1. Dalma elektrik mühərrikləri haqqında



Yüklə 215,91 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix14.09.2023
ölçüsü215,91 Kb.
#121871
  1   2   3
New Microsoft Word Document (2) (1)



1.Dalma elektrik mühərrikləri haqqında. 
Dalma elektrik mühərrikləri asinxron tipli mühərriklərdir. Dalma elektrik mühərriklərinin əsas 
məqsədi quyuya buraxılan dalma nasosunun valını fırlatmaq və nasosun verim almasını təmin 
etməkdir. DEM fırlanan hissə rotor və tərpənməz hissə statordan ibarətdir. Təmir etdiyimiz dem-lərə 
7-125 kvtlıq mühərriklər aiddir. 
2.DEM-nin əsaslı təmiri. 
Təmirə gətirilmiş dalma elektrik mühərriklərində əsaslı təmir işləri aparılan vaxt stator dolaqları 
sökülür. Stator dolaqlarının sökülməsi müqavimət sıfır olduqda və gövdə korroziyaya uğradıqda 
aparılır. Əsaslı təmir zamanı stator dolaqlarında olan sarğı məftilləri kəsilərək çıxardılır. Stator 
dolaqlarında qalan yuva izolyasiyaları çıxardılır. Daha sonra statorun içi ağ neft ilə yuyulur. Stator 
yuyulduqdan sonra dolaqları sökülmək üçün hidravlik pressə bərkidilir. Hidravlik press vasitəsilə 
stator paketləri çıxardılır. Yararsız paketlər yenisi ilə əvəz olunur və hidravlik press vasitəsilə statora 
preslənir. Daha sonra dolaqların sarınması üçün işçi sahəyə aparılır. Dolaqlar sarındıqdan sonra 
statora uyğun olaraq yığılmış rotor yerləşdirilir və mühərrikin yuxarı və aşağı başlıqları bərkidilərək 
sınaq sahəsinə göndərilir. 
3.DEM-nin sınağı. 
Yığılmış mühərrik aktla birlikdə sınaq sahəsinə gətirilir. Mühərrikin əvvəlcə hermetikliyi yoxlanılır 
daha sonra sınaq üçün quyuya buraxılır. İstifadə etdiyimiz sınaq avadanlığında dolaq müqaviməti
mühərrikin müqaviməti, polyarizasiya əmsalını, qısa qapanma sınağını, yüksüz işləmə sınağını 
aparırıq. 
4.Stator dolağının sarınması üçün hazırlıq işləri. 
İlk növbədə boru torna dəzgahında mühərrikin tipinə uyğun ölçüdə kəsilir. Kəsilmiş boru hidravlik 
pressə bərkidilir. Hidravlik presdə statorun dolaqları preslənir və sarınma üçün işçi sahəyə aparılır. 
Eyni zamanda sarğı məftili anbardan çıxardılır və məftilin izolyasiya müqavimətin yoxlanması üçün 
sarğı barabanı stendə bərkidilir. Hər faza üçün məftil yüksək gərginliklə yoxlanaraq yığılır. Daha 
sonra sarınma prosesi başlayır.

Yüklə 215,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə