 
4 yaşdan kiçik uşaqların boyu 100-8(4-x) düsturu ilə hesablanır. Beləliklə, x=100-8(4-3)=92. 
3 yaşda uşağın boyu 92 sm olmalıdır.
Ədəbiyyat:Воронцов И.М., Мазурин А.Б. «Пропедевтика детских болезней» 2009 
27. HbS (Hepatit B) virusunun daşıyıcısı olan anadan doğulmuş yenidoğulmuşa profilaktik 
məqsədlə spesifik immunoqlobulin nə vaxt yeridilir? (Yeni) 
A) Həyatının ilk saatlarında 
B) Həyatının II-III günündə 
C) Doğum evindən evə yazılarkən 


D) 2 həftəliyində 
E) 1 aylığında 
Hepatit B virusunun daşıyıcısı olan anadan doğulmuş uşaqlara ilk 12 saat ərzində Hepatit B 
əleyhinə vaksin vurulur. Bununla yanaşı yenidoğulmuşun bu virusa qarşı müqavimətini artırmaq, 
yoluxma baş vermişsə mübarizə aparmaq üçün Hepatit B virusu antigeni əleyhinə 
immunoqlobulin də yeridilir. Bu tədbir peyvəndlə eyni gündə aparılmalıdır.
Ədəbiyyat: İmmunlaşdırma, 2015, Tematik kurs üçün, səh 74 
28 IPV vaksini uşağı hansı xəstəlikdən qoruyur? 
A)Poliomielit 
B)Vərəm 
C)Pnevmoniya 
D)Qızılca 
E)Məxmərək 
Ədəbiyyat: Ümumdünya Səhiyyə Təşkilatının “Poliomielit və İnaktivləşdirilmış poliomielit 
vaksininin (İPV) tətbiqi”-nə dair tövsiyyələrinə əsasən İmmunlaşdırma Proqramına Respublika 
GEM-i tərəfindən əlavə olunmuş Təlimat
29. Hansı simptom Qizılca xəstəliyi zamanı diaqnostik əhəmiyyətə malikdir (Yeni) 
A) Belski-Filatov-Koplik ləkələri 
B) Filatov üçbucağı 
C) Coğrafi dil 
D) Pasternatski simptomu 
E) Şotkin-Blumberq simptomu 
30. Perinatal dövr hansı müddəti əhatə edir?
A) Hamiləliyin 28-ci həftəsindən yenidodoğulmuşun 7 ci gününədək 
B) Mayalanmadan doğuşadoğuşa qədər olan günədək 
C) Hamiləliyin 28 ci həftəsindən doğuşadək 
D) Doğuşun başlanmasından sonunadək 
E) Yenidoğulmuşun həyaının ilk 7 günü
Perinatal dövr körpənin ilk saatlarda vəziyyətinin qiymətləndirilməsi üçün vacib anamnestik 
əhəmiyyətə malikdir və hamiləliyin 28-ci həftəsindən başlayaraq yenidoğuljmuşun həyatının 7-ci 
gününədək daxil olan düvrü əhatə edir 
Ədəbiyyat: Tağıyev N. Neonotologiya-2007, səh 26
31. Yenidoğulmuşa vurulan BCG peyvəndinə əks göstəriş aşağıdakılardan hansıdır 
A) İmmunçatmamazlığı halları 
B) Anadangəlmə fermentopatiyalar 
C) Fizioloji sarılıq 
D) Toksiki eritema 
E) Üz-çənə anomaliyaları 
BCG vaksinin tərkibində canlı vərəm çöpləri olduğuna görə immunçatmamazlığı olan anadan 
doğulan uşaqlara bu peyvəndin aparılması əks göstərişdir. Əgər uşaqda bətndaxili olaraq immun 
çatmamazlığı virusuna yoluxma baş veribsə, onda canlı vaksinin yeridilməsi ağır hallara, bəzən 
isə ölümə səbəb ola bilər. 
Ədəbiyyat: İmmunlaşdırma, 2015, səh 80, Tağıyev N. 2007, Neonotologiya, səh 51 
32. Sağlam yenidoğulmuşa doğum evində təqvim üzrə hansı peyvəndlər vurulmalıdır? 
A) Hepatit B, BCG, OPV 
B) BCG, QPM, OPV 
C) Hepatit B, PkV, İPV 
D) BCG, İPV, Hib 


E) Hepatit B, OPV, QPM 
Yenidoğulmuşlara doğum evində aktiv immunlaşdırma tədbiri doğumdan sonra ilk 12 saat 
ərzində Hepatit B, IV-VII günündə Vərəm əleyhinə BCG və Poliomielit əleyhinə OPV vaksini 
ilə aparılır. Əgər uşaq tam sağlamdırsa və heç bir əks göstəriş yoxdursa, yenidoğulmuşun aktiv 
immunlaşdırılması doğum evinin vaksinator tibb bacısı tərəfindən peyvənd otağında aparılır.
Ədəbiyyat: İmmunlaşdırma, 2015, Tematik kurs materialı 
33. Çəkisi 4000 q-dan çox olan yenidoğulmuşlarda qanda nəyin səviyyəsini nəzarətdə saxlamaq 
lazımdır? 
A) Şəkərin 
B) Kaliumun 
C) Azotun 
D) Natriumun 
E) Kalsiumun 
Bədən kütləsi 4000q. və ondan çox olan yenidoğulmuşlar iriçəkili uşaqlar sayılır. Belə uşaqlar 
ümumi doğumların 6-10%-ni təşkil edir. Iriçəkili doğumların səbəblərindən biri genetik 
faktordur. Digər çox rast gəlinən səbəb isə anada endokrin pozğunluqların, xüsusilə şəkərli 
diabetin olmasıdır. Buna görə də iriçəkili yenidoğlmuşlarda qan zərdabında şəkərin miqdarı 
izlənilməli və nəzarətdə saxlanılmalıdır.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, səh 448
34. Yenidoğululmuş uşaqlarda qazçıxarıcı borunu düz bağırsaqda nə qədər saxlamaq olar? 
A)) 3-5 dəq 
B) 5-7 dəq 
C) 7-10 dəq 
D) 11-15 dəq 
E) 14-16 dəq 
Yenidoğulmuşun bağırsaq mikroflorası tam inkişaf etmədiyindən köp əmələgəlmə prosesi 
üstünlük təşkil edir ki, bu da uşağın narahatlığına səbəb olur. Bu məqsədlə qazçıxarıcı borudan 
istifadə edilir. Boru yenidoğulmuşun düz bağırsağına 1-2 sm dərinliyində daxil edilir və 3-5 
dəqiqə ərzində saxlanılır.
Ədəbiyyat: Yenidoğulmuşların prosedurları üzrə klinik protokol, Bakı, 2011. 
35. Yenidoğulmuşun pilorostenozu zamanı hansı hallar yaranır ?
A) Bədən kütləsinin azalması, fontan şəklində qusma 
B) Qıcolma 
C) Hipertermiya 
D) Ödemlər 
E) Qanaxma 
Yenidoğulmuşun pilorostenozu inkişaf qusuru olub, mədə çıxacağının divarının qalınlaşması 
nəticəsində pilorik kanalın daralmasıdır. Bu zaman hər qidalanmadan sonra fontanla qusma olur. 
Qısa zamanda hipotrofiya, eksikoz inkişaf edir. Müalicə yalnız cərrahi yolladır.
Ədəbiyyat: Tağıyev N, Noenotologiya , 2007, səh 389 
36. Yenidoğulmuşa ilk saatlarda vurulan Vitamin K-nın inyeksiyası hansı məqsəd daşıyır? 
A) Qanaxma və qansızmaların qarşısını almaq üçün 
B) Tənəffüsü normallaşdlrmaq üçün 
C) Ürək döyüntülərinin sayını artırmaq üçün 
D) Qışqırırq mexanizmi yaratmaq üçün 
E) Əmmə refleksi yaratmaq üçün 
K vitamini laxtalanma faktoru kimi fəaliyyət göstərir. Yenidoğulma dövründə K vitamini 
çatmamazlığına görə qanaxma və qansızmaların profilaktikası üçün ilk saatlarda profilaktik 
məqsədlə k vitamini yeridilir.


Ədəbiyyat: Sağlam yenidoğulmuşlara qulluq üzrə klinik protokol, Bakı, 2008 
37. Hemofiliya üçün aşağıdakılardan hansı xarakterik deyil? 
A) Hemolitik anemiya 
B) Burun qanaxmaları 
C) Hemartroz-oynaqdaxili qansıxmalar 
D) Laxtalanmanın pozulması 
E) Yenidoğulmuşlarda göbəkdən qanaxma 
Irsi koaqulopatiyaların 95-99%-ni Hemofiliya A və B xəstəliyi təşkil edir. Laxtalanma 
faktorlarından birinin çatmaması nəticəsində inkişaf edən bu xəstəlik zamanı qanaxmalar baş 
verir. Hemolitik anemiya zamanı isə erotrositlərin parçalanması yəni hemoliz baş verir. 
Hemofiliyada hemoliz baş vermir.
Ədəbiyyat: Şevçenko İ.Q. Hemofiliyanın diaqnostika və müalicəsinin aktual məsələləri, 2014, 
səh 61-63
38. Talassemiya xəstəliyi zamanı qanda hansı dəyişiklik baş verir? 
A) Hemoqlobin sintezinin pozulması-hemoqlobinopatiyalar 
B) Laxtalanmanın pozulması 
C) Hiperbilirubinemiya 
D) Hiperqlikemiya 
E) Hiperazotemiya 
Talassemiya hemoblobin sintezinin pozulması ilə xarakterizə olunan genetik xəstəlikdir. 
Hemoqlobin 2 hissədən ibarətdir: 1) hem-qana rəng verən 2) qlobin-zülal olub oksigenin 
toxumalara daşınmasında iştirak edir. Qlobin 2 cüt alfa və betta zəncirindən ibarətdir. Bunlardan 
hər hansı birinin sintezinin pozulması nəticəsində uyğun olaraq α və β talassemiya inkişaf edir.
Ədəbiyyat: Smetanina N.S. İbrahimova D.S. Hemotologiya və Transfuziya səh. 42-48 
39. Talassemiya xəstəliyi zamanı qanda hansı elementin miqdarı artır? 
A) Dəmir 
B) Xlor 
C) Kalsium 
D) Natrium 
E) Kalium 
Talassemiya zamanı qanda eritrositlər azalır, onların ölçüsü kiçilir. fetal hemoqlobin artır. Bu 
zaman anemiyanı müalicə etmək məqsədilə tez-tez qan ya eritrositar kütlə köçürüldüyünə görə 
qanda dəmirin miqdarı artır ki, bu da xəstənin həyatı üçün təhlükə törədə bilər.
Ədəbiyyat: İbrahimova D.S. Talassemia zamanı uşaqlarda qanda dəmirin toplanma dərəcələri, 
2016 səh 40-42
40. Talassemiya hansı xəstəliklər qrupuna aiddir? 
A) Genetik xəstəliklər 
B) İnfeksion xəstəliklər 
C) Allergik xəstəliklər 
D) Onkoloji xəstəliklər 
E) Endokrin xəstəliklər 
Talassemiya qanyaradıcı sistemin irsi xəstəliyidir. Əgər ailədə ata və ana talassemiyanın genetik 
daşıyıcısı olarsa, o zaman doğulan uşaqlar arasında həm talassemiya xəstəliyi, həm də 
daşıyıcılığı ola bilər. Bu xəstəliyə daha çox irsiyyətində talassemiya geni olan qohum 
nigahlardan doğulmuş uşaqlarda təsadüf edilir. Ona görə də ailənin planlaşdırılması zamanı 
genetik müayinənin aparılması zəruridir.
Ədəbiyyat: Əlimirzəyeva Z.X. Həsənova M.B. talassemiyanın müasir müalicə prinsipləri-2016, 
səh 48-54
41. Aşağıdakılardan hansı Talassemiya xəstəliyinin əlaməti deyil? 
A) Əlin ovuc səthində köndələn xəttin olması 
B) Kvadrat formalı kəllə 


C) Monqoloid göz yarığı 
D) Üst çənənin ölçülərinin böyüməsi 
E) Dalaq və qaraciyərin böyüməsi 
Talassemiaynın xarakterik əlamətləri uşaq yaşlarından inkişaf etməyə başlayır, tədricən kəllə 
sümükəri deformasiyaya uğrayər, kvadrat forması alır, göz yarıqları çəpinə olmaqla, 
monqolabənzər olur, üst çənə böyüyür, qaraciyər və dalaq böyüyür. Dəri avazımış olur, 
oynaqlarda deformasiyalar əmələ gəlir, əqli və fiziki inkişafdan geriqalma olur.
Ədəbiyyat: Smetanina N.S. İbrahimova D.S. Hemotologiya və Transfuziologiya, 2016, səh 42-
48 
42. Dölün ölüdoğulma hallarında aşağıdakılardan hansı ola bilər? 
A) Göbək ciyəsinin pulsasiyası 
B) Dərinin çəhrayı rəngi 
C) Tənəffüsün olması 
D) Ürək döyüntülərinin olması 
E) Əzələ tonusunun olması 
Yenidoğulmuşun diridoğulma əlamətlərinə ilk qışqırıq mexanizmi, dərinin çəhrayı rəngi, 
tənəffüsün, ürək döyüntülərinin olması, əzələ tonusu və reflekslərin olması aiddir. Göbək ciyəsi 
qanı ciftdən dölə aparan, yəni ana ilə dölü əlaqələndirən vasitədir. O, doğuşdan sonra da qısa 
müddət ərzində bu funksiyanı yerinə yetirir. Burada pulsasiyanın olması hətta ölüdoğulma 
hallarında da mümkündür.
Ədəbiyyat: E.Kerpel, Neonotologiya, 2002, səh 204-206 
43. PkV vaksini uşağı hansı xəstəlikdən qoruyur? 
A) Pnevmoniya 
B) Poliomielit 
C) Vərəm 
D) Skarlatina 
E) Suçiçəyi 
Pk vaksini ilə immunlaşdırma uşağın həyatının II, IV, VI ayında aparılaraq onu pnevmoniyanın 
ağır formalarından qoruyur.
Ədəbiyyat: Uşaqlarda xəstəxanadankənar pnevmoniyaların diaqnostika və müalicəsi üzrə klinik 
protokol. Bakı, 2011 
44. Fizioloji olaraq yenidoğulmuşa xarakterk deyil? 
A) Əzələ hipotoniyası 
B) Əmmə-udma refleksinin olması 
C) Əzələ hipertoniyası 
D) Çəhrayı dəri örtüyü 
E) Ürək döyüntülərinin dəqiqədə 140 olması 
Yenidoğulmuşa xaraketir olan fizioloji hal əzələ hipertoniyasıdır. Əzələ hipotoniyası isə sinir 
sisteminin zədələnmə əlamətlərinə aiddir.
Ədəbiyyat: Sağlam yenidoğulmuş üzrə klinik protokol, Bakı, 2008 
45. Hansı çəkidə doğulmuş yenidoğulmuş uşağa peyvənd etmək olmaz? 
A) Çəkisi 1800q-dan aşağı olan 
B) Çəkisi 2000q-dan aşağı 
C) Çəkisi 2500q-dan aşağı 
D) Çəkisi 2700q-dan aşağı 
E) Çəkisi 3000q-dan aşağı 
Çəkisi 1800 q dan yuxarı olan bütün sağlam yenidoğulmuş uşaqlara doğum evində Milli 
Peyvənd Təqviminə uyğun profilaktik peyvədlər aparılır. 
Ədəbiyyat: Sağlam yenidoğulmuş üzrə klinik protokol, Bakı, 2008 
46. Yenidoğulmuş uşaqlarda fototerapiya hansı məqsədlə aparılır? 
A) Qanda bilirubinin səviyyəsinin aşağı salınması 
B) Bədən temperaturunun tənzimlənməsi 


C) Çəki itkisinin qarşısının alınması 
D) Qanda şəkərin səviyyəsinin tənzimlənməsi 
E)Qanda hemoqlobinin səviyyəsinə nəzarət 
Fototerapiya (işıq terapiyası) yenidoğulmuşların fizioloji sarılığı zamanı qanda bilirubinin 
səviyyəsini aşağı salmaq üçün istifadə olunur. 
Ədəbiyyat: Yenidoğulmuşların hiperbilirubinemiyası üzrə klinik protokol, Bakı, 2013 
47. Aşağıdakılardan hansı bədxassəli qan xəstəliklərinə aiddir? 
A) Leykoz 
B) Hemofiliya 
C)Talassemiya 
D) Hemolitik anemiya 
E) Posthemorragik anemiya 
Leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyi olub, uşaqlarda rast gələn bütün onkoloji 
xəstəliklərin 1/3 hissəsini təşkil edir.
Ədəbiyyat: 
Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001
48. Leykozun başlanğıcı üçün xarakterik olan əlamət hansıdır? 
A) Yorğunluq, artralgiya, temperaturun yüksəlməsi, iştahanın itməsi 
B)Ürəkbulanma, qusma 
C) İshal və qəbzliyin əvəz olunması 
D)Ağız-burun üçbucağının sianozu 
E) Bronxospazm, təngnəfəslik 
Leykozun ilk simptomları yorğunluq, hərarətin səbəbsiz yüksəlməsi, iştahasızlıq, ayaqlarda və 
onurğa sütununda ağrılar meydana çıxır.
Ədəbiyyat: 
Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001 
49. Aşağıdakı vəziyyətlərdən hansı erkən döşə qoyulmaya əks göstərişdir? 
A) Asfiksiya 
B) Subfebril temperatur 
C) Qısa dil yüyəni 
D) Çəkisi 2000q olan yenidoğulmuş 
E) Çəkinin normadan çox olması 
Sağlam yenidoğulmuş uşaq doğulduqdan sonra ilk 1saat ərzində döşə qoyulur. Asfksiya isə 
erkən döşə qoyulma üçün əks göstəriş sayılır. Uşaq yalnız aparılan reanimasion tədbirlər 
nəticəsində vəziyyəti bərpa olunduqdan sonra döşə qoyula bilər.
Ədəbiyyat: Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi üzrə hesabat. Metodik 
göstəriş, Bakı, 2011 
50. Yenidoğulmuş qızlarda sidik kanalının uzunluğu neçə sm.-dir? 
A) 1-2 sm 
B) 4-5 sm 
C) 7-8 sm 
D) 3-4 sm 
E) 9-10 sm 
Yenidoğulmuş qız uşaqlarında sidik kanalının uzunluğu 1-2sm.-dir.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, Bakı 
51. Yenidoğulmuş oğlan uşaqlarında sidik kanalının uzunluğu neçə sm.-dir? 
A) 5-6 sm 
B) 1-2 sm 
C) 2-3 sm 
D) 8-9 sm 
E) 10-11 sm 
Yenidoğulmuş oğlan uşaqlarında sidik kanalının uzunluğu 5-6 sm.-dir.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, Bakı 
52. Skarlatina səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik müşahidə olunur? 


A) Güclü qabıqlanma-hiperkeratoz 
B) Hiperpiqmentasiya 
C) Hiperemiya 
D)Çapıq 
E) Heç bir dəyişiklik olmur 
Skarlatina hava-damcı yolu ilə yayılan kəskin uşaq yoluxucu xəstəliyidir. Törədici b hemolitik 
streptokokların ifraz etdiyi eitrotoksinin təsiri nəticəsində dəridə al qırmızı səpgilər meydana 
çıxır. Xarakterik əlamətlərə angina, Filatov üçbucağı, moruğabənzər dil aidddir. Sağalma 
dövründə isə güclü qabıqlanma müşahidə olunur.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
53. Məxmərək səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik müşahidə olunur? 
A) Heç bir iz qalmır 
B) Hiperpiqmentasiya 
C) Qabıqlanma 
D) Çapıq 
E) Hiperemiya 
Məxmərək kəskin infeksion virus xəstəliyidir. Əvvəl sifətdə, sonra bütün bədəndə ölçüləri 5-10 
mm. olan qırmızımtıl səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər
heç bir iz buraxmadan keçir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
54. Qızılca səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik olur? 
A) Hiperpiqmentasiya 
B) Çapıqlaşma 
C) Güclü qabıqlanma 
D) Eritema 
E) Heç bi iz qalmır
Qızlıca kəskin infeksion virus xəstəliyidir. Xəstəlik zökəm əlamətləri ilə başlıyır. Daha sonra 
konyuktivit, ağızın selikli qışasında səpgilər, dəridə çəhrayı səpgilər əmələ gəlir. Səpgilər 3-4 
gün davam edir. Sonra səpgilərin yerində qəhvəyi piqmentasiya qalır. 2 həftədən sonra dəri 
normal vəziyyətinə qayıdır. 
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
55. Suçiçəyi səpgiləri soldudan sonra dəridə hansı dəyişiklik müşahidə olunur? 
A) Qabıq 
B) Hiperpiqmentasiya 
C)Heç bir iz qalmır 
D) Hiperkeratoz 
E) Hiperemiya 
Suçiçəyi kəskin infeksion virus xəstəliyidir. Xəstəlik zökəm əlamətləri ilə başlıyır. Sonra dəridə 
ləkələr əmələ gəlir. Ləkələr morfoloji dəyişikliyə uğrayaraq əvvəl papulaya, sonra vezikulaya 
çevrilir. Səpgilər solduqdan sonra isə yerində qabıq əmələ gəlir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
56. Aşağıdakılardan hansı skarlatina xəstəliyinə xas əlamət deyil? 
A) Filatov ləkələri 
B) Filatov üçbucağı 
C) Nöqtəvari səpgilər 
D) Hiperkeratoz 


E)”Moruğu dil” 
Filatov ləkələri qızılca xəstəliyinin başlanğıcında ağız boşluğunun selikli qişasında rast gəlinən 
səpgilərdir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
57. Aşağıdakılardan hansı qızılca xəstəliyinə xas əlamət deyil? 
A) Filatov üçbucağı 
B) Filatov ləkələri 
C) İşıqdan qorxma 
D) Konyuktivit 
E) Hiperemiya 
Skarlatina xəstəliyinin səpgi dövründə ağız-burun üşbucağında heç bir səpgi elementi əmələ 
gəlmir və bu hissə avazımış görünür.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
58. Aşağıdakılardan hansı suçiçəyinə xas olan əlamət deyil? 
A) “Moruğu dil” 
B) Başın tüklü hissəsində səpgi 
C) Güclü qaşınma 
D) Polimorfizm 
E) Hipertermiya 
“Moruğu dil” skarlatina zamanı müşahidə olunan xarakterik əlamətlərdəndir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
59. Eksudativ diatezli uşaqlarda hansı əlamətlər olur? 
A) Sadalananların hamısı 
B) Çəkinin normadan artıq olması 
C) Başın tüklü hissəsində Qneys-seboreya 
D) Yanaq dərisinin eriteması və qabıqlanması 
E) Xırdadüyünlü qaşınan səpgilər-strofulyuz 
Eksudativ kataral diatez orqanizmin konstitusion anomaliyasi olub, reaktivliyin dəyişməsi, özünü 
dəridə və selikli qishalarda kataral proseslərlə biruzə verən allergik meylliyidir. . Əsasən 2 yaşa 
qədər uşaqlara xarakterikdir. Bu zaman başin tuklu hissəsində qneys- seboreya, üzün yanaq 
hissəsində eritema, çəkinin normadan artıq olması, qaşıntılı düyüncüklər – stroflyus yaranir. 
Ədəbiyyat: Eyyubova A. Uşaq xəstəlikləri 
60. Uşaqlarda plevrit zamanı hansı əlamət olmur? 
A) Tutmaşəkilli öskürək 
B) Yüksək temperatur 
C) Səthi tənəffüs 
D) Döş qəfəsində ağrı, ağırlıq, sıxılma hissi 
E) Əziyyətverici öskürək 
Plevrit plevranın iltihabi xəstəliyi olub, çox vaxt plevra boşluğuna patoloji mayenin yığılması ilə 
müşahidə olunur. Əksər hallarda plevrit müstəqil patologiya olmur, tənəffüs və digər oqranların 
xəstəliklərini müşayiət edir. Plevritə tutmaşəkilli öskürək xarakterik deyil. Xəstələr əziyyətverici 
öskürəkdən şikayət edir. 
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 
61. Aşağıdakılardan hansı anadangəlmə ürək qüsurunun səbəbi deyil? 
A) Yenidoğulmuşun Kesariyyə kəsiyi əməliyyatı ilə doğulması 
B) Bətndaxili infekiyalar 
C) İrsiyyət faktoru 
D) Valideynlərin zərərli vərdişləri 
E) Valideynlərin yaşının çox olması 


Anadangəlmə ürək qüsurları bütün anadangəlmə anomaliyaların 10-30%-ni təşkil edir. 
