Anafilaktik şoka xas olmayan əlaməti göstərin



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix14.09.2023
ölçüsü0,71 Mb.
#121937
1   2
2019-04-23 11-37-41

Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 9-14% itirə bilər ki, bu da əmmə 
refleksinin zəif olması , dəri səthi ilə, mekoniumun xaric olması və sidiklə maye itirməsi 
nəticəsində baş verir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46 . 
93. Difteriya xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 
A) 2-10 gün
B) 1 ay
C) 7 gün
D) 1,5 ay
E) 2 ay
Difteriya kəskin yoluxucu xəstəlik olub, Löffler çöpləri tərəfindən törədilir. Xəstəlik zamanı 
inkubasion dövr 2-10 günədək davam edir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая 
школа» 2002 стр280 
94. 1 yaşadək uşaqlarda qanda şəkərin miqdarı nə qədər olmalıdır



A) 2,8-4,4 mmol/l 
B)
3,3-5,5 mmol/l 
C)
4,4-6,6 mmol/l 
D)
5,0-7,2 mmol/l 
E)
5,5-6,5 mmol/l 
Yenidoğulmuşlarda həyatının ilk saatlarında qanda şəkərin miqdarı 2 mmol/l-dən az olur, lakin 
birinci qidalanmadan sonra südün tərkibində qlükoza qəbul edildiyinə görə miqdarı 2,8-3 
mmol/l-ə çatir. 1 yaşadək uşaqlarda 2,8-4,4 mmol/l təşkil edir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34 
95. 7 yaşlı uşağın çəkisi nə qədər olmalıdır? 
A) 23 kq 
B) 18 kq
C) 25 kq 
D) 24 kq
E) 15 kq 

 yaşlı uşağın çəkisi 24 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra isə hər ilə 2 kq 
artmalıdır.Çəki artımı 10+ 2 x n düsturuna əsasən hesablanır.
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Baжenova “Детские Болезни”, Мoсkвa 1986 стр 38 
96. 5 yaşlı uşaqda A/T (arterial təzyiq) neçə millimetr civə sütunu olmalıdır?
A) 90 mm/c.st. 
B) 80 mm/ c.st. 
C) 100 mm/ c.st. 
D) 85 mm/ c.st. 
E) 95 mm/ c.st. 
Yenidoğulma dövründə sistolik təzyiq 60-70 mm/cs, 1 yaşda 75-80 mm/cs., 5 yaşda isə 90 mm/cs-
dir. 1 yaşdan sonra sistolik təzyiin səviyyəsi 80+2n düsturu ilə hesablanır. 
Ədəbiyyat: N.Tağıyev “Neontologiya”Bakı 2007 səh 30 
97. Hipoqalaktiya zamanı laktasiyanı artırmaq üçün aşağıdakılardan hansı məsləhət görülür? 
A) Gecə əmizdirmələri mütləq olmaqla tez-tez döşə qoymaq 
B) Gec-gec döşə qoymaq 
C) Gecələr ancaq şüşə qablardan istifadə etməkə qidalandırmaq 
D) Uşağı ananın döşündə məhdud müddət saxlamaq 
E) Gecələr əmizdirməmək 
Hipoqalaktiya zamanı uşaq ananın döşünə tez-tez qoyulmalıdır. Bu sərbəst qidalandırma 
metodunun əsas məqsədlərindən biridir. Bu zaman süd vəzisi kanalları genişlənir. Südün 
istehsalı artır. Gecə saatlarında əizdirmələr zəruridir. Çünki gecə saatlarında südün istehsalına 
səbəb olan prolaktin hormonu daha aktib\vdir. Həm də gecə əmizdirmələri süddə olan 
durğunluğu aradan götürür.
Ədəbiyyat: Yenidoğulmuşlara qulluq üzrə kliniki protokol-2008
98. Meyvə şirəsi uşağa nə vaxt verilir?
A) Ancaq gecə 
B) Yeməkdən qabaq 
C) Yemək vaxtı 
D) Yeməkdən 1 saat sonra
E) Səhər tezdən 
İnkişafda olan uşaq orqanizmini vitaminlərlə təmin etmək və həzmi yaxşılaşdlrmaq ücün meyvə 
şirəsi verilir. Yaxşı olar ki ,meyvə şirəsi uşağa yeməkdən 1 saat sonra verilsin. 
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75 


99. Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə neçə olur? 
A) 140-150 
B) 70-80 
C) 90-100 
D) 80-90 
E) 60-70 
Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 140-150 vurğu olmalıdır. 
Ədəbiyyat: 
Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67. 
100. Yenidoğulmuşlarda çəki itkisi neçə faiz % təşkil edir

A) 5-8% 
B) 10-15% 
C) 20-30% 
D) 10-12%
E) 3-5%
Yenidoğulmuş uşaq ilk günlər az süd əmir, az maye qəbul edir, çox sidik ifraz edir.Onunla 
əlaqədar olaraq ilkin çəkinin 5-8% itir. 
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 36 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə