AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
Neft-mexanika fakültəsi
«Sənaye maşınları» kafedrası
050625 – “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası
Kurs III
433.19 saylı qrup
Fənn: “Neft-qaz istehsalı texnikası”
KURS LAYİHƏSİ
Mövzu: OKM tipli kəmər sarğısı
Tələbə -Asif Qarayev
Rəhbər, dosent- Z.S.Hüseynli
BAKI – 2022
mündəricat
Giriş........................................................................................................................3
|
1.Neft istehsalı avadanlığı......................................................................................5
|
1.1Neft istehsalı üçün avadanlıq növləri................................................................5
|
1.2Qoruyucu boru kəmərlərinin sarğısı (kəmər başlıqları)...................................6
|
1.3Kəmər başlığının hesabının növləri..................................................................9
|
2.Kəmər başlığının gövdəsinin hesabı..................................................................17
|
nəticə....................................................................................................................23
|
Ədəbiyyat.............................................................................................................24
|
referat
bu kurs lahiyəsində Neft istehsalı avadanlığı,və növləri,qoruyucu boru kəmərləri haqqında məlumat verilmişdir.Hesabat hissəsində isə kəmər başlığının gövdəsinin hesabı aparılmışdır.
Kurs layihəsi 26 səhivə,5 şəkil, ədəbiyyat və nəticə hissəsindən ibarətdir.Kurs layihəsi 2 hissədən:birinci hissə nəzəri əsaslar,ikinci hissəsi isə hesabata aid edilmişdir.
Giriş
Fontan quyusunun quyuüstü avadanlıqlar kompleksinə kəmər başlığı, fontan armaturu, manifold və məsafədən idarəetmə stansiyası daxildir. Kəmər başlığının əsas funksiyası qoruyucu borular arası fəzanı kipləşdirmək və ya ayırmaq, bir sıra texnoloji əməliyyatları icra etmək və fontan armaturunu onun üzərində quraşdırılmasından ibarətdir. Fontan armaturu istismar boru kəmərinin ağzını kipləşdirmək və quyudan çıxarılan məhsulun təzyiqini tənzimləmək üçündür. Manifoldun vəzifəsi isə çıxarılan məhsulu lazımı istiqamətə yönəltməkdən, quyudan çıxarılan məhsulun təzyiqini, temperaturunu ölçmək və s. texnoloji əməlliyatları yerinə yetirməkdən ibarətdir. Idarə etmə stansiyası pnevmoidarə olunan fontan armaturunun məsafədən idarəsini təmin etməlidirMüxtəlif konstruksiyalı fontan armaturlarının və manifoldların göstəriciləri bir-birinə yaxındır. Fənnin əsas məqsəd və vəzifəsi neft və qazın istehsalında istifadə olunan texnikanın nəzəri əsasları, tipləri, iş prinsipi, konstruktiv quruluşları, mövcud standartlar və normativ sənədlər, konstruksiyaların hesablanma metodları sahələrindı tələbələrə nəzəri biliklər və praktiki vərdişlər aşılamaqdır.
Bakalavr hazırlığında xüsusi yer tutan bu fənn fizika, mexanika, hidravlika və iqtisadiyyatın ümumi prinsip, müddəa və qanunlarına əsaslanır. Onun mənimsənilməsi və dərindən öyrənilməsi üçün tələbələrin istiqamətin ümumpeşə hazırlığı fənləri (texnoloji maşın və avadanlıqların yaradılmasının texniki əsasları, nəzəri mexanika, materiallar müqaviməti, maşın hissələri, materialşünaslıq, neft-qaz quyularının istismar texnologiyaları) üzrə kifayət dərəcədə nəzəri bilik və praktiki vərdişlərə malik olmaları vacib sayılır.
Neft-qaz mədən avadanlıqlarının təsnifatı aşağıdakı kimidir.
1. Ümumi təyinatlı avadanlıqları:
kəmər başlıqları;
nasos-kompressor boruları;
paker və lövbərlər.
2. Quyuların fontan üsulu ilə istismarı üçün avadanlıqlar.
Fontan armaturları:
Bağlayıcı qurğular:
- tıxaclı kranlar;
- siyirtmələr.
Tənzimləyici qurğular.
Fontan armaturunun manifoldu.
Açıq fontanın yaranma gəlməsi ehtimalının qarşısını alan qurğular.
Quyudaxili fontan avadanlıqları.
3. Quyuların qazlift üsulu ilə istismarı üçün avadanlıqlar.
Qazlift prosesinin avadanlıqlar kompleksi:
fasiləli qazlift prosesinin avadanlıqları;
fasiləsiz qazlift prosesinin avadanlıqları;
Qazlift klapanlar.
Quyu kamerləri.
Tıxac və dövretmə klapanları;
Klapanların oturdulma və çıxarılma alətləri dəsti;
Quyuağzı qazlift avadanlığı.
4. Quyuların ştanqlı nasoslarla istismarı üçün avadanlıqlar.
Quyu ştanqlı nasos qurğuların təsnifatı.
Quyu ştanqlı nasoslar.
Nasos ştanqları.
Quyu ştanqlı nasos qurğusunun intiqaları.
- balansirli mancanaq dəzgahları;
- balansirsiz intiqallar;
- hidravliki intiqallar.
5. Quyuların ştanqsız nasoslarla istismarı üçün avadanlıqlar.
Ştanqsız nasos qurğuları:
mərkəzdənqaçma elektrik dalma nasos qurğusu;
vintli elektrik dalma nasos qurğusu;
diafraqmalı elektrik dalma nasos qurğusu;
hidropistonlu quyu nasosları qurğusu;
titrəyişli və digar növ nasos qurğuları.
Dostları ilə paylaş: |