Anadangəlmə ürək qüsurlarının nisbətən yüngül, eləcə də həyati təhlükəli ağır patologiyaları 
mövcuddur. Risk amilinə bətndaxili infeksiyalar, irsiyyət faktoru, valideynlərin zərərli vərdişləri, 
valideynlərin yaşının çox olması aiddir.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 
62. Difteriya xəstəliyi zamanı badamcıqlarda olan ərp hansı xarakterdə olur? 
A) Bozumtul, sürətlə qalınlaşan və yayılan, çətinliklə qopan və qopartmada qanaxma verən 
B) Asanlıqla qopan 
C) Sarımtıl nöqtəvari ərp 
D) Ancaq badamcıqlarda məhdudlaşan sarımtıl ərp 
E) Ərp olmur 
Difteriya kəskin infeksion xəstəlik olub, ümumi intoksikasiya və selikli qişalarda fibrinoz ərpin 
əmələ gəlməsi ilə xarakterizə olunur. Badamcılarda olan ərp sürətlə ətraf toxumalara yayılır, qısa 
müddətdə qalınlaşır, qopartma cəhdi qanaxma ilə nəticələnir. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
63. Aşağıdakılardan hansı meningit xəstəliyini törədə bilər? 
A) Sadalananların hamısı 
B)Meninqokoklar 
C) Pnevmokoklar 
D) b hemolitik çöplər 
E) Vərəm çöpləri 
Meningit xəstəliyini təkcə meninqokoklar deyil, həmçinin b hemolitik çöplər, vərəm çöpləri, 
stafilokoklar, streptokoklar da törədə bilər. 
Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı, 2009 
64. Meningit xəstəlyinin diaqnozunu təsiqləyən əlamət hansıdır? 
A) Boyun əzələlərinin rigidliyi 
B) Zökəm 
C) Qarında ağrı 
D)Qəbzlik 
E) Dəri və selikli qişaların saralması 
Meningit baş beyin və onurğa beyin qişalarının iltihabi xəstəliyidir. Bu zaman temperaturun 
yüksəlməsi, qusma, güclü baş ağrıları ilə yanaşı boyun əzələlərinin rigidliyi müşahidə olunur ki, 
bu da meningitin diaqnozunun qoyulmasında mühüm rol oynayır.
Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı, 2009 
65. Meningit xəstəliyi zamanı hansı laborator müayinə üsulu zəruridir? 
A) Onurğa beyni mayesinin müayinəsi 
B) Qanın ümumi analizi 
C) Sidiyin ümumi analizi 
D)Nəcisin ümumi analizi 
E) Bəlğəmin ümumi müayinəsi 
Meningit zamanı lumbal punksiya aparılır və onurğa beyin mayesinin Qram üsulu ilə boyanması 
müsbət nəicə verərsə, diaqnoz təsdiq olunur. 48 saat ərzində aparılan antibakterial terapiya 
effect vermədikdə lumbal punksiya təkrar olunur.
Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protocol, Bakı, 2009 
66. Poliomilelit xəstəliyinin törədicisi hansıdır? 
A) Viruslar 
B) Bakteriyalar 
C) Stafiloklar 
D) Streptokoklar 
E)Göbələklər 
Poliomielit-polioviruslar tərəfindən törədilərək sinir sisteminin zədələyən, əzələ iflicinə səbəb 
ola bilən kəskin infeksion xəstəlikdir.


Детская неврология Кохэн М. Э. Даффюр П. К. ГЭОТАР-Медиа 2010 
67. 1 yaşda uşaqlarda ürək döyüntülərinin sayı nə qədərdir? 
A) 110-130 
B) 140-160 
C) 130-150 
D) 80-100 
E) 90-100 
1 yaşda uşaqlarda ürək döyüntüsünün dəqiqəlik sayı 110-130-dur. 
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 
68. Spazmofiliya xəstəliyinə xas əlamət deyil? 
A) Əzələ hipotoniyası 
B) Narahatlıq 
C) Larinqospazm 
D) Karpo-pedal spazm 
E) “Akuşer əli” 
Spazmofiliya südəmər dövrdə raxitin düzgün müalicə olunmaması nəticəsində müşahidə edilən 
əzələ tetaniyasıdır. Uşaqlarda bu xəstəlik zamanı narahatlıq, larinqospazm, karpo-pedal spazm və 
“akuşer əli” müşahidə olunur.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 
69. Kəskin ürək çatmamazlığı əlamətlərinə aid deyil? 
A) Hipertermiya 
B) Sapvari nəbz 
C) Arterial təzyiqin enməsi 
D) “Mərmər dəri” 
E) Dəri örtüyünün avazıması 
Kəskin ürək çatmamazlığı əlamətləri qəfildən inkişaf edir. Xəstədə sapvari nəbz, hipotoniya, dəri 
örtüklərinin avazıması, “mərmər dəri” müşahidə edilir.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 
70. Aşağıdakılardan hansı məxmərək xəstəliyinə xas əlamət deyil? 
A) Səpgilərin başın tüklü hissəsində olması 
B) Boyun və ənsə limfa düyünlərinin böyüməsi 
C) Ləkəli səpgilər 
D) Səpgilərin əsasən ətrafların açıcı səthlərində, üzdə, beldə olması 
E) Faringit və konyuktivitin olması 
Məxmərək virus mənşəli kəskin yoluxucu xəstəlikdir. Səpgilərin başın tüklü hissəsində olması 
məxmərəyə xarakterik əlamət deyil.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
71. Göyöskürək xəstəliyinin törədicisi hansıdır? 
A) Borde-Janqu çöpləri 
B) Löffler çöpləri 
C) Viruslar 
D) b hemolitik streptokoklar 
E)Parazitlər 
Göyöskürək xəstəliyi Borde-Janqu çğpləri tərəfindən törədilir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
72. Aşağıdakılardan hansı göyöskürək xəstəliyinə xas əlamət deyil? 
A) Dəridə səpgilər 
B) Tutmaşəkilli öskürək 
C)Repriz 
D)Kataral əlamətlər 
E) Üz dərisinin sianozu 


Göyöskürək gün ərzində təkrarlanan öskürək tutmaları ilə müşahidə olunur. Dəridə səpgilər 
göyöskürək zamanı müşahidə edilmir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
73. Aşağıdakılardan hansı epidemik parotit xəstəliyinə xas əlamət deyil? 
A) Tutmaşəkilli öskürək 
B) Tüpürcək vəzilərinin iltihabı 
C) Hipertermiya 
D) Çeynəmə və udqunmanın çətinləşməsi 
E) Vəzili orqanlarda fəsadların əmələ gəlməsi 
Epidemik parotit tüpürcək vəzilərinin virus mənşəli iltihabi xəstəliyidir. Xəstəlik zamanı 
hipertermiya, çeynəmənin çətinləşməsi, tüpürcək vəzilərinin hipertrofiyası baş verir. Xəstəliyin 
ağırlaşmış formalarında vəzili orqanlarda fəsadlar əmələ gələ bilər. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
74. Qreqq triadası hansı xəstəliyə xarakterikdir? 
A) Anadangəlmə məxmərək 
B) Anadangəlmə herpes 
C) Anadangəlmə toksolazmoz 
D) Anadangəlmə sifilis 
E) Anadangəlmə sitomeqaliya 
Qreqq triadası anadangəlmə məxmərək zamanı (AMS) müşahidə olunur. Trida üçlük deməkdir. 
Anadangəlmə ürək qüsuru, eşitmə qüsuru, görmə qüsuru (katarakta) bu üçlüyə aiddir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
75. Mədə-bağırsaq qanaxmalarında hansı əlamət müşahidə olunmur? 
A) Hipertermiya 
B)Qanlı qusma 
C) Melena 
D) Dəri səthinin avazıması 
E) Kollaps 
Müəyyən səbəblərdən inkişaf edən mədə-bağırsaq qanaxmaları zamanı hipertermiya müşahidə 
olunmur. Bu zaman qanlı qusma, melena, dəri səthinin avazıması, kollaps baş verir.
Ədəbiyyat: Секреты гастроэнтерологии. Питер P. МакНелли. 2005 г 
76. Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəffüsün 
dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidiyin müayinəsində 
şəkər və aseton tapilib. Klinik diaqnoz aşağıdakılardan hansı ola bilər? 
A) Hiperqlikemik koma 
B) Hipoqlikemik koma 
C) Uremik koma 
D)Kollaps 
E) Bayılma 
Qeyd edilən əlamətlər şəkərli diabetə xarakterikdir . Qanda şəkərin miqdarının normadan 
yüksək olması nəticəsində hiperqlikomik koma baş vermişdir. Bunun baş vermə səbəbi insulin 
çatışmazlığıdır. Məhz buna görə də ilk yardım olaraq insulin vurulmalıdır.
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» 
стр 188 
77. Aşağıdakılardan hansı revmatik xoreyanın əlamətlərinə aid deyil? 
A) Qıcolma 
B) Hiperkinezlər-qeyri ixiyari hərəkətlər 
C) Əzələ zəifliyi 
D) Psixi pozğunluq 
E) Poliartrit 
Revmatik xoreya - Beynin revmatik zədələnməsi nəticəsində baş verir. Adətən tədricən başlayır: 
ümumi vəziyyət pisləşir, uşaq ağlağan, əsəbi olur, yuxusu pozulur. Xoreyanın əsas əlaməti olan 


hiperkinezlər baş verir, əzələ zəifliyi, psixi pozğunluq, poliartritlər müşahidə edilir. Qıcolma isə 
revmatik xoreya üçün xarakterik deyil.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 264 
78. Hemofiliyalı uşaq hansı mütəxəssis tərəfindən daim nəzarətdə olmalıdır? 
A) Hematoloq 
B)Qastroenteroloq 
C) Dermatoloq 
D)Nevroloq 
E)Cərrah 
Hemofiliya irsi qan xəstəliyidir. Hemofiliyalı xəstələr hemotoloq tərəfindən nəzarətdə olmalıdır.
Ədəbiyyat: Şevçenko İ.Q. Hemofiliyanın diaqnostika və müalicəsinin aktual məsələləri, 2014, 
səh 61-63
79. Aşağıdakılardan hansı dizenteriya xəstəliyinin əlaməti deyil? 
A) Poliartrit 
B) Yüksək temperatur 
C) Ürəkbulanma, qusma 
D) Tenezm (yalançı defekasiya hissi) 
E) Yaşılımtıl və tərkibində qan olan nəcis ifrazı 
Dizenteriya xəstəliyi 3 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir. Xəstədə intoksikasiya 
əlamətləri, tenezm, tərkibində qan olan nəcis ifrazı müşahidə olunur. Poliartrit isə dizenteriya 
üçün xas olan əlamət deyil.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
80. Uşaq 3 aylıqdır. Hər gün uşaqda qusma əlamətləri olur. Uşaq ana südü ilə qidalanır. Çəkisi 
3650 qrdır (doğulanda çəkisi 3600 qr ) Belə bir vəziyyətin yaranmasının səbəbi nədir? 
A) Pilorostenoz 
B)Pilorospazm 
C) Sadə dispepsiya 
D) Toksiki diareya 
E) Qastroenterit 
Pilorostenoz zamanı qusma və qaytarma uşağın 2 - 3 həftəliyindən baş verir. Uşaq 
yedizdirildikdən sonra fəvvarə şəklində qusma baş verir. Belə hal təkrarlandıqca uşaq çəkisini 
itirir. Hipotrofiya baş verir. Müalicəsi cərrahi üsulladır.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189 
81. Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ qabırğaaltı nahiyədə ağrıdan 
şikayət edir. Hansı xəstəlikdən şübhələnmək olar? 
A) Xolesistit 
B) Qastrit 
C) Kolit 
D) Ezofagit 
E) Enterit 
Yağlı yeməkdən sonra ürəkbulanma və sağ qabırğaaltı nahiyyədə ağrı xolesisitit üçün 
xarakterikdir. Xolestit zamanı qaraciyərin öd ifraz etmə funksiyası pozulur. İfraz olunan ödün 
miqdarı azaldığına görə yağlı qidaların həzmi çətinləşir. Nəticədə xəstədə ürəkbulanma , sağ 
qabırğaaltı nahiyədə ağrı əmələ gəlir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 187 
82. Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu pisdir, uşaqda dəri və 
selikli qişalar solğundur, əzələ tonusu zəifdir. Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və 
selikli qişalar qurudur, ağız bucaqlarında çatlar var.
A) Dəmir defisitli anemiya 
B) Hemofiliya 
C) Ürək qüsuru 
D) Ensefalopatiya 


E) Eksudativ kataral diatez 
Göstərilən əlamətlər dəmir defisitli anemiya üçün xarakterdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 186 
83. Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahasızlıq və qarında ağrıdan şikayət edir. 
Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su axır. Bu zaman uşaqda nədən şübhələnmək olar? 
A) Helmintozlar 
B) Qida toksikoinfeksiyası 
C) Sadə dispepsiya 
D)Appendisit 
E)Xolesistit 
Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188 
84. Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı 
azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı 
var. A/T yüksəlib. Hansı xəstəlikdən şübhələnmək olar? 
A) Qlomerulonefrit 
B) Xolesistit 
C) Kəskin ürək çatmamazlığı 
D) Pankreatit 
E) Uremik koma 
7 yaşlı uşaqda müşahidə edilən bu əlamətlər qlomerulonefrit xəstəliyinin əlamətləridir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187 
85. Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası zəifdir, tez yorulur, nəcisi 
rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qaraciyər 3 sm böyüyüb. Hansı 
xəstəlikdən şüphələnmək olar? 
A) Hepatit 
B) Xolesistit 
C) Pankreatit 
D) Dəmir defisitli anemiya 
E) Qastrit 
Uşaqda müşahidə olunan əlamətlər – dərinin saralması, qaraciyər böyüməsi, sidik və nəcisdəki 
dəyişiklik virus hepatitinin əlamətləridir. 
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188 
86. Qızılca xəstəliyinin inkubasiya dövrü neçə müddətdir? 
A) 8-17 gün 
B) 12 saat 
C) 2-3 gün 
D) 35 gün 
E) 3-6 gün 
Qızılcanın inkubasiya dövrü 8-17 gün davam edir. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
87. Məxmərək xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 
A) 16-21 günədək 
B) 7-14 gün 
C) 3-7 günədək 
D) 6-12 saat 
E) 35 günədək 
Məxmərək xəstəlyinin inkubasiya dövrü 16-21 günədək davam edir. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
88.Epidemik parotit xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 
A) 18-21 gün 
B) 12-18 saat 


C) 2-3 gün 
D) 35 gün 
E) 3-6 gün 
Epidemik parotitin inkubasiya dövrü 18-21 günədək davam edir. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
89. Göyöskürək xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 
A) 2-14 gün 
B) 12 saat 
C) 2-3 gün 
D) 35 gün 
E) 3-6 gün 
Göyöskürəyin inkubasiya dövrü 2-14 günədək davam edir. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
90. Poliomilet xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 
A) 5-12 gün 
B) 12 saat 
C) 2-3 gün 
D) 14 gün 
E) 3-6 gün 
Poliomiletin inkubasiya dövrü 5-12 günədək davam edir. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
91. Dizenteriya xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 
A) 2-3 gün 
B) 4-5 saat 
C) 7-17 gün 
D) 35 gün 
E) 5-10 gün 
Dizenteriya xəstəliyinin inkubasiya dövrü 2-3 günədək davam edir. 
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 
92. Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə % itirə bilər?
A) 9-14%
B) 10-12%
C) 14-16%
D) 20-30%
E) 3-5%

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə